www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
263
almasaq, bank sisteminin failiyyətinin iqtisadiyyata heç bir
dəxli yoxdur. Bankların mahiyyətində sadəcə mədəni, “sivil”
quldurluq, pislik durur.
Pulun pula satılması absurd bir Ģeydir. Normalda ancaq mal,
xidmət pula satıla bilər. Xatırladaq ki, sələmçilik həm
xristianlıqda, həm də Ġslamda böyük günahlardan biri hesab
olunur. Allah bu iĢi iyrənc bir hərəkət kimi birbaĢa qadağan
edib. Sələmçilik mövcud olmayan və ya daha dəqiq desək
görülməmiĢ bir iĢ üçün tələb olunan haqqdır. Allah konkret
olmayan, fyuçers iqtisadiyyata və bazara qadağan qoyub.
(Fyuçers bazarı- elə bir bazardır ki, burada gələcəkdə qiymətli
kağızların və yaxud maliyyə bazarında real surətdə satılan
digər maliyyə alətlərinin müəyyən müddətə göndərilməsi üzrə
müqavilə ilə ticarət həyata keçirilir). Yəni edilməmiĢ bir iĢ və
yetiĢdirilməmiĢ məhsula görə pul almaq olmaz. Bu firildaqçılıq
və aldatmadır. Sələmlə alınmıĢ pul havaya görə ödənilmiĢ
vergiyə bənzəyir. Mənəviyyatdan uzaq olacaq qədər absurd!
Banklar nəinki sadə insanları, hətta dövlətləri belə yoldan
çıxaracaq qədər ağıllı və bacarıqlıdırlar. Əvvəl ehtiyacı olana
kreditlər verir, sonra onları faizdə boğurlar. Hətta gizlin faizlər
də mövcuddur ki, biz onları hiss etmirik.
Hal-hazırda maliyyə böhranı bürüyən dünyanın təcrübəsi də
onu göstərir ki, banklar kütləvi surətdə insanların, ələlxsus
kasıb təbəqənin evini yıxır, dolayısı ilə milyonlarla ailəni
müflis, bədbəxt edir. Bu baxımdan dində faizə pul almağın,
verməyin günah sayılması heç də təsadüfdən deyil.
Əlbəttə, böyük bir qism adam nəfsə uyaraq yanlıĢ olaraq hesab
edir ki, pul olmayanda və borc verən də az olanda ən yaxĢı və
düzgün yol elə heç kimin minnətini götürməyərək bankdan pul
www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
264
götürməkdir. Bu səhv fikrin formalaĢmasında bankların
həvəsləndirici və Ģirnikləndirici təkliflərinin, təbliğlərinin
böyük rolu var. Necə deyərlər, çətini quyuya, tələyə salıncadır.
Sonra onlar sənə yox, sən onlara yalvaracaqsan.
Pul götürəndən sonra ilk vaxtlar bir çoxlarına bu proses
əldəntutma kimi görsənsə də, çox zaman bu sevincin, Ģərti
xöĢbəxtliyin ömrü çox çəkmir. Bir müddətdən sonra, artıq
aybaay konkret məbləğlər ödəmək vaxtı çatanda kreditin
fəsadları öz sözünü deyir; adətən həmin adamın maddi və
psixoloji durumu pul götürməzdən qabaqkı dövrə baxanda
daha pis olur.
Sosial psixoloqların tədqiqatların nəticələri göstərir ki,
bankdan pul götürənlərin əksəriyyətinin fikir çəkməkdən,
həyəcan keçirməkdən, stress keçirməkdən yuxu sistemi
pozulur- bu da həzm sisteminə, ümumiyyətlə orqanizmə mənfi
təsir göstərir. Sağlamlığı isə bildiyimiz kimi miqdarından asılı
olmayaraq pul ilə əvəzləmək və ya bərpa etmək olmaz, çünki o
qiymətsizdir.
Bir çox hallarda bankların cəmiyyətdə müsbət imici böyük
pullar hesabına baĢa gələn davamlı, beyinləri yeyən, insanları
yoldan çıxaran reklam hesabına əldə edilir. Normalda hansısa
əĢyanı əldə etmək üçün və ya yaranan hansısa problemi həll
etmək üçün vacib deyil ki, o dəqiqə banka və ya sələmçiyə
müraciət edəsən. Birdəfəlik baĢa düĢmək lazımdır ki, bank
batana əl uzadıb əl tutan deyil, onu bataqlıqdan çıxaran deyil,
bank xeyriyyə təĢkilatı da deyil. Əksinə bank boğulanın
xirtdəyəcən borc içində üzməsindən öz xeyri üçün istifadə edib
daha da çox gəlir əldə etmək istəyir. Bu ona oxĢayır ki, siz
çətin vəziyyətdə amansız caniyə kömək üçün müraciət edirsiz.
www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri
265
Ümumiyyətlə,insan çalıĢmalıdır ki, ayağını yorğanına görə
uzatsın, gəlirinə, xərcinə dəqiq nəzarət etsin, öz vəsaiti imkan
verdiyi iĢə giriĢsin, nəfsini imkan dərəcəsində cilovlasın. Ən
düzgün yol isə qənaət edib özünə kapital yığsın. Əgər insanın
hansısa əĢyaya həqiqətən ehtiyacı varsa, yaxĢı olar ki o əĢyanı
qənaət hesabına yığdığı pulla alsın. Ən ideal variantı isə odur
ki, ona dövlət yardımçı olsun.
Normal vətəndaĢın bankdan pul götürməkdən və ya cinayətə əl
atmaqdan baĢqa yolunun olmaması dərəcəsinə çatdırılması
birbaĢa elə bankların məxsus olduğu beynəlxalq kapitalist
Ģəbəkəsinin günahıdır. Dövlət normal vətəndaĢın çətin duruma
düĢməsinə imkan verməməlidir, onun qanuni yolla və
ləyaqətinin alçalmaması Ģərtilə pul qazana bilməsi üçün hər bir
Ģərait yaratmalıdır. Çünki qanunla bu onun borcudur. Sovet
vaxtı belə idi. Ġqtisadiyyat nə qədər kapital qoyuluĢu tələb etsə
də, bunu təbii yolla etmək lazımdır. Banklardan pul götürüb
ondan investisiya kimi istifadə etmək narkotikdən istifadəyə
oxĢayır. Çünki o pis asılılıq yaradaır. Bundan baĢqa, bankdan
pul götürüb bir müddət rahat nəfəs alan istər-istəməz rahatlaĢır,
iĢə bir qədər laqeyd yanaĢır, ziyanlı olaraq arxayınlaĢır (bu
tədqiqatların nəticəsidir).
Təsadüfi deyil ki, hal-hazırda Azərbaycanda az qala hər bir
ailə, hətta onun hər bir üzvü hansısa banka, bir çox hallarda isə
eyni zamanda bir neçə banka borcludur (ya kreditə götürülmüĢ
hansısa məiĢət əĢyasına, elektrik avadanlığına, avtomobilə,
mənzilə və ya pula görə). Bir çoxları isə bir bankdan qurtulmaq
üçün baĢqa bir banka üz tutur, ondan pul götürüb əvvəlkini,
ona dirənəni ödəyir. Belə davam etdikcə ümumi borc da öz
növbəsində tez bir zamanda ĢiĢir və axırda bədbəxt müĢtəri
Dostları ilə paylaş: |