Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

Skot Han: Əziz Anam
ifadələrə  tez-tez  rast  gəlirik.  Bütün  bu  qaynaqlardan  əldə 
etdiyimiz  nəticələrə  baxaraq  buradakı  sözlərin  heç  bir 
şəkildə  danlaq,  ya  da  hörmətsizlik  kimi  məna  daşıdığını 
söyləyə  bilmərik.  Əksinə,  hörmət  və  tabelik  ifadə  edir. 
Luka  8:28-də  danışılan  içinə  murdar  ruh  girmiş  adam 
eynilə  bu  kəlmələri  istifadə  edir.  Adamın  ağzından  bu 
sözlərin çıxmasını təmin edən murdar ruhun özüdür. 
Murdar  ruh  bu  sözlərlə  İsanın  həm  insan,  həm  də  onun 
üzərində  səlahiyyəti  olduğunu  qəbul  edir.   Sonra  davam 
edir:  "İsa,  uca  Tanrının  Oğlu,  məndən  nə  istəyirsən?  Nə 
olar mənə əzab vermə!" Bu sözlərlə təsdiqləyir ki, İsanın 
əmr etdiklərini mütləq yerinə yetirməlidir.
Qanadakı toyda baxmayaraq ki, anası ona əmr etmir, 
İsa  anası  ilə  razılaşır.  Məryəm  isə  xidmətçilərə  yalnız: 
"Sizə nə desə, onu edin"(Yh. 2:5) - deyərək cavab verir.
QIZ, ANA, GƏLİN: QADIN
Gəlin  bir  az  İsanın  anasına  müraciət  etdiyinə  diqqət 
yetirək.  İsanın  anasına  nə  şəkildə  xitab  etdiyinə  diqqət 
etdinizmi? Ona "ana" hətta "Məryəm" deyə deyil "Qadın" 
olaraq  xitab  etdiyini  görürük.   Yenə  bəzən  Katolik 
olmayan  bəzi  şərhçilərin  bu  sözləri  İsanın  anasını 
danladığı  və  ya  hörmətsizlik  etdiyi  şəklində  şərhləri  olur. 
Hər  nə  olursa  olsun  İsanın  ona  "Ana"  deməyi  lazım 
deyilmi? 
Hər  şeydən  əvvəl,  İsa  bütün  həyatı  boyunca  dini 
qanunlara  riayət  edərək  yaşadığına  görə  Rəbbin  "ana  və 
atana  hörmət  göstərəcəksən"  dördüncü  əmrinə  qarşı 
gələrək  anasına  hörmətsizlik  etdiyini  söyləmək  məntiqli 
bir şərh olmaz.
İkincisi,  İsa  anasına  başqa  vəziyyətlərdəykən  də 
"Qadın"  deyə  xitab  edir.  Xaç  üzərində  ölüm  məqamında 
30


Skot Han: Əziz Anam
sevdiyi  həvarisi  Yəhyaya  anasını  ana  olaraq  təslim 
edərkən  də  Məryəmə  "Qadın"  deyə  xitab  etmişdir  (Yh. 
19:26).  Bu  hadisədə  söylədikləri  qətiyyən  danlaq,  ya  da 
hörmətsizlik mənası  daşımır.
Əgər "qadın" sözünü bir alçaltma olaraq qəbul etsək, 
İsanın  günahsız  olduğu  gerçəyini  də  inkar  etmiş  olarıq. 
Çünki İsanın istifadə etdiyi bu ifadə Tövratda daha əvvəl 
istifadə  edilən  eyni  ifadənin  əks  olunmasıdır.  "Qadın" 
Adəmin Həvvaya vermiş olduğu addır (Yaradılış 2:23). O 
zaman  İsa  Məryəmi  Yeni  Adəmin  Həvvası  olaraq 
görməkdədir. Bu da qatıldıqları toy mərasiminin mənasını 
ortaya çıxarır.
Bəlkə  hələ  bəzi  insanların  etiraz  etmələrinin  təsiri 
altında  qala  bilərik.  Məryəm  İsanın  "anası"  dırsa  necə 
Onun "gəlini" ola bilər? Bu suala cavab verə bilmək üçün 
Yeşaya  peyğəmbərin  İsrailin  qurtuluşu  ilə  əlaqədar 
sözlərinə baxaq: Artıq sənə "tərk edilmiş", ölkənə "viranə 
qalmış"  deyilməyəcək.  Bunun  əvəzinə  sənə  "sevdiyim", 
ölkənə  "ərli"  deyiləcək.  Bir  gənc  bakirə  qızla  evləndiyi 
kimi  Səni  Yaradan  da  səninlə  evlənəcək.  Bəy  gəlindən 
zövq aldığı kimi Allahın da səndən zövq alacaq. (Yeşaya 
62:4-5). Bu iki ayədə çox şey izah edilir. Məryəmin bakirə 
analığı,  möcüzəvi  bir  şəkildə  hamilə  qalması  və  Onun 
atası,  yoldaşı  və  oğlu  olan  Rəbb  ilə  olan  sirli  evliliyi. 
Müqəddəs analıq  sirri dərindir,  çünki Müqəddəs  Üçlüyün 
sirri ən dərindir.
 QALİB GƏLƏN ANALIQ 
"Qadın"  sözü  Məryəmin  yalnız  İsa  ilə  deyil  bütün 
inananlarla  olan  əlaqəsini  ifadə  edir.  İsa  ən  sevdiyi 
həvarisinə  anasını  təslim  etməklə  onu  Ona  iman  edən 
bütün  həvarilərinə  də  ana  olaraq  verdi.  Tövratda  bütün 
31


Skot Han: Əziz Anam
insanların  anası  olaraq  haqqında  danışılan  Həvva  kimi 
(Yaradılış  3:20),  Məryəm  də  vəftizlə  yeni  həyat 
qazananların anasıdır.
Elə  isə,  Qanada,  Yeni  Həvva  ilk  Həvvanın  ölümcül 
qərarını  kökdən  dəyişdirdi.  Köhnə  Adəmin  bağçada  ilk 
günahı  etməsinə  səbəb  olan  "Qadın"  idi.  Yeni  Adəmi  ilk 
görkəmli vəzifəsinə sövq edən də "Qadın" dır.
Həvva  surəti  İncildə  Müqəddəs  Yəhya  tərəfindən 
səciyyələndirilən  Vəhy  Kitabı  hissəsində  yenidən  ortaya 
çıxmışdır. Burada; 12-ci hissədə “şeytan adı verilən köhnə 
ilana  qarşı  gələn  "günəş  geyən  qadın"  ilə  qarşılaşırıq 
(Vəhy  12:1.9).  Bunlar  Tövratın  Yaradılış  hissəsindən 
götürülmüş obrazlardır. Həvvanın Cənnət bağçasında ilan 
şəklindəki  şeytanla  qarşılaşmasını  və  Rəbbin  ilanı 
lənətləməsini  görürük,  eyni  zamanda  Rəbb  insanlara  vəd 
edir: Mən səninlə qadın arasına, Sənin balanla onun övladı 
arasına  düşmənçilik  salıram.  Bu  övlad  sənin  başından 
vuracaq, Sən də onu dabanından sancacaqsan». (Yaradılış 
3:15).  Vəhy  kitabındakı  obrazlar  isə  bütün  xalqları  idarə 
edəcək  insan  övladı  doğan  "Qadın"  ayrıca  Yeni  Həvvanı 
da işarə edir (12:5). Bu uşaq yalnız İsa, "Qadın" da yalnız 
Onun anası Məryəm ola bilər. Vəhy kitabındakı ilan Yeni 
Həvvaya  hücum  edir,  çünki  Yaradılış  Kitabında  bəhs 
edilən hadisə hələ də onun yadındadır. Bununla belə, Yeni 
Həvva,  Cənnətdə  öz  bənzəri  olan  qadının  əksinə  pisliyi 
məğlub edir.
JUSTİNUS ZAMANI
Yəhya  İncili  və  Yaradılış  Kitabı  arasındakı  paralelliklər 
çox  təəccüblüdür.  Mən  bilirəm  ki,  bəzi  skeptiklər  (hər 
şeydən  şübhələnən  insan)  böyük  bir  fantaziya  olduğuna 
görə  bu  paralellikləri  rədd  edəcəklər.  Görəsən,  biz 
32


Skot Han: Əziz Anam
katoliklər  Yəhyanın  İncilini  həddindən  çox  oxuyuruq? 
Həqiqətən,  bizmi  Yəhyanın  beyninə  orta  əsrlər  və  ya 
müasir nəzəriyyələri soxuruq? 
Bu suallar haqlı olaraq ağla gələn suallardır. Yəhyaya 
ən  yaxın  olan  məsihçilərin  şəhadətliyindən  başlayaraq 
araşdırmamızın  dəlilini  axtaraq.  Kilsənin  ilk  atalarını 
araşdırdığımız  zaman  onların  həqiqətən  də  Yeni  Həvva 
haqqında  danışdıqlarını  öyrənirik.  Onlar  bu  qadının  kim 
olduğunu  düşünürdülər?  Demək  olar  ki,  hər  kəs  üçün  bu 
yeni Həvva Məryəm idi.
Bu  fikri  dəstəkləyən  ilk  dəlilə  müqəddəs  şəhid 
Justinusun  "Tryphon  ilə  dialoq"  adını  daşıyan  əsərində 
rastlaşırıq. 160-cı ildə yazılan Dialoq, Justinusun Xristian 
təhsili  aldığı  Efes  şəhərində,  135-ci  ildə  bir  xaxam 
(yəhudilərdə  baş  kahin,  ruhani  başçı)  ilə  etdiyi  qarşılıqlı 
söhbətdən  ibarətdir.  Rəvayətə  görə  Efes  həm  də  həvari 
Yəhya və Məryəm Ananın yaşadığı şəhərdir.
Justinusun  Yeni  Həvva  təlimi,  müqəddəs  Yəhyanın 
təliminə uyğundur və həvarinin ölümündən yalnız bir nəsil 
sonra  yaşamış  Justinusun  dövründən  başlayaraq  davam 
etdirilən  Efes  Yepiskopu  Yəhyanın  Məryəmlə  bağlı 
inkişaf etdirdiyi çalışmalara bir dəlil təşkil edir.
 
Justinusun  yazdıqları  sadə,  amma  zəngin  bir  izahat 
əhatə edir: 
Başlanğıcda ortaya çıxan itaətsizliyin aradan qaldırılması 
və  ilanın  yox  edilməsi  üçün  İsa  Bakirə  vasitəsilə  insan 
oldu.  Ləkəsiz  və  bakirə  olan  Həvva  isə  ilanın  sözünü 
eşidib  ona  inandıqdan  sonra  itaətsizlik  və  ölümlə  tanış 
oldu.  Halbuki  Rəbbin  mələyi  Cəbrayıl  Məryəmə  Rəbbin 
Ruhunun  üzərinə  enəcəyini  və  Ən  Uca  Olanın  Gücünün 
onu  kölgələyəcəyini,  bu  şəkildə  özündən  Rəbbin  Oğlunun 
doğacağını  müjdələməsi  ilə  Bakirə  Məryəm  sevinclə 
33


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə