Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə22/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

 



(

F

)  Dil 

251.  Təqsirləndirilən şəxsin məlumatın verildiyi dili yaxşı bilmədiyi müəyyən edilibsə və 

ya  bunun  güman  edilməsi  üçün  əsas  varsa,  hakimiyyət  orqanları  onu  tərcümə  ilə  təmin 

etməlidirlər (



Brozisek İtaliyaya qarşı

, § 41; 


Tabai Fransaya qarşı

 (qər). 


252.  6-cı Maddənin 3 (a) yarımbəndi əcnəbi təqsirləndirilən şəxs üçün müvafiq məlumatın 

yazılı qaydada və ya yazılı tərcümə formasında təmin edilməli olduğunu müəyyən etməsə də, 

məhkəmə tərəfindən istifadə olunan dillə tanış olmayan təqsirləndirilən şəxs – ittiham aktının 

başa  düşdüyü  dilə  yazılı  tərcüməsi  ilə  təmin  olunmadığı  halda  -  praktiki  olaraq  əlverişsiz 

mövqedə ola bilər (

Kamasinski Avstriyaya qarşı

, § 79; 


Ermi İtaliyaya qarşı

 [BP], § 68). 

253.  Lakin  təqsirləndirilən  şəxsə  müdafiəsini  hazırlamağa  imkan  verəcəyi  təqdirdə, 

ittiham  aktının  şifahi  tərcüməsi  vasitəsilə  ittihamlar  haqqında  yetərli  məlumat  təmin  edilə 

bilər (

Kamasinski Avstriyaya qarşı

, § 81; 


Hüseyn İtaliyaya qarşı

 (qər.). 

254.  Bu müddəa təqsirləndirilən şəxsin məhkəmə materiallarının tam tərcüməsi ilə təmin 

edilməsi hüququnu nəzərdə tutmur (



X. Avstriyaya qarşı

 (qər.) səh. 70). 

255.  6-cı  Maddənin  tərcüməçinin  pulsuz  köməyini  nəzərdə  tutan  3(e)  bəndinə  uyğun 

olaraq,  ittihamların  şifahi  tərcüməsi  nəticəsində  yaranan  xərclər  Dövlət  tərəfindən 

ödənilməlidir (

Lüdike, Belkasem və Koç Almaniyaya qarşı

, § 45). 

 

2.  Maddə 6 § 3(b) 

Maddə 6 § 3 (b) 

"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;" 

 

(



A

)

 

Nəzərə alınmalı olan ümumi məqamlar 

256.  Konvensiyanın 6-cı Maddəsinin 3(b) yarımbəndi düzgün müdafiənin iki elementinə, 

daha dəqiq desək, vasitə və vaxt məsələsinə aiddir. Bu müddəa təqsirləndirilən şəxsin effektiv 

müdafiəsinin  məhkəməyə  hazırlıq  üçün  "zəruri"  olan  hər  şeyi  əhatə  etdiyini  nəzərdə  tutur. 

Təqsirləndirilən  şəxs  öz  müdafiəsini  -  məhkəməyə  bütün  müvafiq  müdafiə  arqumentlərinin 

təqdim  etmək  və  beləliklə,  məhkəmə  icraatının  nəticəsinə  təsir  etmək  imkanı  ilə  bağlı 

məhdudiyyətlə üzləşmədən - müvafiq qaydada təşkil edə bilməlidir (

Kan  Avstriyaya qarşı

§ 53; 



Qreqaseviç Macarıstana qarşı

, § 51). 

257.  Təqsirləndirilən şəxsə verilən vaxt və vasitənin adekvatlığı məsələsi hər bir konkret 

işin  halları  nəzərə  alınmaqla  qiymətləndirilməlidir  (



İqlin  Ukraynaya  qarşı

,  § 65; 



Qalstyan 

Ermənistana qarşı

, § 84). 

 

(

B

)

 

Adekvat vaxt 

258.  6-cı  Maddənin  3(b)  yarımbəndi  təqsirləndirilən  şəxsi  tələsik  keçirilən  məhkəmə 

araşdırmasından  qoruyur  (

Kroçer  və  Müller  İsveçrəyə  qarşı

,  (qər.); 



Bonzi  İsveçrəyə  qarşı

 

(qər)).  Məhkəmə  icraatlarının  ağlabatan  müddətdə  həyata  keçirilməsi  vacib  olsa  da,  bu, 



tərəflərdən  birinin  prosessual  hüquqları  hesabına  başa  gəlməməlidir  (

OAO  Neftyanaya 

Kompaniya Yukos Rusiyaya qarşı

, § 540). 

259.  Təqsirləndirilən  şəxsin  öz  müdafiəsinə  hazırlaşmaq  üçün  adekvat  vaxtının  olub-

olmadığının  qiymətləndirilməsi  zamanı  məhkəmə  icraatının  xarakterinə,  eləcə  də  işin  və 

məhkəmə icraatlarının mürəkkəbliyinə xüsusi diqqət yetirilməlidir (

Qreqaseviç Macarıstana 

qarşı

,  §  51).  Hüquq  müdafiəçisinin  adəti  iş  yükü  də  nəzərə  alınmalıdır;  lakin  müdafiə 

tərəfinin  vəkilindən  müəyyən  işin  təcililiyi  səbəbindən  iş  qrafikində  müəyyən  dəyişikliklər 

etməyin tələb olunması əsassız deyil (



Mattik Almaniyaya qarşı

 (qər.)). 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

43 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

260.  Konvensiyanın 6-cı Maddənin 3(b) yarımbəndi məhkəməyə müəyyən müddət davam 



edən  hazırlığın  ilk  dinləməyə  qədər  tamamlanmasını  tələb  etmir.  Məhkəmə  icraatlarının 

gedişatı əvvəlcədən tam planlaşdırıla bilməz və bu vaxta qədər işıqlandırılmamış, tərəflərin 

əlavə hazırlığını tələb edən elementləri aşkara çıxara bilər (

Mattik Almaniyaya qarşı

 (qər.)). 

261.  Məhkəmə icraatında müəyyən yeniliklər baş verdikdə müdafiə tərəfinə öz mövqeyini 

uyğunlaşdırmaq, vəsatət hazırlamaq, şikayət təqdim etmək və s. üçün əlavə vaxt verilməlidir 

(

Miminoşvili  Rusiyaya  qarşı

,  §  141).  Belə  "yeniliklərə"  ittiham  aktına  edilən  dəyişikliklər 

(

Pelissye və Sassi Fransaya qarşı

, [BP], § 62), ittiham tərəfinin yeni sübutlar təqdim etməsi 

(

Q. B.Fransaya qarşı

, §§ 60-62), yaxud məhkəmə icraatının gedişində ekspertin rəyində qəfil 

və əsaslı dəyişikliyin baş verməsi (

Q.B. Fransaya qarşı

, §§ 69-70) daxil ola bilər. 

262.  Müdafiə  tərəfinə  verilən  vaxtla  bağlı  problemin  olduğu  başa  düşüldükdə, 

təqsirləndirilən şəxs dinləmənin təxirə salınması və ya başqa tarixə keçirilməsi barədə vəsatət 

qaldıra bilər (

Kempbell və Fell Birləşmiş Krallığa qarşı

, § 98; 


Bekstrom və Andersson İsveçə 

qarşı

  (qər.); 



Kraksi   İtaliyaya  qarşı  (№  1)

,  §  72)  müstəsna  hallar  istisna  olmaqla 

(

Qoddi   İtaliyaya  qarşı

,  § 31)  yaxud  milli  qanunvericilikdə  və  praktikada  belə  hüquq  üçün 

əsasın olmaması (

Qalstyan Ermənistana qarşı

, § 85). 

263.  Müəyyən hallarda məhkəmədən müdafiə tərəfinə yetərli vaxt vermək üçün dinləməni 

özü mülahizəsinə görə təxirə salmaq tələb oluna bilər (



Sadak və başqaları Türkiyəyə qarşı (№ 

1)

, § 57; 


Saxnovski Rusiyaya qarşı

 [BP], §§ 103 və 106 ). 

264.  Təqsirləndirilən  şəxsin  mövcud  apellyasiya  hüquqlarından  effektiv  istifadə  edə 

bilməsi  üçün  milli  məhkəmələr  qərarlarının  əsaslandığı  səbəbləri  kifayət  qədər  açıq 

göstərməlidirlər  (

Hadjianastassiu  Yunanıstana  qarşı

,  §  33).  Tam  əsaslandırılmış  məhkəmə 

qərarının  apellyasiyanın  verilməli  olduğu  vaxt  müddətindən  əvvəl  hazır  olmaması  halında, 

apellyasiya şikayətini mövcud məlumat əsasında verə bilmək üçün təqsirləndirilən şəxs yetərli 

məlumatla təmin edilməlidir (

Zun Niderlanda qarşı

, §§ 40-50; 



Boçe Fransaya qarşı

, §§ 46-


51). 

265.  Dövlətlər cinayət törətməkdə ittiham olunan hər kəsin 6-cı Maddənin 3-cü bəndində 

nəzərdə tutulan təminatlardan yararlanmasını təmin etməlidirlər. Ayrılmış müddətin nə vaxt 

başladığını  və  ya  bitdiyini  öyrənmək  öhdəliyinin  təqsirləndirilən  şəxsin  üzərinə  qoyulması 

İştirakçı  Dövlətlərin  6-cı  Maddə  ilə  zəmanət  verilən  hüquqların  effektiv  istifadəsini  təmin 

etmək məqsədilə göstərməli olduqları "lazımi səy"ə uyğun deyil (



Vaçer Fransaya qarşı

, § 28). 

 

(

C

)

 

Adekvat imkan 

(1) Sübutlara çatımlılıq 

266.  Cinayət  törətməkdə  ittiham  olunan  hər  kəsin  yararlanmalı  olduğu  "imkana"  onun 

müdafiəsini  hazırlamaq  məqsədilə  aparılmış  istintaqın  nəticələri  ilə  tanış  olmaq  daxil 

olmalıdır  (



Hüseyn  və  başqaları  Azərbaycana  qarşı

,  §  175; 



OAO  Neftyanaya  Kompaniya 

Yukos Rusiyaya qarşı

, § 538). 

267.  Şəxsin  barəsində  məhkəməyə  qədər  həbs  qətimkan  tədbiri  seçilibsə,  "imkan

anlayışına  həmin  şəxsə  diqqətini  ağlabatan  şəkildə  toplayaraq  oxumağa  və  yazmağa  imkan 

verən saxlanma şəraiti daxil ola bilər (

Mayzit Rusiyaya qarşı

, § 81; 


Moiseyev Rusiyaya qarşı

§ 221). Həm təqsirləndirilən şəxsin, həm də onun vəkilinin məhkəmə icraatında iştirak edə və 



ifrat yorğunluqdan əziyyət çəkmədən bəyanatlar verə bilməsi həyati əhəmiyyət daşıyır (

Maxfi 

Fransaya qarşı

, § 40; 


Barbera, Messegi və Cabardo İspaniyaya qarşı

, § 70). 

268.  Təqsirləndirilən  şəxsə  təqdim  edilməli  olan  imkan  ona  müdafiəsini  hazırlamağa 

kömək edən və ya edə biləcək vasitələrlə məhdudlaşmalıdır (



Padin Gestoso İspaniyaya qarşı

 

(qər.)); 



Mayzit Rusiyaya qarşı

, § 79). 

269.  Nümayəndələri  tərəfindən  iş  materialları  haqqında  məlumatlandırılma  yetərli 

olduğundan, təqsirləndirilən şəxsə iş materiallarına birbaşa çıxışın verilməsinə ehtiyac yoxdur 

(

Kremzov  Avstriyaya  qarşı

,  §  52).  Lakin  təqsirləndirilən  şəxsin  iş  materiallarına  çıxışının 

məhdud  olması  sübutun  məhkəmədən  əvvəl  təqsirləndirilən  şəxsə  təqdim  olunmasının  və 

44

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə