Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   16   17   18   19   20   21   22   23   ...   34

Skot Han: Əziz Anam
Kardinal  John  Henry  Nyuman,  günahsız  doğumun 
Məryəmin  Yeni  Həvva  olaraq  rolu  üçün  əhəmiyyətli  bir 
nəticə  olduğunu  düşünür.  "Lütf  adını  verdiyimiz  əxlaqi 
hədiyyənin varlığı sayəsində əgər Həvva bütün insanlığın 
qaynağı  oldusa,  Məryəmin  daha  böyük  lütfləri  olduğunu 
söyləmək  çoxmu  iddialı  olar?  Əgər  Həvvaya  bu 
fövqəltəbii  hədiyyə  insan  olaraq  yaradıldığı  ilk  anda 
verildisə, Məryəmə də insan olaraq dölləndiyi ilk anda bu 
hədiyyənin  verildiyini  inkar  etmək  mümkündürmü?" 
(Mistik qızılgül 11).
Nyuman  ayrıca  İsa  Məsihin  günahsız  bir  anadan 
doğulmasının da ona yaraşdığını düşünür:
“Məryəm  Rəbbin  ilahi  qanununda  yalnız  bir  vasitə 
deyildi.  Rəbbin  sözü  Müqəddəs  Evxaristiyanı  qəbul 
etdiyimiz 
 zaman  daxilimizdən  keçdiyi  kimi,  Onun 
daxilindən  keçib  getməmişdir.  Əbədi  olaraq  yaşayacaq 
Oğul özünə səmavi bir bədən götürmədi...Yox.   Məryəmin 
qanı  ilə  qidalandı  və  onunla  birlikdə   insan  təbiətini  öz 
ilahi  şəxsiyyətinə  çəkdi.  Ondan  bədən  aldı  və  özünü 
dünyaya  göstərəcəyi  görünüş  və  xarakter  kimi 
xüsusiyyətləri  anasından  gəlir.  Şübhəsiz,  Onun  Oğlu 
olaraq  ona  bənzərliyi  ilə  tanındı.  Elə  isə  Əzəli  Atanın 
Məryəmi  bu  vəzifəsində  bəzi  istisna  sayılan  üstün 
müqəddəs  lütflərlə  təqdim  etməsi  doğru  olmazdımı?” 
(Mistik qızılgül 58)
Məryəmin  ləkəsiz  doğumu  ilk  kilsədə  mübahisəsiz 
qəbul  edilmişdir.  Suriyalı  müqəddəs  Ephrem  dördüncü 
əsrdə,  daha  sonra  beşinci  əsrdə  müqəddəs  Augustinusun 
etdiyi  kimi  bu  gerçəyə  şahidlik  etmişdir.  Müqəddəs 
Augustinus  ailə  vəziyyətini  göz  önündə  tutaraq  İsa 
Məsihin  anasının  bir  günahkar  olduğunu  deməyin  təhqir 
71


Skot Han: Əziz Anam
olacağını  ifadə  edərək  bu  fikrin  təlim  halına  gəlməsini 
təmin etmişdir.
Augustinus:  "Rəbbin  hörməti  üçün  heç  bir  etirazın 
olmayacağını  ümid  edərək  Müqəddəs  Bakirə  Məryəm 
xaricində  hər  kəs  günah  etmişdir.  Nə  də  olsa  hər  kəsin 
istisnasız  günahsız  qəbul  etdiyi  Məsihə  hamilə  qalıb 
dünyaya gətirən Məryəmə günah üzərində tamamilə zəfər 
qazanacaq olanın xatirinə nə böyük bir lütf bəxş edildiyini 
hamımız bilə bilərik” - deyir. (De natura et gratia 42).
Məryəmin  günahsızlığını  vurğulayan  qərbdəki  din 
alimlər bu doktrinanı bir parça mənfi şəkildə öyrədərkən, 
şərq  Kilsələri  tam  əksinə  Onun  böyük  müqəddəsliyinə 
diqqət  çəkmişlər.  Xalq  arasında  sevgilərini  ifadə  etmək 
üçün  Məryəmə  qoyulan  ad  "Panaghia"  olub  mənası  "hər 
şeyi  müqəddəs"  olandır.  Çünki  Məryəmin  sahib  olduğu 
bütün dəyərlər müqəddəslik nişanəsidir.
Bunun  əvəzinə  isə  Kilsə  Məryəmin  günahsız 
doğumunun  rəsmi  olaraq  elan  edildiyi  1854-cü  ilə  qədər 
səssiz  qalmışdır.  Bu  əsnada  bəzi  məsihçilər,  hətta  bəzi 
müqəddəslər  Məryəmin  dölləndiyi  andan  etibarən 
günahsız  olduğunu  söyləmənin  bir  mənada  İsa  Məsihin 
rolunu,  ya  da  Məryəmin  insani  xüsusiyyətlərini  heçə 
saymaq  olacağından  narahatçılıq  hiss  etmişlər.   Ancaq, 
Papa  IX  Pius  bu  narahatlıqlara  etdiyi  rəsmi  şərhlərlə  son 
vermişdir:  "Ən  Müqəddəs  Bakirə  Məryəm,  anası  Ona 
hamilə qaldığı anda qüdrətli Rəbbin bəxş etdiyi lütflə İsa 
Məsihə yaraşan və bütün insanlığı xilas edəcək bir ana ola 
bilməsi üçün yalnız ona məxsus bir lütf və istisna olaraq, 
əsl 
günahdan 
ayrı 
tutulub 
günahsız 
dünyaya 
gəlmişdir."(İneffabilis Deus).
Bu  bir  neçə  sözlə  deyilənlər  əslində  Kilsənin  dərin 
təliminin  bir  parçasıdır.  Papa  Pius,  tarixdə  İsa  Məsihin 
dünyaya  gəlişinin  bənzərsiz  olduğu  kimi,  Məryəmin 
72


Skot Han: Əziz Anam
günahsız  doğulmasının  da  Rəbbin  lütfü  ilə  reallaşan  bir 
istisna  olduğunu  açıqca  ifadə  edir.  Daha  sonra  şübhə 
qoymayacaq  şəkildə  Xilaskarı  olan  İsa  Məsih  sayəsində 
Məryəmin  bu  istisna  lütfə  sahib  olduğunu  ifadə  edir. 
Nəticə etibarilə Papa, günahsız doğumun Məryəmin öz işi 
deyil,  Rəbbin  Məryəmi  ilahi  şəkildə  qoruması  olduğunu 
vurğulayır.
O  halda  günahsız  döllənməsi  bizim  kimi  zamanla 
məhdud  olmayan  əbədi  Rəbbin  hər  zaman  gözündə  olan 
xilasımızın  reallaşması  üçün  əvvəldən  Məryəmdə 
gerçəkləşdirilən qurtuluşun barıdır.
Bu  şəkildə  İsa  Məsihin  insanlığı  qurtaracaq  ölümü  hələ 
reallaşmamış  olsa  da,  bu  xilas  Məryəm  üçün  doğum 
anında  təmin  edildisə  də,  Qolqotada  şəxsən  ola  bilməsək 
də  Məsihin  bizi  günahdan  qurtarışı  sizi,  məni,  hamımızı 
maraqlandırır.  Məryəmin  qurtuluşu  günahdan  qorunaraq 
təmin  edilmiş,  bizim  qurtuluşumuz  isə  günahdan  azad 
olması şəklində olmuşdur.
İndiki  zamanda  da  İsa  Məsih  bənzər  şəkildə  bəzi 
günahkarları  günahdan  uzaqlaşdıraraq,  bəzilərini  isə 
günahdan  qoruyaraq  xilasını  reallaşdır.  Bəzi  insanlar 
oğurluq,  narkotik  asılılığı,  zina  kimi  günahkar 
vərdişlərindən tövbə lütfünə çatdıqdan sonra uzaqlaşarlar. 
Bəzi  insanlar  isə  yaxşı  bir  ailədə  böyüdükləri  üçün  Rəbb 
onlara  kiçik  yaşlarından  etibarən  günahı  hər  zaman  rədd 
etmə  lütfünü  bəxş  etmişdir.  Qoruma  və  ya  uzaqlaşdırma 
hər iki vəziyyətdə də günahdan təmizlənib qurtulmağımız 
Rəbbin  bizə  hədiyyəsidir.  Onun  müqəddəs  məqsədi 
istiqamətində  Məryəmin  həyatının  hər  anında  günahdan 
tamamilə təmizlənmiş olmasını uyğun hesab etdi.
Məryəm  günahdan  təmizlənmiş  olduğuna  görə  İsa 
Məsihin  onu  qurtarması  lazım  idimi? Bəli.  Yalnız  Onun 
günahdan  ayrı  tutulması,  İsa  Məsih  vasitəsilə  bütün 
73


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə