Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   7   8   9   10   11   12   13   14   ...   34

Skot Han: Əziz Anam
bu  sandığın  məbədə  yenidən  qoyulması  lazım  olduğu 
öyrədildi. 
Bu  anda  Yəhya  gəlir  və  shekinahı  və  Əhd  sandığını 
gördüyünü  deyir  (  shekinah = Tanrının  izzəti,  bax  Vəhy 
21,10-11.23).
MƏRYƏM QUZUNU DÜNYAYA GƏTİRİR
Əhd  sandığının  zühuruna  Yəhya  oxunuşları  müxtəlif 
formada  hazırlayır.  Məsələn:  yeddi  qisas  mələklərinin 
yeddi  şeypurları  səsləndikdən  sonra  Əhd  sandığı  peyda 
olur.  Əhdi-Ətiqdəki  yəhudilər  üçün  aydın  bir  simvoldur. 
Vəd etdiyi olkəsinə girərkən Tanrı öz seçdiyi xalqına əmr 
etdi ki, döyüşə gedəndə Əhd sandığını ordunun qabağında 
aparsınlar.  Vəhy  11,15  Yeşua  6,13  ayəsinə  çox  bənzəyir. 
Yerixon şəhərini zəbt etməmişdən əvvəl yəhudilərin yeddi 
kahini şəhərin ətrafında şeypuru səsləndirərək Əhd sandığı 
ilə  gəzirdilər.  Yeddinci  gün  şəhərin  ətrafında  yeddi  dəfə 
gəzdilər  və  şeypuru  səsləndirən  zaman  şəhərin  divarları 
uçdu.  Qədim  yəhudilər  üçün  Əhd  sandığı  ən  güclü  silah 
idi, çünki Tanrının güc və qüdrət simvolu idi. Vəhy kitabı 
həmçinin  səmavi  İsrailin  Əhd  sandığı  olduğuna  görə 
döyüşdə qalib gəldiyini söyləyir.
Yəqin  ki,  indi  biz  də  Əhd  sandığının  möhtəşəm 
zühurunu  gözləyirik.  Həqiqətən  də!  "Allahın  göydəki 
məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda 
şimşək,  uğultu,  göy  gurultusu,  zəlzələ  və  güclü  dolu 
gəldi." (Vəhy 11:19). 
Təsəvvür  edin  ki,  l  əsr  yəhudilərindənsiniz.  Əhd 
sandığını  heç  vaxt  görməmisiniz,  amma  bütün  ürəyinizlə 
onun  məbədə  qayıtmasını  arzulayırsınız.  Yəhya,  sandıqla 
birlikdə  meydana  çıxan  hiddəti  və  səsləri  tərifləyərkən 
oxucusunun  marağını  artırır,  həm  də  onların  sandığı 
41


Skot Han: Əziz Anam
yenidən  görmə  arzularını  qamçılayaraq  sanki  onları 
qışqırdır.  Sözlərlə  yaradılan  buradakı  gərginlik  dözülməz 
bir hal alır. Oxucu eynilə Yəhyanın gördüyü kimi sandığı 
görmək istəyir.
Daha  sonra  izah  edilənlər  daha  da  çaşdırıcıdır. 
Hazırda istifadə etdiyimiz, axırıncı tərcümə edilən müasir 
Müqəddəs  Kitabda  XI  fəsil  ən  həyəcanlı  sözlərlə 
birdən-birə sona çatır. Yəhya bizə sandığı söz verir, amma 
izah etdiklərini kəskin bir şəkildə dayandırır. 
Bununla  belə  unutmayaq  ki,  Vəhy  Kitabındakı  hissələr 
Müqəddəs Kitabdakı digər hissələrdə olduğu kimi orta əsr 
yazıçılarının  əsəri  olub  o  dövrün  tərzinə  uyğun  şəkildə 
təşkil  edilmişdir.  Yəhyanın  orijinal  yazdıqlarında  bu  cür 
fəsillər  yox  idi.  Apokalipsis  Kitabı  fasiləsiz  davam  edən 
tək bir parçadan ibarət idi.
Buna  görə  də,  XI  hissənin  sonunda  istənilən  təsir 
yaratmaq  on  ikinci  hissənin  əvvəlində  izah  edilənlərin 
giriş  hissəsi  kimidir.  Burada  yazılanların  hamısını  tək  bir 
hadisə  kimi  qəbul  edib  oxumağımız  lazımdır:  "  Allahın 
göydəki  məbədi  açıldı  və  Onun  Əhd  sandığı  orada  zahir 
oldu… Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə 
geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac 
olan  bir  qadın  göründü.  O,  hamilə  olub  doğmaq  üzrə  idi, 
ağrı və əzab çəkərək qışqırırdı. (Vəhy 11:19 -12:2).
Yəhya bizə əhd sandığını onsuz da göstərib, "sandıq" 
deyə haqqında danışılan bir qadındır. 
Apokalipsis  Kitabı  həqiqətən  də  bizə  qəribə  görünə 
bilər.  Daha  əvvəl  də  gördüyümüz  kimi  gəlin  deyə 
haqqında  danışılan  əslində  bir  şəhər  idi.  İndi  isə  sandıq 
deyə bizə bir qadından danışılır.
42


Skot Han: Əziz Anam
MÜBAHİSƏLİ HİSSƏLƏR
Həm  sandıq,  həm  qadın  olaraq  bəhs  edilən  bu  adam 
kimdir?  Bir  çox  şərhçilər  heç  olmasa  bir  baxımdan  bu 
qadının Vəhy Kitabında (19-cu fəslində) "gəlin" deyə bəhs 
edilənin  gəlmiş-keçmiş  bütün  inanan  insanları  dünyaya 
gətirib  onlara  yeni  həyat  verəcək,  Kilsəni  təmsil  edən 
adamla eyni  adam olduğu  fikirindədirlər.  Ehtimal etmirik 
ki,  Yəhya  Kilsədən  bəhs  edərkən  kilsənin  yalnız  və  ya 
əsasən bir qadından ibarət olduğunu hesab edirdi. Kardinal 
Nyuman  deyir  ki,  Vəhy  Kitabının  12-ci  fəslini  oxumaq 
üçün mücəssəmə metodu kifayət deyil. (Mücəssəmə =hər 
hansı  bir  təbiət  hadisə  və  ya  qüvvəsinin  canlı  bir  cisim 
şəklində təsviri). 
“Ümumiyyətlə, diqqət yetirildiyi zaman, izah edilən qadın 
mücəssəmə edilən zaman sıravi biri ola bilməyəcək qədər 
son dərəcə cəsur və qüdrətlidir. Müqəddəs Kitab alleqorik 
izahata  çox  yer  vermir.  Halbuki  burada  həqiqətən  də 
tez-tez qarşımıza çıxan Müqəddəs Kitabı qələmə alanların 
Rəbbin  qılıncı  ya  da  qolu  deyə  bəhs  etdikləri  mücəssəmə 
anlayışları ilə qarşı-qarşıyayıq. Bu səbəblə, Yerusəlim ya 
da  Samariyadan  bəhs  etdikləri  zaman  bu  şəhərləri 
dişiləşdirdikləri  kimi  Kilsədən  də  gəlin  və  ya  üzüm  deyə 
bəhs  edirlər.  Ancaq  bu  bənzətmələr  onsuz  da  mücərrəd 
olduğuna  görə  mücərrəd  xəyali  kəsləri  ifadə  etməyib 
gerçək  kəsləri  izah  edir.  Bu  tərz  bir  izahat  klassik  bir 
izahat  şəklidir.  Köhnə  Yunan  yazıçılarından  Xenophon, 
Herakldan  bəhs  edərkən  qadın  simvolunu  istifadə  edərək 
onu  ləyaqət  və  pislik  arasındakı   bir  yerə  yerləşdirir." 
(Mistik qızılgül 21)
43


Skot Han: Əziz Anam
Həqiqətən  də  mücəssimə  edilən  izahat  qadın  ilə 
əlaqədar olan hissə oxunduğu zaman Yəhyanın tərzinə çox 
uyğun gəlmir. Çünki o bizə daha sonra qəti fikirlər daşıyan 
amma heç şübhəsiz əsl şəxsiyyətləri təmsil edən çox daha 
qeyri-adi  məxluqlardan  bəhs  edir.  Nümunə  lazım  olsa 
qadının dünyaya  gətirdiyi oğlanın  şəxsiyyəti mövzusunda 
şərhçilərin hamısı şübhə yaratmayacaq şəkildə qəti yeganə 
hökmə sahibdirlər (bax Vəhy. 12:5). Bu fəsildə izah edilən 
hadisələrdə  sözü  gedən  uşaq  yalnız  İsa  Məsih  ola  bilər. 
Yəhya bizə uşaqdan "bütün xalqları dəmir əsayla güdəcək 
olan bir oğul" deyə bəhs edir. Bu ifadə Rəbbin söz verdiyi 
xilaskar kralın izah edildiyi, (Məzmur 2:9): "Dəmir əsa ilə 
onların gücünü qıracaqsan, saxsı qab kimi onları çilik-çilik 
edəcəksən."  sözlərini  işarə  edir.  Yəhya  həm  də  bu  uşaq 
üçün  "Tanrıya  və  Tanrının  taxtına  aparıldı"-  deyir  və  bu 
ölümdən  sonra  göyə  alınan  İsa  Məsihdən  başqası  ola 
bilməz.
Uşağa dediklərimiz doğru olduğu kimi, Onun yeganə 
düşməni -"əjdaha" üçün də dediklərimiz doğrudur. Yəhya 
açıq  bir  şəkildə  burada  izah  etdiyinin  bir  bənzətmə 
olmadığını, gerçək bir varlığı ifadə etdiyini bizə söyləyir: 
"Bütün  dünyanı  aldadan  adına  şeytan  dediyimiz  bu  əzəli 
ilan" (Vəhy. 12:9).
Yenə  eyni  şəkildə  əjdahanın  dostu  olan  "dənizdən 
çıxan  vəhşi  heyvan"  (Vəhy.  13:1)  gerçək  kəsləri  göstərir. 
Bu  iyrənc  məxluqa  əvvəl  tarixdə   baxaq  sonra  Yəhyanın 
izah  etdikləri  ilə  müqayisə  edərik.  Bu  vəhşi  heyvan  "on 
buynuzlu,  yeddi  başlı,  buynuzlarının  hər  birində  krallıq 
simvolu  on  tac,  başlarında  da  söyüş  adları  olan  bir 
heyvandır.  Daniel  Peyğəmbərin  Müqəddəs  Kitabın 
yeddinci  hissəsində  izah  etdiklərindən  bu  cür  vəhşi 
heyvanın  ümumiyyətlə,  qurulan  xanədanlıqlara  işarə 
44


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə