Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   8   9   10   11   12   13   14   15   ...   34

Skot Han: Əziz Anam
olunduğunu  bilirik.  Sözgəlişi,  buynuzlar  xanədanlıq 
gücünə işarələyə olan çox məşhur bir bənzətmədir.
Onda  özümüzə  bir  sual  verməliyik:  Birinci  əsrdə 
Davudun nəslindən gələn xilaskar krala aid xanədanlıq ən 
çox  hansı  saxta  kral  üzündən  zərər  çəkmişdir?  Matta 
İncilinin  ikinci  hissəsində  bu  problemin  cavabını  tapa 
bilərik. Bu  xanədanlıq Hirodundur.  Çünki, Hirod  Yahuda 
bölgəsində  hökm  etməsi  üçün  Romalılar  tərəfindən  bura 
təyin  edilmiş  Yəhudi  olmayan  bir  kral  idi.  Qanuni 
olmayan  bu  krallığını  zəmanət  altına  ala  bilmək  üçün 
Romalılar buranı həqiqətdə idarə etmə haqqına sahib olan 
Hasmonean  xanədanlığından  olan  bütün  varisləri  məhv 
etmişdilər.  Ancaq  bu  da  azmış  kimi  Hirod  özünü 
Yerusəlimin  də  kralı  sayır  hətta  tamamilə  uçmuş  məbədi 
burada  tikdi.  İsrail  nəslindən  olmadığından  hiddətlənən 
lider  Hirod  ətrafdakıların  minnətini,  sevgisini,  hətta  ona 
sitayiş  etmələrini,  qorxmalarını  hakimiyyəti  boyunca 
yalnız  qan  axıdaraq  əldə  etmişdir.  Hirod  ilk  növbədə 
arvadını,  üç  oğlunu,  qaynanasını,  qaynatasını,  dayısını  və 
Beytlehemdə saysız körpənləri qətl etmişdir.
Üstəlik Hirod özünə tabe etmək üçün məbəddəki din 
adamlarını  belə  təhdid  edirdi.  Yeni  doğulan  Məsihi 
tapmaq  üçün  kimə  müraciət  etmişdi?  O  vaxtlar  Hirod 
Xanədanlığı  Davudun  nəslindən  gələnlərə  qarşı  saxta  bir 
dostluq  göstərərkən  əslində  onlara  şeytani  bir  düşmənlik 
bəsləməkdə  idi.  Davudun  gerçək  varisi  Süleyman  kimi 
Hirod  da  məbədi  yenidən  tikdirib  özünə  bir  çox  yoldaş 
yığdı.  Romalılardan  gələn  dəstəklə  bütün  İsraillilərin 
əsrlər  boyu  gerçəkləşdirilə  bilməyən  birliyini  təmin 
etmişdi.
Hirod  və  onun  nəslindən  olanlar  Davudun  gerçək 
krallığının qurulmasında ən böyük təhlükə yaradırdılar. İlk 
kral Hiroddan sonra onun nəslindən olan daha   yeddi kral 
45


Skot Han: Əziz Anam
hökm etdi. İmperator Juliusdan Vespasianusa qədər də tam 
on  Romalı  imperator  hökm  etmişdir.  On  buynuzlu  yeddi 
başlı  vəhşi  heyvan  hökm  etmək  üçün  gücünü  Roma 
imperatorlarından  dəstək  alan  yeddi  dəfə  hökmdarlıq  tacı 
geyən Hirod nəslindəkilərə işarə edirdi.
Vəhy Kitabının on ikinci hissəsindəki işarələri sadəcə 
mücəssimə  izahat  olaraq  qiymətlən-dirmək  bizi  yanılda 
bilər.  Yəhyanın  gördükləri  zəngin  bir  simvolizm  təşkil 
etməklə  yanaşı  səmavi  nöqteyi  nəzərdən  gerçək  tarix  və 
gerçək insanlardan bəhs edir.
QEYRİ-ADİ BİR QADIN
Yəhya, Məsihin doğuluşu və vəzifəsini yerinə yetirməsinə 
maneə  olan  vəziyyətlərlə  edilən  mübarizəni  təsvir  edir. 
Simvolik  bir  şəkildə  şeytanın,  romalı  imperatorların  və 
Hirodun  oynadıqları  roldan  bəhs  edir.  Yenə  də  Vəhy 
Kitabının ən əhəmiyyətli xarakteri əhd sandığı olaraq izah 
edilən qadındır.
Buradakı qadın bir qadın ideyası deyilsə, kimdir?
Ənənəvi  təlimə  görə  buradakı  qadın  Cənnət 
bağçasında Adəmin "qadın" deyə adlandırdığı və İsanın da 
Yəhya  İncilində  "qadın"  dediyi  adamın  məhz  özüdür. 
Yaradılış  Kitabında  izah  edilənlər  Yəhya  İncilinin 
əvvəlində  olduğu  kimi  Apokalipsis  Kitabının  bu  fəslinə 
hazırlıq  xüsusiyyəti  daşıyır.  Müqəddəs  Kitabda  olduğu 
kimi  ilk  ipucu  Yəhyanın  insanın  gerçək  adından  bəhs 
etməyib,  ondan  yalnız  Cənnət  bağçasında  Adəmin 
Həvvaya  verdiyi  ad  olan  "qadın"  deyə  bəhs  etməsidir. 
Daha  sonra  Apokalipsis  Kitabının  eyni  fəslində  "bütün 
yaşayanların  anası"  (Yaradılış  3:20)  olan  Həvva  kimi 
Yəhyanın gördüyü "qadın" da yalnız "oğlanın anası" deyil, 
daha  sonra  açıqlandığı  kimi  Rəbbin  sözünü  eşidib  yerinə 
46


Skot Han: Əziz Anam
yetirən  və  İsa  Məsihə  şahidlik  edən  bütün  uşaqların 
anasıdır  (Vəhy.  12:17).  Elə  isə  Onun  uşaqları  İsada  yeni 
həyata qovuşanların vəhdətdir: Yeni Həvva köhnəsinə söz 
verilən  bütün  yaşayanların  anası  olma  ünvanına  daha 
mükəmməl bir şəkildə sahib olmuşdur. 
Vəhy  Kitabında  ən  açıq  şəkildə  göstərilən  digər  bir 
xarakter  də  Yəhyanın  Yaradılış  Kitabındakı  "əzəli  ilan" 
"dünyanı aldadan" olaraq bəhs edilən əjdahadır (Yaradılış 
3:13), (Vəhy 12:9). Əjdaha və uşaq arasında davam edən 
anlaşılmazlığın səbəbini Yaradılış Kitabında Rəbbin "ilan" 
və  "qadın"ın  nəslindən  olanların  arasına  düşmənlik 
salacağını  söylədiyi  hissə  açıq-aşkar  göstərir.  Qadının 
uşağını  dünyaya  gətirərkən  ağrı  içində  qıvrılması  yenə 
Rəbbin  Həvvaya  söylədiyi  sözlərin  reallaşdığını  göstərir. 
"Rəbb  qadına:  "Hamilə  olanda  sənə  çox  əziyyət 
verəcəyəm"  –  dedi.  -  Uşaqlarını  ağrı  içində  doğacaqsan" 
(Yaradılış 3:16). 
Yəhya  burada  da  görünür  ki,  Apokalipsis  Kitabının 
"qadını"  ilə  bütün  yaşayanların  anası  olan  Həvvanı 
xatırladarkən,  Yeni  Həvvanı  İncildə  "qadın"  deyə  təsvir 
edir.
MÜQƏDDƏS SANDIQ OLAN MƏRYƏM
Bizlər  “necə  olur  ki,  bu  qadın  hörmət  edilən  əhd  sandığı 
olaraq qəbul edilir” deyə maraqlanırıq. 
Bunu  anlamaq  üçün  əvvəl  sandığı  nəyin  bu  qədər 
müqəddəs  etdiyinə  baxmalıyıq.  Şübhəsiz,  bu  qiymətli 
ağacı,  ya  da  istifadə  edilən  qızıl  və  ləl-cəvahiratla 
bəzənmiş olmasından qaynaqlanmırdı.
Səbəb  üzərinə  işlənən  mələk  kimi  yaradıcılıq  dəyəri  olan 
oymalar da deyildi. Sandığın bu cür qiymətli olmasının tək 
səbəbi içindəki müqavilə idi. Qızıl qutunun içində Rəbbin 
47


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə