Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

Skot Han: Əziz Anam
Kraliça  Anaya  yalnız  bizim  səsimizi  eşidə  bilmək  üçün 
təvazökarlıq göstərərək mərhəmətlə əyildiyinə görə deyil, 
başlanğıcdan  soylu  bir  qana  sahib  olduğumuz  və 
Məryəmin  uşaqları  olduğumuz  üçün  güvənlə  yaxınlaşa 
bilərik.  Ona  İsa  Məsihin  Kraliça  Anası  olduğuna  görə 
deyil, öz anamız olduğuna görə sığına bilərik.
DOĞUM SANCILARI VƏ SEVİNCLƏRİ
Onda  bizlər  fərqinə  yeni  vardığımız  bu  əsilliyimizlə 
Kraliça  Anaya  necə  bağlana  bilərik?  Məryəmlə  əlaqədar 
doqmalar  bizə  yalnız  nəsə  deyirlər,  amma  əslində  daha 
dərində olanların işarəsidirlər. Həmdəki son açılan doqma, 
Məryəmin  göyə  qaldırılması,  elə  bil  bizə  deyir:  “Bu  hələ 
hər şey deyil”. Məryəm indi cənnətdədir, bəs orda nə edir? 
Hər şeydən əvvəl biz İsa Məsihin nə etdiyini bilirik, Vəhy 
kitabı  bizə  Onun  hökm  sürdüyünü  söyləyir  (baxVəhy 
22:3).  Cənnətdəki  iman  şəhidlərinin  də  nə  etdiklərini 
bilirik.  Vəhy  kitabı  dünyadakı  haqsızlıqların  ədalətli 
nəticəyə  varması  üçün  bu  şəhidlərin  dua  ilə 
yalvarışlarından danışır (baxVəhy 6:9-10).
Vəhy  Kitabının  Məryəmin  cənnətdə  nə  axtardığını 
bizə  açıqlaması  o  halda  təəccüblü  olmamalıdır.  "Bütün 
yaşayanların  anası"  yeni  Həvva  olaraq  "digər  uşaqları", 
yəni Kilsənin qayğısına qalır (bax Vəhy 12:17). Cənnətdə 
olmasına baxmayaraq, Vəhy kitabında haqqında danışılan 
qadının  nə  üçün  hələ  doğum  sancıları  çəkdiyini  Papa  X 
Pius  bu  şəkildə  açıqlayır:  "Bu  kimin  doğulmasıdır?  Hələ 
də  sürgündə  olan,  amma  bir  gün  Rəbbin  mükəmməl 
sevgisinə  qovuşacaq  olan  bizlərin  doğulmasıdır.  Çəkilən 
doğum  sancıları  Bakirənin  arzu  və  sevgisini  göstərir. 
Məryəm cənnətdən bizə baxaraq daimi dua ilə çalırşır ki, 
biz də cənnətə girə bilək."
91


Skot Han: Əziz Anam
Hər  zaman  ana  olan  Məryəm  bizdən  muğayat  olur, 
bizim üçün dua edir və bizi əbədi həyata istiqamətləndirir. 
II Vatikan Məclisi bu şərhi etmişdir:
“Cəbrayılın  ona  hamilə  qalacağını  bildirdiyi  gündən 
imanı  ilə  göstərdiyi  razılıq  və  xaçın  altında  mətanətlə 
qalmasından  etibarən  lütf  nizamı  içindəki  Məryəmin  bu 
analığı,  seçilmiş  kəslərin  saylarının   tamamlanmasına 
qədər  dayanmadan  davam  edəcək.  Göyə  qaldırılışından 
sonra  da,  İsa  Məsihin  ona  verdiyi  tapşırığı  bir  kənara 
buraxmayıb hələ davam edir. 
Təkrarlanan  bu  vasitəçiliyi  ilə  əbədi  xilası  təmin  edən 
hədiyyələri zəmanət altına almağa davam edir. Buna görə 
Məryəm  Anaya  Kilsədə  vəkil,  köməkçi,  mühafizəçi, 
himayəçi deyirlər." (Lumen gentium 62, KKK, 969)
O, VASİTƏÇİDİR
Bəzən  Katolik  olmayan  kəslərin  Məryəm  üçün  söylənən 
"vasitəçi"  sözünə  qarşı  çıxdıqlarını  eşidirsiniz.  Özünü 
İncilə  həsr  etmiş  Protestant  bir  adam  olaraq  dəfələrlə  bu 
ünvanı ortadan qaldırmaq niyyəti ilə Müqəddəs Kitabdakı 
bir  hissəyə  nəzər  salmaq  istərdim:  "Çünki  bir  Allah  və 
Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan 
Məsih  İsadır"  (1  Tim.2:5).  Onda  necə  olur  ki,  həm  İsa, 
həm Məryəm eyni rolu boynuna götürə bilərlər?
Əslində, həvari Pavelin "Biz Rəbbin əməkdaşlarıyıq" 
(bax 1 Kor. 3:9) sözü bu sirri açıqlayır. Əgər İsa Məsih tək 
vasitəçidirsə,  niyə  başqa  vasitəçilərə  ehtiyac  duysun? 
Rəbb  öz  işini  özü  edə  bilməzmi?  Əlbəttə  edər.  Ancaq  O, 
Ata  olduğuna  görə  uşaqlarını  kamilliyə  çatdırmaq  istəyir 
və  bunu  etməyin  yolu  da  bizimlə  birlikdə  əməkdaşlıq 
etməsidir.
92


Skot Han: Əziz Anam
Allahın işi bizim xilasımızdır. O, öz işində Məryəmə 
xüsusi  tapşırıq  verdi:  Oğlunu  öz  südü  ilə  doyurması, 
lay-lay  söyləyərək  yatızdırması,  xaça  qədər  gedən  yolda 
Ona  dəstək  olmasını  istəməsi,  bütün  bu  çətin 
məsuliyyətlərə  və  ağrılara  “bəli”  deməsi.  Qısaca,  Ata 
Oğlunun  insan  olaraq  varlığını  Məryəmin  verdiyi  razılığı 
sayəsində reallaşdırmışdır. Məryəmdən daha etibarlı, daha 
səmimi başqa bir əməkdaş ola bilərmi? 
İsa  Məsihlə  birgə  bir  həvari  və  əməkdaş  olmaq 
cəsarət  istəyir.  Bəzən  bu  əməkdaşlıq  əzab  çəkdirər. 
Protestant olaraq gözümdən yayınan müqəddəs Pavelin bir 
az  narahatlıqla  söylədiyi  bu  sətirlərdir:  "İndi  sizin  üçün 
əzab  çəkdiyimə  sevinirəm  və  Məsihin  Öz  bədəni  olan 
imanlılar  cəmiyyəti  uğrunda  çəkdiyi  əziyyətlərin 
qalanlarını  canıma  cəfa  verərək  tamamlayıram."  (Kol. 
1:24). 
Anadangəlmə 
Katolik 
olanlar 
bir 
sıra 
müvəffəqiyyətsiz   oyunlarının  ardından  dərisi  soyulmuş 
dizlər  və  qırıq  bir  qəlbi  təsəlli  üçün  bu  ağrıları  Rəbbə 
təqdim etmələrinin onlara söyləndiyini xatırlayacaqlar. Bu 
sadə  nümunə  Məryəmin  və  bizim  qurtuluşumuzun 
təməlini  meydana  çıxarması  sirrini  anlamamızın  açarıdır. 
Şüurlu  bir  şəkildə  öz  ağrılarımızı  Rəbbin  bizi  qurtaran 
ağrılarına  qatmağı  bacardığımız  zaman  Rəbbin  iş 
əməkdaşları  olarıq.  Bakirə  Ana,  xüsusilə,  Qolqottada 
ürəyini  Onun  ürəyinə  bağlayaraq  ən  mükəmməl  şəkildə 
Rəbbin işində ortaq adam oldu. 
Üstəlik,  İbranilərə  yazılan  məktub  Məsihin  baş 
keşişliyini  izah  edir.  Rəbbin  doğulan  yeganə  Oğlu 
olduğuna  görə  bizim  ilahi  övladlığımızın  təməlini  də 
qoyur (İbr. 1:1 - 2:17) (İbr. 2:10-17; 13:10-16) (Bax 1 Pt 
2:5). Bizim də keşiş olaraq xidmət etmək vəzifəmizdir. Nə 
də  olsa,  Xilaskar  və  xilas  olunan  arasında  şiddətli  bir 
rəqabət yoxdur. Rəbbin ailəsində ilk doğulan övlad olaraq 
93


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə