Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

Skot Han: Əziz Anam
özündə  olan  bu  hədiyyə  üçün  ilk  Kilsənin  minnət,  heyrət 
və ehtiram hisslərini yenidən canlandırmağımız lazımdır.
Çünki  biz  Rəbbin  övladlarıyıq.  Qurtuluşumuzla 
əlaqədar  ən  konkret  və  təməl  gerçək  budur.  Biz  yalnız 
bağışlanmaqla  kifayətlənmədik,  eyni  zamanda  da  Rəbbin 
oğulları  və  qızları  olduq.  Haqlılıq  və  qurtuluş  sözləri 
arasında  dünya  qədər  fərq  vardır.  Gündəlik  həyatımızda 
istifadə  etdiyimiz  ifadələrlə  bunu  anlamağa  çalışaq.  Sizə 
dəyərindən  çox  qiymət  söylədiyi  üçün  maşın  çilingərini 
əfv edə  bilərsiniz, amma  bunu edərkən əsla  onu ailənizin 
bir  fərdi  halına  gətirməzsiniz.  Amma  Rəbbin  tam  olaraq 
etdiyi  şey  budur.  Müqəddəs  Üçlük  adını  verdiyimiz  ailə 
içindəki əbədi yerimizi ala bilək deyə Rəbb günahlarımızı 
bağışlamışdır.
Rəbbin  lütfü  sayəsində  Onun  uşaqları  və  ailəsinin 
fərdləriyik.  İlahiyyatçıların  müqəddəs  övladlıq  adını 
verdikləri bu gerçək İncilin hər tərəfində, Kilsənin doqma 
qərarlarında,  sistemli  ilahiyyət  içində  yerləşir.  Müqəddəs 
övladlıq  Katoliklərin  İncildə  tam  olaraq  diqqət  çəkdikləri 
ən  təəccüblü  gerçəkdir.  Bununla  birlikdə  Müqəddəs 
övladlıq bir çox xristianın onsuz yaşaya bilməyəcəkləri bir 
gerçək olsa da, fərqində olmadıqları bir ifadədir.
O  halda  qurtuluş  yalnız  günahdan  təmizlənmə  deyil, 
İsada  övladlığa  haqq  qazanmaq  deməkdir.  Yalnız  Rəbbin 
lütfü  ilə  bağışlanılmaqla  qalmayıb,  Onun  tərəfindən 
övladlıq  alınıb  müqəddəsləşdirilirik.  Yəni,  "İlahi  varlığın 
ortaqları oluruq" (bax 2 Ptr. 1:4). Əvvəldən Rəbb insanı bu 
həyat  üçün  yaratmışdı.  Adəmlə  Həvvanın  etdikləri  ilk 
günah  onların  müqəddəs  həyatı  arzu  etmələri  deyil  bu 
müqəddəsliyə Rəbb olmadan çatmaq istəmələri idi.
Heç  bir  şeyə  baxmayaraq,  Rəbbin  arzusu  sonda 
gerçəkləşəcəkdi.  Trento  Məclisinə  görə  bir  günahkarın 
bəraət  etməsi  ilk  Adəmdən  doğulan  sonra  isə  özündən 
88


Skot Han: Əziz Anam
sıyrılıb  İkinci  Adəm  olan  Xilaskar  İsa  Məsih  vasitəsilə 
müqəddəs  ləyaqətlərə  və  Rəbbin  övladı  olma  şərəfinə 
çatması deməkdir (bax Rom. 8:15).
Kilsə  təliminə  görə  bir  günahkarın  təmizlənməsi 
səbəb  olduğu  ölüm  üzərində  zəfər  qazanılması  və  yeni 
lütflərə ortaq olma deyə təyin olunur. Bu şəkildə övladlığa 
götürülən  insanoğlu,  İsa  Məsihin  də  qardaşı  olur.  Bu 
qardaşlıq  təbii  yolla  reallaşan  bir  qardaşlıq  olmayıb,  bizə 
bəxş  edilən  bir  hədiyyədir.  Çünki  övlad  olma  sayəsində 
dirilişi ilə tamamilə ortaya çıxdığı kimi tək Oğul olan İsa 
Məsihin həyatına həqiqətən ortaq oluruq (KKK 654).
KRALA LAYİQ
Krallıq  bizim  zadəgan  soyumuzun  qaynağında  vardır.  İsa 
Məsihlə  olan  yaxınlığımıza  görə  biz  Rəbbin  övladlarıyıq. 
İsa  Məsihə  əsla  vəftiz  əsnasında  olduğumuzdan  daha 
yaxın ola bilmərik. Papa II. John Paul belə deyir: "Vəftiz 
suyundan  çıxan  hər  Xristian  bir  zamanlar  İordan  çayının 
sahilində duyulan səsi yenidən eşidir, “Sən Mənim sevimli 
oğlumsan,  Səndən  razıyam”  (Luka  3:22).  İsa  Məsihə  o 
qədər  yaxınıq  ki,  müqəddəs  Augustinus:  "Bütün  insanlar 
İsa  Məsihdə  təkdir  və  məsihçilərin  birliyi  isə  İsa  Məsihi 
təşkil  edir"  -  deyir  (Məzmurların  izahı  39,2).  Bu 
bənzərliklə bizlər ayrıca İsa Məsihin keşiş, peyğəmbər və 
kral  olaraq  üç  istiqamətli  vəzifəsini  də  müşahidə  edirik. 
(Bax 1 Petr 2:9).
Krallığı  paylaşan  zaman  anası  da  daxil  olmaqla  hər 
şeyi paylaşırıq. Bu mövzuda Papa X Piusun söylədiklərini 
diqqətlə oxuyun:
“Məryəm  İsa  Məsihin  anası  deyilmi?  O  halda,  Məryəm 
bizim  də  anamızdır  və  ayrıca  vücud  alan  İsa  Məsihin 
89


Skot Han: Əziz Anam
bütün  insanların  xilaskarı  olduğu  gerçəyinə  də 
möhkəm-möhkəm  sarılmalıyıq.  Hər  hansı  bir  insan  kimi 
İsa  Məsihin  də  fiziki  bir  bədəni  vardı,  bütün  insan 
ailəsinin  xilaskarı  olaraq  da  Ona  inananlardan  ibarət 
olan  ruhani  və  sirli  bir  bədənə  sahib  idi.  "  Eləcə  biz  də 
çox  olduğumuz  halda  Məsihdə  bir  bədənik  və 
ayrı-ayrılıqda  bir-birimizə  bağlı  üzvlərik."(Rom.  12:5). 
Bakirə  Məryəm  yalnız  Rəbbin  bakir  olan  Oğluna  ondan 
insani  xüsusiyyətlər  götürsün  deyə  deyil,  Məryəmdən 
keçən  insani  xüsusiyyətlər  sayəsində  bütün  insanların 
xilaskarı  olsun  deyə  hamilə  qalmışdır.  Ona  görə  Rəbbin 
Mələyi çobanlara: "Bu gün Davudun şəhərində sizin üçün 
Xilaskar  doğuldu.  Bu  Rəbb  Məsihdir"  -  demişdir.  (Luka 
2:11)  Vücud  aldığı  anasının  tərtəmiz  bağrında  ona  iman 
edən hər kəsi özünə bağlayaraq ruhani bədənini meydana 
gətirmişdir.  Beləcə,  Məryəm  içində  Xilaskarı  daşımaqla, 
Xilaskarın  həyatında  həyat  tapan  hər  kəsi  daşıdığı  deyilə 
bilər. Bu səbəbdən də, İsa Məsihə iman edən biz hamımız 
həvarinin  söylədiyi  kimi  Onun  bədəninin,  ətinin  və 
sümüyünün  parçalarıyıq  (bax   Efes  5:  30).  Məryəmdən 
çıxan  bu  bədən,  baş  olan  İsa  Məsihə  bağlanmışdır. 
Beləcə,  ruhani  və  sirli  bir  şəkildə  də  olsa  hamımız 
Məryəmin  övladlarıyıq,  Məryəm  də  hamımızın  anasıdır.” 
(Ad diem illum 10).
Burada  Papa  Piusun  ikinci  hissədə  yanaşdığımız 
müqəddəs İreneusa və  eyni şəkildə  həvari Yəhyaya  çatan 
bir təlimi təkrarladığını görürük. Unutmayın ki, Müqəddəs 
İreneus  İsa  Məsihin  doğulmasından  bəhs  edərkən 
insanların  Rəbdə  doğuluşunu  təmin  edən  tərtəmiz  bətni 
açan tərtəmiz övlad kimi açıqlamışdır.
Biz  İsa  Məsihin  eyni  bətndən  olan  (yunanca 
“adelphos”)  bacı  və  qardaşlarıyıq.  Onda  cənnətdəki 
90


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə