Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

Skot Han: Əziz Anam
bakirə  qız  hamilə  olub  oğlan  doğacaq,  Adını  Emmanuel 
qoyacaqlar.  Emmanuel  isə  «Allah  bizimlədir»"  (Matta 
1:23). Bir neçə sətir qabaqda Matta İsanın Davudun şəhəri 
olan  Beytlehemdə  doğulmasını  izah  edərkən  Mika 
Peyğəmbərin   sözlərini  (5:2)  dəstəkləyir.  "Ey  Bet-Lehem 
Efrata,  sən  Yəhuda  nəsillərinin  kiçiyi  olsan  da,  Mənim 
üçün İsrail üzərində hökmdar səndən çıxacaq" (Matta 2:6). 
Son olaraq Matta müqəddəs ailənin Nazaret adı verilən bir 
şəhərə  yerləşdiklərini  söyləyərək  İsanın  uşaqlığı  ilə 
əlaqədar  izahatını  bitirir  (Matta  2:23).  "Nazaret"  sözünün 
kökü  “netser”,  yəni  "budaq"  mənasını  verir  və  Yeşaya 
Məsihi  budaq  adlandıraraq  Yesseyin  kötüyündən  yeni  bir 
fidan  çıxacaq,  kökündən  çıxan  bir  budaq  bar  verəcək. 
(Yeş. 11:1) deyir.
ULDUZLARI GÖRMƏK
İncilin  ən  əvvəlindən  etibarən  görürük  ki,  Davudun 
Krallığı  cənnət  bağçası  kimi  gələcək  olan  İsa  Məsihi 
gözləyirdi.  Bu  işıqla  baxıldığı  zaman  Davudun  monarx 
idarəsinin  ən  kiçik  detalları  Əhdi-Ətiqdəki  digər  detallar 
kimi  böyük  bir  məna  kəsb  edir.  Davudun  Krallığının 
quruluşu  nə  ilk  müjdə,  nə  də  təsadüf  olmayıb  Rəbbin  öz 
lütfü ilə planlaşdırdığı krallığının xüsusiyyətlərini gizləyir. 
Əhdi-Cədidin  sonunda  Vəhy  Kitabı-nın  11  və  12-ci 
fəsillərində Davud xarakterinin korlan-mağa doğru davam 
etdiyini görürük. 
Burada  2-ci  Məzmurda  Davud  soylu  kral  yenidən 
canlandırılır.  Məzmur:  "Nədir  xalqlar  arasındakı  bu 
qarışıqlıq,  niyə  boş  nizamlar  qurur  xalqlar?"  sözləri  ilə 
başlayarkən  Vəhy  Kitabı  hiddətlənən  xalqların  Rəbbin 
qəzəbini  necə  üstlərinə  çəkdiklərinə  cavab  verir  (Vəhy 
11:18;  Məz.  2:5).  Məzmur  2-də  Rəbb  Davud  soyundan 
58


Skot Han: Əziz Anam
olan  krala:  "Sən  mənim  oğlumsan,  bu  gün  mən  sənə  ata 
oldum"-  söylədiyi  sözlər  İsa  vəftiz  olduğu  zaman 
deyilənlərin  əvvəldən  bildirilməsidir:  "Bu  mənim  sevimli 
Oğlumdur, Ondan razıyam.” (Matta 3:17). Məzmura görə 
(2:8-9)  Davudun  oğlu  əlində  dəmir  bir  əsayla  xalqları 
idarə  edəcək.  Vəhy  Kitabında  bu  vədin  reallaşdığını 
görürük. "Qadın dəmir əsasıyla xalqları idarə edəcək oğlu 
dünyaya gətirəcək" (Vəhy 12:5)- deyə yazılmışdır.
Onda  Vəhy  Kitabındakı,  Davud  xarakterinin 
xüsusiyyətlərini  işıqlandırmağa  çalışarkən  "günəş  geyən" 
ulduzlarla  taclandırılmış  xanədanlığa  mənsub  bu  qadını 
necə təyin edəcəyik?
İlk  olaraq  qadının,  İsraillə  olan  əlaqəsi,  yəni  başını 
bəzəyən İsrailin on iki nəslinə işarə olan on iki ulduza görə 
uca bir mövqedə olmağı lazımdır. Həqiqətən də Yəhyanın 
gördükləri 
Yaradılış 
Kitabında 
sərkərdə 
Yusifin 
yuxusunda gördükləri  ilə bənzərdir. "Günəş, ay  və on  bir 
ulduz  mənə  səcdə  edir"  (Yaradılış  37:9).  Yusifin 
yuxusundakı on bir ulduz İsrailin on bir nəslində sərkərdə 
olaraq vəzifə yerinə yetirən qardaşlarına işarə idi.
Yenə  də  Vəhy  Kitabındakı  qadın  haqqında  daha  bir 
maraqlı  məlumat  var.  Əhdi-Ətiqdəki  ən  möhtəşəm 
günlərdə on iki nəsil həqiqətən bir yerə yığışaraq və kralın 
anasının  qarşısında  hörmətlə  əyildilər.  Təbii  ki,  bu 
xarakter  Vəhy  Kitabında  adı  çəkilən  qadının  əvvəlcədən 
verilən xəbəri idi.
KRALİÇA ANA
İsrail monarxiyası xüsusi coğrafi bir bölgədə, tarixi bir sıra 
xüsusi  şərtlər  altında  reallaşmışdır.  Tarixdən  əvvəlki 
dövrlərdə Yaxın Şərqdə xalqların böyük bir hissəsi kralın 
liderliyi  altında  monarxiya  ilə  idarə  edilirdi.  Üstəlik  bir 
59


Skot Han: Əziz Anam
çox  mədəniyyətdə  çox  arvadlılıq  geniş  yayıldığına  görə 
kralın da bir neçə arvadı olurdu. Bu vəziyyət problemlərin 
ortaya çıxmasına səbəb oldu. Əvvəlcə, xalq hansını kraliça 
olaraq  şərəfləndirəcəkdi?  Ən  əhəmiyyətlisi  hansının  oğlu 
gələcəkdə krallıq taxtını əldə edəcəkdi?
Bir  çox  yaxın  şərq  mədəniyyətində  bu  iki  problem 
ənənəvi  olaraq  yalnız  bir  şəkildə  həll  edilirdi.  Normal 
şəkildə kralın arvadı deyil, kralın anası olan qadın kraliça 
olaraq  şərəfləndirilirdi.  Bu  tətbiqdə  bir  ədalət  ünsürü 
vardı,  çünki  ananın  yoldan  çıxaran  və  ya  təsir  etmə 
qabiliyətinin gücünə bağlı olaraq oğlu bu taxta yiyələnirdi. 
Bu  adət  eyni  zamanda  o  mədəniyyətin  içində  yaşayan 
xalqın  nizamını  təmin  edən  bir  faktor  idi.  Əvvəlki  kralın 
arvadı  və  yeni  kralın  anası  olaraq  kraliça  ana  xanədanlıq 
soyunun davamını zəmanət altına alırdı.
İsrail  xalqı  təkidlə  monarxiya  rejimini  istəməmişdən 
çox  əvvəl,  kraliça  ananın  vəzifəsi  bütpərəst  millətlər 
arasında  çox  yaxşı  şəkildə  təyin  olunmuşdu.  Çünki  İsrail 
hər zaman bir krallıq olmamışdı. Rəbbin planında Rəbbin 
özü  onların  kralı  olacaqdı  (1  Şam.  8:7).  Amma  insanlar 
Şamuel  Peyğəmbərə  yalvararaq  özlərinə  bir  kral  təyin 
etməsini  istədilər:  "Başımızda  bizi  idarə  edəcək  bir  kral 
olsun.  Beləcə,  biz  də  bütün  xalqlar  kimi  olacağıq"  (bax1 
Şam.  8:19-20).   O  zaman  Rəbb  insanların  öz  yollarında 
getmələrinə  icazə  verdi.  Ancaq  öz  şanı  adına  İsrailin 
monarxiyası  Rəbbin  oğlunun  krallığını  ilahi  bir  şəkildə 
gizləyəcəkdi.  İsrail  krallığı  Rəbbin  Krallığının  bir  növ 
simvolu olacaqdı.
Tarixən 
Yəhudi 
xalqı 
rəhbərlik 
formasını 
ətraflarındakıları  nümunə  götürüb  qurduqları  üçün  bu 
başlarına gəldi. Digər xalqlar kimi olmaq istədikləri üçün 
bir  kral  istədiklərini  xatırlayın.  Beləcə,  qonşu  ölkələrdəki 
nümunələri  izləyərək  bir  xanədanlıq,  qanuni  bir  sistem 
60


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə