Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə25/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

edilən  zaman  məhkəmələr  təqsirləndirilən  şəxsin  arzularını  nəzərə  almalıdır,  lakin  ədalət 



mühakiməsinin  maraqları  çərçivəsində  zəruri  olduğunun  düşünülməsi  üçün  vacib  və  yetərli 

əsas  olduqda,  onlar  nəzərə  alınmaya  bilər  (



Kroissant  Almaniyaya  qarşı

,  §  29; 



Lagerblom 

İsveçə  qarşı

,  §  54).  Bənzər  şəkildə  6-cı  Maddənin  3(c)  yarımbəndi  dövlət  tərəfindən  təyin 

edilmiş  müdafiə  vəkilinin  dəyişdirilməsi  hüququna  təminat  kimi  təfsir  edilməməlidir 

(

Lagerblom İsveçə qarşı

, §§ 55, 59). Bundan əlavə, məhkum olunmuş şəxs, uğur qazanmaq 

ehtimalı  olmadığı  halda,  6-cı  Maddəyə  əsasən  birinci  instansiya  məhkəməsinin  ədalətli 

məhkəmə  qərarından  şikayət  etmək  istədikdə,  ədalət  mühakiməsinin  maraqlarının  pulsuz 

hüquqi  yardımın  avtomatik  təmin  edilməsini  tələb  etdiyi  düşünülməməlidir  (



Monnel  və 

Morris Birləşmiş Krallığa qarşı

, § 67). 

 

(

E

)

 

Praktik və səmərəli hüquqi yardım 

296.  6-cı Maddənin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə 

edir.  Aydındır  ki,  vəkilin  təyin  edilməsi  öz-özlüyündə  effektiv  yardım  təmin  etmir,  çünki 

vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, 

yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər (

Artiko İtaliyaya qarşı

, § 33). 

297.  Səmərəli  hüquqi  yardım  hüququna,  o  cümlədən,  təqsirləndirilən  şəxsin  vəkili  ilə 

təklikdə  ünsiyyət  qurmaq  hüququ  daxildir.  Yalnız  istisna  hallarda  Dövlət  həbs  altında 

saxlanan şəxslə vəkili arasında gizli ünsiyyəti məhdudlaşdıra bilər (

Saxnovski Rusiyaya qarşı

 

[BP],  §  102).  Müştərisi  ilə  məsləhətləşmə  apara  və  ondan  nəzarət  altında  olmadan  məxfi 



təlimatlar  ala  bilmədikdə,  hüquqşünasın  yardımı  yararlılığını  əhəmiyyətli  dərəcədə  itirir  (

S. 

İsveçrəyə  qarşı

,  §  48; 



Brennan  Birləşmiş  Krallığa  qarşı

,  §  58).  Müştərilər  və  vəkillər 

arasındakı  münasibətlər  üzərində  səciyyəvi  və  ya  birbaşa  hər  hansı  məhdudiyyət 

təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır 

(

Saxnovski  Rusiyaya  qarşı

  [BP],  §  102).  Təqsirləndirilən  şəxs  və  vəkili  arasında  telefon 

söhbətlərinin  dinlənilməsi  (

Zaqaria İtaliyaya  qarşı

,  §  36)  vəkillərin  təqsirləndirilən  şəxslə 

görüşlərinin sayının və müddətinin ciddi cəhdlə məhdudlaşdırılması (

Öcalan Türkiyəyə qarşı

 

[BP],  §  135)  effektiv  yardımın  təmin  edilməsi  tələbinin  mümkün  əlavə  pozulma  hallarını 



təcəssüm etdirir. 

298.  Lakin İştirakçı Dövlət hüquqi yardım məqsədilə təyin olunmuş və ya təqsirləndirilən 

şəxsin  seçdiyi  vəkilin  yol  verdiyi  hər  bir  çatışmazlığa  görə  cavabdeh  hesab  oluna  bilməz 

(

Lagerblom  İsveçə  qarşı

,  §  56; 

Kamasinski  Avstriyaya  qarşı

,  §  65).  Hüquqşünas  peşəsinin 

müstəqil  xarakteri  səbəbindən,  müdafiənin  həyata  keçirilməsi  əsas  etibarilə  təqsirləndirilən 

şəxs  və  onun  nümayəndəsi  arasında  həll  olunur;  İştirakçı  Dövlətlərdən  yalnız  vəkil 

təqsirləndirilən  şəxsin  maraqlarını  açıq-aşkar  səmərəsiz  təmsil  etdikdə  və  ya  sadəcə  bu 

səmərəsizlik  onun  diqqətinə  çatdırıldıqda  müdaxilə  etmək  tələb  olunur  (



Kamasinksi 

Avstriyaya qarşı

, § 65; 


İmbrioskia İsveçrəyə qarşı

, § 41; 


Daud  Portuqaliyaya qarşı

, § 38). 

Vəkil təqsirləndirilən şəxs üçün hərəkət etmədikdə (

Artiko İtaliyaya qarşı

, §§ 33, 36), yaxud 

vəkil  əsas  prosessual  tələblərə  əməl  etmədikdə  (tələblərə  riayət  olunmama  düşünülmüş 

müdafiə  taktikası  və  ya  arqumentasiyanın  yetərsizliyi  hesab  oluna  bilmədikdə)  Dövlətin 

məsuliyyəti yaranır (

Czekalla Portuqaliyaya qarşı

, §§ 65, 71). 

 

4.  Maddə 6 § 3(d) 

Maddə 6 § 3(d) 

"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq 

və  onun  əleyhinə  ifadə  vermiş  şahidlər  üçün  eyni  olan  şərtlərlə  lehinə  olan  şahidlərin  çağırması  və 

dindirməsi hüququna malik olmaq;" 

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 



49 


6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

(



A

)

 

"Şahid" termininin müstəqil mənası 

299.  Milli  qanunvericilik  daxilində  təsnifatdan  asılı  olmayaraq,  Konvensiyada  "şahid

ifadəsi müstəqil mənaya malikdir (

Damir Sibqatullin Rusiyaya qarşı

, § 45; 


S.N. İsveçə qarşı

§ 45) İttiham hökmü üçün əhəmiyyətli dərəcədə əsas təşkil etdikdə, iş materiallarında əlavə 



edilmiş şahid ifadələri ittiham tərəfinə aid, Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi və 3(d) 

yarımbəndi  ilə  nəzərdə  tutulan  təminatlarin  tətbiq  olunduğu  sübut  hesab  olunur  (



Kaste  və 

Matisen Norveçə qarşı

, § 53; 


Luka İtaliyaya qarşı

, § 41). 

300. Bu termin birgə təqsirləndirilən şəxslərin (məsələn bax: 

Trofimov Rusiyaya qarşı

, § 


37),  zərərçəkənlərin  (

Vladimir  Romanov  Rusiyaya  qarşı

,  §  97)  və  ekspertlərin  ifadələrini 

(

Dorson Niderlanda qarşı

, §§ 81-82) əhatə edir. 

301.  6-cı Maddənin 3-cü bəndinin (d) yarımbəndi həmçinin yazılı sübutlara şamil olunur 

(

Mirilaşvili Rusiyaya qarşı

, §§ 158-159). 

 

(



B

)

 

Şahidləri dindirmək və ya dindirilməsinə nail olmaq hüququ 

(1) Ümumi prinsiplər 

302.  6-cı Maddənin 3(d) yarımbəndinə görə, təqsirləndirilən şəxs məhkum edilməmişdən 

əvvəl  ona  qarşı  irəli  sürülən  bütün  sübutlar  çəkişmə  prinsipinin  təmin  olunması  məqsədilə 

açıq iclas zamanı onun iştirakı ilə təqdim olunmalıdır. Bu prinsipdən istisnalar mümkün olsa 

da, onlar müdafiə hüquqlarını pozmamalıdır. Bu zaman bir qayda olaraq təqsirləndirilən şəxsə 

ona qarşı ifadə verən şahidə (ya həmin şəxs ifadə verərkən, ya da məhkəmə icraatının daha 

sonrakı  mərhələsində)  etiraz  etmək  və  onu  dindirmək  üçün  adekvat  və  lazımi  imkanın 

verilməsi tələb olunur (



Hummer  Almaniyaya qarşı

, § 38; 


Luka İtaliyaya qarşı

, § 39; 


Solakov 

Keçmiş Yuqoslav Respublikası Makedoniyaya qarşı

, § 57). 

303.  Yuxarıdakı  ümumi  prinsipdən  iki  tələb  yaranır.  Əvvəla,  şahidin  iştirak  etməməsi 

üçün üzrlü səbəb olmalıdır.  İkincisi, ittiham  yalnız və  ya həlledici dərəcədə təqsirləndirilən 

şəxsin  istintaq  müddətində  və  ya  məhkəmədə  dindirmək  və  ya  dindirilməsinə  nail  olmaq 

imkanı əldə etmədiyi hər hansı şəxs tərəfindən verilmiş şahid ifadələrinə əsaslanarsa, müdafiə 

hüquqları  6-cı  Maddənin  verdiyi  təminatlara  zidd  olacaq  dərəcədə  məhdudlaşdırılmış  olur 

("yeganə  və  həlledici"  adlandırılan  qayda)  (



Əl-Kavaya  və  Taheri  Birləşmiş  Krallığa  qarşı

 

[BP], § 119). 



304.  Ədalətli  məhkəmə  araşdırması  hüququnun  demokratik  cəmiyyətdə  tutduğu  yeri 

nəzərə  alsaq,  müdafiə  hüquqlarını  məhdudlaşdıran  hər  hansı  tədbir  qəti  surətdə  zəruri 

olmalıdır.  Yetərli  olacağı  təqdirdə  hər  zaman  daha  mülayim  tədbir  tətbiq  olunmalıdır  (

Van 

Mexelen və başqaları Niderlanda qarşı

, § 58). 

305.  Təqsirləndirilən şəxsin hakimin iştirakı ilə vacib bir şahidlə üzləşmək imkanı ədalətli 

məhkəmə  araşdırmasının  mühüm  elementidir  (



Tarau  Rumıniyaya  qarşı

,  §  74; 



Qraviano 

İtaliyaya qarşı

, § 38). 



(2) Şahidlərin iştirakının təmin edilməsi məqsədilə ağlabatan səylərin göstərilməsi vəzifəsi 

306.  Şahidin iştirak etməməsi üçün üzrlü səbəbin olması tələbi həmin sübutun yeganə və 

ya həlledici olub-olmadığı müəyyənləşdirilməmişdən əvvəl nəzərə alınmalı olan ilkin tələbdir. 

Şahidlər şəxsən ifadə vermək üçün məhkəmədə iştirak etmədikdə, bunun üçün üzrlü səbəbin 

olub-olmadığı  mütləq  müəyyən  olunmalıdır  (

Əl-Kavaya  və  Taheri  Birləşmiş  Krallığa  qarşı

 

[BP], § 120; 



Qabrielyan Ermənistana qarşı

, §§ 78, 81-84). 

307.  6-cı  Maddənin  1-ci  bəndi  3-cü  bəndlə  birlikdə  götürüldükdə  İştirakçı  Dövlətlərdən 

təqsirləndirilən şəxsə ona qarşı ifadə verən şahidləri dindirmək və ya onların dindirilməsinə 

nail olmaq imkanı vermək üçün pozitiv addımlar atmağı tələb edir (

Trofimov Rusiyaya qarşı

§ 33; 



Sadak və başqaları Türkiyəyə qarşı (№ 1)

, § 67). 

308.  Şahidlərin  dindirilməsi  onların  məhkəmədə  iştirak  etməməsi  nəticəsində  mümkün 

olmadıqda,  hakimiyyət  orqanları  onların  iştirakını  təmin  etmək  üçün  ağlabatan  səyləri 

50

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə