Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə42/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   38   39   40   41   42   43   44   45   ...   136

www.vivo-book.com 

 

214 



tökülürdü.  Hamamxanaya  gedərkən  arxamda  qanlı  izlər 

qoyurdum.  Vanna  otağındakı  kafellərin  üstünə  də  qan 

axdığından,  hamamxanada  ora-bura  gəziĢərkən  yerdə  qanlı 

ayaq izlərim qalırdı. 

Qapı  döyüldü  və  mən  qapını  açıb  Bobbini  içəri 

buraxdım. 

– Böyük Allahım, dostum, burada nə baĢ verib? 

–  Bu,  ÖLÜMDÜR,  –  deyə  cavab  verdim.  –  Mən 

ölümcül dərəcədə qan itirmiĢəm... 

– Bura bax, dost, – o dedi, – yaxĢısı budur, ayağına bir 

Ģey eliyəsən. 

Bu  dəfə  qapını  Valeri  döydü.  Mən  onu  da  içəri 

buraxdım.  Mənim  vəziyyətimi  görəndə  o  bərkdən  qıĢqırdı. 

Mən  Bobbiyə,  Valeriyə  və  özümə  bir  qədəh  içki  süzdüm. 

Sonra telefon zəng çaldı. Zəng edən Lidiya idi. 

– Lidiya, əzizim, məni qan aparır! 

– Bu sənin dramatik fəndlərindən biridir? 

–  Yox,  məni,  həqiqətən,  qan  aparır.  Ġstəyirsən, 

Valeridən soruĢ. 

Valeri dəstəyi məndən aldı. 




www.vivo-book.com 

 

215 



–  O  doğru  deyir.  Onun  topuğunda  dərin  kəsik  yarası 

var.  Burada  hər  yer  onun  qanına  bulaĢıb,  özününsə  heç  nə 

vecinə  deyil,  qanı  saxlamaq  üçün  heç  nə  eləmir.  YaxĢısı 

budur ki, sən bura gələsən... 

Lidiya gələndə mən divanda oturmuĢdum.  

– Bax, Lidiya: ÖLÜM! 

Yaradan  spagettiyə  bənzəyən  çox  balaca  damarlar 

bayıra sallanırdı. Mən onlardan bir neçəsini dartdım. Sonra 

siqaretimi götürdüm və yaranın içinə bir az kül tökdüm.  

– Mən KĠġĠYƏM! Lənət Ģeytana, mən ERKƏYƏM! 

Lidiya  gedib  bir  az  hidrogen  peroksid  məhlulu  gətirdi 

və  onu  yaranın  içinə  tökdü.  Əla  idi.  Yaradan  dərhal  sürətlə 

ağ  köpüklər  çıxmağa  baĢladı.  Məhlul  fıĢıldayaraq 

köpüklənirdi. Lidiya yaraya bir az da bu məhluldan tökdü.  

–  YaxĢısı  budur,  xəstəxanaya  gedəsən,  –  deyə  Bobbi 

dilləndi.  

– Mənim o sikilmiĢ xəstəxanadı, nədi... ona ehtiyacım 

yoxdur, – deyə cavab verdim. Öz-özünə keçib gedər....  

Ertəsi gün səhər yara qorxunc görünürdü. Yaranın ağzı 

hələ  də  bağlanmamıĢdı,  amma  deyəsən,  onun  üstü  yaxĢıca 




www.vivo-book.com 

 

216 



qaysaqlamaqda  idi. Yenə  bir  az  hidrogen  peroksidi, bint  və 

bir də Epsom duzu almaq üçün aptekə getdim. Vannanı isti 

su ilə doldurdum, içinə də bir az da Epsom duzu tökdüm və 

sonra vannaya girdim. Özümü bir ayağını itirmiĢ birisi kimi 

xəyalımda  canlandırmağa  baĢladım.  Bunun  üstün  cəhətləri 

də vardı: 

HENRĠ  ÇĠNASKĠ  ġÜBHƏSĠZ  DÜNYADA  ƏN 

YAXġI TƏKAYAQLI ġAĠRDĠR. 

Həmin gün Bobbi məni yoluxmağa gəldi. 

–  Bir  ayağın  amputasiya  edilməsi  üçün  nə  qədər  pul 

lazım olduğundan xəbərin varmı? 

– "$12,000 dollar. 

Bobbi gedəndən sonra mən öz həkimimə zəng vurdum. 

Bir  ayağım  bintlə  bərk-bərk  sarınmıĢ  vəziyyətdə 

Hyustona  uçdum.  Ġnfeksiyanı  sağaltmaq  məqsədilə 

antibiotik  həblər  qəbul  edirdim.  Həkimim  məni  xəbərdar 

eləmiĢdi ki, istənilən növ və dərəcədə içki qəbulu antibiotik 

həblərinin bütün müsbət təsirini heçə endirəcək. 




www.vivo-book.com 

 

217 



Müasir  incəsənət  muzeyində  keçirilən  bədii  qiraət 

gecəsinə ayıq baĢla gəldim. Elə bir neçə Ģeir oxumuĢdum ki, 

zaldan kimsə ucadan soruĢdu: 

– Necə olub ki, siz bu gün sərxoĢ deyilsiniz? 

– Henri Çinaski sizin görüĢünüzə gələ bilmədi, – deyə 

cavab verdim, – Mən onun qardaĢı Eframam. 

Mən  bir  dənə  də  Ģeir  oxudum  və  sonra  antibiotik 

həblərlə  bağlı  vəziyyəti  onlara  etiraf  etdim.  Bir  də  onlara 

dedim ki, muzeyin qaydalarına görə də onun otaqlarında içki 

qəbul  etmək  qadağandır.  TamaĢaçılardan  birisi  əlində  pivə 

ĢüĢəsi  ilə  səhnəyə  yaxınlaĢdı.  Mən  pivəni  içdim  və  qiraətə 

davam  elədim.  TamaĢaçılardan  bir  baĢqası  da  pivə  ilə 

səhnəyə  yaxınlaĢdı.  Bundan  sonra  pivə  səhnəyə  çay  kimi 

axmağa  baĢladı.  ġeirlər  də getdikcə  daha yaxĢı  səslənməyə 

baĢlamıĢdı. 

Bədii  qiraətdən  sonra  kafedə  əyləncə  gecəsi  və  Ģam 

yeməyi  olacaqdı.  Masanın  arxasında,  demək  olar  ki, 

mənimlə üzbəüz heç Ģübhəsiz həyatımda gördüyüm ən gözəl 

bir  qız  oturmuĢdu.  O,  Katrina  Höpbörnün  cavan  vaxtlarını 

xatırladırdı. Onun təxminən 22 yaĢı olardı. Qız bütün ətrafa 




www.vivo-book.com 

 

218 



gözəllik saçırdı. Mən hazırcavabcasına zarafatlar edir və onu 

durmadan Katrina Höpbörn adlandırırdım. Deyəsən, etdiyim 

zarafatlar onun da xoĢuna gəlirdi. Bundan bir Ģey çıxacağını 

heç  gözləmirdim.  O  kafeyə  öz  rəfiqəsi  ilə  gəlmiĢdi. 

DağılıĢmaq  vaxtı  gəlib  çatanda,  evində  yerləĢdirildiyim 

muzeyin direktoru, Nana adlı qadına dedim: 

–  Onun  üçün  çox  darıxacağam.  Onun  real  olduğuna 

inanmaq üçün. O çox gözəl qızdır. 

– O da bizimlə evə gedir. 

– Mən buna inanmıram. 

...  Lakin  nəticə  etibarı  ilə  o  qız  Nananın  evində,  yataq 

otağında mənimlə birlikdəydi. Onun əynində nazik və Ģəffaf 

bir  gecə  paltarı  vardı  və  o,  çarpayının  kənarında  oturub  öz 

uzun saçlarını daraya-dayara mənə baxıb gülümsəyirdi.  

– Sənin adın nədir? – deyə ondan soruĢdum. 

– Laura, – qız cavab verdi. 

–  Hə,  Laura,  qulaq  as  gör  sənə  nə  deyirəm.  Mən  səni 

elə Katrina deyə çağıracağam. 

– DanıĢdıq, – o dedi. 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə