Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə15/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   11   12   13   14   15   16   17   18   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

ittiham  tərəfinin  öhdəsinə  düşür,  bir  şərtlə  ki,  təqsirləndirilən  şəxsin  bəyanatları  tamamilə 



ağlasığmaz olmasın. 

154.  Təhrik barədə vəsatət qaldırılıbsa və onunla bağlı əksi sübuta  yetirilmədikcə doğru 

sayılan  müəyyən  sübut  mövcuddursa,  məhkəmə  orqanları  hər-hansı  təhrikə  yol  verilib-

verilmədiyini  müəyyən  etmək məqsədilə  işin  faktlarını  nəzərdən  keçirməli  və  həqiqəti  üzə 

çıxarmaq  üçün  zəruri  addımları  atmalıdırlar.  Təhrikə  yol  verildiyini  müəyyən  etdikləri 

təqdirdə isə, onlar Konvensiyaya müvafiq qənaətlər formalaşdırmalıdırlar (eyni mənbə, § 70). 

Ərizəçinin cinayət ittihamı ilə əlaqədar olaraq təqsirini etiraf etdiyi barədə bəyanat verməsi 

faktı  öz-özlüyündə  birinci  instansiya  məhkəməsini  təhriklə  bağlı  bəyanatları  yoxlamaq 

vəzifəsindən azad etmir (eyni mənbə, § 72). 

155.  Bununla  əlaqədar  olaraq,  Məhkəmə  təhriklə  bağlı  prima  facie  şikayətin  milli 

qanunvericiliyə  əsasən  əhəmiyyətli  müdafiə  təqdim  edib-etmədiyini,  yaxud  sübutun  istisna 

edilməsi üçün əsas təşkil edib-etmədiyini və ya oxşar nəticələrə gətirib çıxarıb-çıxarmadığını 

yoxlayır  (

Bannikova  Rusiyaya  qarşı

,  §  54).  Təhriklə  bağlı  vəsatət  qaldırıldığı  halda,  hansı 

prosedurun  müvafiq  olacağı  barədə  qərar  vermək  milli  orqanların  səlahiyyətində  olsa  da, 

Məhkəmə sözügedən prosedurun təhrik məsələsinə münasibətdə çəkişməli, hərtərəfli, ətraflı 

və  həlledici  olmasını  tələb  edir  (eyni  mənbə,  §  57).  Bundan  əlavə,  məlumatın  istintaq 

orqanları  tərəfindən  açıqlanmaması  kontekstində  Məhkəmə  çəkişməli  məhkəmə  icraatı  və 

tərəflərin bərabərliyi prinsiplərinə əməl edilməsinə xüsusi əhəmiyyət verir (eyni mənbə, § 58). 

156. Təqsirləndirilən  şəxs  cinayət  törətməyə  təhrik  edildiyini  bəyan  edirsə,  cinayət  işləri 

üzrə  məhkəmə  iş  materiallarını  ehtiyatla  yoxlamalıdır,  çünki  6-cı  Maddənin  1-ci  bəndi 

çərçivəsində ədalətli məhkəmə araşdırması üçün polis təhriki nəticəsində əldə edilmiş bütün 

sübutların istifadəsi istisna edilməlidir. Bu, xüsusən də polis əməliyyatı yetərli hüquqi çərçivə 

və ya adekvat təminatlar olmadan aparıldıqda keçərlidir (



Ramanauskas Litvaya qarşı

 [BP], § 

60). 

157.  Mövcud  məlumat  Məhkəməyə  ərizəçinin  təhrikə  məruz  qalıb-qalmadığı  barədə 



qənaətə  varmağa  imkan  vermirsə,  təhrik  barədə  vəsatətə  yerli  məhkəmə  baxışı  həlledici 

əhəmiyyət kəsb edir (



Edvards və Lyuis Birləşmiş Krallığa qarşı

 [BP], § 46; 



Ali Rumıniyaya 

qarşı, 

§ 101; həmçinin 



Xudobin Rusiyaya qarşı

, milli məhkəmələrin təhriki qanuni əməliyyat 

formalarından  ayırmaq  üçün  müvafiq  faktiki  və  hüquqi  elementləri  təhlil  etməməsi; 

V. 

Finlandiyaya  qarşı  işi

,  ərizəçinin  təhrik  arqumentinə  müraciət  etmək  imkanının  olmaması; 



Şennon Birləşmiş Krallığa qarşı

, fərdi şəxs tərəfindən istifadə olunan hiylə milli məhkəmələr 

tərəfindən ehtiyatla təhlil edilmiş və təhrik bəyanatının əsassız olduğu müəyyən edilmişdir). 

 

(



F

)

 

Ədalətli məhkəmə araşdırması təminatlarından imtina 

158.  Konvensiyanın 6-cı Maddəsinin nə mənası, nə də ruhu hər hansı şəxsin öz iradəsilə 

ədalətli  məhkəmə  araşdırması  təminatları  hüququndan  birbaşa  və  ya  dolayı  imtinasının 

qarşısını  almır.  Lakin  Konvensiyanın  məqsədləri  çərçivəsində  effektiv  olmaq  üçün  belə 

imtina  birmənalı  şəkildə  müəyyən  edilməli  və  müvafiq  minimal  təminatlarla  müşayiət 

olunmalıdır. Bundan əlavə, o, hər hansı vacib ictimai marağa zidd olmamalıdır (bax: 



Hermi 

İtaliyaya qarşı

 [BP], § 73; 



Seydoviç  İtaliyaya qarşı

 [BP], § 86). 

159.  Təqsirləndirilən  şəxsin  öz  davranışı  ilə  Konvensiyanın  6-cı  Maddəsi  çərçivəsində 

əhəmiyyətli  hüquqdan  dolayı  yolla  imtina  etdiyini  deyə  bilmək  üçün  onun  öz  davranışının 

nəticələrini ağlabatan şəkildə əvvəlcədən görə biləcəyi nümayiş olunmalıdır (

Ermi İtaliyaya 

qarşı

[BP], § 74; 



Seydoviç İtaliyaya qarşı

 [BP], § 87). 

 

(2)  Açıq məhkəmə iclası 

Maddə 6 § 1 

Hər  kəs,  ...  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli  sürülərkən,  ...  məhkəmə  vasitəsi  ilə  ...  işinin  açıq 

araşdırılması  ...  hüququna  malikdir...  Məhkəmə  qərarı  açıq  elan  edilir,  lakin  demokratik  cəmiyyətdə  əxlaq, 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

29 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları 



və  ya  tərəflərin  şəxsi  həyatının  müdafiəsi  bunu  tələb  etdikdə,  yaxud  məhkəmənin  fikrincə  aşkarlığın  ədalət 

mühakiməsinin  maraqlarını  poza  biləcəyi  xüsusi  hallar  zamanı  ciddi  zərurət  olduqda  mətbuat  və  ictimaiyyət 

bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər." 

 

(



A

) Məhkəmənin açıqlığı prinsipi 

160.  Məhkəmə icraatının açıq xarakteri tərəfləri ədalət mühakiməsinin gizli, ictimaiyyətin 

nəzarəti  olmadan  həyata  keçirilməsindən  qoruyur;  bu  da  məhkəməyə  etimadı  qoruyub 

saxlayan  üsullardan  biridir.  Ədalət  mühakiməsinin  göz  önündə  həyata  keçirilməsini  təmin 

etməklə,  ictimaiyyət  üçün  açıqlıq  6-cı  Maddənin  1-ci  bəndinin  məqsədinin  təmin  edilməsi, 

dəqiq desək, hər hansı demokratik cəmiyyət üçün fundamental prinsiplərdən biri olan ədalətli 

məhkəmə araşdırmasının həyata keçirilməsinə töhfə verir (

Satter İsveçrəyə qarşı

, § 26; 


Ripan 

Avstriyaya qarşı

, § 27; 


Krestovski Rusiyaya qarşı

, § 24). 

161.  Məhkəmə  icraatının  açıq  xarakteri  ilə  bağlı  prinsipin  iki  aspekti  mövcuddur:  açıq 

məhkəmə baxışının keçirilməsi və məhkəmə qərarının ictimaiyyətə açıq şəkildə elan edilməsi 

(

Tirs və başqaları San-Marinoya qarşı

, § 93; 


Satter İsveçrəyə qarşı

, § 27). 

 

(

B

) Şifahi iclas və məhkəmə iclasında iştirak etmək hüququ 

162.  6-cı  maddənin  1-ci  bəndində  "açıq  məhkəmə  araşdırıması"  hüququ  mütləq  surətdə 

"şifahi məhkəmə iclası" hüququnu nəzərdə tutur (

Döri İsveçə qarşı, 

§ 37). 


163.  Açıq  və  şifahi  məhkəmə  iclası  prinsipi,  cinayət  törətməkdə  ittiham  olunan  şəxsin 

məhkəməiclasında iştirak edə bilməli olduğu, cinayət icraatı kontekstində xüsusilə mühümdür 

(

Tirs və başqaları San Marinoya qarşı

, § 94; 


Yussila Finlandiyaya qarşı

 [BP], § 40). 

164.  Belə  iştirak  olmadan  həmin  şəxsin  6-cı  Maddənin  3-cü  bəndinin  (c),  (d)  və  (e) 

yarımbəndlərində  müəyyən  edilən  xüsusi  hüquqların,  yəni  "özünü  şəxsən  müdafiə  etmək", 

"şahidləri dindirmək və ya onların dindirilməsinə nail olmaq" və "məhkəmədə istifadə olunan 

dili  başa  düşmədikdə  və  ya  bu  dildə  danışa  bilmədikdə  tərcüməçinin  pulsuz  köməyindən 

istifadə  etmək"  hüquqlarının  necə  icra  edildiyini  təsəvvür  etmək  çətindir.  Buna  görə  də 

cinayət  işi  üzrə  təqsirləndirilən  şəxsin  məhkəmə  iclasında  iştirak  etmək  hüququna  təminat 

vermək vəzifəsi 6-cı Maddənin əsas tələbləri arasındadır (

Ermi İtaliyaya qarşı

 [BP], §§ 58-

59; 

Seydoviç İtaliyaya qarşı

 [BP], §§ 81 və 84). 

165.  Təqsirləndirilən  şəxsin  iştirakı  olmadan  keçirilmiş  məhkəmə  icraatı  öz-özlüyündə 

Konvensiyanın  6-cı  Maddəsinə  zidd  olmasa  da,  in  absentia  ittiham  olunan  şəxsin  iclasda 

şəxsən iştirak etmək və özünü müdafiə etmək hüququndan imtina etdiyi və ya məhkəmədən 

yayınmaq niyyətinin olduğu müəyyən edilmədiyi təqdirdə, həmin şəxsin sonradan öz işinin 

hüquqi  və  faktiki  məsələləri  üzrə  yeni  məhkəmə  baxışına  nail  olmaq  imkanından  məhrum 

edilməsi  ilə  ədalətli  məhkəmə  araşdırması  hüququ  pozulmuş  olur  (



Seydoviç  İtaliyaya  qarşı

 

[BP], § 82). 



166.  Lakin iclasın keçirilməsi öhdəliyi 6-cı Maddənin cinayət aspektinin tətbiq dairəsinə 

daxil  olan  bütün  məhkəmə  işləri  üçün  mütləq  deyil.  "Cinayət  ittihamı"  anlayışının  cinayət 

hüququnun  ənənəvi  kateqoriyalarına  aid  olmayan  məhkəmə  işlərinə  (məsələn,  inzibati 

cərimələr,  gömrük  qanunu  və  əlavə  vergilər)  şamil  edilməsi  kontekstində  müxtəlif 

əhəmiyyətli  "cinayət  ittihamları"  mövcuddur.  Ədalətli  məhkəmə  araşdırması  tələbi  cinayət 

hüququnun  özəyi  ilə  bağlı  işlərdə  ən  ciddi  tələb  olsa  da,  6-cı  Maddənin  cinayət  aspektinin 

təminatlarinin  bu  maddənin  tətbiq  dairəsinə  daxil  olan  və  əsaslı  qüsur  dərəcəsinə  malik 

olmayan  başqa  məhkəmə  işi  kateqoriyalarına  tam  həcmdə  tətbiq  olunması  mütləq  deyil 

(

Yussila Finlandiyaya qarşı

 [BP], §§ 41-43). 

167.  Şifahi  iclasın  keçirilməməsinə  bəraət  qazandıra  biləcək  halların  xarakteri  əsasən 

səlahiyyətli  məhkəmə  tərəfindən  baxılmalı  olan  məsələlərin  təbiəti,  xüsusilə  bunun  işin 

materialları əsasında həll edilə bilməyən hər hansı hüquqi və ya faktiki məsələ ortaya çıxarıb-

çıxarmadığı  ilə  şərtlənir.  Sübutların  şifahi  təqdim  olunmasını  və  ya  şahidlərin  çarpaz 

30

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə