Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

Skot Han: Əziz Anam
aralarında fiziki mənada bir evlilik əlaqəsi olmamışdır. Bu 
təlim Məryəmin "daimi bakirəliyi" olaraq bilinir.
Kilsənin  ilk  günlərində  bu  təlimə  qarşı  olan  insanlar 
bəzən  bu  təlimi  dağıtmaq  istədilərsə  də  heç  bir  zaman 
müvəffəqiyyətli  ola  bilmədilər.  Onların  emalı  olaraq 
yazdığı  mübahisələr,  zamanın  böyük  Kilsə  müəllimi 
müqəddəs 
Hiyeronimus 
tərəfindən 
asanlıqla 
çürüdülmüşdür. 
Hiyeronimus 
Məryəmin 
daimi 
bakirəliyinə dil uzatmağa cürət edənlərə ən sərt və incidici 
qarşılıq verən önəmli bir şəxsiyyətdir. Bu imansız kəslərin 
mübahisə  etmək istədikləri nə idi ?
Mübahisələrin  ən  əhəmiyyətli  səbəbi,  İncildəki 
"İsanın  qardaşları"  deyə  bəhs  edilən  qisimdən 
qaynaqlanırdı.  Məsələn,  müqəddəs  Mark  İncilində:  "Bu 
adam  həmin  dülgər  deyilmi?  Məryəmin  oğlu,  Yaqubun, 
Yusifin,  Yəhudanın  və  Simonun  qardaşı  deyilmi?  Onun 
bacıları  burada-  bizim  aramızda  yaşamırmı?"  (Mark  6:3) 
sözləri  ilə  qarşılaşırıq.  Matta  İncilində  12:46:  "  İsa 
camaatla  söhbət  edəndə  anası  və  qardaşları  gəldi.  Onlar 
bayırda  durub  Onunla  danışmaq  istəyirdilər."  Luka 
(bax2:7)  İncilində:  "O,  ilk  oğulunu  dünyaya  gətirdi." 
deyərkən İsanın Məryəmin ilk uşağı olduğunu oxuyuruq.
Həqiqətdə  Yəhudi  adətlərinə  görə  yaşayanlar  üçün 
burada  deyilənlər  qəribə  olmadığına  görə  söz-söhbət 
olmaz  .  İbranicə  də  qardaş  sözü  əmi  oğlularını  da  əhatə 
edən  geniş  məna  bildirən  bir  söz  idi.  Əslində,  qədimdən 
İbrani  dilində  əmi  oğlu  üçün  ayrı  bir  söz  yox  idi.  İsanın 
vaxtında  yaşamış  bir  Yəhudi  üçün  kiminsə  əmisi  oğlu 
qardaşı  demək  idi.  İsa  Məsihin  danışdığı  arami  dilində 
olduğu  kimi  digər  Sami  dillərində  də  eyni  vəziyyət  idi. 
Üstəlik, İsa qəti surətdə tək uşaq olduğuna görə ən yaxın 
qohumları  olan,  əmi  oğluları  qanuni  olaraq  qardaşları 
qəbul edilirdi. Nəticə etibarilə, "ilk doğulan" sözü əslində 
78


Skot Han: Əziz Anam
həqiqətən  anlaşılmaz  bir  çətinlik  təşkil  etmir,  çünki  ana 
daha sonra başqa uşaq doğsun, ya da doğmasın - qədimdə 
İsraildə ilk doğulan uşaq üçün istifadə edilən rəsmi termin 
"ana bətnini açan " uşaq idi.
Yenə  bu  Yəhudi  mədəniyyətinə  düşmən  olan  bəzi 
kəslər  Müqəddəs  Kitabdan  bəzi  yerlər  götürərək  Məryəm 
və Yusifin daha sonra əlaqədə olduqlarını eyham etmişlər. 
Matta  İncili  (1:18):  "İsa  Məsihin  doğulması  belə  oldu. 
Anası  Məryəm  Yusifə  nişanlanmışdı.  Amma  birlikdə 
olmalarından  əvvəl  Məryəmin  Müqəddəs  Ruhdan  hamilə 
olduğu  aşkar  oldu."  Müqəddəs  Hiyeronimusa  qarşı  çıxan 
Helvidius  bu  cümlədəki  "əvvəl"  sözünə  diqqət  çəkərək 
nəticədə  bir  araya  gəlməmiş  bir  cüt  üçün  Mattanın  bu 
ifadəni  istifadə  etməyəcəyini  irəli  sürmüşdür.  Sonradan 
Helvidius ayrıca Matta İncilinin birinci hissəsində Yusifin: 
"Amma oğlunu doğana qədər Yusif Məryəmə toxunmadı." 
(1:25)  sözlərinin  müzakirə  edilməsinə  səbəb  olmuşdur. 
Yenə  Helvidius,  "qədər"  sözünün  Yusifin  daha  sonra 
Məryəmlə birlikdə olduğunu ifadə etdiyini söyləmişdir.
Bu  yanaşma  klassik  və  həvəskarca  tənqidedici  bir 
şərhdir. Bu səbəblə çox qəti və asan şəkildə profesional bir 
Müqəddəs  Kitab  şərhçisi  tərəfindən  düzəldilmişdir. 
Helvidiusa  cavab  verən  Hiyeronimus,  eyni  mövzuya 
toxunaraq  zamanın  sərhədsiz  olaraq  göstərildiyini 
söyləmişdir.  Rəbb  peyğəmbərinin  ağzından  danışarkən 
bəzi  kəslərə  "Siz  qocalanacan  mən  Oyam"  (baxYeşaya 
46:4)  deyir.  Hiyeronimus  alov  kimi  püskürməyə  davam 
edir:  "Onlar  yaşlandığı  zaman  Rəbb  Rəbb  olmayacaq  ki? 
Cavab  təbii  ki,  xeyrdir.  Hiyeronimus  İsa  Məsihin 
sözlərindən  istifadə  edərək  davam  edir:  "Bilin  ki, 
dünyanın sonuna qədər hər gün sizlərlə bərabərəm" (Matta 
28:2).  İynələyici  şəkildə  Hiyeronimus,  Hevidiusdan 
“məgər  dünyanın  sonunda  İsa  Məsih  həvarilərini  tərkmi 
79


Skot Han: Əziz Anam
edəcək”  deyə  soruşdu.  Hiyeronimus  bu  nümunələrini 
çoxaldır amma burada hamısını təkrar etməyimizə ehtiyac 
yoxdur. Məryəmin bakirəliyinə dil uzadanların Müqəddəs 
Kitabda  güvənə  biləcəkləri  heç  bir  misalın  olmadığını 
söyləməyimiz  kifayətdir.  Ayrıca,  Xristian  təlimi 
bütünlüklə bunun əksini iddia edənlərə qarşıdır.
Müqəddəs  Kitabda  bununla  əlaqədar  bir  nümunə 
axtaranların  əvvəlcə  Luka  İncilinin  birinci  hissəsini 
diqqətlə  oxumaları  lazım  idi.   Burada  Yusiflə  nişanlı 
olduğu  ərəfədə  Mələk  Cəbrayıl  Məryəmə  görünərək  bir 
oğul dünyaya gətirəcəyini söyləyir. Məryəmin cavabı isə: 
"Ərim  olmadığına  görə  bu  necə  olacaq?  "  (bax  Luka 
1:27-34).
İndi,  əriylə  normal  bir  evlilik  əlaqəsi  planlaşdırsaydı 
Məryəmin bu sualı qəribə qarşılanardı. Mələk ona normal 
olaraq  evlilik  içində  reallaşan  uşaq  sahibi  olmaqdan 
danışmışdı.  Əgər  Helvidius  haqlı  olsaydı,  o  zaman 
Məryəm  bunun  necə  olacağını  çox  yaxşı  bilərdi.  Çünki 
uşaq  təbiətdə  necə  olursa  olsun  təbii  şəkliylə 
gerçəkləşəcəkti.
Ancaq  bu  hadisə  elə  görünür  ki,  Məryəm  üçün 
tamamilə 
mümkün 
deyildi. 
Sualının 
ardındakı 
söylənməmiş  düşüncə  nişanlanmış  olsa  da  uşaq  sahibi 
olmaq  üçün  bir  cəhddə  olmaması  lazım  olduğudur.  O 
zaman  bu  necə  reallaşacaqdı?  Bəzi  şərhçilər  Məryəmin 
çox  kiçik  yaşından  etibarən  bəkarət  andı  etdiyini  və 
Yusifin  də  bunu  bildiyini,  qəbul  etdiyini  və  sonunda  bu 
mövzuda  ona  dəstək  olmaq  istədiyini  təxmin  edirlər.  Bu 
düşüncəyə  qarşı  çıxanlar  köhnə  İsraildə  bu  tərz  bir 
bakirəlik  andının  demək  olar  ki,  heç  eşidilmədiyini 
söyləyirlər.  Amma  İsanın  zamanında  İncildə  İsanın 
özündən,  müqəddəs  Pavel  və  digərlərindən  bunun 
nümunələrinə  rast  gəlirik.   Lut  gölünün  (Ölü  dəniz) 
80


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə