Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

Skot Han: Əziz Anam
3-cü fəsil
İTKİN SANDIĞA SAHİB ÇIXANLAR
İSRAİL VƏ ƏHDİ-CƏDİDİ DAŞIYAN 
Yəhyanın  Vəhy  (və  ya  yunanca  "Apokalipsis")  adlanan 
kitabında  "günəş  geyən"  deyə  bəhs  edilən  bir  simvolla 
qarşılaşırıq.  Əhdi-cədidin  axırıncı  kitabının  adı  bizi 
yenidən Yəhya İncilinə aparır. Azərbaycan dilinə tərcümə 
edildikdə "vəhy" mənasını verən sözün Yunanca tərcüməsi 
"Apokalipsis" dir və bu sözün daşıdığı məna əslində daha 
zəngindir.  Daha  doğru  bir  şəkildə  ifadə  etsək  "duvağın 
açılması"  olaraq  tərcümə  etmək  lazımdır  ki,  qədimdə 
Yunanca  danışan  Yəhudilər  bu  sözü  evliliyin  tam  olaraq 
reallaşması üçün gəlinin əri qarşısında duvağını açdığı an 
mənasında istifadə edərdilər.
Buna  görə  də  bir  daha,  Yəhya  Qanadakı  toy 
mərasiminə aparır. Yəhya Vəhy Kitabında: "Quzunun toy 
ziyafətinə  dəvət  olunanlar  nə  bəxtiyardır!"  deyir 
(Vəhy.19:9). Bütün Apokalipsis Kitabı boyunca Yəhya İsa 
adının əvəzinə"Quzu" sözündən istifadə  edir. Bəs onda bu 
mərasimdəki  gəlin  kimdir?  Kitabın  sonunda  bir  mələk 
Yəhyanı yanına çağırıb: " Gəl sənə quzunun yoldaşı olan 
gəlini  göstərim"  -  dedikdən  sonra  ikisi  də  "  göydən, 
Allahın  yanından  enən  müqəddəs  şəhəri,  Yerusəlimi” 
gördülər. (Vəhy. 21:9-10). Burada Yəhyanın izah etdiyinə 
görə Yerusəlim Məsihin gəlini olaraq təqdim edilir. Yenə 
də  Yəhyanın  izah  etdiyi  Yerusəlim  bizim  bildiyimiz 
Yerusəlimə  heç  bənzəmir.  Şəhər  daşları  bənzəri  olmayan 
qiymətli  bir  ləl-cəvahirat  kimi  par-par  parlayır.  Şəhərin 
divarları qiymətli daşlarla bəzənmiş və on iki qapısı on iki 
incidən  düzəldilmiş  olub  qapıların  hər  biri  tək  bir  inci 
38


Skot Han: Əziz Anam
dənəsindən meydana gəlmişdir. Şəhərin küçələri belə şüşə 
kimi şəffaf, saf qızıldandır (bax Vəhy. 21: 11, 19,21).
Bunlar  fövqəladə  bənzətmələrdir,  ancaq  gəlini  bir 
tərəfə  qoyaq,  burada  heç  bir  şəkildə  həqiqi  bir  şəhərdən 
belə bəhs olunmur. Elə isə gəlin və müqəddəs şəhər olaraq 
görülən nə, ya da kimdir? Keçmişdə, ya da indiki zamanda 
da  bir  çox  şərhçi  Yəhya  tərəfindən  Yeni  Yerusəlim  deyə 
göstərilən  müqəddəs  şəhərin  Kilsə  olduğu  mövzusunda 
eyni  düşüncədədirlər.  Çünki  müqəddəs  Pavel  də 
Yerusəlimin  İsa  ilə  olan  bəy-gəlin  münasibətindən  eyni 
tərzdə danışmaqdadır (Efes 5:31-32).
Bununla belə,  Yəhyanın bizə  izah etmək  istədiyi tək 
şey  bu  olsaydı,  Apokalipsis  Kitabı  çox  qısa  bir  kitab 
olardı.  Əksinə,  kitab  otuz  iki  hissədən  ibarətdir  və  bəzən 
açıq-aşkar  aydındır,  bəzən  ürküdücü,  bəzən  də  çaşdırıcı 
izahatlarla  doludur.  Burada  Vəhy  Kitabındakıları  detallı 
şəkildə  ortaya  tökəcək  qədər  yerimiz  yoxdur,  ancaq  ən 
təəccüblü  məqamına  diqqət  çəkmək  istəyirəm.  O  da 
Kitabın  ortasında  ilk  olaraq  "duvağın  açılması"  nın 
daşıdığı əhəmiyyətidir.
MƏLƏKLƏR SANDIQ HAQINDA NƏĞMƏ OXUYUR
Apokalipsis  Kitabında  birinci  əsrdəki  yəhudiləri  çaşdıran 
mövzuları, XI hissənin sonunda Yəhya ortaya çıxarmışdır. 
Yeddi şeypurun havada çalındığını eşitdikdən sonra Yəhya 
müqəddəs  məbədin  açıldığına  və  bir  möcüzənin,  Əhd 
Sandığının göründüyünə şahid olur (bax Vəhy. 11: 19). 
Bu, min ilin ən yaxşı xəbəri ola bilər. Köhnə İsraildə 
ən müqəddəs şey olaraq görülən Əhd Sandığı altı əsrdir ki, 
itkindir.  Təxminən  e.ə.  587  ildə  Babilistan  işğalçıları 
gəldiyi  zaman  Peyğəmbər  Yeremya  Əhd  Sandığını  zərər 
görməsin deyə gizləmişdir: 
39


Skot Han: Əziz Anam
"Yeremya gəlib bir mağara tapdı, sonra bura çadırı, Əhd 
Sandığını  və  buxar  mehrabını  daşıyaraq  girişi  möhürlə 
bağladı.  Onu  izləyənlərin  bəziləri  yola  bir  işarə  qoymaq 
istədilər,  ancaq  yolu  tapa  bilmədilər.  Yeremya  bunu 
öyrəndiyi  zaman  onları  danladı  və  belə  dedi:  "Bu  yer 
Rəbb  xalqına  mərhəmət  edib  onları  yenidən  bir  araya 
gətirəcəyi günə qədər gizli qalacaq. O zaman Rəbbin özü 
hər şeyi ortaya çıxaracaq və görkəmi buludlar arasından 
görüləcək" (2 Mak. 2:5-8). 
Yeremya  "bulud"  deyərkən  "shekinah"  sözünü 
istifadə  edir.  Bu  sözün  mənası  Rəbbin  varlığını  göstərən 
əhd sandığını örtən görkəmli bulud demək idi. Süleymanın 
məbədi  içində  müqəddəslərin  müqəddəsi  adlanan  yer  əhd 
sandığına  ev  sahibliyi  edirdi.  Əslində  sandığı  müqəddəs 
qılan içindəki müqəddəs olan idi. Çünki, Rəbbin şəxsən öz 
barmaqları ilə meydana gətirdiyi daş üzərinə yazılmış "on 
əmr" lövhələri orda idi. Səhrada, evdən uzaqda yaşadıqları 
günlərdə,  Rəbbin  həyatda  qalmaları  üçün  xalqına  bəxş 
etdiyi  "manna"  adlı  möcüzəvi  çörəyin  bir  parçasını  və 
Harunun rahiblik simvolu olan əsasını saxlayırdı. 
Qiymətli  bir  ağacdan  düzəldilən  sandıq  qutu 
formasında, 
qızıl 
işləməli, 
üzəri 
mələklə 
motivləndirilmişdi.  Sandığın  ən  üstdəki  mərhəmət  taxtı 
hər zaman boş idi. Mərhəmət taxtı mərhəmət mərasimi ilə 
bağlıdır,  baş  kahin  barışma  günündə  millətin  və  məbədin 
günahdan  təmizlənməsini  həyata  keçirirdi.  Məbəddə 
sandığın qabağında yeddi budaqlı şamdan var idi.
Yeremiya  tərəfindən  gizlədilən  o  yer  heç  vaxt 
tapılmadığına görə özünüzü bir anlıq birinci əsrdə Yəhudi 
olaraq böyümüş fərz edin. Siz heç bu sandığı görmədiniz, 
ancaq sizin bütün dini və mədəni inkişafınız əsasında  sizə 
40


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə