Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

Skot Han: Əziz Anam
ötəri  hörmət  edirdilər.  Ancaq  Davuddan  sonra  gələn 
krallar  bu  məziyyətlərə  uyğun  həyat  sürmədilər.  Davud 
xalqı  birləşdirən  adam  ikən  sonrakı  krallar  nəsillər 
arasında fəsadlıq toxumları əkdilər. Bu fəsadlıq daha sonra 
üsyana  və  birləşən  İsrail  Krallığının  yenidən  darmadağın 
olmasına  səbəb  olmuşdur.  Gücü  tükənən  İsrail  o  zaman 
xaricdən  hücum  edən  düşmən  qarşısında  daha  da 
dözümsüz bir hala gəlmişdir. Zamanla bu torpaqlar Babil 
qarətçilərinin əlinə keçib, burada yaşayan xalq əsir alındığı 
zaman  Davudun  soyu  az  qala  məhv  olmuşdu.  Düşməni 
olan gildanilər (xaldeylilər), Davudun nəslindən gələn son 
kral  Sidqiyanın  yaddaşına  ən  son  həkk  olan  xatirələr 
övladlarının  qanlı  cəsədləri  və  Davudun  Xanədanlığının 
sonu  olsun  deyə  oğullarını  edam  edərkən  zorla  seyr 
etdirmiş, sonra da gözlərini oymuşlar (bax 2 Krallar 25:7).
Tarixdəki sürgün və bütün eniş-çıxışlara baxmayaraq 
İsrail  xalqı  keçmişdəki  Davud  Krallığına  və  gələcək  olan 
Rəbbin  təqdis  edilmiş  keşiş  və  ya  kral  Məsihə  həsrətlə 
baxırdılar.  İsanın  vaxtında  belə  Fariseylər  Məsihi 
tərəddüdsüz Davud Oğlu deyə adlandırırdılar (Mat 22:42). 
Çünki Rəbb Davuda Onun soyundan gələcək birinin bütün 
xalqları  əbədi  olaraq  idarə  edəcəyi  sözünü  vermişdi. 
"Sənin  bədənindən  olacaq  bir  övladını  qaldıracağam. 
Onun  krallığının  taxtını  əbədi  olaraq  quracağam.  Mən 
Onun  atası,  o  mənim  oğlum  olacaq"  (2  Şam  7:12-14). 
Məzmurlarda da eyni sözün təkrarlandığını görürük. Rəbb 
Davuda  əsla  imtina  etməyəcəyi  bir  söz  verdi:  "Sənin 
soyundan  olan  bir  oğulu  taxtına  çıxaracağam....  Onun 
uşaqları  da  sənin  taxtında  oturacaqlar.  Çünki  Rəbb  Sionu 
öz məkanı seçdi. Bura əbədi olaraq yaşadığım yer olacaq." 
(bax Z 132: 12-13).
Peyğəmbərlər  İsrailin  keçmişdən  qaynaqlanan  bu 
arzusunu dilə gətirib Məsihin gəlişini təəccüblü bir doğru-
55


Skot Han: Əziz Anam
luqla  əvvəldən  bildirmişdilər,  Sidqiyanın  zamanından 
xeyli  əvvəl  Yeşeya  Peyğəmbər  Davudun  soyunun  atası 
Yeşeyanın  ailə  ağacının  dibindən  bir  sürgün  verib  bu 
budaqdan  Məsihin  çıxacağını  bildirmişdi  (Yeş  11:1). 
Bunun  üstündən  Yeşaya  belə  dedi:  "Eşidin,  ey  Davud 
nəsli!... İnsanları bezdirməyiniz bəs deyilmiş kimi, mənim 
Allahımı  da  bezdirirsiniz?  Buna  görə  də,  Xudavənd  Özü 
sizə  işarə  verəcək:  budur,  bakirə  qız  hamilə  olub  oğlan 
doğacaq, adını Emmanuel qoyacaq." (Yeş 7:13-14).
ŞƏCƏRƏSİ
İncilin ilk  sözləri peyğəmbərlərin sözünə  və İsrailin  uzun 
gözləyişinə  cavab  verir:  "İbrahim  oğlu,  Davud  oğlu,  İsa 
Məsihin  nəsil  şəcərəsi"  (Matta  1:1).  Başlanğıcda  Matta 
İsanın şəxsiyyətini açıqlayarkən uzun zamandır gözlənilən 
Davudun  Oğlu  deyə  bəhs  edir.  Bunu  edərkən  də 
dəyişik,heç  görülməmiş  bir  yol  izləyir.  Soy  araşdırması 
aparılan  zaman  ənənəvi  olaraq  kişi  tərəfinin  keçmişinə 
baxılarkən  Matta  qəribə  şəkildə  dörd  qadının  adını  da  bu 
siyahıya daxil etmişdir. Üstəlik bu qadınlar İsrailin saf irq 
anlayışına və əxlaqi dəyərlərinə ziddiyət təşkil edir.
Sözü  gedən  qadınların  ilki  qayınatası  ilə  cinsi 
münasibət  qurmuş  olan  Kənanlı  Tamar  adlı  bir  qadındır 
(Yaradılış 38:15-18): "Yahuda onu görəndə elə bildi ki, o 
fahişədir. Çünki,  üzü örtülü  idi. Yahuda  yolunu ona  tərəf 
salır, öz gəlini olduğunu bilmədən, ‘İcazə ver sənin yanına 
girim.'  -  dedi.  Tamar:  ‘Yanıma  girmək  üçün  mənə  nə 
verirsən?'  -  deyə  soruşdu.  Yahuda:  ‘Sürüdən  bir  oğlaq 
göndərərəm’  -  dedi.  Yahudadan  Tamarın  doğduğu  Peres 
və  Zerah  törədi.  (Matta  1:3).  Adı  çəkilən   ikinci  qadın 
Raxav adlı bir fahişə və Kənanlı bir bütpərəst (Yeş.2:1-24) 
(Matta  1:5);  üçüncüsü  Moav  qızlarından  digər  bir 
56


Skot Han: Əziz Anam
bütpərəst  Rut  (Rut  1:4,15-16;  Matta  1:5);  sonuncusu  isə 
padşah  Davudla  zina  edən  Xetli  Uriyanın  arvadı 
Bat-Şevadır (2Şam.11:2-6; Matta 1:6).
Matta, İsanın şəcərəsində iştirak edən bu qadınlardan 
bəhs  edərkən  qaydaları  heçə  sayan  bir  rəftar  içindədir. 
Halbuki  əslində  mübahisələrə  qarşı  daha  əvvəldən 
hiyləgərcə  bir  tədbir  görür.  İsanın  soyundakı  bütpərəst 
qadınları  xüsusilə  də  adı  pisə  çıxanları  burada  qeyd 
edərkən Matta İsanın Məsih olma xüsusiyyətinə ləkə vura 
biləcək  kəslərin  hücumlarına  qarşı  ağızlarını  əvvəlcədən 
təsirli  şəkildə  bağlayır.  Aydın  olur  ki,  Matta  İsanın  bir 
bakirədən  doğulduğunu  söylədiyi  zaman  şübhəçi 
insanların  üzündə  yaranacaq  istehzalı   təbəssümü  təxmin 
etmişdi. Həqiqətən də belə oldu. Talmudda bir çox yerdə 
İsanı  atasız  uşaq  deyə  təhqir  etmişdilər.  Ona  Məryəmin 
oğlu  demək  belə  bir  təhqirdir.  Çünki  Yəhudi  adətlərinə 
görə bir adama atasının adı ilə   xitab edilərdi. Yalnız atası 
bilinməyənə  anasının  oğlu  deyilərdi.  Yenə  də  Matta 
Yəhudi  oxucularının  İsanın  soyunu  sorğulamaları  riskini 
gözə  alır.  Ona  görə  ki,  əgər  Yəhudilər  Məryəmin  oğlu 
İsanı  ciddi  qəbul  etməyib,  gülüb  lağ  etsəydilər,  onda 
padşah Süleyman daha betər bir vəziyyətə düşərdi. Çünki 
Süleyman da İsa ilə eyni qadınlardan gələn soya sahib idi 
və  bunlardan  sonuncusu  Bat-Şeva  Süleymanın  öz  anası 
idi.
Matta  İsa  Məsihin  xüsusiyyətlərini  müdafiə  edərkən 
eyni zamanda da reallaşan bakirə doğum hadisəsində ilahi 
bir  əlin  varlığını  vurğulayır.  Davud  xanədanlığı,  söz  və 
xəbərdarlıq  olmadan  heç  kim  İsa  Məsihin  gəlişini 
həqiqətən  anlaya  bilməz.  Müqəddəs  Matta,  "Allah 
bizimlədir"  mənasını  verən  Emmanuelin  Bakirədən 
doğumunu  əvvəldən  izah  edən  Yeşayanın  sözlərindən 
götürərək  bu  izahatına  bilvasitə  davam  edir.  “Budur, 
57


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə