Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə20/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

qarşı



,  §  31; 

O.  Norveçə  qarşı

,  §  39; 



Qirinqz  Niderlanda  qarşı

,  §  49; 



Paraponiaris 

Yunanıstana qarşı

, § 32). 



 

(5) Məhkəmə orqanlarının bəyanatları 

217.  Cinayət törətməkdə ittiham olunan şəxslə bağlı məhkəmə qərarı təqsiri qanuna uyğun 

olaraq  sübut  olunmamışdan  əvvəl  həmin  şəxsin  təqsirli  olduğuna  dair  rəy  ehtiva  edərsə, 

təqsirsizlik  prezumpsiyası  pozulmuş  olur.  Hər  hansı  rəsmi  qənaət  olmadığı  halda, 

məhkəmənin təqsirləndirilən şəxsə təqsirli kimi baxdığına işarə edən müəyyən mühakimələrin 

irəli  sürülməsi  belə  kifayətdir  (əsas  mənbə  kimi  bax: 



Minelli  İsveçrəyə  qarşı

,  §  37;  və  ən 

sonuncular  arasında 

Neratini  Yunanıstana  qarşı

,  §  23; 



Didu  Rumıniyaya  qarşı

,  §  41). 

Məhkəmənin  özü  tərəfindən  belə  rəyin  vaxtından  əvvəl  ifadə  olunması  bu  prezumpsiyanı 

mütləq surətdə pozur (



Nestak Slovakiyaya qarşı

, § 88; 


Qaritski Polşaya qarşı

, § 66). 

218.  6-cı  Maddənin  2-ci  bəndinin  tətbiqində  vacib  olan  sözügedən  bəyanatların  ifadə 

forması deyil, əsl mənasıdır (



Lavents Latviyaya qarşı

, § 126). 

219.  Ərizəçinin yekunda təqsirli hesab olunması faktı qanuna uyğun olaraq təqsiri sübut 

olunana qədər təqsirsiz hesab olunmaq barədə ilkin hüququnu ləğv etmir (bax: 



Matiyaşeviç 

Serbiyaya  qarşı

,  §  49; 



Nestak  Slovakiyaya  qarşı

,  §  90,  ərizəçi  barədə  həbs  qəti  imkan 

tədbirinin müddətinin uzadılması haqqında qərarla bağlı). 

 

(6) Vəzifəli şəxslərin bəyanatları 

220.  Təqsirsizlik prezumpsiyası yalnız hər hansı hakim və ya məhkəmə tərəfindən deyil, 

həm də başqa dövlət orqanları tərəfindən pozula bilər (



Allene De Ribemon Fransaya qarşı

, § 


36; 

Daktaras Litvaya qarşı

, § 42; 


Petyo Petkov Bolqarıstana qarşı

, § 91). 6-cı Maddənin 2-ci 

bəndi  vəzifəli  şəxslərin  davam  etməkdə  olan  cinayət  işi  istintaqı  haqqında  ictimaiyyəti 

şübhəlinin təqsirli olduğuna inanmağa təşviq edən və faktların səlahiyyətli məhkəmə orqanları 

tərəfindən  qiymətləndirilməsi  ilə  bağlı  əvvəlcədən  mühakimə  yürütməsini  qadağan  edir 

(

İsmoilov və başqaları Rusiyaya qarşı

§ 161; 


Butkeviçius Litvaya qarşı

, § 53). 

221.  Təqsirsizlik  prezumpsiyası  prinsipi  hakimiyyət  orqanlarına  davam  etməkdə  olan 

cinayət  işinin  istintaqı  barədə  ictimaiyyəti  məlumatlandırmağı  qadağa  etməsə  də,  onlardan 

təqsirsizlik  prezumpsiyasına  riayət  etmək  məqsədilə  son  dərəcə  ehtiyatlı  olmağı  tələb  edir 

(

Fətullayev  Azərbaycana  qarşı

,  §  159; 

Allene  de  Ribemon  Fransaya  qarşı

,  §  38; 



Qaritski 

Polşaya qarşı

, § 69). 

222.  Məhkəmə vəzifəli şəxslərin təqsirləndirilən şəxs mühakimə olunmamışdan və hüquq 

pozuntusunun  törədilməsində  təqsirli  bilinməmişdən  əvvəl  verdikləri  bəyanatlarında 

seçdikləri sözlərin əhəmiyyətini xüsusi vurğulanmışdır (

Daktaras Litvaya qarşı

, § 41; 


Arriqo 

və Vella Maltaya qarşı

 (qər.); 



Xujin və başqaları Rusiyaya qarşı

, § 94). 

 

(7) Mətbuatda ədavətli kampaniya 

223.  Məhkəmə işləri ictimai maraq kəsb etdikdə, bəzən demokratik cəmiyyətdə mətbuat 

tərəfindən sərt şərhlərin verilməsi qaçılmaz ola bilər (

Viorel Burzo Rumıniyaya qarşı

, §160; 


Akay Türkiyəyə qarşı

 (qər.)). 

224.  Lakin  qəzəbli  mətbuat  kampaniyası  ictimai  rəyə  təsir  etməklə  məhkəmə 

araşdırmasının ədalətliliyinə mənfi təsir göstərə və nəticədə andlıların təqsirləndirilən şəxsin 

təqsirli  olması  barədə  qərar  vermələrinə  səbəb  ola  bilər  (

Kuzmin  Rusiyaya  qarşı

,  §  62). 

Həlledici  olan  şübhəli  şəxsin  məhkəmənin  ön  fikirlərinin  olması  ilə  bağlı  subyektiv 

narahatlıqlarının  olması  deyil  (baxmayaraq  ki,  bu,  başa  düşüləndir),  onun  narahatlığının 

xüsusi  şərait  daxilində  obyektiv  olaraq  əsaslı  olub-olmamasıdır  (bax: 

Vlox  Polşaya  qarşı

 

(qər.), 



Daktaras Litvaya qarşı

 (qər.), 



Prebke İtaliyaya qarşı

 (qər.)




Mustafa Kamal Mustafa 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

39 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

(Əbu  Həmzə)  (№  1)  Birləşmiş  Krallığa  qarşı



  (qər.)  §§  3740,  mətbuatda  işıqlandırılmanın 

məhkəmənin qərəzsizliyinə təsiri ilə bağlı). 

225.  Tamamilə peşəkar hakimlərdən təşkil olunmuş milli məhkəmələr, bir qayda olaraq, 

andlı  iclasçıların  əksinə  olaraq,  onlara  kənar  təsirə  müqavimət  göstərmək  imkanı  verən 

müvafiq  təcrübə  və  təhsilə  malik  olurlar  (

Kraksi  İtaliyaya  qarşı  (№  1)

  §  104); 



Mirça Rumıniyaya qarşı

, § 75).  

226.  Şübhəlilərin  fotoşəkillərin  dərc  olunması  öz-özlüyündə  təqsirlik  prezumpsiyasının 

pozulmasını  təcəssüm  etdirmir  (



Y.B.  və  başqaları Türkiyəyə  qarşı

,  § 47).  Şübhəlinin 

fotoşəkillərinin  televiziyada  yayımlanması  müəyyən  hallarda  6-cı  Maddənin  2-ci  bəndi 

çərçivəsində  sualın  meydana  gəlməsinə  səbəb  ola  bilər  (



Rupa  Rumıniyaya  qarşı,  (№  1)

§ 232). 



 

(8) Məlumat verilməməsinə görə sanskiyalar 

227.  Təqsirsizlik prezumpsiyası özünə qarşı ifadə verməmək hüququ ilə sıx bağlıdır (



Hini 

və MakGinness İrlandiyaya qarşı

, § 40). 

228.  Şübhəli  yol  qaydası  pozuntusu  zamanı  avtomobil  sahiblərindən  sürücünü  müəyyən 

etməyin  tələb  olunması  Konvensiyanın  6-cı  Maddəsinə  zidd  deyil  (



Ohalloran  və  Frensis 

Birləşmiş Krallığa qarşı

 [BP]). 


229.  Sürücülərin  üzərinə  qoyulan  alkomeri  üfürmək  və  ya  qan  analizi  vermək  öhdəliyi 

təqsirsizlik  prezumpsiyasına  zidd  deyil  (



Tirado  Ortiz  və  Lozano  Martin  İspaniyaya  qarşı

 

(qər.)). 



 

B. Maddə 6 § 3: müdafiə tərəfinin hüquqları 

Maddə 6 § 3 

"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında başa düşdüyü dildə dərhal və ətraflı 

məlumatlandırılmaq; 

 

(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; 

 

(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini 

ödəmək  üçün  vəsaiti  kifayət  etmədiyi  zaman,  ədalət  mühakiməsinin  maraqları  tələb  etdikdə,  belə 

müdafiədən pulsuz istifadə etmək; 

 

(d)  əleyhinə  ifadə  vermiş  şahidləri  dindirmək  və  ya  bu  şahidlərin  dindirilməsinə  nail  olmaq  və  əleyhinə 

ifadə vermiş şahidlərlə eyni  şərtlərlə  lehinə olan şahidlərin çağırması və dindirməsi hüququna malik 

olmaq; 

 

(e)  məhkəmədə  istifadə  olunan  dili  başa  düşmürsə  və  ya  bu  dildə  danışa  bilmirsə,  tərcüməçinin  pulsuz 

köməyindən istifadə etmək." 

 

230.  6-cı  Maddənin  3-cü  bəndinin  müdafiə  tərəfinin  hüquqları  ilə  bağlı  tələblərinə 



Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi ilə zəmanət verilən ədalətli məhkəmə araşdırması 

hüququnun xüsusi aspekti kimi baxılmalıdır (



Saxnovski  Russiyaya qarşı

 [BP], § 94; 



Qefgen 

Almaniyaya qarşı

 [BP], § 169). 

231.  6-cı  Maddənin  3-cü  bəndində  müəyyən  edilən  xüsusi  təminatlar  cinayət  işlərində 

ortaya  çıxan  səciyyəvi  prosedur  vəziyyətlərin  nümunəsində  ədalətli  məhkəmə  araşdırması 

anlayışını  izah  edir,  lakin  onların  əsl  məqsədi  hər  zaman  bütövlükdə  cinayət  mühakimə 

icraatının ədalətliliyini təmin edir və ya onun təmin edilməsinə töhfə verir. Buna görə də 6-cı 

Maddənin  3-cü  bəndi  ilə  qorunan  təminatlar  öz-özlərində  məqsəd  səciyyəsi  daşımırlar  və 

müvafiq  olaraq  məhkəmə  icraatının  ümumi  kontekstində  malik  olduqları  funksiya  nəzərə 

alınmaqla təfsir olunmalıdırlar (

Mayzit Rusiyaya qarşı

, § 77; 


Kan Avstriyaya qarşı

, § 48). 

 

40

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə