Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

Skot Han: Əziz Anam
meydana  gətirib  saray  və  kraliçaya  sahib  olublar.  Davud 
xanədanlığının  hələ  başlanğıcında,  İsraildə  bunlarla 
qarşılaşırıq.  Davudun  ilk  varisi  Süleyman  anası  Bat-Şeva 
ilə  birlikdə  hökm  sürür.  İsrailin  kraliça  anası  və  ya 
hörmətli  xanım  mənasını  verən  "gebirah"  o  vaxtdan 
etibarən  axıradək  monarxiya  rejimi  boyunca  hər  zaman 
görülmüşdür. Qüds Babilə təslim olarkən qarətçilərin kral 
Yehoyakini əsir götürdükləri zaman kralın arvadı üzərində 
mövqeyi  olan  anası  Nehushtanı  da  apardıqlarını  görürük 
(2 Krallar 24:15; Yerem. 13:18).
Bat-Şeva  da  Nehushta  arasında  daha  bir  çox  kraliça 
ana  idi.  Bəziləri  yaxşılıq  üçün  çalışdı,  bəziləri  bunu 
etmədi.  Amma  onların  heç  biri  sözdə  mövqe  sahibi  olan 
kəslər  deyildi.  "Gebirah"  simvolik  bir  ünvandan  çox 
gerçək  nüfuz  gücünə  sahib  bir  mövqe  ifadə  edirdi. 
Süleymanın  idarəsinin  ilk  dönəmlərindəki  bu  hadisəni 
xatırlayaq:  "Bat-Şeva,  Adoniya  barədə   Kral  Süleymanla 
danışmaq  üçün  onun  yanına  getdi.  Süleyman  anasını 
qarşılamaq  üçün  ayağa  qalxdı  və  ona  təzim  etdi,  sonra 
taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu və 
kraliça onun sağ tərəfində oturmuşdu." (1 Krallar 2:19).
Bu kiçik paraqraf bizə İsrail sarayındakı protokolu və 
inzibati quruluşu açıqca göstərir. İlk olaraq kraliça ananın 
başqa  bir  adamın  istəyi  barəsində  danışmaq  üçün  oğluna 
yaxınlaşdığını  görürük.  Bu  hərəkəti  bizə  yaxın  şərq 
mədəniyyətlərində 
kraliça 
analar 
haqqındakı 
məlumat-larımızı  təsdiqləyir.  Məsələn,  görürük  ki, 
Gılgamış dastanında Mesopotamiyanın kraliça anası başqa 
insanların adına danışan vasitəçi və müdafiəçi  adamdır.
Sonra  anası  otağa  girdiyi  vaxt  Süleymanın  taxtından 
qalxdığına  diqqət  yetirək.  Bu  davranış  Kraliça  ananın 
sarayda bənzərsiz bir mövqedə olduğunun dəlilidir. Ondan 
başqa  hər  kəs  protokola  uyğun  Süleymanın  huzuruna 
61


Skot Han: Əziz Anam
çıxdığı  zaman  ayaq  üstə  gözləyərdi.  Kralın  arvadlarının 
belə  kralın  qarşısında  əyilməyi  lazım  idi  (bax1  Krallar 
1:16).  Ancaq  Süleyman  Bat-Şevanı  şərəfləndirmək  üçün 
ayağa  qalxdı.  Üstəlik,  onun  qarşısında  əyilərək  və  sağ 
tərəfində  bir  yerə  oturtmaqla  ona  ən  böyük  şərəf  və 
hörməti  göstərdi.  Şübhəsiz,  bütün  bunlar  Süleyman 
zamanındakı  saray  adətlərini  göstərir,  ancaq  bu  adətlərdə 
insanlar  arasındakı  gerçək  əlaqələr  haqqında  məlumat 
sahibi  də  oluruq.  Süleymanın  davranışları  anası  ilə  olan 
əlaqəsi və mövqeyi haqqında bizə nələr söyləyir? 
Əvvəlcə,  Onun  gücü  və  nüfuzu  anasına  görə  əsla 
təhdid  altında  deyil.  Kral  onun  qarşısında  əyilir,  amma 
yenə də o, mütləq idarə və güc sahibidir. Kraliça ana onun 
sağ tərəfində oturur, başqa yerdə yox.
Bununla belə aydın görünür ki, kral qanuni bir əlaqə 
və  itaətə  görə  deyil,  anasına  olan  sevgisinə  görə  onun 
xahişlərini  yerinə  yetirir.  Bu  hadisənin  reallaşdığı  vaxt 
Süleyman  artıq  anasının  ondan  nə  diləyəcəyini  bilirdi. 
Adoniya  Bat-Şevadan  vasitəçilik  etməsini  istəyərkən  ona 
yaxınlaşdığı  zaman:  "Kral  Süleymandan  xahiş  et,  o,  səni 
“rədd  etməz”  -  deyir.  Gerçəkdə,  Süleyman  Bat-Şevadan 
daha üstün mövqedə olmasına rəğmən həm təbiət, həm də 
protokol cəhətdən baxıldığı zaman hələ  onun oğlu idi.
Ona  tövsiyə  verəcək  və  birbaşa  aydınlaşdıracaq  baş 
məsləhətçisi  olaraq  da  ona  güvənərdi.  Buna  görə  də, 
kraliça  ana  digər  məsləhətçilərin  sahib  olmadığı  bir 
imtiyaza  sahib  idi.  Süleymanın  Məsəlləri  Kitabının  31-ci 
fəsli  bir  kralın  kraliça  ananın  tövsiyələrini  nə  cür  ciddi 
qəbul  etdiyini  çox  təəccüblü  şəkildə  göstərir.  Anasının 
rəhbərlik  etdiyi Massa  kralı Lemuelin  sözləri olaraq  bəhs 
edilən fəsildə idarə etmədə görülən əhəmiyyətli tətbiqlərlə 
əlaqədar  şərhlər  davam  edir.  Burada  xalq  müdrikliyindən 
bəhs etmirik. Siyasi məsləhətçi hətta strategiya təyin edən, 
62


Skot Han: Əziz Anam
xalqla  əlaqələrdə  müraciət  edilən,  doğruluq  cəhətdən 
etibarlı  kəslər  olaraq  kraliça  analar  kralla  olduqca  xüsusi 
bir yerə sahib idilər.
DAVUDUN AÇARI
Davud  mədəniyyəti  olmadan  İsa  Məsihin  gəlişini 
anlamağa  çalışa  bilmərik.  Çünki  Onun  Davud  nəslindən 
gələn  keçmişi  özünü  başa  düşmək  üçün  lazım  idi.  Eyni 
zamanda,  o  dövrdə  yaşayan  insanların  arzularını 
reallaşdırmaq  üçün,  həm  də  Yəhya  və  Pavel  kimi  onu 
izləyəcəklərin 
dini 
araşdırmaları 
aparmalarında 
əhəmiyyətli  idi.  Məsih  həm  Davud  həm  də  Rəbbin  oğlu 
olacaqdı  (2  Şam.  7:12-14).  Əzəli  kral  Davud  evindən, 
Davud  nəslindən,  “bədənindən”  gələcəkdi.  Xalqları  idarə 
edəcək  insan  övladı  dünyaya  gəldiyi  zaman  Davudun  da 
söylədiyi  kimi  əlindəki  dəmir  əsası  ilə  Davud  soylu  kral 
olaraq idarə edəcəkdi.
Bu bənzətmələrlə qurulan əlaqə yalnız krallıq gerçəyi 
ilə  sona  çatmayacaq,bu  krallıq  ayrıca  monarxiyanın  bir 
çox  kiçik  detalını  da  əhatə  edəcək.  Davud  Yerusəlimdə 
müqəddəs  bir  şəhər  qurduğu  kimi  Onun  axırıncı,  gerçək 
varisi  də  cənnətdəki  Yerusəlimi  yaradacaq.  Necə  ki, 
Davudun  varisi  yanındakı  anası  ilə  idarə  etdi,  Davudun 
son  və  əzəli  varisi  də  eyni  cür  edəcək.  İsa  Məsihin 
rəhbərliyində  Davud  xanədanlığının  mükəmməl  şəkildə 
gerçəkləşməsi  təmin  edilir.  Əvvəldən  olduğu  kimi  kralın 
öz anası kraliça ana, Davud soylu kraliça olmadan Davud 
soylu kral da olmayacaq.
Məsələn,Qanadakı toy mərasimi kimi sirləri yalnızca 
bu Davud  açarı  ilə həll  edə bilərik.  Bat-Şevanın Adoniya 
barədə  Süleymanla  danışdığı  kimi  Məryəm  də  oğluna 
başqa insanların yaxşılığı üçün vasitəçilik etməyə yönəlir. 
63


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə