Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə34/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   30   31   32   33   34   35   36   37   ...   136

www.vivo-book.com 

 

174 



– YaxĢı, deyək ki, mən insanlara baxmıram, lakin mən 

öz yazılarımla öz evimin kirayə pulunu verə bilirəm. Bu da 

qoyun otarmaqdan daha çətin bir iĢdir.   

–  Sən  uzun  müddət  belə  davam  edə  bilməzsən.  Bu 

gediĢlə,  sən  heç  nəyə  nail  ola  bilməyəcəksən.  Sən  hər  Ģeyi 

lazım olduğunun tərsinə edirsən.  

– Elə məhz ona görə də məndə hər Ģey alınır. 

–  Alınır?  Lənət  Ģeytana,  sənin  kim  olduğunu  bilən 

varmı?  Bəlkə  sən  Meyler  kimi  məĢhur  birisisən?  Bəlkə 

Kapote kimi məĢhursan? 

– Onlar heç yazı yaza bilmirlər. 

–  Amma  sən  yaza  bilirsən!  Bircə  sən,  Çinaski,  yaza 

bilirsən! 

– Bəli mən məhz belə düĢünürəm. 

–  Sən  məĢhursanmı?  Əgər  Nyu-Yorka  getsən,  orada 

səni tanıyan bir kimsə varmı? 

–  Bura  bax,  bu  dediklərin  mənim  heç  vecimə  deyil. 

Mən,  sadəcə,  öz  yazılarımı  yazmağa  davam  eləmək 

istəyirəm. Mənə zurna-balaban lazım deyil.  



www.vivo-book.com 

 

175 



–  Sən  əlin  yetən  bütün  zurna-balabanlardan  imtina 

etməzdin. 

– Bəlkə də. 

–  Sənin  özünü  artıq  məĢhur  birisi  kimi  qələmə 

verməkdən xoĢun gəlir. 

–  Mən  yazarlığa  baĢlamazdan  əvvəl  də  özümü  indiki 

kimi aparırdım. 

–  Sən  həyatımda  gördüyüm  ən  tanınmamıĢ  məĢhur 

adamsan. 

– Mən, sadəcə, Ģöhrətpərəst deyiləm. 

–  ġöhrətpərəstsən,  amma  tənbəlsən.  Sən  hər  Ģeyə  heç 

bir 


əziyyətsiz-filansız  nail  olmaq  istəyirsən.  Sən, 

ümumiyyətlə nə zaman yazırsan? Sən bunu nə vaxt edirsən? 

Nə vaxt baxırsan, sən ya çarpayıda uzanmısan, ya sərxoĢsan, 

yaxud da at yarıĢlarına getmisən. 

– Bilmirəm. Bu elə də vacib deyil. 

– Bəs onda vacib olan nədir? 

–  Bizim  bilici  quĢumuz  sənsən,  sən  mənə  de,  –  mən 

ona dedim.  




www.vivo-book.com 

 

176 



– YaxĢı, nəyin vacib olduğunu indi mən sənə deyərəm! 

–  Lidiya  qeyzlə  dedi.  –  Uzun  müddətdən  bəri  bir  dənə  də 

olsun qonaqlıqda olmamıĢıq. Uzun müddətdən bəri bir insan 

övladı  görməmiĢəm!  Mən  insanları  SEVĠRƏM!  Mənim 

bacılarım  əyləncəli  gecələri  SEVĠRLƏR!  Bir  qonaqlıqda 

iĢtirak  etmək  xatirinə  onlar  min  mil  məsafəni  qət  etməyə 

hazırdırlar! Bax, Yutada bizi belə tərbiyə ediblər! Əyləncəli 

gecələrdə  qəbahətli  heç  nə  yoxdur.  Qonaqlıqda  insanlar, 

sadəcə,  MƏNƏVĠ  ĠSTĠRAHƏT  EDĠRLƏR  və  vaxtlarını 

gözəl keçirirlər! Bu axmaq fikir bircə sənin beynində özünə 

yer  eləyə  bilib.  Sənin  düĢüncənə  görə,  əylənmək  sonunda 

birmənalı  olaraq  hökmən  sikiĢməklə  bitəcək!  Aman 

Allahım, axı insanlar namusludurlar! Sən, sadəcə, öz vaxtını 

gözəl keçirməyi bacarmırsan!  

– Mənim insanlardan xoĢum gəlmir, – dedim. 

Lidiya çarpayıdan dik atıldı. 

– Ġlahi, sənə baxanda ürəyim bulanır! 

– YaxĢı, onda mən sənə bir az “boĢ məkan” verərəm. 

Mən  ayaqlarımı  çarpayıdan  aĢağı  salladım  və 

ayaqqabılarımı geyinməyə baĢladım. 




www.vivo-book.com 

 

177 



– Bir az boĢ məkan? – Lidiya dedi. – BoĢ məkanla nə 

demək istəyirsən? 

– Demək istəyirəm ki, burdan cəhənnəm olub gedirəm! 

–  YaxĢı,  amma  qulaqlarını  aç,  deyəcəklərimə  yaxĢı-

yaxı  qulaq  as:  əgər  bu  qapıdan  çıxsan,  məni  bir  də 

görməyəcəksən! 

– Mənim üçün hava xoĢdur, – mən dedim. 

Mən  yerimdən  qalxdım,  qapıya  yaxınlaĢdım,  onu 

açdım,  arxamca  bağladım  və  pilləkənlərlə  aĢağı  enib  öz 

folksvagenimə tərəf getdim. Mühərriki iĢə saldım və maĢını 

sürərək  oradan  uzaqlaĢdım.  Mən,  əslində,  Mindi  üçün  bir 

balaca sərbəst məkan hazırlamıĢdım. 



 

 

                     26  

Hava 


limanında 

oturub 


gözləyirdim. 

HəmiĢə 


fotoĢəkillər  adamı  aldadır.  Onlara  baxıb  heç  vaxt  heç  nəyi 

dəqiq  söyləmək  olmur.  Mən  həyəcan  keçirirdim.  Ürəyim 

bulanır, qusmağım gəlirdi. Siqaret yandırdım. Tüstüsü məni 

boğdu.  Bütün  bunları  niyə  edirəm?  Ġndi  Mindini  heç 




www.vivo-book.com 

 

178 



istəmirdim.  Mindi  isə  ta  Nyu-Yorkdan  bura  qədər  uçaraq 

mənim yanıma gəlirdi. Mənim çoxlu qadın tanıĢlarım vardı. 

Niyə  həmiĢə  onların  sayı  çox  olmalıdır?  Mən  nə  etməyə 

çalıĢırdım?  Yeni  məhəbbət  macəraları,  əlbəttə  ki,  adamı 

həyəcana  gətirir.  Amma  bu  da  artıq  danılmaz  faktdır  ki, 

özləri ilə bərabər yeni və ağır qayğılar da gətirirlər. Birinci 

öpüĢdə, birinci sikiĢmədə nəsə bir dramatizm var. Səbəbi elə 

də  dərində  deyil.  BaĢlanğıcda  yeni  insanlar  həmiĢə  adama 

maraqlı  gəlir.  Nəhayət,  bir  müddət  sonra,  yavaĢ-yavaĢ  olsa 

da  onların  bütün  qüsur  və  çatıĢmazlıqları  özünü  mütləq 

qaçılmaz  bir  Ģəkildə  büruzə  verir.  Mən  onlar  üçün  öz 

əhəmiyyətimi  getdikcə  itirməyə  baĢlayıram;  onlar  da 

getdikcə mənim üçün öz dəyərlərini itirirlər. 

Mən qoca və kifir  idim. Bəlkə də  elə buna  görə cavan 

qızlara  soxmaq  mənə  belə  ləzzət  verirdi.  Mən  Kinq  Konq, 

onlar isə zərif və incə məxluqlar idilər. Bəlkə mən sikiĢmək 

yolu ilə ölümün yanından salamat keçmək istəyirəm? Bəlkə 

mən cavan qızlarla birlikdə olmaqla daha qocalmayacağıma 

və  özümü  qoca  kimi  hiss  etməyəcəyimə  ümidliydim?  Mən, 

sadəcə,  çox  pis  Ģəkildə  qocalmaq  istəmirdim.  Ölüm  gəlib 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə