Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   26   27   28   29   30   31   32   33   34

Skot Han: Əziz Anam
"Xeyr, anladığınızı zənn etmirəm. Bura Protestant din 
adamlarının yetişdirildiyi bir məktəbdir" -dedim.
Qaşını  qaldırdı:  "Xeyr,  gənc  adam  sizin  anladığınızı 
zənn etmirəm. Bura qədimdən bir Karmel Monastırı idi və 
mən orada uzun illər müəllimlik etdim. Siz nə vaxt məzun 
olmuşdunuz?"
"Səksən  ikidə"-  deyə  cavab  verdim  -  "Kalvinist 
olaraq  sinfimin  ən  yaxşısı  idim.  Sonra  Katolik  imanını 
seçdim. Bu günlərdə oraya ziyarətə gəldim, amma özümü 
açaldılmış hiss etdim."
"Hə  –  dedi  -  biz  onlara  binamızı  veririk  onlar  da 
deməli  bizə  məzunlarını  verirlər.  Ədalətli  bir  ticarətə 
bənzəyir."
Sonra  danışığımızın  necə  başladığını  xatırlayaraq  - 
"Sualınız nə idi?" - deyə soruşdu.
Ona  bir  gün  əvvəlki  gecə  yarısı  özümü  necə  təhqir 
olunmuş hiss etdiyim də daxil olmaqla hər şeyi izah etdim. 
"Vəzinizi çox yaxşı verdiniz. Bu səbəblə sizin mənə təklif 
edə  biləcəyiniz  bir  kitabınız  varmı  deyə  soruşacaqdım"  - 
dedim. 
"Ağlına bu mövzu ilə bağlı bir kitab adının gəlməmiş 
olmasının  yaxşı  bir  səbəbi  var"-  dedi  -  "Belə  bir  kitab 
yoxdur.  Bir  dənə  var  idi,  amma  artıq  keçən  həftə 
sonuncusu satıldı."
Çaşmışdım:  “Ata,  Məryəmlə  bağlı  bütün  kitabları 
həqiqətən tanıyırsınız?"
"Bu vəziyyətdə bilməliyəm. Kitabı özüm yazmışam."
Ağzım  açıq  qaldı.  Sanki  özümü  dan  vaxtı  hər  şeyin 
işıqlanacağı bir nöqtədə tapmışdım.
"Bəli.  Mən  yazdım,  adı  "Məryəmin  Göyə 
Qaldırılması"dır.  Mənə  keçən  həftə  kitabın  satıldığını 
dedilər. Amma əlimdə iki surət var. Bir şkafa yönəldi. - "O 
professorun adı nə idi?" - deyə soruşdu.
117


Skot Han: Əziz Anam
Söylədim.
"Siz evlisiniz? Yoldaşınızın adı nədir?"
"Kimberley."
Kitabların  iç  səhifələrini  yoldaşım  və  dostlarımın 
adına Ata Kilian Healy, O. Carm. öz adı ilə imzaladı.
Sonra  tələsik  yanımdan  ayrılaraq  məni  çaşqınlıq 
içində  orada  buraxdı.  Rəbbin  ucalığına  heyrətlənərək 
maşınla yoldaşımın evinə getdim.
Avtomobili  yükləyib  vaxtında  Logan  hava  limanına 
ancaq çata biləcək qədər vaxt tapdım. Köhnə professorum 
o  gün  dərs  verdiyi  üçün  məni  yolçu  edə  bilmədi.  Bu 
səbəblə yolda dayanıb vidalaşdıq.
Ona:  "Son  bir  şey  də.  Məryəmin  Göyə  Qaldırılması 
ilə bağlı məndən bir kitab mülahizəmi istəmişdiniz." - Ata 
Healyın  kitabı  üçün  əlimi  cibimə  atdım  və  otuz  saniyə 
içində  kilsədə  olanları  dərhal  izah  etdim.  Təngnəfəs  bu 
kitabın tək  olduğunu, artıq  satışda qurtardığını  və bu  gün 
günorta  ticarət  mərkəzində  yazıçının  özü  ilə  təsadüfən 
tanış olduğumu söylədim.
Nə  söyləyəcəyini  bilmədi.  Yoldaşı  məni  hava 
limanına apararkən gülürdü.
Təyyarəyə  minəndə  özümü  kiçik  bir  uşaq  kimi  hiss 
etdim. Məryəm Ananın başımı sevgi ilə oxşayarkən mənə: 
"Məni  qorumaq  üçün  bu  qədər  özünü  incitmə.  Sadəcə 
məni və Oğlumu sev və əgər sən qeyri-kafi qalsan əksiyini 
biz tamamlayarıq" - dediyini elə bil eşidirdim.

Bütün  müşahidələrim  və  üstünlüklərim  qeyri-kafi  qaldığı 
zaman, 
insani 
dəyərlərim 
ölçüsündə 
alçaldılmış 
vəziyyətdəykən,  artıq  daha  çoxunu  edə  bilməyəcəkkən 
118


Skot Han: Əziz Anam
hələ  başlanğıcda  etməli  olduğum  şeyi  etdim,  “Salam 
Mübarək Məryəm” dua etdim.
Özümü  alçaldılmış  və  gücsüz  hiss  etdiyim  bir  anda 
günün  sonunda  söylədiyim  bu  dua  həyatımın  çevriliş 
nöqtəsi  oldu.  Bu  dua,  edəcəyim  ən  yaxşı  hazırlanmış 
söhbətlərimlə  belə  bacara  bilməyəcəyim  hadisələr 
zəncirini hərəkət etdirdi.
Müqəddəs  Bakirə  Məryəmi  izah  etmək  mövzusu 
olanda  çoxsaylı  cavablara  sahib  olmaqdansa  onu  çox 
sevmək daha çox işə yarayır. Qeyri-kafi qaldığımız bir an 
gələndə bizdəki əskikliklərdən Məryəm Anamız yalnız bir 
ananın edəcəyi kimi möcüzələr yaradacaq. Alçaldıldığımız 
zaman, ya da özümüzü zəif hiss edəndə bizim planlaşdıra 
biləcəyimizdən  və  ya  bacara  biləcəyimizdən  çox  daha 
yaxşı şeylərin reallaşacağına hazırlıqlı olmalıyıq.
Sevinclə  və  etibarla  müjdəni  yayın.  Başlanğıcda  hər 
problemin  cavabını  verə  bilməyəcəyinizi  də  bilin.  Ancaq 
Xilaskarımız hər şeyi bilir və O, anasını sevir. Ehtiyacınız 
olan  hər  şeyi  bəzən  məğlub  olmanız  gərəksə  belə  sizə 
təmin edəcək.
119


Skot Han: Əziz Anam
SON HİSSƏ
MÜQƏDDƏS TƏSBEH
Ad günü şənliklərində, evlilik il dönümlərində analarımız 
haqqında  danışmaq  üçün  fürsət  tapanda  bizlər  asanlıqla 
köhnə xatirələrə qayıdarıq. Anamızla uşaqlıq günlərimizdə 
paylaşdığımız  xatirələrə  toxunmaq  zəruriliyi  hiss  edərik. 
Bunları yüksək səslə dilə gətirməklə həyatımızda anamızın 
sevgisinə  qarşı  kifayət  qədər  qarşılıq  verə  bilmədiyimiz, 
bizə baxıb böyütdüyü üçün kifayət qədər ona minnət duya 
bilmədiyimiz anların əvəzini verməyə çalışarıq.
Bu kitabı  yazmağa  başladığım zaman  səhv hisslərim 
və  cəhalətim  ucbatından  nənəmin  təsbehini  parçaladığım 
an  da  daxil  olmaqla,  mənə  böyük  əzab  verən  xatirələrlə 
başa çıxmaq məcburiyyətində qaldım. Bəlkə də kitabın bu 
son qisimini yazmaqla bəzi şeyləri düzəldə bilərəm. Nənə 
Hana  aid  olan  təsbehi  geri  qaytara  bilmərəm.  Çünki 
təsbehin  parçaları  təxminən  otuz  il  əvvəl  o  gün  zibilə 
atıldı. Ancaq səhvimi bir az düzəldə bilərəm. Nənəmin çox 
sevdiyi  cənnətdəki  Kraliça  Ana  üçün  bunu  etmək 
istəyirəm.
NECƏ OLACAQ?
Min il əvvəlindən başlayaraq məsihçilər Müqəddəs Bakirə 
Məryəmə  müxtəlif  yollarla  sevgilərini  göstərməyə 
çalışdılar.  İlk  məsihçilər  Məryəmin  həyatının  keçdiyi 
yerləri  ziyarət  etdilər.  Bizansdan  təsirlənən  şərq  kilsələri 
Məryəm  şərəfinə  uzun  ilahilər  bəstələdilər.  Efiopiyalılar 
ibadətləri  əsnasında  Məryəmə  ənənə  halına  gətirdikləri 
zəngin dualar etdilər. Misirlilərin "Sub Tuum Praesidium" 
duası  ilk  qeydli  sənəddir.  Buna  qarşılıq  qərb  "Salam 
Müqəddəs  Kraliça"  və  çox  sayda  qarşılıq  duaları  inkişaf 
120


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə