www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
238
ağılla və elmi üsullarla gerçəkləĢən araĢdırma metodu və
sənətidir. Masonluq məqsədlərinin gerçəkləĢməsinə könül
vermiĢ, prinsiplərini daxildən mənimsəmiĢ “mason” deyilən
insanların topluluğudur. Masonluq azad fikirlərin istehsal
edildiyi, bunların azad paylaĢılıb müzakirə olunduğu bir
mühitdir. Masonluq yaxĢı, gözəl, doğru olanı mənimsəməyə
üstünlük verən bir həyat tərzidir. Ancaq bunlarla bərabər
masonluq təkbaĢına bunlardan heç biri deyil. Masonluq
bunların hamısıdır və hətta bunlardan daha artığıdır. Masonlar
etiraf edir ki, tam ən pislik, dinsizlik, Ģeytanlıq, tanrıtanımazlıq,
mənafelərini güdən və bunlara bənzər bir çox mənfi
xarakterlərlə səciyyələndirilmiĢlər.
Masonluğu bəzi doktrinaları özününküləĢdirən, masonları bəlli
olan bir ölkənin peykləri kimi göstərməyə çalıĢanlar da olub.
Masonlar hesab edir ki, bütün bunlar masonluğun nə olub-
olmadığının toplumlarda anlaĢılmasından qorxanların taktikası
idi. Nədənsə masonlar da uzun illər bütün bunlara dözümlülük
nümayiĢ etdirib susmuĢlar və yalnız son dövrlərdə masonluğun
nə olub-olmadığını anlatmağa, üstündəki duman pərdəsini
qaldırmağa qərar veriblər.
Masonluq gizli təĢkilat və gizli təĢkilatlanma deyil. Masonlara
görə, özləri və üzvü olduqları təĢkilatlar barədə ictimaiyyətə
açıqlama vermədikləri haqdakı fikirlər doğru deyil. Sadəcə,
bunları açıqlamaqda bir az çəkingən davrandıqlarını bildirirlər.
Guya ictimaiyyət də masonların anlatdıqlarına çox da inanmaq
istəməyib və onlara qarĢı olanlara daha çox önəm veribmiĢ.
Guya masonların uzun müddət içlərinə qapanmasının və
özlərini anlatmaqdan vaz keçmələrinin də səbəbi bu olub ki,
sonda ətraflarında sonu olmayan halqa yaranıb. Ətraflarında
www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
239
yaranmıĢ halqanı qırıb özləri barədə fikirləri paylaĢmağa qərar
verən masonlar özlərinin təĢkilatlanma sistemini aĢağıdakı kimi
izah edirlər.
Dünyanın sirli təşkilatı – Masonluq
XXXV yazı: Masonlar qapalılıqlarını belə izah edirlər ki,
sıradan insanlar da evinin qapısını hər kəs üçün açmır və
hər kəsi ailəsinin içinə buraxmır
Masonik öhdəliklərdən biri də ölkənin qanun və cəmiyyətin
ənənələrinə uyğun olmaqdır
LOJA- masonluqdakı çalıĢmaları ilə bir-birinə birbaĢa bağlı
olmayan müstəqil qurumlardır. Ancaq masonluqda “loja”
kəlməsi həm də toplantıların keçirildiyi məkana deyilir.
Struktur Böyük Loja- lojaların öz aralarında birləĢərək
yaratdığı federativ xarakterli təĢkilatdır. Lojanın qurulması
üçün onu idarə edə biləcək xüsusiyyətdə və yetərli sayda
masonun bir araya gəlməsi gərəkdir. Lojanın müstəqilliyinə
gəlincə isə o, müstəqil çalıĢacaqsa, yaranan hər hansı bir yeni
lojanın heç bir mason təĢkilatından izin almasına gərək yoxdur.
Ancaq əgər bəlli bir böyük lojaya bağlanacaqsa, sonuncunun
qəbul etdiyi qaydalara riayət etməsi gərəkdir. Hər lojanın 10-15
üzvü ola bilir. Bu üzvlər loja üzvləri tərəfindən adətən bir il
müddətinə seçilir. Onlar loja toplantılarında bəlli bir
məsuliyyət daĢıyır. Lojanın idarəçiliyinə gəlincə, qurum
rəhbərinə “hörmətli ustad” kimi ifadələrlə müraciət olunur.
www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
240
Onun yardımçılarına isə “birinci nazir” və “ikinci nazir”
titulları verilir. Bundan baĢqa, lojada “katib”, “ritual ustadı”
olur. Lojadakı vəzifələrlə bağlı bütün titullar yalnız seçildiyi
müddət ərzində keçərlidir və sonra qüvvəsini itirir. Ən azı üç
müstəqil loja birləĢərsə, Böyük Loja qura bilər. Dünyadakı
mason təĢkilatlarından bəzilərinə görə, yeni bir Böyük Loja
qurmaq üçün heç bir mason təĢkilatı ilə bağlantı yaratmaq
vacib deyil. Bəziləri isə hesab edir ki, yeni Böyük Loja yalnız
baĢqa düzənli böyük lojalar tərəfindən “düzənli” kimi qəbul
edildiyi halda mason təĢkilatı sayıla bilər. Masonluqda böyük
bir loja tərəfindən ona bağlı olan lojaya “patent” kimi anılan
“QuruluĢ arayıĢı” verilir.
Yeni qurulmuĢ böyük bir lojanı da tanıyan Böyük lojalar hər
biri ona “tanıma arayıĢı” verir ki, bu da “patent” kimi tanınır.
Çox zaman bu “patent” amili yanlıĢ anlaĢılaraq bir izn,
təsdiqləmə arayıĢı kimi qəbul edilir və bütün mason
təĢkilatlarının mərkəzdən yönəldilməsini əsaslandırmaq üçün
vasitə kimi göstərilir. Masonlara görə, patent heç də bunu
deməyə əsas verəcək sənəd deyil, sadəcə patent verilmiĢ
lojanın “düzənli” olaraq tanındığını göstərən sənəddir.
Məntiqlə isə yenə də mason təĢkilatlarının dünyada bir-biri ilə
sıx bağlı olduğunu deməyə əsas verən bir məsələdir. Masonlar
isə iddia edir ki, dünya miqyasında mason təĢkilatları arasında
bəzi uyğunsuzluqlar var ki, bu da masonluğun tək bir
mərkəzdən idarə olunmadığını deməyə əsas verir. Ölkələr
daxilindəki qanunlara görə Ģəkil alan mason təĢkilatları
mövcud olduqları ölkələrə görə formalaĢsa da, hərəkatın təməl
prinsiplərindən kənara çıxmır. Masonluğun məqsəd və
prinsiplərinə əməl edərək fəaliyyət göstərən hər bir Böyük Loja
Dostları ilə paylaş: |