Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   26   27   28   29   30   31   32   33   34

Skot Han: Əziz Anam
yalnız  açıqlanmış  imanın  bütün  məzmununa  əlavə 
olunması ilə nail ola bilər." (Ut Unum Sint 18).
Bu  səbəblə  iman  birliyi,  Müqəddəs  Ailəsi  üçün 
hərəkətə  keçən  Rəbbin  sözünü  və  xüsusi  bir  inayəti  tələb 
edir.  Eyni  şəkildə  Rəbdən  ailə  birliyinin  simvolu  və 
qaynağı olaraq xidmət etməsi üçün bizə verdiyi Məryəmin 
vasitəçiliyi  olmadan  başqa  cür  işləyəcəyini  gözləyə 
bilmərik.
NƏHAYƏT Kİ
Mübahisələr  hər  nə  olursa  olsun,  bunlar  siyasi  mövzular 
deyil,  ailə  məsələləridir.  Həqiqətən  də  kilsədə,  ya  da 
ilahiyyat  müzakirələrində,  səmimi  olsaq  da,  əleyhdəki 
fərdi fikirlərimizi söyləyərək bu cür mövzuları ortaya sərib 
günaha  girməməyə  diqqət  göstərməliyik.  Məryəmin 
qürurunu  zədələyəcək  bir  yolda  Məryəmin  qürurunu 
axtarmaq nə qədər mənasız olar.
Birliyin  təmin  edilməsi  mövzusunda  özüm  də  çox 
məsum  olmamaqla  yanaşı  yalnız  "ortaq  anamız"  (bax 
Redemptoris  Mater  19,   47)  və  Oğlu  ətrafında  bütün 
uşaqlarını  bir  yerə  toplamaq  üçün  Rəbbin  ilahi  qüdrətini 
göstərəcəyinə olan inancıma görə ümidliyəm.
Nə  də  olsa  Kilsənin  doqması  olaraq  açıqlanmış 
Müqəddəs  Kitabdakı  tipologiyadan  öyrəndiyimiz  budur. 
Əvvəlcədən  bildirilən  əbədi  həqiqət  tarix  boyunca 
təəccüblü  sona  doğru  bütün  insanların  yönəldiyi  birliyin 
universal  və  tək  olmasıdır,  Rəbbin  insani  elementlər 
formasında  gerçəkləşdirdiyi  Məryəmi  gəlin,  ana  və 
Kilsənin  prototipi  olaraq  seçməsi  hamımızı  əhatə  edəcək 
bir birlik meydana gətirəcək.
109


Skot Han: Əziz Anam
8-ci fəsil
SON SÖZ
Müqəddəs  Bakirə  Məryəm  haqqındakı  bu  kitabın  böyük 
bir  hissəsini  oxuduğunuza  görə  bəlkə  də  dostlarınızla, 
ailədəkilərlə,  xristian  olan  iş  yoldaşlarınızla,  ya  da  söz 
Məryəmlə bağlı təliminə gəldiyi zaman şübhəli insanlarla 
öyrəndiklərinizi  paylaşmağa  can  atırsınız.  Əgər  həvarilik 
etmə  mövzusunda  həvəslisinizsə,  onda  məmnun  olaram. 
Bir zamanlar məktəbdən məni aparmaq üçün yanıma gələn 
gerçək anamdan utandığım kimi, Katolik dostlarım heç bir 
zaman  qeyri-adi  bir  anaya  sahib  olmaqdan  utanmasınlar 
deyə bu kitabı yazdım.
Yenə də bir tədbir görmək istəyirəm və bu mövzuda 
çox istəkli davranmamağınızı tövsiyə edirəm, ya da yanlış 
səbəblərdən  ötəri  bu  mövzuda  çox  istəkli  olmayın. 
Müqəddəs  Bakirəni  müdafiə  edəndə  unutmayın  ki,  qol 
yeməmək üçün bir qala dirəyini deyil öz ananızı müdafiə 
edirsiniz.  Bunu  edərkən  yalnız  ananızın  istədiyi  şəkildə 
etməlisiniz. Heç bir ana özünü müdafiə edərkən övladının 
pis  hərəkətlərlə  bunu  göstərməsini  istəməz.  Heç  bir  ana 
uşağının  özünü  müdafiə  edərkən  kobudlaşmasına  icazə 
verməz.  Heç  bir  ana  məktəb  bağçasında  səs-küy  çıxaran 
uşaqların mübahisə mövzusu olmasını arzulamaz.
Bunları  söyləyirəm,  çünki  bəzən  dini  müzakirələri 
idman  müsabiqəsi,  ya  da  oyun  kimi  görən  kəslərlə 
qarşılaşıram.  Bu  cür  insanlar  üçün  "düşmənlərini"  ta-
mamilə  hörmətdən  salmaq  bahasına  da  olsa,  hədəf 
müzakirəni qazanmaqdır.
Məryəm  təlimini  sübut  etmənin  yolu  bu  deyil. 
Məryəmin  uşaqlarının  düşmənləri  olmaz.  Bildiyimiz  İsa 
Məsihdə  hamımızın  eyni  anadan  doğulan  qardaşlar 
olduğumuzdur.  Bəzən  müzakirələr  lazımlı  olsa  da,  fərqli 
110


Skot Han: Əziz Anam
fikirdə  olan  qardaşlarımızla  mübahisəyə   girməyimizə 
ehtiyac  yoxdur  və  sevgi  bəzən  çox  çətin  olsa  da,  onları 
sevgi ilə qarşılamalıyıq.
Üstəlik,  heç  bir  zaman  özümüzü  Kraliça  Ananın 
uşaqları  olaraq  qiymətləndirib  başqalarının  qarşısında 
lovğalanmamalıyıq.  Bütün  sualların  cavabını  bildiyimiz 
yanlışına  da  düşməyək.  Hamımızın  cavablara  çatması 
mümkün  olsa  da,  heç  kim  tam  mənası  ilə  bunları  anlaya 
bilməz. Rəbb bizi təvazökar edərək uşaq olduğumuzu bizə 
xatırlatmağa  davam  edəcək.  Bəzən  yıxılmağımıza  izin 
verəcək  və  doğru  zamanda  problemin  cavabını  bilmədi-
yimizi  bizə  göstərəcək.  Belə  bir  şeyə,  hətta  bəzən  öz 
müqəddəs işini etdiyimiz sırada belə, icazə verəcək.
Bütün  bu  söylədiklərimlə  sizi  əmin  edirəm,  çünki 
iman  etdikdən  çox  qısa  bir  müddət  sonra  öz  evimdə 
Rəbbin bu mesajını aldım.

Katolik  Kilsəsində  özümü  evdə  hiss  etməyə  başlamadan 
çox  əvvəl  getdiyim  hər  yerdə  imanımla  əlaqədar  izah 
etdiklərimi  katoliklərin  canı-qəlbdən  dinləmələrindən 
qürur 
duyurdum. 
Həddindən 
artıq 
mühafizəkar 
protestantlar  və  mühafizəkarlar  bəzən  məni  pərt  etmək 
məqsədilə  etdiyim  konfranslara  qatılardılar,  amma  mən 
onların  öhdəsindən  asanca  gələ  bilirdim.  Hələ  onlar 
ağızlarını  belə  açmadan  nə  deyəcəklərini  (çünki  mən  də 
bir zamanlar belə düşünürdüm) və İncildəki hansı sübutla 
onlara  qəti  cavabı  verəcəyimi  həmişə  bilirdim.  Bu  cür 
fürsətləri artıq haradasa nişançıların vuracaqları bir başqa 
seramik  göyərçini  dörd  gözlə  gözlədikləri  kimi 
qovalayırdım.  Özümü  olduqca  güclü   bir  söz  duelçisi 
olaraq görürdüm.
111


Skot Han: Əziz Anam
Bu  cür  müvəffəqiyyətə  nail  olduğum  bir  zamanda 
birdən  özümü  bir  həftə  sonu  Gordon  Conwell  Protestant 
məktəbinin  yaxınlığında  idim.  Mən  orda  köhnə  bir 
proffessor dostumla görüşüb söhbət etməyə qərara gəldim. 
Bir  az  keçmişə  qayıdıb  köməkçi-assistent  olaraq  birlikdə 
xidmət etdiyim professorla zaman keçirmək istədim. Məni 
gördüyünə  çox  məmnun  oldu  və  orada  olduğum  müddət 
boyunca gəlib öz evində qalmağı təklif də etdi. Şübhəsiz, 
mənim  Katolik  imanını  seçdiyimi  eşitmişdi  və  kübarca 
söyləmək  lazımdırsa,  xəyalı  puç  olmuşdu.  Mənimlə 
uzun-uzadı bu mövzu ətrafında söhbət etməyə can atdığını 
söylədi.
Çox  yaxşı  bilirdim  ki,  mənə  öz  etirazını  bildirmək 
istəyirdi, mən də buna təbii ki, həvəsliydim.
Getdim,  bir-birimizi  çox  səmimi  bir  şəkildə 
salamladıq,  ancaq  hislərim  məni  yenə  yanıltmamışdı.  Bir 
müddət  sonra  ev  sahibim  və  yoldaşı  məni  Papa,  Əraf, 
Evxaristiya,  ruhanilik,  tövbə  sirri  kimi  suallarla 
sorğu-suala  etdilər.  Sualların  hər  birini  çox  gözəl 
cavabladım.  Çünki  bütün  gün  və  gecə  boyunca  əlində 
beyzbol  çubuğu  ilə  atılan  atışları  meydanda  bir-birinin 
ardınca asan bir şəkildə qarşılayıb tamaşaçılara atan böyük 
bir ulduz kimi idim.
Sonra gecə yarısına doğru layiq olduğum şəkildə tam 
rahat  bir  yuxuya  getməyə  hazırlaşdığım  zaman  yoldaşım 
birdən-birə:  "Bəs  Məryəmin  Göyə  Qaldırılmasına  nə 
deyəcəksən?" -deyə soruşdu.
Nəyi  nəzərdə  tutduğunu  bilirdim.  Bu  mövzuda 
İncildə  nümunə  göstərə  biləcəyiniz  bir  dəlil  yoxdur. 
Yorulmuşdum  və  bu  mövzunu  belə  formada  gecənin 
yarısında  ortaya  atmasından  də  narahat  olmuşdum. 
Üstəlik, hazırlaşmamışdım da. "Vəhy Kitabı 12-ci hissəyə 
112


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə