Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə26/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   22   23   24   25   26   27   28   29   ...   136

www.vivo-book.com 

 

132 



uzun corablar və rezinli kəmər geyinmiĢdi. Ətəyinin altından 

onun əynindəki çəhrayı qısa tumanı görünürdü. Ayaqlarında, 

hətta dikdabanlı ayaqqabılar da vardı. 

–  Sən  ona  baxırsan,  elə  deyilmi?  –  Di  Di  məndən 

soruĢdu. 

– Gözlərimi ondan ayıra bilmirəm. 

– O fahiĢədir. 

– Əlbəttə. 

FahiĢə  oturduğu  yerdən  ayağa  qalxdı  və  çin  bilyardı 

oynamağa  getdi.  ġarların  lazım  olan  dəliklərə  düĢməsinə 

yardım etmək üçün o, dalını ora-bura yellədirdi. Sonra yenə 

öz yerinə oturdu və ora-burasını əvvəlkindən də çox açdı.  

Hidroplan suya oturdu, yükünü boĢaltdı, sonra biz pirsə 

yaxınlaĢdıq  və  təyyarəyə  miniĢin  baĢlanmasını  gözlədik. 

Hidroplan  qırmızı  rəngdə,  1936-cı  il  istehsalı  idi,  onun  iki 

pəri, bir pilotu və 8, ya da 10 sərniĢin oturacağı vardı.  

Əgər  bu  Ģeyin  içində  qusmasam,  –  deyə  düĢündüm, 

deməli bütün dünyanı oyuna gətirdiyimi hesab edə bilərdim.  

Qısa ətəkli qız təyyarəyə minmək fikrində deyildi.  



www.vivo-book.com 

 

133 



Allahım,  niyə  hər  dəfə  belə  bir  qadınla  rastlaĢanda, 

adamın yanında həmiĢə baĢqa bir qadın olur?   

Biz  təyyarəyə  mindik  və  oturacaq  kəmərlərimizi 

bağladıq. 

– Ah, – Di Di dedi, – Elə həyəcanlıyam  ki! Kabinəyə 

gedib düz pilotun yanında oturacağam! 

– YaxĢı, necə istəyirsən elə də elə. 

Biz havaya qalxdıq və Di Di gedib düz pilotun yanında 

oturdu. Onun oturub pilotla söhbət etdiyini görə bilirdim. O, 

deyəsən,  həyatdan  ləzzət  alırdı,  ya  da  sadəcə,  bu  mənə  elə 

görünürdü.  Son  vaxtlar  onun  nə  hisslər  keçirməsi  mənim 

vecimə  deyildi  –  onun  həyata  həyəcanlı  və  xoĢbəxt 

reaksiyasını demək istəyirəm: onun bu davranıĢları məni bir 

qədər  qıcıqlandırırdı,  amma  əsas  etibarı  ilə  bu  davranıĢlara 

qarĢı heç nə hiss etmirdim. Bu məni, hətta darıxdırmırdı da.  

Biz bir qədər uçduq və yerə endik, yerə eniĢimiz elə də 

yumĢaq  olmadı.  Alçaqdan  sürətlə  uçaraq  bəzi  qayalıqların 

yaxınlığından  süzdük,  suya  çırpıldıq  və  çoxlu  su  tozu 

havaya  qalxdı.  Elə  bil  sürətli  qayıqda  oturmuĢduq.  Sonra 

bizim təyyarəmiz baĢqa bir pirsə yan aldı. Bu zaman artıq Di 




www.vivo-book.com 

 

134 



Di yanıma gəldi və pilot ilə hidroplan, bir də onunla elədiyi 

söhbət  haqqında  hər  Ģeyi  mənə  danıĢdı.  DöĢəmənin  iri  bir 

parçası qopub aralanmıĢdı. O, pilotdan soruĢdu: 

– Bu Ģey təhlükəsizdirmi? 

Pilot da cavab verdi: 

– Allah bilir. 

Di  Di  düz  sahilin  yaxınlığında  yerləĢən  bir  otelin  ən 

hündür  mərtəbəsində  bizə  otaq  tutmuĢdu.  Oteldə  soyuducu 

olmadığından,  o,  balaca  bir  plastmas  qab  alıb  içini  buzla 

doldurmuĢdu  ki,  mən  öz  pivə  bankalarımı  orada  sərinlədə 

bilim.  Otel  nömrəsində  ağ-qara  televizor  və  hamamxana 

vardı. Əla. 

Biz  sahilin  kənarı  ilə  gəzintiyə  çıxdıq.  QarĢımıza  iki 

formada turist çıxırdı – onlar ya çox cavan idilər, ya da çox 

qoca.  Qocalar  ətrafda  cüt-cüt  gəziĢirdilər  –  ayaqlarında 

səndəl, gözlərinə tünd ĢüĢəli eynək taxmıĢ, baĢlarında saman 

Ģlyapa,  əyinlərinə  isə  qısa  Ģalvar  və  al-əlvan  rəngli 

köynəklər  geymiĢ  qadın  və  kiĢilər.  Onlar,  əsasən,  kök  və 

solğun  bənizli  idilər.  Onların  ayaqlarının  göm-göy  venaları 

ĢiĢib çölə çıxmıĢdı, üzləri isə günün Ģüaları altında ĢiĢkin və 




www.vivo-book.com 

 

135 



solğun  görünürdü.  Onların  hər  yeri  sallanırdı,  yanaqlarının 

və çənələrinin altından dəri qatları və torbaları asılmıĢdı. 

Cavanlar  isə  çox  qədd-qamətli  görünürdülər.  Elə  bil 

onları  yumĢaq  rezindən  düzəltmiĢdilər.  Qızların  döĢləri 

qabarmamıĢdı və sağrıları çox balaca idi, oğlanların zərif və 

yumĢaq üzləri isə durmadan gülümsəyir, qızarır və gülürdü. 

Lakin  onlar  hamısı  həyatlarından  çox  razı  görünürdülər: 

həm cavan tələbələr, həm də qocalar. Onların görəcək iĢləri 

demək  olar  ki,  yox  idi.  GünəĢ  Ģüalarının  altında  uzanıb 

xoĢhallanır  və  vəzifə  borclarını  yerinə  yetirmiĢ  kimi 

məmnun görünürdülər.  

Di  Di  mağazaları  gəzməyə  getmiĢdi.  O,  mağazaları 

gəzib özünə muncuqlar, külqabılar, oyuncaq itlər, açıqcalar, 

boyunbağılar,  kiçik  heykəlciklər  almaqdan  xüsusi  zövq 

alırdı  və  belə  görünürdü  ki,  bütün  bunlar  onu  xoĢbəxt 

etməyə yetərlidi.  

–  Ah,  bir  ora  bax!  –  o  mağazanın  sahibləri  ilə  söhbət 

edirdi. 


Deyəsən,  onlar  Di  Dinin  xoĢuna  gəlirdilər.  O,  bir 

xanıma  materikə  qayıdandan  sonra  ona  məktub  yazacağına 




www.vivo-book.com 

 

136 



söz verdi. Sən demə, onların ortaq erkək tanıĢı varmıĢ və o 

bir rok qrupda zərb alətində çalıĢırmıĢ. 

Di  Di  özünə  içində  iki  dənə  balaca  tutuquĢu  olan  bir 

qəfəs aldı və biz otelə qayıtdıq. Mən özümə bir pivə açdım 

və televizoru qoĢdum. Proqram seçimi də məhdud idi. 

– Gəl çıxıb bir az da gəziĢək, – Di Di dedi. – Bayırda 

hava elə xoĢdur ki. 

–  Mən  burada  oturub  dincəlməyə  hazırlaĢmıĢam,  – 

deyə mən cavab verdim. 

– Əgər mən sənsiz getsəm, inciməzsən ki? 

–  Əsla incimərəm,  hər  Ģey  qaydasında  olacaq,  narahat 

olma. 


O  məni  öpdü  və  getdi.  Mən  televizoru  söndürdüm  və 

özümə bir pivə də açdım. Bu adada sərxoĢ olmaqdan baĢqa 

bir iĢ-güc yox idi. Pəncərəyə yaxınlaĢdım. Di Di çimərlikdə 

bir  cavan  oğlanla  yanaĢı  oturmuĢ,  xoĢbəxtcəsinə  onunla 

söhbət  edir,  gülümsəyir  və  əlləri  ilə  nəsə  iĢarələr  edirdi.  O 

cavan  adam  da  ona  gülümsəyirdi.  Nə  yaxĢı  ki,  bu 

boĢboğazlıqda  mən  iĢtirak  etmirdim.  Mən  heç  kimə 

vurulmuĢ olmadığıma və bu səbəblə də bütün dünyadakı hər 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə