Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   19   20   21   22   23   24   25   26   ...   34

Skot Han: Əziz Anam
yanındakı  mağaralardan  (Qumran)  tapılan  köhnə 
perqament  yazılarında  bakirəlik  andının  bəzi  israillilər 
arasında  çox  məşhur  olduğu  açıqca  isbat  edilmişdir.  Bu 
səbəblə  Məryəmin  belə  bir  bakirəlik  andı  etmiş  olması 
mümkündür.
Hər  iki  vəziyyətdə  də  həm  Müqəddəs  Kitabda,  həm 
də  ənənəvi  yaşayışa  bağlı  olaraq  açıqca  görünür  ki, 
Məryəm həmişə bakirə olaraq yaşamışdır. (bax KKK 499, 
510)  Belə  ki,  bütün  gələcək  nəsillər  üçün  Məryəm  adı 
bakirəlik  adı  ilə  anılacaqdır.  Müqəddəs  Epiphanius, 
Məryəmin  bakirəliyi  haqqındakı  bütün  mübahisələrə 
adının  şahidliyi  ilə  son  vermişdir.  Onun  zamanında  belə, 
yəni dördüncü əsrdə Məryəm üçün yalnız "bakirə" termini 
istifadə  edilərdi.  Dəfələrlə  çətinlik  yaradan  uzun 
mübahisələr davam edərkən buna susulmuşsa da, yaxşı bir 
oğul  şübhəsiz  anasının  şərəfini  müdafiə  edər.  Bununla 
belə,  hələ  də  dəlillər  üçün  yer  vardır  və  Hiyeronimusun 
etdiyi  kimi  Məryəmin  övladları  olaraq  bu  cür  hücumlar 
qarşısında Müqəddəs Kitabı əlimizə alıb Məryəmin adına 
qürurunu qorumalıyıq.
MƏRYƏMİN  GÖYƏ  QALDIRILMASININ  SƏBƏBİ 
SONSUZ MƏHƏBBƏTDƏDİR
Daha  əvvəl  İsa  Məsihin  anasını,  hələ  dünyaya 
gəlməmişdən, anasının bətnində ikən, günahdan qoruyaraq 
şərəfləndirdiyini  söyləmişdik.  Bu  hadisə  belə  böyük  bir 
imtiyazdır, 
ancaq 
bilirik 
ki, 
İsa 
bununla 
kifayətlənməmişdir.  İsa  Məsihin  etdiklərinin  ilk  məhsulu 
olaraq, xilasa çatdığı kimi, bədən olaraq da dirilib Rəbbin 
ilahi  şanına  çatmışdır.  Bunu  Müqəddəs  Kitabda  görürük: 
"Göydə  böyük  bir  əlamət  zahir  oldu:  günəşi  əyninə 
geyinmiş, ayaqlari altında ay və başında on iki ulduzlu tac 
81


Skot Han: Əziz Anam
olan  bir  qadın  göründü."  (Vəhy  12:1) İsa  Əhdi-Cədidin 
sandığını  göydəki  Yerusəlimin  məbədində  olsun  deyə  ən 
müqəddəs  olanın  hüzuruna  daşımışdır.  Müqəddəs  Bakirə 
Məryəmin  Göyə  qaldırıldığını  etiraf  etdiyimiz  zaman  bu 
gerçəyi  dilə  gətiririk.  Dünyadakı  ölümlü  həyatının 
sonunda Məryəm bədən və ruh olaraq göyə qaldırılmışdır.
Onun  göyə  alınması  ilə  bağlı  yazılı  dəlillər,  ta 
dördüncü  əsrə  qədər  uzanır.  Altıncı  əsrin  sonlarına 
yaxınlaşan zaman bu təlim universal olaraq Kilsədə qəbul 
edilmiş və bayram olaraq qeyd olunmağa başlanmışdı da.
Kilsənin  ilk  altı  əsri  boyunca  bu  təlimlə  əlaqədar 
olaraq  ciddi  bir  meydan  oxuma  olduğuna  dair  bir  dəlil 
yoxdur.  Hətta  Müqəddəs  Məryəmin  izlərinə  sahib  olan 
kilsə  və  ya  şəhərlər  onun  göyə  qaldırılmasına  qarşı 
çıxmayıblar. Bu da olduqca diqqət cəlb edicidir. Kilsənin 
ilk  illərində  şəhərlər  və  kilsələr  böyük  həvari  və 
müqəddəslərin 
sümüklərinə 
sahib 
olmaq 
üçün 
bir-birləriylə yarış içində idilər. Əgər Məryəmin sümükləri 
dünyada qalmış olsaydı təbii ki, ən böyük mükafat olardı. 
Onun  bədəninin  qiymətli  qalıqları  tapılaraq,  şəhərbəşəhər 
gəzdirilər hər kəsə elan edilərdi. Ancaq tarixi sənədlər boş 
məzarından başqa Məryəmə aid ən kiçik bir qalıqdan belə 
bəhs etmirlər. Yalnız iki şəhər bu məzara sahib olduğunu 
iddia edir.
Məryəmin  göyə  qaldırılması  haqda  ən  etibarlı 
gerçəklikdəki  şahidlik  altıncı  əsdə  yaşamış  Tours 
şəhərindən olan müqəddəs Gregorius tərəfindən ediləndir. 
Daha  əvvəlki  sənədlərdən  dördüncü  əsrə  aid  "Məryəmin 
Keçidi"adlı  sənəd  Məryəmin  göyə  qaldırılmasını 
təsdiqləməklə birlikdə çox xəyali və şişirdilmiş, inanılması 
çətin anlayışlarla doludur. Bu təlimi təsdiqləyən bir sənəd 
olaraq qəbul etsək də digər detallardan bəhs edəndə rəsmi 
sənəd olaraq qəbul edə bilmərik.
82


Skot Han: Əziz Anam
Böyük bir Müqəddəs Kitab şərhçisi və din məlumatı 
olan  Şamlı  müqəddəs  Yəhya  bizə  göyə  qaldırılma  ilə 
əlaqədar  ən  etibarlı  və  qalıcı  mirası  qoymuşdur.  Daha 
əvvəl  bu  kitabda  danışdığımız  Müqəddəs  Kitabdakı 
oxşarlıqların  Yəhyanın  üç  vəzində  cənnətdəki  tək  bir 
ananın  portretini  çəkdiyindən  danışmışdıq.  Xüsusilə, 
Göyəqaldırılma Bayramı və bir gün əvvəli üçün Müqəddəs 
Kitabdakı  oxumalara  diqqət  cəlb  edir.  Bunlar  indi  də 
kilsələrdə oxuduğumuz parçaların eynisidir.
Bunlar bizə nə göstərir? Bizə məsihçilərin hər zaman 
Məryəmə  əhd  sandığı  olaraq  hörmət  bəslədiklərini 
göstərir.  Yəhya  daha  çox  Kral  Davudun  bütün  İsrail 
xalqını  Rəbbin  Sandığını  Yerusəlimdəki  qalıcı  yerinə 
daşımaları  üçün  topladığı  hadisənin  izah  edildiyi 
Müqəddəs  Kitabın  "1.  Salnamələr  15  "  hissəsindən 
faydalanır.  Şamlı  Yəhya  heç  bir  zaman  Vəhy  Kitabının 
11:19  -  12:17  fəsillərindən  danışmadısa  da,  Məryəmdən 
dəfələrlə  əhd  sandığı  olaraq  danışmış  və  Davudun  Onun 
ətrafında  cənnətə  gəlişinə  sevinərək  rəqs  etdiyini  izah 
etmişdir.  Bu  əlaqə  Məryəmin  Göyə  qaldırılmasının  ərəfə 
gecəsi  oxunan  məzmurda  davam  edir:  "  Ya  Rəbb, 
qüvvənin  rəmzi  olan  sandığınla  birgə  İstirahət  edəcəyin 
yerə  qalx.”(Məzmur  132:8).  Məgər  bundan  başqa  bir  ayə 
daha  gözəl  Davud  kralın  sandığı  daşıtdırmasını  və 
Əhdi-Cədid  Sandığının  Davudun  övladının  göyə 
qaldırılmasını başqa necə yekunlaşdıra bilərmi?
Şamlı  Yəhya,  cənnətdəki  Həvva  prototipindən  yola 
çıxaraq  Məryəmin  göyə  qaldırılmasının  ən  uyğun  son 
olduğunu da söyləyir:
“Bu  gün  Yeni  Adəmin  cənnəti  cəzamızı  ortadan  qaldıran 
canlı  cənnəti,  Məryəmi  qarşılayır.  Həvva,  ilanın 
çağırışına  qulaq  asdı  və  Adəmlə  birlikdə  ölümə  məhkum 
83


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə