Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   26   27   28   29   30   31   32   33   34

Skot Han: Əziz Anam
(nömrə  63).  Ana  olaraq  ailənin  bir  üzvüdür  və  Ata  ilə 
birlikdə bu ailəyə xüsusi şəxsiyyətini qazandırır.
Eyni  zamanda  Kilsə  də  anadır.  Ancaq  bu  analıq  İsa 
Məsih  və  Məryəmə  söykənən  fəaliyyəti  sayəsindədir. 
Kilsə səmimi yaxınlığı ilə Məryəmə bağlıdır, Kilsə ayrıca 
Məryəmin bakirə analığını ucaldaraq və nümunə götürərək 
öz analığını reallaşdırır.
"Həqiqətən  də  Kilsə  Məryəmin  sirli  müqəddəsliyini 
hədəfləyərək,  Onun  məhəbbətini  nümunə  götürərək, 
Atanın  iradəsini  imanla  yerinə  yetirir,  Rəbbin  sözünü 
imanla  qəbul  edərək,  analıq  vəzifəsini  yerinə  yetirdiyi 
zaman  özü  də  ana  olur."  Məryəmlə  birlikdə  Kilsə  də 
yoldaşı  olan  İsa  Məsih  tərəfindən  ona  bildirilən  imanı 
qoruduğu  və  müdafiə  etdiyi  üçün  bakirədir.  "Rəbbinin 
anasını  nümunə  götürərək  Müqəddəs  Ruhun  qüdrəti  ilə 
Kilsə  bakirə  formasında  iman,  güclü  bir  ümid  və  səmimi 
bir məhəbbəti qoruyur" (nömrə 64).
İŞILDAYAN ŞÖHRƏT
İlahiyyatçılar  Məryəmdən  "ilk  nümunə"  deyə  bəhs 
edərkən  nə  demək  istəyirlər?  Sadəcə,  ifadə  etmək 
lazımdırsa,  Məryəm  kilsə  şəklinin  ən  sonunda 
reallaşmasıdır (bax KKK 967, 972).
Bu  kitabda  gördüyümüz  kimi,  Əhdi-Ətiqdəki 
prototiplər  Əhdi-Cədiddəki  gerçəkləri  gizləyir.  Ancaq 
İncildəki gerçəklər bunun əksinə olaraq cənnətdəki ucalığı 
gizləyir.  Bu  səbəblə  İncilin  Vəhy  Kitabı  bu  cür 
əhəmiyyətli  və  təməl  daşı  qədər  qiymətlidir.  Burada 
sonunda  reallaşacaq  olan  bütün  dünyəvi  prototiplərdən 
bəhs  olunduğunu  görürük.  Rəbbin  tarix  boyunca  bütün 
yaratdıqlarını şöhrətə çatdırdığını göstərir.
105


Skot Han: Əziz Anam
Vəhy Kitabında cənnətə alınan, hökm sürən Məryəm 
təməl elementdir. Kilsə yalnız bir prototip olaraq qalarkən 
Məryəm  özü  ilə  bağlı  bir  gerçəyin  sona  çatdığı  nöqtədir. 
O,  Bakirə  və  Anadır;  İsa  Məsihin  Gəlini,  Səmavi 
Yerusəlim,  Rəbbin  şəhəridir.  O,  cənnətin  ilk  prototipidir. 
Kilsə  və  yerdə  qalan  bizlər  də  dünyada  keçirdiyimiz 
günlərimiz  əsasında  bu  sirli  gerçəyə  çatmaq  üçün 
çalışmalıyıq.
Məclis bunları söyləyir:
"Ləkəsiz və qüsursuz olaraq mükəmməlliyə çatmış olan ən 
müqəddəs  Bakirənin  içindəki  İsa  Məsihi  izləyən  Kilsə 
üzvləri,  hələ  də  günahla  başa  çıxıb  müqəddəsliklərini 
artırmaq  üçün  çalışırlar.  Bu  səbəblə,  imanlılar  seçilən 
insanların  birliyində  işıldayan  gözəl  ləyaqətlərin 
daşıyıcısını  nümunə  götürərək  Məryəmə  gözlərini 
çevirirlər. İsa Məsihin ucalığını məqsəd qoyan Kilsə, daha 
çox  önə  çıxarılmış  prototip  olan  Məryəmə  bənzəyərək 
iman, ümid və məhəbbət işlərində, hər işdə daim   Rəbbin 
arzusunu  axtarıb  yerinə  yetirməkdə  inkişafını  davam 
edir.” (Lumen Gentium 65).
Bizim  səylərimiz  fərdidir,  ancaq  eyni  zamanda  da 
ictimaidir. Rəbbin ailəsinin üzvləri olaraq digər insanların 
qayğısına  qalıb  bir  çoxlarını  bu  ailəyə  daxil  etmək  üçün 
məşğul  olarıq.  II  Vatikan  Məclisi  Məryəmi  yenidən 
həvariliyin  nümunəsi  və  xristian  olaraq  çatmağa 
çalışdığımız bir hədəf kimi ucaldır.
Həqiqətən  də  həvarilik  cəhdlərimiz  Məryəm  kimi 
birinə ehtiyac duyur. Həvarilik Məryəmə ediləcək bir dua 
ilə  başlamalı,  Məryəm  təlimi  və  bağlılığına  çatmalıyıq. 
Çünki,  həvarilik  demək,  bir  ailə  qurmaq  deməkdir.  Ailə 
içindəki  anaya  hörmət  olmadan  kimsə  bir  ailəyə  sahib 
106


Skot Han: Əziz Anam
olduğunu iddia edə bilməz. Üstəlik II Vatikan Məclisinin 
ifadə  etdiyi  kimi  Məryəm  öz  uşaqlarının  hər  birinin 
müqəddəslikdəki inkişafına görə çox vacibdir.
Yenə  də  İsa  Məsihin  qardaşları  arasında  belə 
Məryəmin  uşağı  olduqlarının  fərqində  olmayan  kim  bilir 
neçə insan vardır?
MƏSİHÇİLƏRİN BİRLİYİ ÜÇÜN ZƏRƏRLİDİRMİ ?
Bütün  bunlar  bizi  Məryəmlə  bağlı  universal  doktrinanın 
Xristian  birliyini  təhdid  edib-etməyəcəyi  kimi  cansıxıcı 
suala  gətirib  çıxarır.  Katolik  ilahiyyatçılar  da  aralarında 
olmaqla,  bəzi  insanlar  bu  inancı  rədd  edən  Protestant 
kilsələrinə  yaxınlaşmaq  üçün  Məryəmlə  əlaqədar 
inanclarımızı yumşaltmağımız lazım olduğunu söyləyirlər.
Halbuki  bunu  etməklə  gerçəyə  qarşı  çıxmış  olarıq. 
İlahiyyat  gerçək  bir  elm  sahəsidir,  mövzusu  isə  tamamilə 
ilahi  yolla  açıqlanmış  sirlərdən  ibarətdir. Əsrlər  boyunca 
İsa  Məsih  və  həvariləri  tərəfindən  toxumları  atılmış  olan 
bir  çox  təlimlər  Kilsənin  səlahiyyətləri  sayəsində 
açıqlandığı  kimi  doqmaya  çevrilmişdir.  Bu  şəkildə, 
ilahiyyat  digər  elm  sahələrində  olduğu  kimi  zamanla 
inkişaf etmişdir.
Elm adamları müxtəlif nəzəriyyələri sınayaraq düstur 
düzəldərlər.  Bu  nəzəriyyələrdən  bəziləri,  məsələn, 
Nyutonun  cazibə  qanunu  kimi  kifayət  qədər  dəlilə  sahib 
olan  zaman  dəqiqləşərək  yenidən  qanun  adlandırılar, 
bəziləri  isə  gerçəkləşməmiş  fərziyyələr  olaraq  bir  kənara 
atılıb,  xaric  olunarlar.  Bu  üsulla  qanunlar  elmi  inkişafın 
göstəricisi  halına  gəlirlər.  Bənzər  şəkildə,  bir  doqmanın 
təyin olunması ilahiyyatda bir inkişafın olduğuna işarədir.
Doqma  bir  təlimin  mükəmməlləşmiş  halıdır  və 
təlimdə İsa Məsihin vəzifələndirib dəstək olduğu Kilsənin 
107


Skot Han: Əziz Anam
İncil  gerçəyini  öyrətdiyi  və  elan  etdiyindən  fərqli  bir  şey 
deyil.  Bir  papa  Məryəmlə  bağlı  bir  doqmanı  açıqladığı 
zaman  dünyaya  ilahiyyatda  qiymətli  bir  dərs  verməkdən 
ziyadə  daha  çoxunu  edir.  Beləcə,  o,  həvari  olaraq  bütün 
xalqlara  İncili  eşitdirmə  missiyasını  Rəbbin  özünə  bəxş 
etdiyi inayətlə yerinə yetirir (bax Matta 28:18-20).
Kilsənin tarixi boyunca doqmaların tərifi, xüsusilə də 
edilən  bir  tərif  müzakirə  nöqtəsi  halına  gəldiyi  zaman 
Kilsədəki ən parlaq zehinlərdən bəzilərinə ilahiyyat enerji 
və  həvarilik  etmə  mövzusunda  ilham  qaynağı  olmuşdur. 
1950-ci  illərdə  Fransa,  Taizedə  yaşamış  Max  Thurian  da 
aralarında  olmaqla  bir  çox  protestant,  XII  Papa  Pius 
Məryəmin Göyə qaldırılmasını doqma olaraq elan edəcəyi 
söz-söhbətlərini  eşidər-eşitməz  şiddətlə  buna  qarşı 
çıxdılar.  Katolik  birliyinin  dağılacağı  yolunda  uğursuz 
proqnozlar irəli sürərək "İncildə harada belə bir şey var?" 
deyə soruşdular.
Əksinə, Məryəmin Göyə qaldırılmasının açıqlanması 
Katolik  birliyinin  qızıl  çağının  şəfəqi  ilə  rastlaşır.  İndi, 
hardasa  əlli  il  sonra  əks  fikirdə  olan  bir  çox  quruluş 
funksiyasını itirdiyi halda, Katolik Kilsəsini hələ də birlik 
hərəkətinin mühərriki deyə təsəvvür etmək olar.
Nə təsadüfdür ki, Max Thurian Katolik bir ata olaraq 
1996-cı ilin Göyə Qaldırılma Bayramında həyata vida et-
miştir.
Gerçək  din  birliyinin  inkişafı  insan  olaraq  bizim 
səyimizin  sadə  bir  nəticəsi  deyil.  Hətta  hər  iki  tərəfin 
qarşılıqlı uzlaşması  belə bunu  təmin edə  bilməz. "Burada 
söz  mövzusu  olan  imanın  təminatını  dəyişdirmək  deyil" 
deyən  Papa  II  İoan  Pavel,  "doqmaların  mənasını 
dəyişdirmək,  bunların  içərisindən  əsas  olan  sözləri 
seçmək,  müəyyən  bir  dövrün  seçimlərini  bu  gerçəklərlə 
uzlaşdırmaq... və s. deyə əlavə edir. Rəbbin istədiyi birliyə 
108


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə