Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   20   21   22   23   24   25   26   27   ...   34

Skot Han: Əziz Anam
olub  qaranlığın  dünyasına  sürgün  edildi.  Amma  ölüm, 
təvazökar şəkildə Rəbbin çağırışına qulaq asan, tamamilə 
müqəddəs olan bu cana necə qalib gələ bilərdi? Daxilində 
həyat  saxlayan  bədəni  çürütməyə  necə  cürət  edərdi? 
Rəbbin  Anasının  bədəni  və  ruhundan  bəhs  olunduqda  bu 
cür düşüncələr iyrənc və tamamilə diksindiricidir.” (Rəbb 
günü vəzləri IV, 427).
Bu  şəkildə  Kilsə  Atalarının  sonuncusu  ikinci  əsrdə 
özündən  əvvəlkilərin  eyham  etdiyi  təlimini  açıqca  dilə 
gətirmişdir.  Məryəmin  Yeni  Həvva  olaraq  yeri  Onun 
bədən olaraq da göyə qaldırıldığına inancımızı tələb edir.
Bu  bayramda  Müqəddəs  Kitabdan  oxunan  nitqlər 
Məryəmin Göyə qaldırılmasının necə əbədi olaraq kraliça 
ana  olduğunu  bizə  doğrulayır.  Bu  gün  camaatla 
təkrarlanan  məzmur  isə  Davud  soylu  kralın  toyunu  izah 
edir: "Mələkə olacaq qız sağ qoluna girib, Ofir qızıllarına 
bürünüb."  (bax Məzmur  45:9).  Yenə  bu  cümlə  açıq  bir 
şəkildə Süleymanın sağında anası Bat-Şeva ilə birgə hökm 
sürdüyü şəkildə, sonuncu Davud soylu kral İsa Məsihin də 
sağında  kraliça  ana  ilə  birgə  hökm  sürəcəyi  göylərdəki 
sarayını tərifləyir. İsa Məsihi Yeni Süleyman olaraq təyin 
etdikdən  sonra  Şamlı  Yəhya  Ananın  Oğlunun  kral 
şəhərindəki yerini almasının təbii olduğunu söyləyir. (Rəb 
günü vəzləri IV, 434).
Rəbb niyə belə bir kraliçanı göyə qaldırıb? O sadəcə 
Onun  yaratdığı  bir  prototip  deyil,  anasıdır.  Şamlı  Yəhya 
sözlərinə  bu  şəkildə  son  verir:  "Ana  və  atamıza  hörmət 
etmək barəsində bizə əmr verən öz Anasına hörmətini onu 
göyə qaldıraraq göstərmişdir!” (Rəb günü vəzləri IV, 429).
BÜDPƏRƏSTLİKDİR?
84


Skot Han: Əziz Anam
Bəzi  katolik  olmayan  kəslər  burada  izah  etdiyimiz 
Məryəmlə  bağlı  doqmaları  Məryəmə  tapınmaq  və 
büdpərəstlik  olaraq  qiymətləndirirlər.  Mən  də  həyatımın 
bir  dövründə  eyni  şəkildə  düşünmüşdüm.  Protestant  bir 
ilahiyyatçı  olaraq  Məryəmi  Peyğəmbər  Yeremyanın 
təqdim  etdiyi  Babil  ilahəsi  Iştara  bənzərliyi  ilə  müqayisə 
etmişdim (Yeremya 7:18; 44:15-17). Mənə görə Məryəmə 
bağlılıqları  uzun  zaman  əvvəl  Xristianlığı  qəbul  etmiş 
kimi görünən bütpərəstlərin hiyləgərcə öz ilahələrinə olan 
inancından başqa bir şey deyildi.
Təbii  ki,  yanılmışdım.  Əvvəlcə,  məsihçilərin 
Məryəmə  sitayiş  etdiklərini  düşünməklə  səhv  etmişdim. 
Gerçəkdə, Kilsə yalnız Rəbbə, Məryəmə də müqəddəslərin 
ən  böyüyü  olaraq  bağlılıq  və  hörmət  göstərir.(KKK  971, 
Lumen  gentium  66)  Həqiqətən  ilk  məsihçilər  Məryəmə 
böyük  hörmət  və  bağlılıq  göstərdikləri  halda  digər 
tərəfdən şiddətlə hər cür yerli ilahələrə ibadət etməyə qarşı 
çıxırdılar.
Bir  zamanlar  bütpərəstlər  bir  ilahəyə  "səmavi 
mələkə" adını qoyub istifadə etdiklərinə görə bu ada qarşı 
çıxmışdım. Xristianlığa qarşı olanlar İsa Məsihin etibarını 
zədələmək  üçün  eyni  nöqtəyə  toxunurlar.  Buna  dini 
müqayisə  etmə  metodu  adını  verək.  Bu  metod  belə  izah 
edilir:  Bir  çox  köhnə  bütpərəst   mifologiyada  bakirədən 
dünyaya gəlib, doğulan və ölən "Tanrının oğlu"ndan bəhs 
edildiyi  üçün  İsa  Məsihlə  bağlı  olaraq  deyilənlər  daha 
sonradan  ortaya  atılmış  sadə  və  müvəffəqiyyətli  bir 
təqliddən başqa heç bir şey deyil.
Tam  əksinə!  C.  S.  Levis  bütpərəstlik  və  Xristianlıq 
arasındakı paralelliklərin İncilə ən yaxşı hazırlıq olduğunu 
deyir  .  Bu  şəkildə  Rəbb  bütpərəstlərə  belə  açıq  bir  qapı 
buraxır  ki,  bütpərəstlərin  bir  gün  həqiqətən  əldə 
edəcəklərini görsünlər. 
85


Skot Han: Əziz Anam
6-cı fəsil
BƏS UŞAQLAR?
KRALİÇA ANA VƏ KRAL AİLƏSİ
Məryəmin  gerçəkdə  kim  olduğunu  ortaya  çıxarmaq 
maraqlı  ola  bilər.  Eyni  zamanda  bəzi  insanlar  üçün 
gerçəklər  həyəcanlı,  hətta  cansıxıcı  ola  bilər.  Əgər  o 
Əhdi-Cədidin  sandığıdırsa,  onda  eynilə  köhnə  olanı  kimi 
bizim  dərin  hörmətimizi  qazanır.  Üçüncü  əsrdə  yaşamış 
müqəddəs  Methodiusun  Bakirə  Məryəmə  söylədiyi  duanı 
xatırlayaq:
“Rəbbin  Müqəddəsliyinin  göstəricisi   (prototip)  və 
oxşarlığı olaraq O, Sandığa elə böyük hörmət göstərdi ki, 
yalnız  keşişlər  ona  yaxınlaşıb  açmağa,  ya  da  tutmağa 
səlahiyyəti  vardı.  Sanki  kraliça  otağı  kimi  sandığın  yeri 
bir  pərdə  ilə  ayrılırdı.  Bütün  yaradılanların  ən  dəyərsizi 
olan  bizlər  sənə,  kraliçaya,  necə  hörmət  etməliyik?  Sən 
Allahın  canlı  sandığısan  hansı  ki,  heç  kəsin  daşımağa 
gücü çatmayanı, yəni İsanı daşıyırsan.” (Simeon və Anna 
haqqında söhbət 5).
Hökm sürən adam olaraq Məryəm zadəganlıq ünvanı 
daşımayan  sıravi  işlərdə  işləyən  bizlərə  çox  uzaq  bir 
anlayış  ola  bilər.  Necə  olur  ki,  parça  kimi  qurşandığımız 
günahlarımızla  tərtəmiz  ucalıq  mərtəbəsində  olan 
Məryəmə yaxınlaşa bilərik?
Bu  sualı  cavablandırmaq  üçün  arxasında  yatan  ciddi 
ruhani  və  teoloji  problemi  görməyimiz  lazımdır. 
Məryəmin  pis  bir  imici  yoxdur,  hər  nə  olursa  olsun,  o, 
günahsız  və  qüsursuzdur.  Üstəlik,  katoliklər  arasında  da 
çox məşhur olan bu Məryəm fobiyası Xristianlığın əsasına 
86


Skot Han: Əziz Anam
ziddir.  Bu  Məryəm  fobiyası  özümüz  haqqında  da  yanlış 
fikirləşdiyimizi  deyir.  Ayrıca,  İsa  Məsihin  müjdəsini 
anlamağımızdakı səhvi də ortaya çıxarır. Çünki, dilənçilər 
kimi  ortaya  çıxsaq  da,  İsanın  müjdəsi  bizim 
damarlarımızda zadəgan bir qanın axmasıdır.
ZADƏGAN QANI
İncilin  əsası  nədir?  Papa  Böyük  Leo,  bizim  üçün  bunu 
yekunlaşdırır:  "Rəbb  insana  oğul,  insan  da  Rəbbə  “Ata” 
deyə  xitab  edir.  Bu  ən  böyük  hədiyyədir.”  (Nativitate 
Domini, 6)
Biz  Rəbbin  övladlarıyıq.  Bu  məcazi  bir  ifadə,  ya  da 
şüar  deyil.  Bəlkə  də  bu  anda  üstündə  oturduğunuz 
kürsüdən  belə  daha  gerçəkdir.  Vəftiz  sirrini  qəbul 
etdiyimiz  zaman  İsa  Məsihin  qanı  ilə  etdiyi  əhdlə  bağlı 
Rəbbin  ailəsinin  fərdi  halına  gəldik.  O  anda  Müqəddəs 
Üçlüyün  sonsuz  həyatını  paylaşmaq  üçün  ucaldıldıq. 
İncildə  bu  sirr  haqqında  danışan  müqəddəs  Yəhyanın 
sözlərinə  bir  qulaq  asaq:  "Baxın  Tanrının  uşaqları  adı  ilə 
xatırlanaq  deyə,  Ata  bizə  nə  qədər  böyük  bir  sevgi 
göstərdi!"  (bax1  Yəhya  3:1)  Eləyik!  İllərcə  İncili  vəz 
etdikdən  sonra,  Yəhya  hələ  də  bu  sözləri  söyləyəndə 
heyrətə  düşür:  "Bizə  Rəbbin  övladları   deyilməlidir." 
Dirilişi ilə əlaqədar olaraq İsa Məsihdən bu sözləri ilk dəfə 
eşidəndə  Yəhyanın  təəccübünü  bir  düşünün.  "Öz 
Atamın-sizin  Atanızın,  Öz  Allahımın-  Öz  Allahınızın 
yanına qalxıram." (Yəhya 20:17).
Vəftiz  sayəsində  "Oğulda  övladlar"  olduq.  İlk 
məsihçilər  bu  hadisəyə  müqəddəsləşmək  adını  vermə 
cəsarətini 
göstərmişdilər. 
Müqəddəs 
Athanasius, 
"İnsanoğulları  Rəbbin  oğulları  olsun  deyə,  Rəbbin  Oğlu, 
insan  oğlu  oldu!  "deyir.  İki  min  il  sonra  qurtuluşumuzun 
87


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə