Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

Skot Han: Əziz Anam
Rəbbiniz  olacağam,  siz  də  mənim  xalqım,  ailəm  və 
soyum. Çünki əhdlər qohumluq yaradırlar.
Əhdlər  bioloji  ailə  münasibətlərindən  də  daha  güclü 
olan  ailə  münasibətləri  meydana  çıxarır.  Bunu  qədimdə 
hər  yəhudi  bilirdi.  Pavelin  də,  Yəhyanın  da,  Yaqubun  da 
bildiyi bu idi. Bu səbəblə Rəbbin onlarla bir əhd edəcəyini 
eşitdikləri zaman artıq Onun yalnız bir qanun verən ya da 
hakim  olmadığını  bilirdilər.  Artıq  o  andan  etibarən 
əbədiyyətə qədər Rəbb bir Ata idi.
ALLAHIN UCALIĞINA DƏVƏT OLUNMUŞUQ
Övlad  olduğumuza  ürəkdən  iman  etdiyimiz  zaman 
anamızı  da  sevərik.  Amma  ağa-kölə  münasibətinə 
bərk-bərk  sığınsaq,  heç  bir  zaman  Müqəddəs  Bakirə 
Məryəmi  anlaya  bilmərik.  Özümüzü  Rəbbin  qulu,  ya  da 
Onun  azad  etdiyi  məhkumlar  olaraq  görməyə  davam 
etdiyimiz  müddətcə,  Məryəmi  də  Rəbbin  ucalığına  qarşı 
bir təhdid olaraq görərik. Ağa olan adam yalnız köləsi ona 
xidmət  etdikcə  etibar  görər.  Ağa  kölələri  qarşısında 
əyildiyi  müddətcə  hökm  edə  bilər.  Halbuki  bir  ata  yalnız 
uşaqlarının sevgisini arzulayır.
Əbədi  Ata  Rəbbin  bizim  üçün  gözlədiyi  bu  arzusu 
daha  da  böyükdür.  Rəbb  bizim  qarşısında  səcdə 
etməyimizlə ucalıq qazanmır, Onun yaratdıqları qarşısında 
minnəttarlıqla hörmət göstərdiyimiz zaman da ucalığından 
bir  şey  itirməz.  Oğul  olan  Rəbb  bizim  üçün  insan  olaraq 
yaşayıb,  ölüb,  dirilməklə  əvvəldən  özündə  əskik  olan  ən 
kiçik  bir  ucalığı  belə  artıqdan  qazanmamışdır.Hətta  Rəbb 
belə  sonsuz  olanı  artıra  bilməz.  Ucalığını  bizimlə 
paylaşmaq  üçün  gəldi,  öldü,  dirildi  və  artıq  əbədi  olaraq 
hökm sürür.
97


Skot Han: Əziz Anam
Bu  ucalığı  bölüşən  insanlar,  İsa  Məsihin  ortaq 
varisləri,  Krallığının  digər  sahibləri,  Rəbbin  övladları 
olaraq  bunu  soruşmağa  haqqımız  vardır:  “Ucalığının  nə 
qədərini bizimlə paylaşmaq istəyir? Bunu nə qədər həyata 
keçirə bilər?”
Mükəmməl  sevgi  qaynağı  Rəbb  hər  şeyi  paylaşmaq 
istəyir.  Ancaq  bizlər  sərhədləri  olan,  O  isə  sonsuz  olan 
yaradıcıdır.  Bizim  bu  ilahi  ucalığı  paylaşmağımız  necə 
mümkün olacaq? Özbaşımıza bizlər bunu bacara bilmərik. 
Təbii ki, mükəmməl sevgi olan Rəbb, bütün ucalığını bizə 
verə  bilmək  üçün  hər  şeyi  özü  edəcək.  Hər  şeyə  gücü 
çatan  Rəbb,  şübhəsiz,  bunu  da  bacaracaq.  Əslində 
Məryəmə  baxdığımız  zaman  bunu  bacardığını  görürük. 
Bizə  bütün  ucalığını  hamımıza  geri  qaytaracaq  olan 
anamıza verərək təmin etdi.
Evimə,  bizə  qonaq  gəlsəydiniz  və  tutaq  ki,  kiçik 
uşaqlarıma bir qutu şəkər versəydiniz, kim daha çox şəkər 
götürəcək  deyə  şəkər  qutusunun  başında  bir  davanın 
çıxacağına  sizi  əmin  edərəm.  Amma  yoldaşıma  bir  qutu 
şokolad hədiyyə etsəniz, eyni şəkildə sizi təmin edərəm ki, 
hər  bir  uşağa  bərabər  sayda  paylanar.  Əlbəttə  Rəbb 
anaların bu xüsusiyyətini çox yaxşı bilir.
Rəbb dünyanı daha böyük ucalığa çatmaq məqsədilə 
deyil,  daha  çox  uyğun  şəkildə  hər  birimizlə  paylaşmaq 
üçün  yaradıb  qurtardı.  Yaradan  və  yaratdıqları  arasında 
zidd  istiqamətli  bir  çəkişmə  yoxdur.  Müqəddəs  Ruh  və 
Oğlu  vasitəsilə  Ata  bizi  yaratdı  və  qurtardı.  Ancaq  bunu 
ilk  və  ən  mükəmməl  şəkli  ilə  Məryəmdən  başlayaraq 
bizim üçün etdi.
İsa  Məsihin  Məryəmdə  reallaşdırdığı  hadisəni 
görməzliyə vururuqmu? Tam əksinə, xüsusilə, diqqətimizi 
ən  qüsursuz  şəkildə  göstərən  insana  cəmləyərək  Rəbbin 
etdiklərini qeyd edirik.
98


Skot Han: Əziz Anam
Məryəm  Rəbb  deyil,  amma  o,  Rəbbin  anasıdır.  O 
yalnız yaradılmış bir adamdır, amma Rəbbin yaratdığı ən 
əhəmiyyətli  adamdır.  O,  kral  deyil,  amma  o,  Rəbbin 
seçdiyi  Kraliça  Anadır.  Sənətçilərin  əsərləri  arasında  bir 
şah əsərə yer verməyi istədikləri kimi İsa da anasının belə 
olmasını istədi. Məryəmlə əlaqədar gerçəyi təsdiqləməklə 
İsanın  dəyərini  azaltmırıq.  Halbuki  bunu  rədd  etsək  İsanı 
təhqir etmiş olarıq.
BAKİRƏ MƏRYƏMİN DƏYƏRİ (HAQQI)
Rəbblə əlaqədar dini mövzuları insani dəyər hökmümüzlə 
düşündüyümüz  zaman  ortaya  problem  çıxır.  Hər  şeydən 
əvvəl  Məryəm  Rəbdən  bu  qədər  dəyər  görmək  üçün  nə 
etdi? Etdiyi bütün yaxşılıqlar Rəbbin özünə olan lütfündən 
qaynaqlanmırdımı?  Onda  bütün  hörmət  və  şərəf  Rəbbə 
aiddir. Rəbb heç birimizə bir şey borclu deyildir.
Haqq  tamamilə  dini  bir  termin  olaraq  qəbul  edilsə, 
kiminsə  “haqq”ından  danışarkən  Rəbbin  gözündə  dəyər 
qazanmışdır  dediyimiz  zaman  yanıla  bilərik  və  incidici 
olarıq.  Amma  bu  sözü  ailə  içində  istifadə  etdiyimiz  bir 
termin deyə düşünsək, təbii olaraq bu haqq miras kimi, ya 
da  cibxərcliyimiz  kimidir.  Başqa   sözlə,  Rəbbin  ailəsinin 
övladları olaraq bizlər qabımızdakı hər şeyi qurtardığımız 
zaman  şokolada  layiq  olduğu  şəkildə  Rəbdən  bəzi  lütflər 
əldə  edirik.  Hansı  ata  uşaqlarına  verəcəyi  hədiyyələri 
əsirgəyər?  Ya  da  mükafatlandırdıqlarını  incidər? 
Müqəddəs  Augustinus  belə  yazmışdır:  “Etdiyimiz  işlər 
üçün  Rəbb  bizi  mükafatlandırdığı  zaman  əslində  bizdə 
reallaşdırdığı  öz  hədiyyələrini  taclandırıb  şərəfləndirir." 
(bax KKK 2006).
Bu  kitaba  görə  insanın  savab  qazanmasına  kömək 
edən  Rəbbin  atayana  yanaşmasıdır:  "Allah  tərəfindən 
99


Skot Han: Əziz Anam
övladlığa  götürülməyimiz,  bizim  nur  sayəsində  ilahi 
təbiətə  qatılmağımızı  təmin  edər.  Bu,  bizə  Allahın 
qarşılıqsız ədalətinə müvafiq gerçək bir savab təmin edər. 
Bu,  nurun  təmin  etdiyi  bir  haqqdır,  bizi  Məsihin  "ortaq 
varisi" edən və vəd edilən əbədi həyatı miras almağa layiq 
görən tam sevgi haqqıdır" (KKK 2008-9).
İsa  Məsihin  ləyaqətidir  ki,  bizim  ləyaqət  qazanma 
qabiliyyətimiz  var  və  O,  İlahi  Oğul  olaraq  və  yaşayan 
Ruhu  vasitəsilə  bunu  mükəmməlləşdirərək  yenidən  bizə 
bəxş  etmişdir.  Əslində  İsa  heç  bir  şeyə  ehtiyac 
duymadığına  görə  özü  üçün  heç  bir  şey  tələb  etməmişdir 
və  qazanmamışdır.  Bu  şəkildə  yalnız  bizim  ehtiyacımız 
olan lütfləri almışdır. 
Ata  Rəbb  dünyaya  Oğlunun  harada  gerçəkdə  nə 
böyük  lütflər  qazandığını  göstərmişdir?  Qətiyyətlə  hər 
birimizdə, lakin ən çox Məryəmdə. Bizim istədiklərimizlə 
Rəbbin  öz  istədikləri  arasında  həmişə  bir  boşluq  vardır, 
halbuki  hamımızın  əksinə  Məryəmdə  belə  bir  boşluq 
yoxdur.   Kilsə  Məryəmin  sərhədsiz  lütfləri  əldə  etmə 
imkanı  olduğunu  deyir.  Məryəm  İsa  Məsihin  insanları 
xilas  etmə  işini  azaltmır,  əksinə  Onun  işini  təcəssüm 
etdirir.  Sərhədsiz  lütflərlə  bəzənmiş  Məryəm  insanın  və 
Rəbbin  razılığının  mükəmməl  iradəsinin  birliyi  ilə  əhdin 
məqsədini öz üzərinə götürmüşdür. Məryəm üçün ideal və 
gerçək eynidir.
BİR SINAQ
Xristian olan insanın Müqəddəs Kitabı nə dərəcə qəbul et-
diyi  Məryəmə  olan  yanaşması  ilə  ölçülür.  Təbii  ki,  o, 
qurtuluş  tarixindəki  ən  əhəmiyyətli  şəxsiyyət  deyil.  Bu 
şəxsiyyət  yalnız  İsa  Məsihdir.  Lakin  bizim  Məryəmi 
100


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə