Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   26   27   28   29   30   31   32   33   34

Skot Han: Əziz Anam
baxsan  Məryəmin  bədəni  və  ruhu  ilə  cənnətdə  olduğunu 
görərsən",- deməklə kifayətləndim.
"Çox  gözəl,  Skot"  -dedi.  -  "Ancaq  mənə  altıncı 
əsrdən  əvvəl  bir  adamın  buna  inandığını  sübut 
edərsənmi?" 
“Tarix  boyunca  Kilsə,  əbədi  istirahət  yeri  olaraq 
Məryəmin  sümüklərinin  olduğu  bir  məzara  əsla  hörmət 
etməmişdir”- deyərək ötüşdürdüm.
Haqlı  bir  nöqtəyə  diqqət  çəkmişdi,  səssizliyə  gətirib 
çıxaran müdafiəm qeyri-kafi qalmışdı.
Haqlı  olduğunu  qəbul  etmişdim,  “amma  təqib 
zamanlarında  təlim  və  bağlılıq  baxımından  nadir  hallarda 
müsbət  nəticələr  verər”-  dedim.  Çətinliklərə  sinə  gərib 
səbirli davranmaq kilsənin ən başda gələn prioritetləridir.
Ev sahiblərim heç təsirlənməmişdi.
Nəhayət, güclü vəzçi gün ərzində edilən müsabiqənin 
nəticələrini  və  bir  illik  müdrikliyinin  təsirlərini  hiss 
etməyə başlamışdı.
Dərhal  bir  nöqtəyə  diqqət  çəkmək  istədim;  təbii  ki, 
altıncı  əsrə  qədər  Göyə  Qaldırılma  yazılı  tariximizdə 
ortaya  çıxmamışdır.  Ancaq  bu  tarixdən  sonra  bayram 
günləri,  ilahilər  və  yazılı  qaynaqlarda  bəhs  edilib  inkişaf 
etdiyini görürük. İmperator bu günü universal bir bayram 
günü olaraq elan etdiyi vaxt ən kiçik bir zidd görüş və ya 
müqavimət olmadı.
Ev  sahiblərim  gülümsədilər:  "Bunlar  çox  gözəl, 
yaxşı, Skot. Ancaq gerçək budur ki, əlində bizə beş yüz il 
boyunca davam edən səssizliyi izah edəcək bir şey yoxdu, 
elə deyilmi?”
Bu  ana  qədər  müzakirəmiz  olduqca  isti  bir  şəraitdə 
keçmişdi.  Amma  indi  artıq  mövzunun  qarışdığını, 
cəbhələşdiyini hiss edirdim.
113


Skot Han: Əziz Anam
Bununla belə cavab vermək lazım idi: "Xeyr, ağlıma 
bir şey gəlmir"- dedim.
"Mənə bir kitab tövsiyə edə bilərsənmi? Bu mövzuda 
oxuya biləcəyim hər hansı bir şey?"
Hirsli şəkildə başımı yellədim.
"İlk beş əsrdən qalma bir cavabın yoxdur? Əlində hər 
mövzu üçün kitabı olan səndə göyə qaldırılma ilə əlaqədar 
oxuya  biləcəyim  bir  kitab  belə  yoxdur?" Bu  anın  kefini 
sürüb zəfərinin dadını çıxarırdı.
"Xeyr" - dedim.
"Skot,  sənə  bunun  səhvsiz  şəkildə  təyin  olunan  bir 
doqma  olduğunu  xatırladıram,  sən  isə  mənə  beş  əsr 
boyunca niyə səssiz qalındığını açıqlaya bilmirsən?"
"Bilmirəm"- dedim.
Saatlarca davam edən bir dialoqun dramatik bağlanış 
anı idi. Daha əvvəl qazandığım zəfərlərin hamısı yox olub 
getmiş  kimi  görünürdü.  Qonaq  otağındakı  yatağıma 
anamın  xəyalını  puç  etmiş  kimi  hiss  edərək  elə  bil 
sürünərək çıxdım.
Yatağın içində oturdum, dizlərəmin üstünə çöküb dua 
edərək  İsa  Məsihdən  məni  bağışlamasını  istədim.  Sanki 
anasına  xəyanət  etməklə,  ONA  da  xəyanət  etmişdim. 
Özümü bütün sahəni müvəffəqiyyətlə keçib boş qapıya qol 
ata  bilməyən  bacarıqsız  bir  oyunçu  kimi  hiss  etdim. 
"Müvəffəqiyyətsizliyim və zəifliyim üçün təəssüf edirəm, 
Rəbbim"-  dedim.  Sonra  “Salam  Mübarək  Məryəm” 
duasını  oxudum.  Bu  halda  yorğun  bir  şəkildə  yatıb 
qalmışam.
Səhər  məni  oyandırmadıqları  üçün  saat  doqquzda 
oyandım. Mətbəxdə məni bir qabda omlet gözləyirdi.
Oturub yeməyə başladığım zaman təqvimdə 8 dekabr 
Bazar ertəsi günü olduğunu gördüm. Bu tarix zehnimdəki 
həyəcan  siqnalını  çalışdırdı.  Bu  gün  bir  bayram  günüdü? 
114


Skot Han: Əziz Anam
Sonra  xatırladım  ki,  bu  gün  Bakirə  Məryəmin  Ləkəsiz 
Döllənməsi  Bayramı  idi.  Artıq  Katolik  olmağıma 
baxmayaraq Protestant bir bölgədə olduğuma görə az qala 
bunu unudacaqdım.
Utancaq  bir  şəkildə  ev  sahibəmə:  "Bu  gün  kilsəyə 
getməliyəm.  Yaxınlarda  bir  yerdə  ayinə  qatıla  biləcəyim 
bir kilsə varmı?"- deyə soruşdum.
"Ah,  çox  şanlısan.  Düz  arxa  tərəfimizdə  Müqəddəs 
Pavel  Kilsəsi  var"-  dedikdən  sonra  ayin  saatlarını  öyrən- 
mək  üçün  dərhal  zəng  etdi.  Amma  onlar  artıq  o  günki 
ayinlərini  qurtarmışdılar.  Bu  səbəblə  ətrafdakı  on  kilsəyə 
də zəng etməsinə baxmayaraq təyyarə ilə buradan ayrılma-
dan  əvvəl  qatıla  biləcəyim  bir  dənə  belə  kilsə  ayini  tuş 
gəlmədi.  Ən  sonunda  təxminən  on  beş  mil  kənarda 
Peabody  ticarət  mərkəzindəki  kiçik  Karmel  Kilsəsindəki 
ayin saatlarının siyahısını tapdı.
Bir  telefondan  sonra  həqiqətən  bu  kilsədə  günorta 
vaxtı  Evxaristiya  Ayini  olduğunu  öyrəndi.  Kilsəyə  gedib 
gələcək, ev sahiblərimin də məni hava limanına buraxacaq 
qədər  kifayət  qədər  zamanım  vardı.   Yola  çıxmaq  üçün 
dərhal  hazırlanıb  ticarət  mərkəzinə  doğru  yola  çıxdım, 
günortadan  bir  az  əvvəl  bura  çatdım.  Kilsənin  harada 
olduğunu soruşdum və birinci mərtəbədə dar nərdivanlara 
doluşan,  Milad  alış-verişinə  gəlmiş  müştərilər  arasına 
düşdüm.  Ən  alt  mərtəbədə  gözləmə  otağı  kimi  kiçik  bir 
kilsədə arxadakı yerimi tutdum.
Zəngin çalması ilə yaşlı bir ata ağır-axsaq içəri girdi. 
Yetmiş yaşlarında olmalı idi. "Aman Tanrım bu çox uzun 
bir ayin olacaq",- dedim öz özümə.
Bir  də  fikir  verdim  ki,  ayinin  əvvəlindən  etibarən 
özümdən  asılı  olmayaraq  tez-tez  saata  baxıram  və 
təyyarəyə çatıb- çata bilməyəcəyim barədə düşünürəm.
115


Skot Han: Əziz Anam
Ancaq  vəz  növbəsi  gəldiyi  zaman  birdən  hər  şey 
dəyişdi.  Bu  yaşlı  adam  kürsüyə  çıxıb  hamımıza  tək-tək 
baxdı.  Şübhəsiz,  hamımız  Onun  gözlərindəki  işıltını  hiss 
etmişdik.  "Bu  gün  anamızı  qeyd  edirik!"-  dediyi  zaman 
sanki yalnız mənimlə danışırdı.
Sözünü  buradan  götürərək  atəş  kimi  sözlərlə  vəzini 
etdi.  Billy  Grahamın  bu  adam  üzərində  heç  bir  təsiri  ola 
bilməzdi.  "Məryəmin  niyə  günahsız  olaraq  doğulduğuna 
inanırsınız?  deyə  əgər  biri  sizdən  soruşsa"-  dedi.  Sanki 
guruldayaraq  -"Siz  ona  nə  cavab  verəcəksiniz?"  -  sonra 
dayandı.
"Ona nə deyəcəksiniz?" - təkrar susdu.
Sonra  birdən-birə:  "Ona  bunu  söyləyin:  Ananızı 
yaratmaq  imkanınız  olsaydı  onu  əsl  günahdan  ayrı  tutar-
dınız, deyilmi? Təbii ki belə edərdiniz." "Amma siz bunu 
bacara  bilərsinizmi?  Xeyr,  bilməzsiniz.  Amma  İsa  edə 
bilərdi, etdi də!"
Daha  sonra  ayinə  diqqətimi  yönəltmək  mənim  üçün 
çətinləşdi,  amma  artıq  şəhərdən  ayrılacağım  uçuşumu 
düşünmürdüm. Ata ilə danışmaq istəyirdim.
Ayin  sona  çatanda  izdiham  ticarət  etmək  üçün 
dağıldı.  Mən  də  kilsənin  arxa  tərəfindəki  kiçik  otağa 
yönəldim. "Ata bir dəqiqəniz varmı?" - deyə soruşdum.
Mənə baxmadan: "xeyr" - deyə cavab verdi.
Bu dəfə: "Yaxşı yarım dəqiqəniz varmı?"-   deyə sor-
uşdum.
Onda mənə baxdı:"Nə istəyirsiniz?"- dedi.
“Mən, Gordon - Conwell məzunu, sinif birincisi idim, 
amma bu ilin əvvəllərində katolik oldum.” -dedim.
Gülümsəyərək 
mənə: 
"Cənub 
Hamiltondan 
Gordonmu?  Bir  zamanlar  orada  müəllimlik  etmişdim. 
İlahiyyat öyrədirdim."- dedi.
116


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə