Skot Han: Əziz Anam
Məryəm o ankı problemi oğluna çatdırmaqla bərabər,
digərlərinə də ona deyil, oğluna itaət etmələrini təklif edir.
O zaman İsa anası ilə məsləhətçisi olaraq danışır, amma
eyni ilə Davud soylu kralın kraliça ananın arzusunu yerinə
yetirəcəyini təxmin etdiyimiz kimi Onun məsləhətlərini də
yerinə yetirir.
Həmin Davud açarı Vəhy kitabındakı "qadın"ın
sirlərini də meydana çıxarır. Qadın İsrailin on iki nəslini
işarələyən on iki ulduzlu tacı geyinir, çünki Davud
nəslindən kralı dünyaya gətirəcək odur. Əjdaha tərəfindən
təhdid edilir, çünki ilanın yandaşları Hirod soyundan
olanlar Davud soyundan gələnlərə və xanədanlığına etiraz
edəcəklər.
Son olaraq Davudun krallığı, müvəffəqiyyətsizliyə
uğramış ilk Adəm və Həvva ilə, müvəffəqiyyətli olub
bütün insanlığı qurtaran yeni Adəm ilə Həvva arasındakı
əlaqəni tamamlayır.
Yaradılış kitabında əvvəl Adəmin yaradıldığını və
özünə həm krallıq, həm də yaradılanlar üzərində
hakimiyyət qurma səlahiyyəti verildiyini görürük. Yenə də
o tək başına bu səlahiyyəti istifadə etmək niyyətində
deyildi, Rəbb belə dedi: "Adəmin tək olması yaxşı deyil"
(bax Yaradılış 2:18). Sonra Rəbb Adəmə köməkçi və
kraliça olsun deyə Həvvanı yaratdı. Hər ikisi də bu
hakimiyyəti paylaşacaqdı. Adəm oyananda yoldaşını
gördüyü zaman: " Bax, nəhayət, bunun sümüyü mənim
sümüyümdən, bədəni mənim bədənimdəndir " - dedi
(Yaradılış 2:23). İsrail nəsilləri Davudu kral seçdikləri
zaman bu sözlər Müqəddəs Kitabda başqa bir yerdə də
qarşımıza çıxır. İsrailin bütün qəbilələri Xevrona,
Davudun yanına gəlib belə dedi: "Bax biz sənin
sümüyündən, sənin ətindənik" (2 Şam. 5:1). Bu səbəblə
64