Canim anam



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/34
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8443
1   2   3   4   5   6   7   8   9   ...   34

Skot Han: Əziz Anam
İbrahim,  Musa  və  Davudla  olduğu  kimi  bir  əhd  yolu  ilə 
açıqlanmışdır.  İsa  öz  qanı  ilə  reallaşdırdığı  Yeni  Əhdin 
xilas qurbanından danışırdı (Luka 22:20).
Hər  müqəddəs  ayin  ərəfəsində  Evxaristiya  duasında 
eşitdiyimiz  sözləri  anlamaq  üçün  dayanıb  özümüzə  “əhd 
nədir”  deyə  soruşuruqmu?  Bu  sual  bizləri  Xristian  imanı 
və  həyatının  ürəyinə  aparan  ən  vacib  sualdır.  Bu  sual 
sayəsində Rəbbin də ürəyinə qədər çatarıq. 
Əhd nə deməkdir? Bu sual bizi daha əvvəl müzakirə 
etdiyimiz tək gerçək olan ailə anlayışına istiqamətləndirir. 
Qədim  Yaxın  Şərqdə  əhd  təntənəli  andla  bağlanmış 
müqəddəs qohumluq əlaqəsi idi. Bu and insanı başqa insan 
və  ya  qəbilələrlə  ailə  tərkibinə  daxil  etdi.  Rəbb  Adəm, 
Nuh, İbrahim, Musa və Davudla bu əhdi bağlayanda əvvəl 
bir  cüt,  sonra  bir  ailə,  bir  millət  və  nəhayət,  bütün  dün-
yadakı insanları öz müqəddəs ailəsinə qəbul edirdi. 
Bağlanan  bütün  bu  əhdlər  insanın  sədaqətsizliyi  və 
günahları ucbatından pozuldu. Nə Adəm, nə Musa, nə də 
Davud  bu  əhdə  sadiq  qalmasalar  da  Rəb  heç  bir  zaman 
sədaqətini pozmadı. Əslində xilas tarixi bizi yalnız Rəbbin 
sözünü  tutduğu  nəticəsinə  aparır.  Elə  isə  necə  olur  ki, 
insanlıq sonsuza qədər davam edəcək əhdin onlar tərəfdən 
edilməli  olanını  yerinə  yetirir?  Bunun  reallaşması  üçün 
birinin  həm  "günahsız",  həm  də  Rəbb  kimi  əbədi  olaraq 
vəfalı  olması  lazımdır.  Bu  səbəblə,  yeni  və  əbədi  əhdin 
yaranması  üçün  Rəbb  İsa  Məsihdə  bədən  aldı  və  Rəbbin 
ailəsinin  fərdləri  ola  bilək  deyə,  bunu  hamımız  adına 
reallaşdırdı.
Bu  yalnız  bizim  Rəbblə  dostluq  qurmağımız 
mənasında deyil. Çünki Rəbb onsuz da sirli bir şəkildə bir 
ailədir.  Rəbb  Ata,  Oğul  və  sevgi  olan  müqəddəs  Ruhdur 
və  bütün  Məsihçilər  bu  ailənin  həyatına  ortaq  olmağa 
çağrıldı.  Vəftiz  sayəsində  Müqəddəs  Üçlük  adına  vəftiz 
23


Skot Han: Əziz Anam
edildiyimiz  zaman,  İsa  ilə  eyni  qardaşlığa  çatırıq,  Onun 
ailə  adını  qəbul  edir,  Oğulda  yeni  oğullar  oluruq.  Əbədi 
olaraq  sevgi  içində  yaşayacağımız  Müqəddəs  Üçlüyün 
həyatına ortaq oluruq. Rəbb bir ailədirsə, cənnət evimizdir 
və  İsa  Məsih  sayəsində  bu  cənnət  dünyaya  enmişdir. 
(KKK 1996-1997)
NÜMUNƏVI YAŞAYAN AİLƏ
Rəbbin  əhd  bağladığı  ailə  heç  bir  qüsuru  olmayan 
mükəmməl  bir  ailədir.  Kilsə  Rəbbi  ata;  İsanı  qardaş; 
cənnəti də ev olaraq görür. Elə isə çatışmayan nədir?
Əslində heç bir şey. Hər ailənin anaya ehtiyac vardır 
və Rəbbin əhd bağladığı ailədə də onun yeri boş qalmayıb. 
Yalnız İsanın özü ilahi lütflə hədəflənən əhddə ailəsi üçün 
bu  ananı  seçə  bilərdi.  O,  sahib  olduğu  hər  şeyi  bizimlə 
paylaşır.  Onun  müqəddəs  həyatı  bizim  həyatımız,  evi 
bizim  evimiz,  atası  bizim  atamız,  qardaşları  bizim 
qardaşlarımız, anası da bizim anamızdır.
Sevən  bir  ana  olmadan  ailə  tamamlanmış  sayıla 
bilməz. Məryəmin rolunu gözardı etdikləri üçün Kilsədən 
qopanlar  özlərini  hər  nə  qədər  rahat  hiss  etsələr  də,  yenə 
də subay adamın evində imiş kimi hiss edəcəklər. Onların 
evləri təmizdir, amma belə rahatlığı verməyəcək, orda hər 
şey qaydasındadır, amma gözəllik və ahəngdarlığı tapmaq 
olmayacaq.
Müqəddəs 
Kitabda 
bütün 
yazılanlar, 
bütün 
prototiplər, bütün yaradılanlar hətta bizim  insan olaraq ən 
dərində  olan  arzularımız  anamız  olmadan  bir  ailənin  ola 
bilməyəcəyini  söyləyir.  Rəbbin  müqəddəs  ailəsini  də  bu 
ehtiyacın  xaricində  tuta  bilmərik.  Həvarilər  bunu  dərk 
etdikləri  üçün  Yerusəlimdə  Pentekost  Günündə  hamısı 
Məryəmin ətrafında toplanmışdılar. İlk nəsil məsihçilər də 
24


Skot Han: Əziz Anam
bunu  bildiklərinə  görə  də  məzarların  üstünü  Məryəm 
motivləri  ilə  bəzəmişlər,  tikdikləri  kilsələri  ona  ətf(həsr) 
etmişlər.
Məryəmə  aid  edilən  ilk  ikonalarda  o,  hər  zaman 
qucağında  körpəsi  ilə  göstərilmişdir,  beləliklə,  Vəhy 
kitabının  12-ci  fəslində  yazıldığı  kimi  o  əbədiyyən 
dünyaya  körpəsini  hədiyyə  edən  ana  olaraq  qalacaqdır. 
Gerçək  bir  ana  olaraq  Məryəm  Oğlunu  işarə  edərkən  bir 
tərəfdən  də  gözləri  ilə  ona  baxan   digər  övladlarını 
axtarmaqdadır.  Uşağına  analıq  etməkdədir,  çünki  uşaq 
dəstək  almadan  öz  başına  qalxa  bilməz.  Eyni  şəkildə 
Məryəm dünyadakı bütün uşaqlarına analıq edərək, dəstək 
olaraq hamımızı Oğluna tərəf yaxınlaşdırmaqdadır. 
25


Skot Han: Əziz Anam
2-ci fəsil
MİLAD ƏRƏFƏSİ
MƏRYƏM  ANA  İLƏ  CƏNNƏTƏ  EDİLƏN  İKİNCİ 
ZİYARƏT
İlk  məsihçilərin  Müqəddəs  Bakirəyə  dərin  bir  bağlılıqları 
vardı. Bunun dəlillərinə onların indi əlimizə çatmış ədəbi 
və  sənət  əsərlərində  və  təbii  ki,  Kilsənin  qurulmasında 
təməl  vəzifəsi  olan  İncildə  rast  gəlirik.  Müasir  dövrlə 
müqayisə  etdiyimiz  zaman  ilk  üç  əsr  boyunca  Məryəmin 
Kilsədəki rolu haqqındakı məlumatımız o ana qədər, hətta 
günümüzə  qədər  uzun  müddət  primitiv  inkişaf 
səviyyəsində  qaldı.  Məryəmlə  əlaqədar  bu  mətnlər  daha 
çox  yazılı  mətnlərə  söykənən  idi.  Yaradılış,  cənnətin 
itirilməsi,  Rəbbin  aramızda  bədən  alması  və  xilas  kimi 
mövzular  ilahiyyat  şərtlərinə  uyğun  olaraq  əsaslı  bir 
şəkildə təqdim edilməkdə idi. Bu səbəblə, söhbət Məryəm 
haqqında olduğu zaman bəzən hər şeyi bir anda, təsirli bir 
şəkildə açıq-aşkar anlaya bilərik. 
Tarixə  baxdığımız  zaman,  Rəbbin  xilas  planını  göz  ardı 
etməli  olsaq,  Məryəmin  rolunu  da  qavramaya  bilmərik, 
Onun varlığı təsadüfi deyil, Rəbbin planının bir parçasıdır. 
Xilas  planını  Onun  vasitəsilə  reallaşdırmaq  üçün  Rəbb 
Məryəmi seçdi.
Rəbb  hələ  başlanğıcda  qadını  və  kişini  yaratdığı 
zaman  seçilən  və  əvvəldən  haqqında  danışılan  Məryəm 
Onun  planının  bir  parçası  idi.  Gerçəkdə  ilk  məsihçilər 
İsanı  və  Məryəmi  təzədən  yaradılan  ilk  insanlar  olaraq 
qəbul edərlər. Müqəddəs Pavel, Adəmdən İsanın prototipi 
olaraq (Rom. 5:14), İsadan da yeni Adəm və ya son Adəm 
deyə bəhs edir (1 Kor. 15:21-22, 45-49).
26


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə