Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

Skot Han: Əziz Anam
Məryəm  o  ankı  problemi  oğluna  çatdırmaqla  bərabər, 
digərlərinə də ona deyil, oğluna itaət etmələrini təklif edir. 
O  zaman  İsa  anası  ilə  məsləhətçisi  olaraq  danışır,  amma 
eyni ilə Davud soylu kralın kraliça ananın arzusunu yerinə 
yetirəcəyini təxmin etdiyimiz kimi Onun məsləhətlərini də 
yerinə yetirir.
Həmin  Davud  açarı  Vəhy  kitabındakı  "qadın"ın 
sirlərini  də  meydana  çıxarır.  Qadın  İsrailin  on  iki  nəslini 
işarələyən  on  iki  ulduzlu  tacı  geyinir,  çünki  Davud 
nəslindən kralı dünyaya gətirəcək odur. Əjdaha tərəfindən 
təhdid  edilir,  çünki  ilanın  yandaşları  Hirod  soyundan 
olanlar Davud soyundan gələnlərə və xanədanlığına etiraz 
edəcəklər.
Son  olaraq  Davudun  krallığı,  müvəffəqiyyətsizliyə 
uğramış  ilk  Adəm  və  Həvva  ilə,  müvəffəqiyyətli  olub 
bütün  insanlığı  qurtaran  yeni  Adəm  ilə  Həvva  arasındakı 
əlaqəni tamamlayır.
Yaradılış  kitabında  əvvəl  Adəmin  yaradıldığını  və 
özünə  həm  krallıq,  həm  də  yaradılanlar  üzərində 
hakimiyyət qurma səlahiyyəti verildiyini görürük. Yenə də 
o  tək  başına  bu  səlahiyyəti  istifadə  etmək  niyyətində 
deyildi, Rəbb belə dedi: "Adəmin tək olması yaxşı deyil" 
(bax   Yaradılış  2:18).  Sonra  Rəbb  Adəmə  köməkçi  və 
kraliça  olsun  deyə  Həvvanı  yaratdı.  Hər  ikisi  də  bu 
hakimiyyəti  paylaşacaqdı.  Adəm  oyananda  yoldaşını 
gördüyü  zaman:  "  Bax,  nəhayət,  bunun  sümüyü  mənim 
sümüyümdən,  bədəni  mənim  bədənimdəndir  "  -  dedi 
(Yaradılış  2:23).  İsrail  nəsilləri  Davudu  kral  seçdikləri 
zaman  bu  sözlər  Müqəddəs  Kitabda  başqa  bir  yerdə  də 
qarşımıza  çıxır.  İsrailin  bütün  qəbilələri  Xevrona, 
Davudun  yanına  gəlib  belə  dedi:  "Bax  biz  sənin 
sümüyündən,  sənin  ətindənik"  (2  Şam.  5:1).  Bu  səbəblə 
64


Skot Han: Əziz Anam
Adəmin  sözləri  çox  daha  böyük  məna  daşıyır,  çünki  bu 
sözlər krallıq müjdəsidir.
Yaradılış  Kitabında  Adəmin  bu  coşğulu  sevinc  söz-
lərinin  ardından  belə  deyilir:"  Buna  görə  də  kişi  öz 
ata-anasını  tərk  edib,  qadınına  qovuşacaq  və  onlar  bir 
bədən olacaq." (Yaradılış 2:24). Qədimdə ilk ilahiyyatçılar 
burada  izah  edilənlər  ucbatından  bir  çox  səbəblə  çaşıb 
qalmışdılar.  Bu  səbəblərdən  biri  köhnə  mədəniyyətlərdə 
evlənmək  üçün  ata  ocağını  tərk  edənin  kişi  deyil  qadın 
olması  idi.  Daha  da  çaşdırıcısı  Yaradılış  Kitabının  bu 
fəslində  Adəmin  atası  və  anası  olmamasına  rəğmən 
onlardan  bəhs  edilməsidir.  Bununla  əlaqədar  olaraq 
müqəddəs  Pavel  burada  dərin  bir  sirrin  olduğunu  ifadə 
edərək  həmin  sirri  açıqlayır:  "Bu  sirr  böyükdür,  mən 
bunun  Məsihə  və  kilsəyə  dəxli  olduğunu  söyləyirəm" 
(Efes. 5:32). Gəlini olacaq Kilsə ilə tək bədən ola bilmək 
üçün ana və atasını tərk edəcək olan Odur.
Yaradılışdakı  nə  ilk  krallıq,  nə  də  Davudun  Krallığı 
Rəbbin  məqsədini  təmin  etməyəcək,  bu  daha  sonra 
gerçəkləşəcəkdir.  Yeni  Adəm  İsa  cənnət  bağçasında  və 
Süleymanın saray bağçasında bilvasitə olaraq izah edildiyi 
kimi  hökm  sürəcək.  Yeni  Adəm,  Davud  soylu  kral,  Yeni 
Həvva olan gəlini ilə birlikdə hökm sürəcək. Bu qadın da 
Vəhy  kitabında  Kilsə  olaraq  açıqlanan,  tarixdə  həqiqətən 
yaşamış  gerçək  bir  adamdır.  O,  bütün  yaşayanların  anası 
olacaq.  O,  insanların  müdafiəçisi  olacaqdır.  O,  kraliça 
olacaq. O, Məryəm olacaq.
65


Skot Han: Əziz Anam
5-ci fəsil
PROTOTİPLƏRDƏN ELMƏ
MƏRYƏMİN İNCİLDƏKİ ROLU
Müqəddəs  Kitabdakı  prototiplər  oxucunu  və  ya  həvəskar 
bir  dedektivi  asan  bir  şəkildə  coşğu  ilə  özünə  bağlayır. 
Müqəddəs  Augustinin  "  Əhdi-Cədid  köhnədə  gizlənmiş, 
Əhdi-Ətiq  isə  yenidə  açıqlanmışdır"  dediyi  yolda  bir 
araşdırma  aparmaq  təsiredici  olar.  Prototip  yolu  ilə  izah 
Müqəddəs  Kitabın  hər  səhifəsində  gizli  bir  detalı  gün 
işığına  çıxarır.  Diqqətli  bir  araşdırma  edildiyi  zaman 
Rəbbin  tarixi  insanların  sözləri  yazdığı  şəkildə  yazdığını 
və  özünün  çox  üstün  və  dəqiq  bir  sənət  ustası  olduğunu 
göstərir.  Vəhy  Kitabında  heç  bir  sözü  boş-boşuna 
xərcləməz,  Rəbbin  uca  qanununda  heç  bir  hadisə 
məqsədsiz və təsadüfi deyil.
Prototiplə  izahat  bizə  sərbəstlik  verir.  Beləcə, 
Müqəddəs  Kitabdakı  hissələri  kor-koranə  bir-birindən 
ayrı, ənənələrdən qopmuş şəkildə oxumaqdan xilas olarıq. 
Prototip  daha  əvvəl  naməlum  ya  da  əhəmiyyətsiz 
gördüyümüz  hissələrin  zənginliyini  meydana  çıxararaq 
işıqlandırıcı da ola bilər.
Bununla  belə,  prototipin  öz  tələləri  olub,  sui-istifadə 
edildiyi 
zaman, 
bəzi 
ilahiyyatçıların 
mövzudan 
çıxmalarına,  bəzilərinin  isə  inancdan  uzaqlaşmalarına 
səbəb  olmuşdur.  Bu  həddən  artıq  yayınmaların  qarşısını 
almaq  üçün  məqsədimizi  açıqca  təyin  etməyimiz  və 
beynimizdəki nəticələrlə işə başlamağımız əhəmiyyətlidir. 
Prototipi  nəzərə  alaraq  müqəddəs  Kitabı  oxuduğu-muz 
zaman,  gizli  bir  şifrəni  ya  da  tapmacanı  tapmağa 
çalışmırıq,  ya  da  ilhamlanaraq  yazılmış  sözlərə  öz  xəyal 
etdiyimiz  fikirlərimizi  yükləməyə  də  çalışmırıq.  Biz  bir 
66


Skot Han: Əziz Anam
şəxsiyyətlə  qarşılaşmağa  çalışırıq.  Rəbbi  tanımaq,  Onun 
yollarını, qanununu, seçilmiş xalqını və anasını öyrənmək 
istəyirik.
Bu  səbəbə  görə,  atomizm  adını  verdiyim  çox  kiçik 
təhlükəli  yanaşmadan  uzaq  durmalıyıq.  Atomizm,  yəni 
Müqəddəs  Kitabdakı  prototipə  yalnız  özümüz  fikrimizi 
cəmləşdirsək,  bunlar  sanki  bir-biriləri  ilə  heç  əlaqəsi 
olmayan  bənzətmələr  və  ya  laboratoriya  şüşəsində  təhlil 
edilmiş 
nümunələr 
kimidir. 
Amma 
buna 
belə 
yanaşmamalıyıq.  Əhd  Sandığı  və  kraliça  anaya,  Həvva 
tipinə  baxdığımız  zaman  gizli  simvollar  sistemindən  də 
bəhs  etmirik.  Prototip  yolu  ilə  izah  edilən  bu  insanlara 
Rəbbin öz məqsədlərinin istiqamətində təyin etdiyi tarixdə 
həqiqətən  mövcud  olmuş  kəslər  kimi  baxırıq.  Eyni  ilə 
İshaq,  Musa  və  Davud  İsa  Məsihin  prototipləri,  gerçək 
xarakterlər olduğu kimi, Sandıq, Həvva və kraliça ana da 
həqiqətən yaşamış olan Məryəm barədə məlumat verir.
Onda digərlərinin üzərində çalışarkən əsl məqsədimiz 
Məryəm olmalıdır. Çünki o həqiqətən yaşamış və hələ də 
yaşadığı  mübahisəsiz  bilinən  biri  olub,  sirri,  ya  da  ona 
işarə edən anlayışlar belə hələ tam aydın ola bilməmişdir. 
Pavel  Adəmdə  İsanın  sirrinin  necə  gizləndiyindən 
təsirlənsə də,  o, İsa  Məsihi artıq  sevmişdi. Buna  görə də, 
Müqəddəs  Kitabdakı  prototipdə  göstərildiyi  kimi 
Məryəmin özünü də anlayıb sevməliyik.
Bu  ,  məsihçilər  üçün  istəyə  buraxılmış  bir  seçim 
deyil.  Müqəddəs  Kitabda  bəzəkli  izahat  üçün  də  bu  yola 
müraciət  edilməmişdir.  Məryəm  əbədiyyətə  qədər 
həqiqətən  mənəvi  cəhətdən  bizim  anamızdır.  İsa  Məsihin 
qardaşlığını qəbul ediriksə, Onunla paylaşdığımız ananı da 
eyni  şəkildə  tanımalıyıq.  Məryəm  olmadan  İncillə  nə 
qədər məşğul olsaq da, anlayışımız əksik qalacaq. 
67


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə