Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə39/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   35   36   37   38   39   40   41   42   ...   136

www.vivo-book.com 

 

199 



istəmirdilər.  Onlar  ümumiyyətlə  pivəyə  qarĢı  idilər.  Biz 

Qlendolinanın  romanını  müzakirə  etdik.  Mən  belə  bir 

nəticəyə  gəlmiĢdim  ki,  hər  kim  öz  romanını  ucadan 

baĢqalarına oxumağa can atırsa, onlarla ehtiyatla davranmaq 

lazımdır.  Əgər  bu,  məĢhur  ölüm  öpüĢü  deyildisə,  deməli 

ümumiyyətlə belə bir Ģey mövcud deyildi.  

Bizim söhbətimiz öz məcrasını dəyiĢdi və qızlar kiĢilər, 

əyləncə  gecələri,  rəqs  və  seks  haqqında  çərənləməyə 

baĢladılar. Qlendolinanın zil və həyəcanlı səsi vardı. O əsəbi 

bir  tərzdə  gülürdü,  özü  də  fasiləsiz  olaraq  gülürdü.  Onun 

yaĢı qırxdan bir xeyli keçmiĢdi, çox tosqun və səliqəsiz bir 

qadın idi. Bundan əlavə, o lap mənim kimi, çox kifir idi.  

Qlendolina bir saatdan artıq bir müddət nəfəs almadan 

elə hey aramsız danıĢdı. Özü də yalnız seks haqında. Mənim 

baĢım  yavaĢ-yavaĢ  dönməyə  baĢlamıĢdı.  O,  qollarını  baĢı 

üzərində havaya qaldırıb ora-bura yellədirdi. 

–  DAĞLARIN  VƏHġĠ  QADINI  MƏN  ÖZÜMƏM! 

AH  HARDADIR,  AH  HARDADIR  O  KĠġĠ,  MƏNĠ  RAM 

ETMƏYƏ 

CÜRƏTĠ 


ÇATACAQ 

ƏSL 



KĠġĠ 

HARADADIR? 




www.vivo-book.com 

 

200 



Hə, qəti Ģəkildə iddia etmək olar ki, o indi burda deyil, 

deyə düĢündüm. 

Mən çönüb Lidiyaya baxdım. 

– Gəl gedib bir az gəziĢək. 

–  Yox,  –  deyə  o  etiraz  etdi.  –  Mən  bu  kitabı  oxumaq 

istəyirəm. – Kitabın adı “Sevgi və Orqazm” idi: Cinsi Ġcraya 

dair Ġnqilabi Təlimat.  

– YaxĢı, – mən dedim, – onda təkbaĢına gəziĢəcəyəm. 

Mən dağ çeĢməsinə yaxınlaĢdım. Əlimi uzadıb bir pivə 

də götürdüm, qapağını açdım və orada oturub pivəni içməyə 

baĢladım. Bu dağlarda tələyə düĢmüĢdüm, özü də iki zır dəli 

qadınla birlikdə. Onlar durmadan seks haqqında danıĢmaqla 

sikiĢməyin  də  ləzzətini  qaçırmıĢdılar.  Mənim  də 

sikiĢməkdən xoĢum gəlir, amma bu iĢ mənim dinim deyildi 

axı. Bu iĢin içində həddən çox gülməli və faciəli Ģeylər var. 

Gördüyüm  qədərilə  insanlar  onunla  necə  rəftar  edəcəyini 

bilmədiklərindən,  onu  oyuncağa  çevirmiĢdilər.  Ġnsanların 

həyatını qaraldan oyuncağa. 

Qərara  gəldim  ki,  ən  əsası  düzgün  qadını  tapmaqdı. 

Amma necə tapmalı? Yanımda qırmızı bloknot ilə bir qələm 




www.vivo-book.com 

 

201 



vardı. Bloknota meditativ bir Ģeir cızma-qara elədim. Sonra 

gölə  tərəf  getdim.  Bu  yer  “Vans  Otlaqları”  adlanırdı.  Bu 

örüĢlərin  böyük  bir  hissəsi  bacıların  mülkiyyətiydi.  Mən 

sıçmaq istəyirdim. Ona görə də, Ģalvarımı çıxardım. Milçək 

və  ağcaqanadlarla  birlikdə  kolluğun  arasında  yerə 

çöməldim.  ġəhərin  rahatlığından  istənilən  an  istifadə  edə 

bilərdim.  Lakin  burada  dalımı  yarpaqlarla  silməliydim. 

Sonra gölə yaxınlaĢıb bir ayağımı suya saldım. Su buz kimi 

soyuq idi.  

KiĢiliyin olsun, qoca adam. Suya gir. 

Dərim  fil  diĢi  kimi  ağarmıĢdı.  Özümü  çox  qocalmıĢ, 

çox  boĢalmıĢ  hiss  etdim.  Buz  kimi  donduran  su  ilə 

irəlilədim. O qədər getdim ki, su mənim belimə çatdı, sonra 

dərindən  nəfəsimi  dərdim  və  özümü  irəli  atdım.  Bütün 

bədənimlə  suya  dalmıĢdım!  Gölün  dibindəki  lil  sorularaq 

yuxarı  qalxdı.  Lil  qulağıma,  ağzıma  və  saçlarımın  arasına 

doldu.  Lilli  suyun  ortasında  durmuĢdum.  Soyuqdan  bir-

birinə dəyən diĢlərim bərk Ģaqqıldayırdı.  

Suyun  durulub  təmizlənməsi  üçün  uzun  müddət 

gözləməli  oldum.  Sonra  quruya  tərəf  addımladım. 




www.vivo-book.com 

 

202 



Paltarlarımı geyindim və gölün kənarı ilə getməyə baĢladım. 

Gölün  sonuna  çatanda,  Ģəlalə  səsinə  bənzər  bir  gurultu 

eĢitdim.  MeĢənin  içinə  girib  səs  gələn  tərəfə  getməyə 

baĢladım.  Yarğandan  keçmək  üçün  bir  neçə  qayanın 

ətrafından  dönərək  irəliləməli  oldum.  Səs  isə  getdikcə 

yaxınlaĢır,  daha  da  gurlaĢırdı.  Milçək  və  ağcaqanadlar  hər 

tərəfimi  bulud  kimi  sarmıĢdılar.  Buradakı  milçəklər  çox 

böyük, acıqlı və ac idilər. Üstəlik Ģəhərdəki həmcinslərindən 

qat-qat böyük idilər və uzaqda hərəkət edən bir Ģey görəndə, 

onun yeməli olub-olmadığını dəqiq bilirdilər.  

Özümə  birtəhər  yol  açıb  sıx  kolluqdan  keçdim  və 

budur:  həyatımda  ilk  kəĢf  etdiyim  Ģəlalə.  Su  dağdan  aĢağı 

durmadan elə hey axaraq qaya çıxıntısının üstünə tökülürdü. 

Bu çox gözəl mənzərə idi. Su elə hey axır, axır, axırdı. Bu su 

haradansa gəlirdi. Və harayasa axıb gedirdi. ġəlalənin 3, ya 

da  4  qolu  vardı.  Və  yəqin  ki,  bu  qollar  axıb  hardasa  gölə 

tökülürdü. 

Nəhayət,  ona  tamaĢa  etməkdən  yoruldum  və  geri 

qayıtmaq  qərarına  gəldim.  Üstəlik  geri  qayıdarkən  daha 

yaxın olan baĢqa kəsə bir yolla gedəcəyimi qərar almıĢdım. 




www.vivo-book.com 

 

203 



Mən yeni seçdiyim yolla gölün qarĢı tərəfinə çıxdım və kəsə 

yolla  düĢərgəyə  tərəf  getməyə  baĢladım.  DüĢərgənin  yerini 

təxmini bilirdim. Mənim qırmızı bloknotum, həmiĢə olduğu 

kimi, yanımda idi. Ayaq saxlayıb baĢqa bir Ģeir yazdım, bu 

dəfə daha az mediativ, sonra isə yoluma davam etdim. Mən 

durmadan  elə  hey  addımlayırdım.  DüĢərgə  isə  görünmək 

istəmirdi  ki,  istəmirdi.  Bir  az  da  irəlilədim.  Sonra  dayanıb 

gölün  yerini  bəlirləmək  üçün  ətrafa  baxdım.  Daha  göl  də 

gözə  dəymirdi.  Gölün  hansı  istiqamətdə  ola  biləcəyi 

haqqında heç bir fikrim  yox idi. Birdən baĢa düĢdüm:  mən 

YOLU  AZMIġDIM.  O  seks  düĢkünü  qancıqlar  mənim 

baĢımı  xarab  eləmiĢdilər  və  indi  mən  YOLU  AZMIġDIM. 

Dayanıb diqqətlə ətrafa baxdım. Uzaqda, arxa planda dağlar 

görünürdü.  Amma  mənim  ətrafımı  yalnız  sıx  ağac  və  kol 

cəngəlliyi  dövrəyə  almıĢdı. Nə  bir  mərkəz, nə  bir baĢlanğıc 

nöqtəsi, nə də hər hansı bir Ģeylə əlaqələndirilməsi mümkün 

olan yer tapmaq mümkün deyildi. Mən qorxmağa baĢladım. 

Bu  qorxu  hissi  həqiqi  idi.  Axı  niyə  onlara  məni  Ģəhərdən, 

mənim  Los-Ancelesimdən  ayırıb  bu  uzaq  yerlərə  aparmağa 

imkan verdim? Orada insan taksi çağıra bilər, ya da telefonla 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə