Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

Skot Han: Əziz Anam
Məryəm  olmadan  Rəbbin  bizə  bəxş  etdiyi  xilasımız  əsla 
ailəvi  ola  bilməz.  Çünki  o  xilas  Əhdi-Ətiqdə  qalardı, 
Rəbbin  atalığı  bənzətməyə,  insanın  da  oğulluğu  qulluq 
vəziyyətinə oxşayardı .
Bəs  onda  bu  qadın,  ana,  Rəbbin  və  bütün  insanların 
sığındığı  seçilmiş  insan  kimdir?  Tarixdə  həqiqətən 
mövcud  olanı,  doqma  olaraq  və  yazılı  qaynaqlarda  Kilsə 
hər zaman Məryəm haqqındakı bildiyimiz tarixi gerçəkləri 
diqqətli qoruma altına almışdır.
İMANI QORUMAQ
Doqma  nə  deməkdir?  "Doqma,  tərif  olaraq  Müqəddəs 
Kitabın  şərhindən  başqa  bir  şey  deyil"  -  deyə  yazan 
Kardinal Cozef Ratzinger (indiki XVI Benedikt) sözü şərh 
edir.
Kardinalın bu anlayışı Kilsənin Beynəlxalq Din elmi 
Komissiyasının "Doqmanın Şərhi Haqqında" adlı 1989-cu 
il tarixli sənədində təsdiqlənmişdir: "Kilsənin doqmasında, 
bizim  üçün  əhəmiyyətli  olan  Müqəddəs  Kitabın  doğru 
şərhidir.  O  zaman  doqma  Kilsənin  Müqəddəs  Kitabı 
səhvsiz, detallı şərh etməsidir."
Məryəmin həyatında, Müqəddəs Kitabda açıq şəkildə 
göstərilən bəzi qəti gerçəklər vardır. Məsələn, İsa Məsihə 
bakirə olaraq hamilə qalması, Luka İncilində qəti və açıq 
şəkildə  ortaya  qoyulmuşdur  (bax   Luka  1:34-35). 
Məryəmin göyə qaldırılması və əsl günahdan təmizlənmiş 
şəkildə  dünyaya  gəlməsi  kimi  digər  gerçəklər  Müqəddəs 
Kitabda  eyham  edilmişdir,  ancaq  hər  zaman  Kilsə 
tərəfindən öyrədilmişdir. Eyham edilən bu gerçəklər bizim 
Müqəddəs  Kitabı  anlamağımız  üçün  digər  lazım  olan 
gerçəklərdən  daha  az  əhəmiyyət  daşımır.  Əslində  eyham 
yolu  ilə  izah  edilən  detallar  yazılı  əsərlərdə  ümumiyyətlə 
68


Skot Han: Əziz Anam
daha da əhəmiyyətlidir. Çünki bunlar bizə yazıçının nəyə 
əhəmiyyət verdiyini göstərir. Məryəmin göyə qaldırılması 
kimi  detallar  şifahi  olaraq  ifadə  edilməsə  də  hadisələrin 
gedişində əsas toxumanı meydana gətirir. Bilavasitə izahat 
olmadan bütün izah edilənlər parçalanıb yox olardı.
Beləcə,  əsrlər  boyunca  Kilsə  diqqətli  bir  şəkildə 
Məryəmlə  əlaqədar  təlimini  saxladı,  qorudu  və  müdafiə 
etdi,  çünki,  bunlardan  imtina  etmək,  demək  Müqəddəs 
Kitabdan imtina demək olacaqdı. Bunları aradan götürmüş 
olsaydılar, Rəbbin ailəsini anasız qoyacaqdılar. Doqmalar 
olmadan,  Məryəm  şəxsiyyəti  ilə  heç  bir  əhəmiyyət 
daşımayan Nazaretli adi bir qadın, Müqəddəs Kitabda izah 
edilən hadisələrdə təsadüfən ortaya çıxmış olaraq gələr və 
gerçəkliyini  itirərdi.  Məryəm  gerçək  deyilsə  bəs  onda 
Onun  razılığı  ilə  reallaşan  Rəbbin  vücud  alması  da,  İsa 
Məsihin  anasından  aldığı  bədəninin  əzab  çəkməsi  də, 
Məryəmin oğlu, Davudun oğlu İsanın ailəsini paylaşmaqla 
əldə etdiyimiz bütün məsihçilərin Rəbbin övladları olması 
da  gerçəkliyini itirərdi.
Yazılı  mətnlərlə  birgə  Kilsənin  Məryəm  təlimi  bizi 
Rəbbin  ailəsi  olan  konkret  gerçəyinə  yaxın  tutur.  Yenə, 
inanclı  bir  Xristian  üçün  nə  doqma  halına  gəlmiş 
məlumatlar,  nə  də  prototiplər  yolu  ilə  izah  edilənlər 
mücərrəd  və  ya  metafora  olaraq  görülməməlidir.  Bunlar 
yaşayan anamız olan birinin gerçək xüsusiyyətləridir.
Müqəddəs  Kitabı  çox  sevdiyi  üçün  hadisələrin  baş 
verdiyi  Qüdsə  köçən  Kilsə  Atası  Şamlı  müqəddəs 
Yəhyanın imanını düşünün. Əhdi-Ətiqdə olan Məryəm və 
İsa ilə əlaqədar bütün bənzərlikləri (prototipləri) ən doğru 
forması  ilə  bilirdi.  Hələ  rəsmiləşməyən  doqma  halına 
gəlməyənlər  də  daxil  olmaqla  Məryəmin  həyatındakı 
bütün  gerçəkləri  də  bilirdi.  Təxminən  eramızın  740-cı 
ilində,  Məryəmin  göyə  qaldırılması  ilə  əlaqədar  olan  üç 
69


Skot Han: Əziz Anam
vəzi  var.  Bu  kitabda  daha  əvvəldən  danışdığımız  Yeni 
Həvva,  əhd  sandığı,  kraliça  ana  kimi  bənzətmələr  daha 
doqma  olaraq  qəbul  edilməzdən  əvvəl  bu  müqəddəs 
tərəfindən  dilə  gətirilmişdi.  Bu  vaxt  yenə  də  Yəhya, 
Müqəddəs  Kitabı  vəz  edərkən  görüşlər  haqqında  deyil 
Rəbb tərəfindən göyə qaldırılan gerçək bir adam haqqında 
danışmışdır.
Məryəmin  göyə  qaldırılması  ilə  əlaqədar  olaraq 
söylədikləri  xüsusilə  təsirli  olmuşdur.  "Rəbb  də  atası  və 
əvvəlki atası olan Davud sevinclə rəqs edir və mələklər də 
onunla  rəqs  edir,  baş  mələklər  Məryəmi  tərifləyirlər"  - 
deyir. Yəhya bu səhnəni təsvir edərkən, Kral Davudun bir 
doqmanın  və  ya  əhd  sandığı  ola  biləcək  bir  metafora 
ətrafında  rəqs  etdiyini  düşünmür  (2  Şam.  6:14).  Əksinə, 
Yəhya, Davudu qızı və eyni zamanda da anası olan gerçək 
bir insana duyduğu sevgidən ötrü rəqs edərkən görmüşdür.
Doqma  da  olsa,  yenə  də  Kilsənin  Müqəddəs  Kitabı 
səhvsiz olaraq  şərh etməsi  Davudun açıqca gördüyü  kimi 
bu  insanı  gerçək  bir  ana  olaraq  görməmizi  təmin  edər. 
Çünki doqmalar Rəbbin ailəsinin qəti görünüşünü qoruyan 
imanın gerçəkləridir.
RƏBBİN XİLAS PLANI GÜNAHSIZ DOĞUM
"Günahsız  doğum"  təlimi,  Rəbbin  Məryəmi  əsl  günahın 
bütün  ləkəsindən  qoruduğu  inancıdır.  Anasının  bətnində 
döllənən  ilk  andan  etibarən,  Oğlu  İsanın  əməli  sayəsində 
qazandığı  müqəddəs  lütfü  vəziyyətində  həyatını  davam 
etmişdir.  Ona  görə  mələyin  Məryəmə  söylədiyi  "Salam 
sənə,  ey  lütflə  dolu  Məryəm"(Salam  mübarək  Məryəm), 
İsa Məsih bütün insanlar üçün lütf qazanmamışdan neçə il 
əvvəl deyilmişdi. Halbuki Məryəm o vaxt da lütf ilə dolu 
idi.
70


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə