Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə14/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

prosedur mövcud olduqda məqbul sayıla bilər (



Ramanauskas Litvaya qarşı

 [BP], § 51). Gizli 

əməliyyatlar üzərində nəzarəti yerinə yetirən orqana gəldikdə isə, Məhkəmə hesab etmişdir ki

məhkəmə  nəzarəti  ən  uyğun  vasitədir,  lakin  prokuror  tərəfindən  nəzarət  kimi  adekvat 

prosedur  və  təminatların  mövcud  olması  şərtilə  başqa  vasitələrdən  istifadə  oluna  bilər 

(

Bannikova  Rusiyaya qarşı

, § 50). 

144.  Gizli  agentlərin  istifadəsinə  aydın  məhdudiyyətlər və  təminatlarla  tənzimlənmək 

şərtilə yol verilə bilsə də, ictimai maraq polis təhrikçiliyi nəticəsində əldə edilmiş sübutdan 

istifadə  olunmasına  bəraət  qazandıra  bilməz,  belə  ki,  bu,  təqsirləndirilən  şəxsi  ən  əvvəldən 

ədalətli  məhkəmə  araşdırması  hüququndan  məhrum  edə  bilər (

Ramanauskas  Litvaya  qarşı

[BP], § 54). 



145.  Müvafiq  olaraq,  gizli  agentlərin  istifadə  olunduğu  hallarda  ədalətli  məhkəmə 

araşdırması  hüququna  riayət  olunduğunu  yəqin  etmək  üçün  Məhkəmə,  əvvəla,  cinayətə 

təhrikin olub-olmadığını ("təhrikin maddi testi") və əgər təhrikə yol verilibsə, ərizəçinin milli 

məhkəmələr  qarşısında  təhrik  olunması  arzumentindən  istifadə  edə  bilib-bilməməsi  nəzərə 

alır (

Bannikova Rusiyaya qarşı

, §§ 37 və 51). Dövlət, yaxud hakimiyyət orqanlarına yardım 

edən  fərdi  şəxs  tərəfindən  işə  cəlb  olunmasından  asılı  olmayaraq,  agentin  fəaliyyətinin 

cinayətə  təhrikdən  ibarət  olduğu  və  nəticədə  əldə  olunmuş  sübutun  cinayət  mühakimə 

icraatında təqsirləndirilən şəxsə qarşı istifadə olunduğu halda Məhkəmə Konvensiyanın 6-cı 

Maddəsinin 1-ci bəndinin pozulduğunu qət etmişdir (



Ramanauskas Litvaya qarşı

, [BP], § 73). 

 

2. Təhrikin maddi testi  

146.  Məhkəmənin  tərifinə  əsasən,  pərdə  altında  qanuni  istintaqın  əksinə  olaraq,  təhrik

2

 

təhlükəsizlik qüvvələrinin üzvləri, yaxud onların təlimatları əsasında fəaliyyət göstərən şəxs 



olmalarından asılı olmayaraq vəzifəli şəxslərin, cinayət fəaliyyətini mahiyyət etibarilə passiv 

formada araşdırmaqla kifayətlənmədikləri və hüquq pozuntusunun mümkünlüyünü müəyyən 

etmək,  beləliklə,  sübut  təmin  edib  cinayət  təqibi  başlatmaq  məqsədilə  subyektə  onu  hüquq 

pozuntusu  törətməyə  (əks  halda  törədilməyəcək  bir  pozuntuya)  sövq  edəcək  şəkildə  təsir 

etdikləri vəziyyətdir (

Ramanasukas Litvaya qarşı

 [BP], § 55). 

147.  Əməliyyatın  "əsasən  passiv"  olub-olmadığının  qərarlaşdırılması  zamanı  Məhkəmə 

gizli əməliyyatın kökündə dayanan səbəbləri və onu  yerinə  yetirən hakimiyyət orqanlarının 

davranışını nəzərdən keçirir. Məhkəmə, xüsusən, təqsirləndirilən şəxsin cinayət fəaliyyətində 

iştirak  etməsi  və  ya  cinayət  əməli  törətməyə  meylli  olması  ilə  bağlı  əsaslı  şübhənin  olub-

olmadığını müəyyən edir (

Bannikova Rusiyaya qarşı

, § 38). 

148.  Məhkəmə  bu  qiymətləndirmədə  bir  sıra  amilləri  nəzərə  alır.  Məsələn,  daha  əvvəl 

baxılmış  əhəmiyyətli 



Teyşeyra  de  Kastro  Portuqaliyaya  qarşı 

işdə


 

Məhkəmə  o  cümlədən 

ərizəçinin  daha  əvvəl  məhkumluğunun  olmamasını,  onun  barəsində  heç  bir  istintaqın 

açılmadığını,  onun  polis  əməkdaşlarına  məlum  olmamasını,  evində  narkotik  maddə 

tapılmamasını  və  həbs  zamanı  onun  üstündə  tapılan  narkotik  maddənin  miqdarının  gizli 

agentlərin  almaq  istədiyindən  çox  olmamasını  nəzərə  almışdı.  Məhkəmə  qət  etmişdir  ki, 

agentlərin  fəaliyyəti  gizli  agentlərin  fəaliyyət  sərhədlərini  aşıb,  çünki  onlar  şəxsi  hüquq 

pozuntusuna  təhrik  etmişdilər və  onların  müdaxiləsi  olmasa  idi  sözügedən  hüquq 

pozuntusunun törədiləcəyini göstərən heç bir əlamət yox idi (§§ 37-38). 

149.  Daha əvvəl məhkumluğun olması öz-özlüyündə cinayət əməlinə meylliliyin mövcud 

olduğunu göstərmir (

Konstantin və Stoyan Rumıniyaya qarşı

, § 55). Lakin ərizəçinin narkotik 

maddənin cari qiyməti ilə tanış olması və qısa müddətə narkotik maddə əldə edə bilməsi, eyni 

zamanda əlində imkan olsa da, sövdələşmədən imtina etməməsi Məhkəmə tərəfindən cinayət 

fəaliyyətinin  və  ya  belə  bir  niyyətin  daha  əvvəl  də  mövcud  olduğunun  göstəricisi  hesab 

olunmuşdur (



Şennon Birləşmiş Krallığa qarşı

 (qər.)). 

2

Təhrik,  polis  təhriki,  təhrikçi  agentlər  terminləri  Məhkəmənin  presedent  hüququnda  bir-birilərini  əvəz  edə 



biləcək şəkildə istifadə edilir. 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

27 

                                                 




6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

150.  Ərizəçinin  sözügedən  əməli  törətmək  üçün  təzyiqə  məruz  qoyulub-qoyulmadığı  da 



nəzərə  alınmalı  olan  daha  bir  amildir.  Ərizəçinin  cinayət  əməlində  iştirakı  və  ya  cinayət 

törətməyə  meylli  olduğu  barədə  hər  hansı  obyektiv  şübhə  mövcud  olmadıqda,  ərizəçi  ilə 

əlaqənin qurulmasına təşəbbüsün göstərilməsi (

Burak Hun Türkiyəyə qarşı

, § 44), ərizəçinin 

ilkin  etirazına  baxmayaraq  təkrar  təklifin  verilməsi,  inadkarlıqla  cinayətə  təhrik 

(

Ramanauskas Litvaya qarşı

 [BP], § 67), orta qiymətdən yüksək təklifin verilməsi (

Malininas 

Litvaya  qarşı

,  §  37),  narkotik  abstensiya  əlamətlərinə  istinad  etməklə  ərizəçidə  mərhəmət 

hissi yaratmaq (

Vanyan Rusiyaya qarşı

, §§ 11 və 49) Məhkəmə tərəfindən hüquq mühafizə 

orqanlarının  işçisi  və  ya  onların  təlimatı  əsasında  fəaliyyət  göstərən  fərdi  şəxs  olmasından 

asılı olmayaraq sözügedən agentin ərizəçinin cinayət törətmək üçün təzyiqə məruz qoyduğunu 

müəyyən edilmişdir. 

151.  Başqa  bir  əhəmiyyətli  sual  budur  ki,  Dövlət  agentləri  cinayət  fəaliyyətini 

başlatmaqdan daha çox ona "qoşulmuş" və ya "nüfuz etmiş" hesab oluna bilərlərmi. Sonuncu 

halda, sözügedən fəaliyyət gizli əməliyyatın sərhədləri daxilində qalır. 



Miliniene Litvaya qarşı 

məhkəmə işində Məhkəmə hesab etmişdir ki, polis xüsusən fərdi şəxsə söhbətləri lentə almaq 

üçün  texniki  avadanlıq  verməklə  və  ərizəçiyə  maliyyə  stimulunun  təklif  edilməsinə  dəstək 

göstərməklə  hadisələrin  gedişatına  təsir  etsə  də,  onların  fəaliyyəti  cinayət  fəaliyyətinin 

başladılmasından çox ona "qoşulma" kimi qəbul edilmişdir, belə ki, bu halda təşəbbüs fərdi 

şəxs tərəfindən göstərilmişdir. Bu şəxs polisə şikayət etmişdir ki, ərizəçi onun iş üzrə əlverişli 

nəticə əldə edə bilməsi üçün rüşvət tələb edir və yalnız bu şikayət alındıqdan sonra şikayətin 

yoxlanması  məqsədilə  əməliyyata  baş  prokurorun  müavini  tərəfindən  icazə  verilmiş  və 

nəzarət edilmişdir ((§§ 3738);bənzər əsaslandırmalar üçün bax: 

Sekveyra Portuqaliyaya qarşı

 

(qər.); 



Eurofinacom Fransaya qarşı

 (qər.)). 

152.  Gizli  polis  əməliyyatının  başladılma  və  yerinə  yetirilmə  qaydası  ərizəçinin  təhrikə 

məruz qalıb-qalmadığının qiymətləndirilməsində vacib əhəmiyyət daşıyır. Sözügedən istintaq 

tədbirinə  icazənin  verilməsi,  eləcə  də  onun  yerinə  yetirilməsi  və  nəzarəti  üçün  aydın  və 

proqnozlaşdırıla  bilən  prosedurların  olmaması  həmin  fəaliyyətin  təhrik  olduğu  qənaətinin 

yaranmasına  rəvac  verir  (bax:  məsələn, 

Teyşeyra  de  Kastro  Portuqaliyaya  qarşı

,  burada 

Məhkəmə  gizli  agentlərin  müdaxiləsinin  hakim  tərəfindən  nəzarət  olunan  narkotik  ticarəti 

əleyhinə rəsmi əməliyyatın bir hissəsi olmaması faktını qeyd etmişdir (§ 38); 



Ramanauskas 

Litvaya  qarşı

  [BP],  burada  hansı  səbəblərin  və  ya  şəxsi  motivlərin  gizli  agentləri  məsələni 

tabe olduqları şəxslərin diqqətinə çatdırmadan öz təşəbbüsləri ilə ərizəçiyə yaxınlaşmağa sövq 

etdiyi məlum deyildi (§ 64); 



Vanyan Rusiyaya qarşı

, burada Məhkəmə qeyd etmişdi ki, polis 

əməliyyatına  icazə  daha  sonra  əməliyyatı  həyata  keçirən  orqanın  adi  inzibati  qərarı  ilə 

verilmişdi və qərara planlaşdırılan sınaq satınalmanın səbəbləri və məqsədləri haqqında çox 

az  məlumat  daxil  idi  və  əməliyyat  üzərində  məhkəmənin  və  ya  başqa  qurumun  müstəqil 

nəzarəti  həyata  keçirilməmişdir  (§§  46-47).  Bununla  əlaqədar  olaraq  Rusiya  hakimiyyət 

orqanları  tərəfindən  istifadə  olunan  "sınaq  satınalma"  texnikası 

Veselov  və  başqaları 

Rusiyaya  qarşı

  işdə  ətraflı  təhlil  edilmişdir  və  Məhkəmə  qət  etmişdir  ki,  sözügedən 

prosedurda  çatışmazlıqlar  olub  və  ərizəçiləri  polisin  özbaşına  fəaliyyətinə  məruz  qoyub  və 

onlara qarşı cinayət mühakimə icraatının ədalətliliyinə mənfi təsir edib. Məhkəmə həmçinin 

müəyyən etmişdir ki, milli məhkəmələr ərizəçilərin təhrik edilmə ilə bağlı vəsatətinə adekvat 

qaydada  baxmayıblar,  xüsusən  də  sınaq  satınalmanın  səbəblərini,  eləcə  də  polislərin  və 

onların informatorlarının ərizəçilərə qarşı davranışını təhlil etməyiblər (§ 127). 

 

3.  Təhrikdən müdafiəyə məhkəmə nəzarəti 

153.  Təhriklə  bağlı  işlərdə  Konvensiyanın  6-cı  maddəsi  yalnız  o  halda  pozulmur  ki, 

ərizəçi məhkəmə araşdırması zamanı faktiki olaraq etirazla və ya başqa üsulla təhriklə bağlı 

məsələ qaldırmaq imkanında olsun. Tərəflərin bərabərliyi və ya müdafiə hüququ kimi ümumi 

təminatlara  riayət  olunması  faktı  öz-özlüyündə  kifayət  deyil  (



Ramanauskas  Litvaya  qarşı

 

[BP], § 69). Belə işlərdə Məhkəmə bildirmişdir ki, təhrikə yol verilmədiyini sübuta yetirmək 



28

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə