6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
qarşı
, § 31;
O. Norveçə qarşı
, § 39;
Qirinqz Niderlanda qarşı
, § 49;
Paraponiaris
Yunanıstana qarşı
, § 32).
(5) Məhkəmə orqanlarının bəyanatları
217. Cinayət törətməkdə ittiham olunan şəxslə bağlı məhkəmə qərarı təqsiri qanuna uyğun
olaraq sübut olunmamışdan əvvəl həmin şəxsin təqsirli olduğuna dair rəy ehtiva edərsə,
təqsirsizlik prezumpsiyası pozulmuş olur. Hər hansı rəsmi qənaət olmadığı halda,
məhkəmənin təqsirləndirilən şəxsə təqsirli kimi baxdığına işarə edən müəyyən mühakimələrin
irəli sürülməsi belə kifayətdir (əsas mənbə kimi bax:
Minelli İsveçrəyə qarşı
, § 37; və ən
sonuncular arasında
Neratini Yunanıstana qarşı
, § 23;
Didu Rumıniyaya qarşı
, § 41).
Məhkəmənin özü tərəfindən belə rəyin vaxtından əvvəl ifadə olunması bu prezumpsiyanı
mütləq surətdə pozur (
Nestak Slovakiyaya qarşı
, § 88;
Qaritski Polşaya qarşı
, § 66).
218. 6-cı Maddənin 2-ci bəndinin tətbiqində vacib olan sözügedən bəyanatların ifadə
forması deyil, əsl mənasıdır (
Lavents Latviyaya qarşı
, § 126).
219. Ərizəçinin yekunda təqsirli hesab olunması faktı qanuna uyğun olaraq təqsiri sübut
olunana qədər təqsirsiz hesab olunmaq barədə ilkin hüququnu ləğv etmir (bax:
Matiyaşeviç
Serbiyaya qarşı
, § 49;
Nestak Slovakiyaya qarşı
, § 90, ərizəçi barədə həbs qəti imkan
tədbirinin müddətinin uzadılması haqqında qərarla bağlı).
(6) Vəzifəli şəxslərin bəyanatları
220. Təqsirsizlik prezumpsiyası yalnız hər hansı hakim və ya məhkəmə tərəfindən deyil,
həm də başqa dövlət orqanları tərəfindən pozula bilər (
Allene De Ribemon Fransaya qarşı
, §
36;
Daktaras Litvaya qarşı
, § 42;
Petyo Petkov Bolqarıstana qarşı
, § 91). 6-cı Maddənin 2-ci
bəndi vəzifəli şəxslərin davam etməkdə olan cinayət işi istintaqı haqqında ictimaiyyəti
şübhəlinin təqsirli olduğuna inanmağa təşviq edən və faktların səlahiyyətli məhkəmə orqanları
tərəfindən qiymətləndirilməsi ilə bağlı əvvəlcədən mühakimə yürütməsini qadağan edir
(
İsmoilov və başqaları Rusiyaya qarşı
,
§ 161;
Butkeviçius Litvaya qarşı
, § 53).
221. Təqsirsizlik prezumpsiyası prinsipi hakimiyyət orqanlarına davam etməkdə olan
cinayət işinin istintaqı barədə ictimaiyyəti məlumatlandırmağı qadağa etməsə də, onlardan
təqsirsizlik prezumpsiyasına riayət etmək məqsədilə son dərəcə ehtiyatlı olmağı tələb edir
(
Fətullayev Azərbaycana qarşı
, § 159;
Allene de Ribemon Fransaya qarşı
, § 38;
Qaritski
Polşaya qarşı
, § 69).
222. Məhkəmə vəzifəli şəxslərin təqsirləndirilən şəxs mühakimə olunmamışdan və hüquq
pozuntusunun törədilməsində təqsirli bilinməmişdən əvvəl verdikləri bəyanatlarında
seçdikləri sözlərin əhəmiyyətini xüsusi vurğulanmışdır (
Daktaras Litvaya qarşı
, § 41;
Arriqo
və Vella Maltaya qarşı
(qər.);
Xujin və başqaları Rusiyaya qarşı
, § 94).
(7) Mətbuatda ədavətli kampaniya
223. Məhkəmə işləri ictimai maraq kəsb etdikdə, bəzən demokratik cəmiyyətdə mətbuat
tərəfindən sərt şərhlərin verilməsi qaçılmaz ola bilər (
Viorel Burzo Rumıniyaya qarşı
, §160;
Akay Türkiyəyə qarşı
(qər.)).
224. Lakin qəzəbli mətbuat kampaniyası ictimai rəyə təsir etməklə məhkəmə
araşdırmasının ədalətliliyinə mənfi təsir göstərə və nəticədə andlıların təqsirləndirilən şəxsin
təqsirli olması barədə qərar vermələrinə səbəb ola bilər (
Kuzmin Rusiyaya qarşı
, § 62).
Həlledici olan şübhəli şəxsin məhkəmənin ön fikirlərinin olması ilə bağlı subyektiv
narahatlıqlarının olması deyil (baxmayaraq ki, bu, başa düşüləndir), onun narahatlığının
xüsusi şərait daxilində obyektiv olaraq əsaslı olub-olmamasıdır (bax:
Vlox Polşaya qarşı
(qər.),
Daktaras Litvaya qarşı
(qər.),
Prebke İtaliyaya qarşı
(qər.)
,
Mustafa Kamal Mustafa
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014
39
6-
CI MADDƏ ÜZRƏ TƏLIMAT
-
ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU
(
CINAYƏT HÜQUQU ASPEKTI
)
(Əbu Həmzə) (№ 1) Birləşmiş Krallığa qarşı
(qər.) §§ 3740, mətbuatda işıqlandırılmanın
məhkəmənin qərəzsizliyinə təsiri ilə bağlı).
225. Tamamilə peşəkar hakimlərdən təşkil olunmuş milli məhkəmələr, bir qayda olaraq,
andlı iclasçıların əksinə olaraq, onlara kənar təsirə müqavimət göstərmək imkanı verən
müvafiq təcrübə və təhsilə malik olurlar (
Kraksi İtaliyaya qarşı (№ 1)
§ 104);
Mirça Rumıniyaya qarşı
, § 75).
226. Şübhəlilərin fotoşəkillərin dərc olunması öz-özlüyündə təqsirlik prezumpsiyasının
pozulmasını təcəssüm etdirmir (
Y.B. və başqaları Türkiyəyə qarşı
, § 47). Şübhəlinin
fotoşəkillərinin televiziyada yayımlanması müəyyən hallarda 6-cı Maddənin 2-ci bəndi
çərçivəsində sualın meydana gəlməsinə səbəb ola bilər (
Rupa Rumıniyaya qarşı, (№ 1)
,
§ 232).
(8) Məlumat verilməməsinə görə sanskiyalar
227. Təqsirsizlik prezumpsiyası özünə qarşı ifadə verməmək hüququ ilə sıx bağlıdır (
Hini
və MakGinness İrlandiyaya qarşı
, § 40).
228. Şübhəli yol qaydası pozuntusu zamanı avtomobil sahiblərindən sürücünü müəyyən
etməyin tələb olunması Konvensiyanın 6-cı Maddəsinə zidd deyil (
Ohalloran və Frensis
Birləşmiş Krallığa qarşı
[BP]).
229. Sürücülərin üzərinə qoyulan alkomeri üfürmək və ya qan analizi vermək öhdəliyi
təqsirsizlik prezumpsiyasına zidd deyil (
Tirado Ortiz və Lozano Martin İspaniyaya qarşı
(qər.)).
B. Maddə 6 § 3: müdafiə tərəfinin hüquqları
Maddə 6 § 3
"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir:
(a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında başa düşdüyü dildə dərhal və ətraflı
məlumatlandırılmaq;
(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;
(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini
ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə
müdafiədən pulsuz istifadə etmək;
(d) əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və əleyhinə
ifadə vermiş şahidlərlə eyni şərtlərlə lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik
olmaq;
(e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz
köməyindən istifadə etmək."
230. 6-cı Maddənin 3-cü bəndinin müdafiə tərəfinin hüquqları ilə bağlı tələblərinə
Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən ədalətli məhkəmə araşdırması
hüququnun xüsusi aspekti kimi baxılmalıdır (
Saxnovski Russiyaya qarşı
[BP], § 94;
Qefgen
Almaniyaya qarşı
[BP], § 169).
231. 6-cı Maddənin 3-cü bəndində müəyyən edilən xüsusi təminatlar cinayət işlərində
ortaya çıxan səciyyəvi prosedur vəziyyətlərin nümunəsində ədalətli məhkəmə araşdırması
anlayışını izah edir, lakin onların əsl məqsədi hər zaman bütövlükdə cinayət mühakimə
icraatının ədalətliliyini təmin edir və ya onun təmin edilməsinə töhfə verir. Buna görə də 6-cı
Maddənin 3-cü bəndi ilə qorunan təminatlar öz-özlərində məqsəd səciyyəsi daşımırlar və
müvafiq olaraq məhkəmə icraatının ümumi kontekstində malik olduqları funksiya nəzərə
alınmaqla təfsir olunmalıdırlar (
Mayzit Rusiyaya qarşı
, § 77;
Kan Avstriyaya qarşı
, § 48).
40
© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014