Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə85/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   81   82   83   84   85   86   87   88   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
272 
gün  həqiqətən  rəhbərlik  edənlər  xeyli  azdır,  nəyi  isə  həll 
etdiklərini  düĢünənlər  isə  xeyli  çoxdur.  A.Almonda  və 
S.Verbin  fikrincə  ABġ-da  əhalinin  yalnız  bir  faizi  partiya 
üzvlüyü vasitəsi ilə ölkə baĢçısının qəbul etdiyi  qərarlara təsir 
edə  bilərlər,  digər  4  faiz  isə  baĢqa  təĢkilatlarda,  o  cümlədən 
həmkarlarda  olan  iĢtirakları  ilə  bu  təsiri  həyata  keçirə  bilərlər. 
Ümumxalq  seçkiləri  nəinki  indiki  kapitalist  elitasının 
hakimiyyətini  zəiflədir,  əksinə  onu  möhkəmləndirir,  belə  ki 
istənilən  seçki  pul  tələb  edir-  bunun  da  nəticəsində  istənilən 
siyasətçi  ya  özü  kapitalist  elitasının  üzvü  olmalıdır,  ya  da 
kapitalist  elitasından  pul  götürməlidir.  Belə  olduqda  isə  onlar 
istər-istəməz  onları  maliyyələĢdirənlərin  təsirlərinə  düĢürlər. 
 Demokratiya-  qədim  yunan  miflərindən  biridir.  Ġstənilən 
hakim  sinif  belə  bir  mif  uydurur  ki,  guya  o  cəmiyyəti  idarə 
etmir.  Cəmiyyətə  hakim  sinif  rəhbərlik  edir,  inkiĢaf  etmiĢ 
kapitalizm cəmiyyətində hakim sinif iri oliqarxlardan ibarətdir. 
Qədim  Yunanıstanda  ideoloji  möhür  yaradılmıĢdır  -o  indi  də 
mövcuddur-  bu  möhür  bir  sıra  ittihamlar  yaradır: 
demokratiyanın 
olmaması, 
qeyri-demokratik 
seçki, 
demokratiyaya qarĢı düĢmənçilik və s. 
 Biz  antik  və  orta  əsrlərdə  hakimiyyət  seleksiyası  predmetini 
araĢdırmayacağıq.  Demokratiya  və  onun  müasir  Qərb  Ģərhi 
haqqında  antik  yunan  mifinin  çiçəklənməsi  üçün  qidaverici 
mühit  olan  tarixin  digər  dövrü  daha  maraqlıdır.  XVI  əsrdən 
baĢlayaraq  Avropada  burjua  inqilabları  baĢ  verir-  bu 
inqilabların  öz  məĢhur  “Azadlıq,  Bərabərlik,  QardaĢlıq” 
Ģüarları  ilə  Böyük  fransız  inqilabı  çələngi  olur.  Məhz  bu 
inqilabların  hesabına  ən  ümumi  seçki,  insan  hüquqları, 
demokratiya  kimi  institutların  yarandığı  qeyd  olunur. 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
273 
Həqiqətən  də  bu  tarixi  mərhələdən  baĢlayaraq  demokratiya 
haqqında  böyük  riyakar  mif  yaranmağa  baĢladı-  onlar  da  bir 
neçə kiçik miflərdən ibarət olmuĢdur. Həmin dövrdə Avropada 
hakimiyyət  seleksiyasının  hansı  tipinin  yaranması  sualına 
cavab  verməyə  üç  inqilabın  hərəkətverici  qüvvələrinin  təhlili 
kömək  edir:  yuxarıda  sadaladığımız  inqilabların  hərəkətverici 
qüvvəsi  burjuaziya  olmuĢdur,  ona  görə  də  bu  inqilablar 
“burjua”  inqilabı  adlanır.  Bir  az  da  sadə  desək,  burjuaziya 
zadəganları  və  kilsəni  hakimiyyətdən  uzaqlaĢdıraraq  bu 
hakimiyyəti  öz  əlinə  almıĢdır.  Professor  StoleĢnikovun  dediyi 
kimi,  hakimiyyət  arilərin  əlindən  çıxaraq  iudeylərin  əlinə 
keçmiĢdir.  Xalqın  hakimiyyəti  haqqında  söhbət  belə  gedə 
bilməzdi.  Zadəganlar  və  kilsə  ilə  burjuaziya  arasında  olan 
münaqiĢədə  burjuaziya  qalib  gəldi.  Ġrsi  hakimiyyətin  və 
politokratiyanın əvəzinə kapitalokratiya yarandı. Həmin dövrdə 
piar  yox  idi,  hər  Ģey  sadə  və  Ģəffaf  idi,  ona  görə  də  qaliblər 
hakimiyyətin  kimə  məxsus  olmasını  dəqiq  müəyyən  etdilər: 
kapital kimə məxsusdursa hakimiyyət də onundur.  
 1640-cı  ildə  Ġngiltərədə  olmuĢ  burjua  inqilabından  sonra 
demokratiya  adlanan  bəhrədən  istifadə  etmək  hüququ  olanlar 
üçün  mülk,  əmlak  senzi  müəyyənləĢdirildi.  Fəal  seçki 
hüququndan  yalnız  ölkənin  yaĢlı  əhalisinin  0,04  faizini  təĢkil 
edən  çox  varlılar  istifadə  edə  bilərdilər.  Digər  burjua 
inqilablarından  sonra  da  buna  oxĢar  vəziyyət  yarandı. 
Vəziyyətin  bu  cür  olmaması  qəribə  görünə  bilərdi.  Məgər 
burjuaziya hakimiyyəti baĢqalarına vermək üçün  ələ keçirirdi? 
1791-ci  ildə  Böyük  fransız  inqilabı  dövründə  Fransada  yaĢlı 
əhalinin  yalnız  16  faizinin  seçkilərdə  iĢtirak  etmək  hüquqları 
var idi. 1791-ci il konstitusiyası qəbul olunduqdan sonra mülk, 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
274 
əmlak senzi  artırıldı, seçklərdə iĢtirak etmək hüququ olanların 
payı 8 faizə endi. Seçkilərdə bu cür “geniĢ” iĢtirak hakimiyyəti 
qane etmirdi və  1817-ci  ildə əmlak senzi  birbaĢa verginin 300 
frankı  həcmində  müəyyənləĢdirildi.  25  milyonluq  Fransa 
əhalisinin yalnız 88-110 min nəfəri bu qədər vergi ödəyirdi- bu 
da ölkə əhalisinin 0,3 faizi demək idi. SeçilmiĢ deputat hüququ 
qazanmaq  üçün  min  frank  ödəmək  tələb  olunurdu,  həm  də 
deputat  seçilmək  üçün  40  yaĢ  həddi  müəyyənləĢdirilmiĢdir. 
M.N.Qraçev, 
A.S.Madatov 
“Demokratiya: 
tədqiqat 
metodologiyası,  təhlil,  prespektivlər”  kitabında  yazırlar  ki,  bu 
vaxt Fransada yalnız 15 min adam, yəni əhalinin 0,06 faizi bu 
tələblərə  uyğun  gəlirdi.  Beləliklə,  Azadlıq  və  Bərabərlikdən 
əhalinin bir faizi istifadə edirdi- bu kapitalın QardaĢlığı idi. 
 Marksizmin  qatı  tənqidçisi  və  liberalizmin  məddahı  olan 
K.Popper  “Açıq  cəmiyyət  və  onun  düĢmənləri”  əsərində  belə 
bir  etiraf  etmiĢdir:  “Marksın  tarixi  təcrübəsi  yalnız  onun 
iqtisadi  və  siyasi  sistemlər  arasındakı  münasibətlərə  olan 
ümumi  baxıĢlarına  yox,  həm  də  onun  digər  baxıĢlarına, 
xüsusən  də  liberalizm  və  demokratiyaya  olan  baxıĢlarına  təsir 
etmiĢdir-  onun  üçün  liberalizm  və  demokratiya  burjua 
diktaturası üçün örtük idi. Marksın bu baxıĢları həmin dövrün 
ictimai  vəziyyətini  göstərir.  Tarix  bu  baxıĢların  düzgün 
olduğunu  təsdiq  etdi.  Məsələ  ondadır  ki,  Marks  qəddarcasına 
olan  istismarçılıq  dövründə  yaĢamıĢdır  və  bu  istismarçılığı 
həmin  dövrlərdə  “riyakar  məddahlar  müdafiə  edirdilər”. 
Sonradan öz hakimiyyətini  möhkəmləndirən burjuaziya  əmlak 
senzini  tədricən  ləğv  etməyə  baĢladı,  tam  möhkəmlənəndən 
sonra  isə,  xalq  kütləsini  manipulyasiya  etməyi  öyrəndikdən 
sonra isə əmlak senzini tam ləğv etdi. Bərabərlik, azadlıq, xalq 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə