Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

Skot Han: Əziz Anam
şəxsən  əliylə  yazılmış  olan  sözü  on  əmr,  səhrada  xalqını 
bəsləmək  üçün  möcüzəvi  şəkildə  göndərdiyi  müqəddəs 
çörək "Manna" və Harunun rahiblik əsası yerləşirdi.
Sandığı müqəddəs edən Məryəmi daha da müqəddəs 
etdi. İlk sandıq daş içində Rəbbin sözünü mühafizə etdisə, 
Məryəmin  bədəni  vücud  alan  Rəbbin  sözünü  mühafizə 
etdi.  İlk  sandıq  cənnətdən  gələn  möcüzə  çörəyi  daşıdısa, 
Məryəmin  bədəni  də  ölümü  əbədi  olaraq  məğlub  edəcək 
olan gerçək həyat çörəyi İsanı daşıdı. İlk sandıq qədimdə 
yaşamış olan rahibin əsasını daşıdısa Məryəmin bədəni də 
əbədi olaraq müqəddəs keşişi olan İsa Məsihi daşıdı.
Yəhyanın  cənnətdə  gördüyü  məbəd  köhnə  əhd 
sandığından çox dərin bir dəyərə sahib idi. Köhnə İsrailin 
məbədinin  tam  ortasında  yeddi  budaqlı  şamdanın 
önündəki  sandıq  dəbdəbəli  buludun  arasından  işıldayırdı. 
Yəhya  yeni  əhd  sandığını,  Rəbbin  əhdini  daşıyacaq 
dünyaya  bir  dəfə,  amma  əbədiyyən  seçilən  qab  olaraq 
gördü.
ETİRAZLAR ETİBARSIZDIR
İlk  Kilsə  Ataları  Əhd  sandığından  Məryəm  olaraq  bəhs 
edərək  bu  gerçəyə  şahidlik  edirdilər.  Yenə  də  bəzi 
şərhçilər  etirazlarını  davam  etdirdiklərinə  görə  bu  Atalar 
onlara qəti cavab vermişlər.
Məsələn,  bunlar  arasından  bəzi  insanlar  Vəhy  Kita-
bında  izah  edilən  şiddətli  doğum  sancıları  çəkən  qadınla 
ənənəvi  təlimə  görə  doğum  zamanı  heç  əzab  çəkməyən 
Məryəmin  eyni  adam  olduğunu  söyləmənin  bir-birilə 
ziddiyyət təşkil etdiyini iddia edirlər. Bir çox xristian Mər-
yəmin  əsl  günahsız  olaraq  doğduğu  üçün  Yaradılış 
Kitabında qadınlara doğum sancısı olaraq verilən cəzadan 
48


Skot Han: Əziz Anam
məhrum  olduğuna  inanırlar.  Bu  səbəblə,  doğum  zamanı 
Məryəm heç bir şəkildə ağrı hiss etməyib.
Belə olsa belə, ağrı içində qıvrılan qadının əminliklə 
fiziki  doğum  sancıları  çəkdiyini  deyə  bilmərik. 
Əhdi-Cədiddə  başqa  bir  yerdə  bənzər  şəkildə  müqəddəs 
Pavel  doğum  sancısını  çəkilən  bu  ruhi  ağrıları  izah 
edərkən bir bənzətmə olaraq istifadə edir. Ümumi mənada 
çəkilən  bütün  əzablar,  dəqiq  nəticəyə  çatmaq  istəyən 
dünyanın  ağrıyla  qıvrandığını  göstərir  (Gal.  4:19;  Rom. 
8:22).  Apokalipsis  Kitabındakı  qadının  ağrıları  dünyaya 
İsa  Məsihi  gətirmə  arzusu  ya  da  ana  ola  bilmək  üçün 
Məryəmin çəkdiyi ruhi çətinliklərə işarə ola bilər.
Digər  şərhçilər  deyir  ki,  qadının  o  biri  uşaqlarından 
bəhs  etmək  Məryəmin  daimi  bakirəliyi  təliminə  ziddir. 
Əbədi olaraq bakirə qalacaqsa, necə başqa uşaq sahibi ola 
bilər?  (bu  haqda  5-ci  fəsildə  daha  aydın  bəhs  olunacaq). 
Ancaq yenə burada haqqında danışılan uşaqlar Onun fiziki 
olaraq  dünyaya  gətirdiyi  uşaqları  deyil.  Xristianlığın  ilk 
günlərində həvarilər özləri haqqında məsihçilərin "ataları" 
olaraq bəhs edirdilər (bax1 Kor. 4:15). Vəhy Kitabının on 
ikinci  fəslində  danışılan  "digər  uşaqlar"  qətiyyətlə  İsa 
Məsihə  iman  edib  Onun  qardaşları  olanlardır.  Beləcə, 
onlar cənnətdə Məsihin "ata"və "ana"sına da sahibdirlər.
Hələ də bəzi şərhçilərin Yəhyanın izah etdiklərindən 
başları daha da qarışmışdır. Məsələn: "Amma çöldə qadın 
üçün təyin olunan yerə uçsun deyə, ona böyük qartalın iki 
qanadı verildi" (baxVəhy. 12:14). Buna bənzər hissələr hər 
cür  şərhə  açıqdır.  Bəziləri  burada  Məryəmin  şeytanın 
təsirində  qalmadığını  və  günahdan  ilahi  bir  qüdrətlə 
qorunduğunun işarəsi olduğunu bəyan edirlər. Bəziləri isə 
Müqəddəs  Ailənin  Hirod  canavarının  ucbatından  Misirə 
qaçışına işarə etdiyini düşünürlər. (bax Mat 2:13-15).
49


Skot Han: Əziz Anam
TƏPƏLƏRƏ ÇIXAQ
Bununla   yanaşı   şərhçilər   üçün   ən   böyük   çətinlik   Vəhy 
Kitabında  müqəddəs  Yəhyanın  xarakterlərə  dərin 
dünyagörüşünün  verdiyi  yeganə  (bənzərsiz)  izahat  kimi 
görülür.  Bundan  başqa  harada  Məryəmə  "əhd  sandığı" 
deyilir?  Əhdi-Cədid  üzərində  dərin  bir  araşdırma 
aparıldığı zaman bəlkə digərlərindən daha aydındır, amma 
Yəhyanın dünyagörüşünün yeganə olmadığını görərik.
Yəhyanın yazdıqları ilə yanaşı Lukanın Məryəm Ana 
haqqında  yazdıqları  Müqəddəs  Kitabın  başqa  bir  qızıl 
mədəni  sayılır.  Bizə  Mələyin  müjdəsini,  Məryəmin 
Elizabeti  ziyarətini,  İsanın  doğuluşu  əsnasındakı  ətrafda 
reallaşan  möcüzəvi  hadisələri,  Yəhudi  adətlərinə  görə 
qadınların təmizləndikləri ibadəti, on iki yaşındakı oğlunu 
necə  axtardığını  və  ilk  Pentekost  Günü  həvarilərin  ara-
sında olduğunu izah edən həmişə Lukadır.
Luka, çox dəqiq çalışan ədəbi cəhətdən inkişaf etmiş, 
Müqəddəs Ruha malik olma üstünlüyünə sahib olduğu da 
iddia edilə biləcək bir yazıçı idi. Əsrlər boyu ilahiyyatçılar 
Luka  İncili  ilə  Əhdi-Ətiqdə  izah  edilənlərin  paralel 
mətnləri necə bir-biri ilə uyğlunlaşdığına çaşıb qalmışlar. 
Bunların  ilk  nümunəsi  Məryəmin  Elizabeti  ziyarəti  ilə 
əlaqədar  olan  hadisədir.  Lukanın  izah  etdikləri  Şamuelin 
ikinci  kitabında  Davudun  əhd  sandığını  Yerusəlimə 
gətirərkən  etdiyi  səya-hətləri  xatırlayır.  Hadisə,  Davud 
"durdu və getdi" deyə başlayır (2 Şam. 6:2). Lukanın izah 
etdiyi ziyarət də eyni sözlərlə başlayır; "Məryəm qalxdı və 
yollandı"  (Luka  1:39).  Çıxdıqları  səfərdə  həm  Məryəm, 
həm  də  Davud  Yahudanın  təpəlik  bölgəsinə  doğru  yola 
düşürlər.  Davud,  "Rəbbin  Sandığı   mənim  yanımda  necə 
qala  bilər?"  (2  Şam.  6:9)  sözlərilə  buna  layiq  olmadığını 
dilə  gətirərkən  eyni  sözləri  Məryəm  qohumu  Elizabetə 
50


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə