Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə19/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

prezumpsiyası ilə əlaqədar; 



Yanoseviç İsveçə qarşı

, § 100, obyektiv əsaslarla əlavə vergilərin 

təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar).  Lakin 6-cı Maddənin 2-ci 

bəndi  Dövlətlərdən  bu  prezumpsiyaları  baxılan  işin  əhəmiyyətini  və  müdafiə  tərəfinin 

hüquqlarının  qorunub  saxlanmasını  nəzərə  alaraq,  ağlabatan  həddə  tətbiq  etməyi  tələb  edir 

(

Salabiaku  Fransaya  qarşı

,  §  28; 

Radio  France  və  başqaları  Fransaya  qarşı

,  §  24,  radio 

proqramlarında  şərəf  və  ləyaqəti  alçaldan  bəyanatların  səsləndirilməsinə  görə  nəşriyyat 

direktorunun cinayət məsuliyyəti daşıması ilə əlaqədar; 



Kluvi  Fransaya qarşı

, § 41,  yetərli 

sübutun olmaması nəticəsində bəraət alan şəxsin ittiham olunmasının saxta olması haqqında 

qanunla  müəyyən  olunmuş  prezumpsiya  səbəbindən  qərəzli  məhkəmə  təqibi  ittihamından 

müdafiənin mümkün olmaması). 

204.  Cinayət  hüququnda  prezumspiyaların  tətbiqi  zamanı  İştirakçı  Dövlətlərdən  baxılan 

işin  əhəmiyyəti  ilə  müdafiə  hüququ  arasında  balansa  nail  olmaq  tələb  olunur;  başqa  sözlə, 

istifadə  olunan  vasitələr  nail  olunmağa  çalışılan  legitim  məqsədə  ağlabatan  mütənasiblikdə 

olmalıdır (

Yanoseviç İsveçə qarşı

, § 101; 



Falk Niderlanda qarşı (qər.)

). 


 

(3) 6-cı Maddənin 2-ci bəndinin tətbiq dairəsi 

(

A

)

 

Cinayət mühakimə icraatı 

205.  6-cı  Maddənin  2-ci  bəndi  cinayət  təqibinin  nəticəsindən  asılı  olmayaraq,  yalnız 

ittihamın mahiyyətinə baxışı deyil, bütövlükdə cinayət mühakimə icraatını tənzimləyir (bax: 

başqa  mənbələrlə  yanaşı, 



Ponselet  Belçikaya  qarşı

,  §  50; 



Minelli  İsveçrəyə  qarşı

,  §  30; 



Qaritski Polşaya qarşı

, § 68). 

206.  İcraat  apellyasiya  çərçivəsində  davam  edərkən  birinci  instansiya  məhkəməsində 

icraatın  təqsirləndirilən  şəxs  barədə  ittiham  hökmü  ilə  nəticələnməsi  təqsirsizlik 

prezumpsiyasını qüvvədən salmır (

Konstas Yunanıstana qarşı

, § 36). 

207.  İttiham olunan şəxsin təqsiri lazımi qaydada sübuta yetirildikdə, 6-cı Maddənin 2-ci 

bəndi cəzalandırma prosesinin hissəsi olaraq təqsirləndirilən şəxsin xarakteri və davranışı ilə 

bağlı  ittihamlarla  əlaqədar  tətbiq  oluna  bilməz,  lakin  belə  ittihamların  Konvensiyadakı 

müstəqil mənası çərçivəsində yeni "ittihamın" başladılmasına gətirib çıxaracaq xarakterdə və 

dərəcədə  olduğu  hallar  istisna  təşkil  edir  (

Fillips  Birləşmiş  Krallığa  qarşı

,  §  35; 



Bohmer 

Almaniyaya qarşı

, § 55; 


Qiringz Niderlanda qarşı

, § 43). 

208.  Bununla belə, təqsirləndirilən şəxsin təqsirsizlik presumpsiyası və ittiham tərəfindən 

ona  qarşı  irəli  sürülən  ittihamları  sübutetmə  yükünü  daşımağı  tələb  etmək  hüququ 

cəzalandırma  proseduruna  tətbiq  olunan  Konvensiyanın  6-cı  Maddəsinin  1-ci  bəndi 

çərçivəsində ümumi ədalətli məhkəmə araşdırması anlayışının bir hissəsini təşkil edir (



Fillips 

Birləşmiş Krallığa qarşı

, §§ 39-40; 



Qreyson və Barnham Birləşmiş Krallığa qarşı

, §§ 37 və 

39). 

 

(



B

)

 

Sonrakı məhkəmə icraatları 

209.  Təqsirsizlik prezumpsiyası həmçinin cinayət ittihamından bəraət almış və ya əleyhinə 

cinayət mühakimə icraatı davam edən fərdləri dövlət məmurları və hakimiyyət orqanlarının 

onlarla  ittiham  olunduqları  qanun  pozuntusuna  görə  təqsirli  şəxs  kimi  rəftar  etməsinə  qarşı 

qoruyur.  Hər  hansı  başqa  icraat  çərçivəsində  çıxarılan  bəraət  və  ya  işə  xitam  verilməsi 

haqqında  qərara  əməl  olunması  üçün  bu  müdafiə  mövcud  olmasaydı,  6-cı  Maddənin  2-ci 

bəndində  nəzərdə  tutulan  təminatların  nəzəri  və  xəyali  olması  riski  yaranardı.  Cinayət 

mühakimə icraatı yekunlaşdıqdan sonra həmin şəxsin nüfuzu və ictimaiyyət tərəfindən necə 

qəbul olunacağı da əhəmiyyətlidir (

Allen Birləşmiş Krallığa qarşı

, [BP], § 94). 

210.  Sonrakı  icraatlar  kontekstində  6-cı  Maddənin  2-ci  bəndinin  tətbiqi  haqqında  sual 

meydana  gəldikdə,  ərizəçi  yekunlaşdırılmış  cinayət  mühakimə  icraatı  və  sonrakı  icraatlar 

arasında  bağlılığı  nümayiş  etdirməlidir.  Belə  bağlılıq,  məsələn,  sonrakı  icraatlar  əvvəlki 

cinayət  mühakimə  icraatının  nəticəsinin  yoxlanmasını  tələb  etdikdə  və  xüsusən,  məhkəmə 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

37 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

üzərinə cinayət ittihamını təhlil etmək; cinayət işinin materiallarına daxil olan sübutları təkrar 



nəzərdən  keçirmək  və  ya  qiymətləndirmək;  ərizəçinin  cinayət  ittihamına  gətirib  çıxaran 

hadisələrin  hamısında  və  ya  bir  qismində  iştirakını  qiymətləndirmək;  yaxud  ərizəçinin 

mümkün təqsirinə dəlalət edən mövcud əlamətlər haqqında rəy bildirmək öhdəliyi qoyduqda 

mövcud ola bilər (



Allen Birləşmiş Krallığa qarşı

, [BP], § 104). 

211.  Məhkəmə  6-cı  Maddənin  2-ci  bəndinin  cinayət  mühakimə  icraatlarının 

yekunlaşmasından sonra o cümlədən, aşağıdakılarla bağlı qəbul olunan məhkəmə qərarlarına 

da tətbiq edilə bilib-bilməyəcəyinə nəzər salmışdır: 

(a) keçmiş təqsirləndirilən şəxsin məhkəmənin və ittiham tərəfinin xərclərini öz üzərinə 

götürmək öhdəliyi; 

(b)  keçmiş  təqsirləndirilən  şəxsin  həbs  qəti  imkan  tədbirinə  və  ya  cinayət  mühakimə 

icraatının səbəb olduğu başqa narahatlıqlara görə kompensasiya tələbi; 

(c)  keçmiş  təqsirləndirilən  şəxsin  müdafiə  xərclərinin  kompensasiya  edilməsi  ilə  bağlı 

tələbi; 

(d)  keçmiş  təqsirləndirilənşəxsin  qeyri-qanuni  və  ya  yanlış  istintaq,  yaxud  cinayət 

təqibinin səbəb olduğu zərərin əvəzinin ödənməsi haqqında tələbi; 

(e) zərərçəkən şəxsə kompensasiya ödənişi üçün mülki məsuliyyətin tətbiqi; 

(f) ərizəçi tərəfindən sığortaçıya qarşı qaldırılan mülki iddiaların rədd edilməsi

(g)  ittiham  tərəfi  valideynə  qarşı  uşaqla  pis  rəftar  ittihamı  irəli  sürməmək  qərarına 

gəldikdən sonra uşaq üzərində himayə qərarının qüvvədə saxlanması; 

(h) intizam və ya işdən azadedilmə məsələləri; 

(i)  ərizəçinin  sosial  mənzil  təminatı  hüququnun  ləğv  edilməsi  (bax: 

Allen  Birləşmiş 

Krallığa qarşı

 [BP], § 98 çoxsaylı sonrakı istinadlarla). 

 

(4) Məhkəmədən əvvəl verilmiş bəyanatlar 

212.  6-cı Maddənin 2-ci bəndinin məqsədi məhkəmədən əvvəl verilmiş icraatla sıx əlaqəli 

bəyanatların  ədalətli  məhkəmə  araşdırmasına  zərər  verməsinin  qarşısının  alınmasıdır.  Belə 

məhkəmə icraatı mövcud olmadığı halda cinayət və ya başqa qəbahətli davranışlar haqqında 

bəyanatlar əhəmiyyətli dərəcədə iftira əleyhinə müdafiə, eləcə də mülki hüquqların müəyyən 

edilməsi məqsədilə məhkəməyə adekvat çatımlılığa uyğun gəlir, bu da Konvensiyanın 6-cı və 

8-ci Maddələri çərçivəsində potensial məsələlər meydana gətirir (

Zollmann Birləşmiş Krallığa 

qarşı



İsmoilov və başqaları Rusiyaya qarşı, 

§ 160). 

213.  Kiminsə  sadəcə  cinayət  törətməkdə  şübhəli  bilinməsi  haqqında  bəyanat  və  yekun 

ittiham hökmü olmadığı halda, hər hansı fərdin sözügedən cinayəti törətdiyi haqqında aydın 

bəyanat  arasında  fundamental  fərqləndirmə  aparılmalıdır  (



İsmoilov  və  başqaları  Rusiyaya 

qarşı

,  §  166; 



Nestak  Slovakiyaya  qarşı

,  §  89).  Sonuncu  təqsirlik  prezumpsiyasını  pozur, 

birinci isə Məhkəmə tərəfindən nəzərdən keçirilən müxtəlif hallarda məqbul hesab edilmişdir 

(

Qaritski Polşaya qarşı

, § 67). 

214.  Hakimin  və  ya  başqa  dövlət  nümayəndəsinin  verdiyi  bəyanatın  təqsirsizlik 

prezumpsiyası  prinsipini  pozub-pozmadığı  mübahisəli  bəyanatın  verildiyi  müvafiq  hallar 

kontekstində müəyyənləşdirilməlidir (



Daktaras Litvaya qarşı

, § 42; 


A. L. . Almaniyaya qarşı

§ 31). 



215.  Hakimlər  tərəfindən  verilən  bəyanatlar  istintaq  orqanlarının  bəyanatları  ilə 

müqayisədə daha ciddi təhlil edilir (



Pandi Belçikaya qarşı

, § 43). 

216.  Təqsirləndirilən  şəxsin  təqsirsizliyi  ilə  bağlı  şübhələrin  səsləndirilməsinə  cinayət 

mühakimə  icraatının  bəraət  mahiyyətli  qərarla  yekunlaşmasına  qədər  yol  verilə  bilər 

(

Sekanina Avstriyaya qarşı

, § 30). Lakin bəraət hökmü qüvvəyyə mindikdən sonra hər hansı 

təqsirlilik  şübhəsinin  səsləndirilməsi  təqsirsizlik  prezumpsiyasına  ziddir  (

38

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə