Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə40/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   36   37   38   39   40   41   42   43   ...   136

www.vivo-book.com 

 

204 



zəng  edə  bilər.  Orada  məntiqə  uyğun  problemlərin  məntiqə 

uyğun da həlli yolları var.   

Vans  Otlaqları  mənim  ətrafımda  dörd  bir  tərəfə  göz 

iĢlədikcə  elə  hey  uzanıb  gedirdi.  Öz  qırmızı  bloknotumu 

harasa  fırıldatdım.  Amma  yazıçı  üçün  nə  ölümdü!  Mən 

qəzetlərdəki baĢlıqları xəyalımda canlandıra bilirdim: 

HENRĠ  ÇĠNASKI,  AZ  TANINMIġ  ġAĠR,  YUTA 

MEġƏLƏRĠNDƏ ÖLÜ TAPILMIġDIR. 

KeçmiĢ poçt məmuru, sonradan isə yazıçı olmuĢ Henri 

Çinaskinin  çürüməkdə  olan  cəsədi  meĢədə  meĢəbəyi  V.  K. 

Bruks  tərəfindən  tapılmıĢdır.  Cəsədin  yaxınlığında  balaca 

qırmızı bir bloknot  da  aĢkar  edilib.  Yəqin  ki,  bu bloknotda 

mister Çinaskinin ən son əsərləri yazılmıĢdır. 

Bir  az  da  irəlilədim.  Tezliklə  su  ilə  dolu  ona  islaq  bir 

əraziyə  çıxdım.  Ara-sıra  ayaqlarımdan  birisi  dizə  qədər 

bataqlığa batırdı. Mən onu dartıb çıxarmalı olurdum. 

Tikanlı  məftillərdən  düzəldilmiĢ  bir  hasarın  yanına 

çatdım.  Dərhal  baĢa  düĢdüm  ki,  bu  hasarın  üstündən  o  biri 

tərəf aĢmalı deyiləm. Bunu etməyin yanlıĢ bir Ģey olduğunu 

bilsəm  də,  baĢqa  bir  alternativ  yol  da  görmürdüm.  Hasarın 




www.vivo-book.com 

 

205 



üstündən  aĢaraq  o  biri  tərəfə  keçdim  və  orada  dayanıb 

əllərimi  ağzımın  kənarında  yumurlayaraq  var  gücümlə 

qıĢqırdım: 

– LĠDĠYA! 

Heç bir cavab gəlmədi. 

Bir də qıĢqırdım: 

– LĠDĠYA! 

Səsim bu dəfə daha yalvarıĢlı səsləndi. Lap qorxaq səsi 

kimi. 

Mən  irəliləməyə  davam  etdim.  Bacıların  yanına  geri 



qayıtmaq  və  onların  seks,  kiĢilər,  rəqslər  və  qonaqlıqlar 

haqqında  danıĢıb-gülmələrinə  qulaq  asmaq  lap  əla  olardı, 

deyə  mən  düĢündüm.  Hətta  Qlendolinanın  da  səsini 

eĢitməyə həvəslə razı idim. Əlimi Lidiyanın uzun saçlarının 

arasına salmaq da yaxĢı olardı. Mən vicdanla onu Ģəhərdəki 

bütün  əyləncə  gecələrinə  aparardım.  Hətta  oradakı  bütün 

qadınlarla  rəqs  edər  və  hər  Ģey  haqqında  əla  zarafatlar 

edərək hamını əyləndirərdim. Mən hətta üzümdə təbəssümlə 

onların  anormal  gəvəzəliklərinə  də  dözərdim.  Mən  az  qala 

öz səsimi eĢidirdim: 




www.vivo-book.com 

 

206 



–  Ey,  bu,  rəqs  üçün  əla  melodiyadır.  Kim  bədəninin 

tozunu  tökmək  istəyir?  Kim  əsl  buqi-vuqi  rəqs  etmək 

istəyir? 

Mən bataqlığın içi ilə yoluma davam edirdim. Nəhayət 

ki,  quru  torpağa  çıxdım.  Bir  yola  çıxmıĢdım.  Bu,  köhnə 

torpaq  yol  olsa  da,  pis  görünmürdü.  Yolda  təkər  və 

heyvanların dırnaq izlərini görə bilirdim. BaĢımın üzərindən, 

hətta  harayasa  elektrik  aparan  naqillər  də  keçirdi.  Mənə, 

sadəcə,  bu  naqilləri  izləmək  qalırdı.  Yolla  getməyə 

baĢladım.  GünəĢ  səmada  zirvəyə  qalxmıĢdı,  yəqin  indi 

günorta  vaxtı  olmalıydı.  Özümü  axmaq  kimi  hiss  edərək 

yoluma davam edirdim. 

Yolun  düz  önündə  kilidlənmiĢ  bir  darvazaya  çatdım. 

Bu nə demək idi? Darvazının yan tərəfində kiçik bir alaqapı 

da vardı. Yəqin bu darvaza mal-qaranın önünü kəsmək üçün 

buraya qoyulmuĢdu. Bəs onda mal-qara niyə gözə dəymirdi? 

Bəlkə də heyvanlar buraya altı aydan bir gətirilir. 

BaĢımın  düz  təpəsi  ağrımağa  baĢladı.  Mən  əlimi 

qaldırıb  otuz  il  bundan  öncə  Filadelfiya  barında  baĢıma 

vurulan  dəynəyin  yerinə  toxundum.  Həmin  yerdə  çapıq 




www.vivo-book.com 

 

207 



qalmıĢdı.  Ġndi  isə  günəĢ  Ģüalarının  yandırdığı  çapıq  yeri 

əməlli-baĢlı  ĢiĢmiĢdi.  Bu  hissə  lap  balaca  buynuz  kimi 

qabarmıĢdı.  Mən  çapıqdan  balaca  bir  parça  qoparıb  yola 

atdım.  


Daha  bir  saatlıq  məsafəni  də  qət  edəndən  sonra  geri 

dönmək  qərarına  gəldim.  Bu  isə  bütün  yolu  piyada  geri 

qayıtmaq 

anlamına 

gəlirdi, 

amma 


qayıtmalıydım. 

Köynəyimi  soyunub  onu  baĢıma  sarıdım.  Yolla  geri 

qayıdarkən bir-iki dəfə də ayaq saxlayıb – “Lidiya!” – deyə 

qıĢqırdım. Cavab verən olmadı. 

Bir müddət sonra, üstündən adladığım həmin darvazaya 

yetiĢdim.  Mənə,  sadəcə,  onun  ətrafından  dolanıb  keçmək 

lazım  idi,  amma  yolumun  üstündə  dayanmıĢ  bir  Ģey  məni 

keçməyə  qoymurdu.  O,  darvazanın  önündə  məndən 

təxminən on beĢ fut aralı dayanmıĢdı. Bu, ya diĢi maral, ya 

maral balası və ya bunlara bənzər baĢqa bir canlıydı. 

Mən  yavaĢ-yavaĢ  ona  tərəf  getdim.  O  heç  yerindən 

qımıldanmadı  da.  Məni  yanından  keçməyə  qoyaqcaqdımı? 

Onun  məndən  qorxub  çəkindiyi  hiss  olunmurdu.  Məncə, 

yəqin ki, o  mənim  içimdəki təĢviĢ  və  qorxunu hiss  etmiĢdi. 




www.vivo-book.com 

 

208 



Mən getdikcə ona daha da yaxınlaĢırdım. Onun isə, deyəsən, 

mənim  yolumdan  qətiyyən  çəkilmək  fikri  yox  idi.  Onun 

gözəl  qəhvəyi  rəngli  gözləri  vardı,  mənim  həyatımda 

gördüyüm  bütün  qadınların  gözlərindən  daha  gözəl.  Ġnana 

bilmirdim.  Mənimlə  onun  arasında  cəmisi  3  fut  məsafə 

qalmıĢdı.  Artıq  geri  çəkilmək  barədə  ürəyimdə  götür-qoy 

etdiyim  an,  o  yerindən  sıçrayaraq  yoldan  qaçıb  meĢəliyin 

içində gözdən itdi. O çox gözəl formada idi. QaçıĢına da söz 

ola bilməzdi. 

Yolla  bir  müddət  beləcə  irəlilədikdən  sonra  haradasa 

qarĢıda axar su səsi eĢitdim. Mənə su lazım idi. Su içmədən 

uzun müddət yaĢamaq mümkün deyil. Yoldan kənara çıxdım 

və axan suyun səsi istiqamətində getdim. Önümdə üstünü ot 

basmıĢ  balaca  bir  təpə  vardı,  onun  üstündən  o  biri  tərəfə 

aĢanda suyu gördüm: su bəndin divarındakı bir neçə sement 

boru  ilə  axaraq su  anbarına bənzər bir  yerə  tökülürdü. Mən 

bu  su  anbarının  kənarında  oturdum,  ayaqqabılarımı  və 

corablarımı  soyundum,  Ģalvarımın  balaqlarını  yuxarı 

çırmaladım və ayaqlarımı suyun içinə saldım. Sonra suyu bir 



Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə