Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə23/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

təqsirləndirilən  şəxsin  vəkili  və  ya  şifahi  bəyanat  vasitəsilə  bu  haqda  şərh  verə  bilməsinin 



qarşısını almamalıdır (

Öcalan Türkiyəyə qarşı

 [BP], § 140). 

270.  Təqsirləndirilən  şəxsə  öz  müdafiəsini  həyata  keçirməyə  icazə  verilirsə,  onun  iş 

materiallarına  çıxışının  rədd  edilməsi  müdafiə  hüquqlarının  pozulmasına  bərabərdir  (



Fuçer 

Fransaya qarşı

, §§ 33-36). 

271.  Müdafiə işinin asanlaşdırılması məqsədilə təqsirləndirilən şəxsin iş materiallarından 

müvafiq sənədlərin surətlərini əldə etməsinə və aparılmış qeydlərdən istifadə etməsinə mane 

olunmamalıdır  (

Rasmussen  Polşaya  qarşı

,  §§  48-49; 



Moiseev  Rusiyaya  qarşı

,  §§  213-218; 



Matişek Polşaya qarşı

, § 59; 


Seleznev Rusiyaya qarşı

, §§ 64-69). 

272.  İş materiallarına çatımlılıq hüququ mütləq səciyyəli deyil. Bəzi hallarda başqa şəxsin 

fundamental hüquqlarının qorunması və ya milli təhlükəsizlik, yaxud şahidlərin qorunması və 

ya  polisin  cinayət  istintaqı  metodlarına  təminat  kimi  vacib  ictimai  marağın  mühafizəsi 

məqsədilə  müəyyən  sübutun  müdafiə  tərəfinə  verilməməsi  zəruri  ola  bilər.  Lakin  6-cı 

Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin hüquqlarını 

məhdudlaşdıran  belə  tədbirlərə  icazə  verilir.  Məhkəmə  çəkişməli  məhkəmə  icraatı  və 

tərəflərin  bərabərliyi  tələblərinin  mümkün  dərəcədə  ödəndiyini  və  təqsirləndirilən  şəxsin 

maraqlarının  qorunması  üçün  adekvat  təminatların  verildiyini  yəqin  etmək  məqsədilə  belə 

qərarın qəbulu prosedurunu diqqət yoxlayır (

Natunen Finlandiyaya qarşı

, §§ 40-41; 



Dousett 

Birləşmiş Krallığa qarşı

, §§ 42-43; 



Miraşvili Rusiyaya qarşı

, §§ 203-209). 

273.  Təqsirləndirilən şəxsə özünə bəraət qazandırmaq və ya cəzasını azaltmaq imkanı verə 

biləcək elementlərin daxil olduğu maddi sübutun müdafiə tərəfinə açıqlanmaması müdafiənin 

hazırlanması  üçün  zəruri  vasitələrin  təmin  edilməsinin  rədd  edilməsi  və  beləliklə, 

Konvensiyanın  6-cı  Maddəsinin  3(b)  yarımbəndində  zəmanət  verilən  hüququn  pozulması 

deməkdir.  Lakin  təqsirləndirilən  şəxsdən  vəsatlandırmaq  tələb  oluna  bilər  və  milli 

məhkəmələrin bu səbəblərin əsaslılığını yoxlamaq hüququ var (



Natunen Finlandiyaya qarşı

, § 


43; 

S.G.P.Niderlanda qarşı

 (qər)). 

 

(2) Vəkillə məsləhətləşmə 

274.  Təqsirləndirilən  şəxsə  təmin  edilən  "imkana"  vəkillə  məsləhətləşmə  imkanı  da 

daxildir  (

Kempbell  və  Fell  Birləşmiş  Krallığa  qarşı

,  §  99; 



Qoddi  İtaliyaya  qarşı

,  §  31). 

Təqsirləndirilən şəxsə vəkili ilə məsləhətləşmək imkanın verilməsi müdafiənin hazırlanması 

üçün  fundamental  əhəmiyyət  daşıyır  (



Bonzi  İsveçrəyə  qarşı

  (qər); 



Kan  Avstriyaya  qarşı

,  § 


52). 

275.  6-cı  Maddənin  3(b)  yarımbəndi  Konvensiyanın  6-cı  Maddəsinin  3(c)  yarımbəndi 

çərçivəsində hüquqi yardım hüququ ilə üst-üstə düşür (məsələn, bax: 

Lanz Avstriyaya qarşı

§§ 50-53; 



Öcalan Türkiyəyə qarşı

 [BP], § 148; 



Trepaşkin  Rusiyaya qarşı (№ 2),

 §§ 159-168). 

 

3.  Maddə 6  § 3(c):  şəxsən  və  ya  özünün  seçdiyi  müdafiəçi  vasitəsilə  özünü 

müdafiə etmək hüququ 

Maddə 6 § 3(c) 

"Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini 

ödəmək  üçün  vəsaiti  kifayət  etmədiyi  zaman,  ədalət  mühakiməsinin  maraqları  tələb  etdikdə,  belə 

müdafiədən pulsuz istifadə etmək;" 

 

276.  6-cı  Maddənin  3(c)  yarımbəndi  6-cı  Maddənin  1-ci  bəndi  çərçivəsində  ədalətli 



məhkəmə  araşdırılması  hüququnun  müəyyən  aspektlərini  əhatə  edir  (

Korreya  de  Matos 

Portuqaliyaya qarşı

 (qər.); 



Fuçer Fransaya qarşı

, § 30). Bu yarımbənd təqsirləndirilən şəxsə 

qarşı  məhkəmə  icraatının  müdafiə  hüququ  adekvat  şəkildə  təmin  edilmədən  keçirilməsinin 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

45 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

qarşısını alır (



Pakelli Almaniyaya qarşı

, § 84). O, üç ayrıca hüququ ehtiva edir: özünü şəxsən 

müdafiə  etmək,  özünü  seçdiyi  müdafiəçi  vasitəsi  ilə  müdafiə  etmək  və  müəyyən  şərtlər 

çərçivəsində pulsuz hüquqi yardımın təmin edilməsi (



Pakelli Almaniyaya qarşı

, § 31). 

 

(

A

)

 

Tətbiq dairəsi 

277.  Cinayət  törətməkdə  ittiham  olunan  hər  hansı  şəxs  məhkəmə  icraatının  hər 

mərhələsində 6-cı Maddənin 3(c) yarımbəndi ilə qorunmalıdır (

İmbrioskia İsveçrəyə qarşı

, § 


37). Beləliklə, bu müdafiə hətta iş məhkəməyə göndərilməzdən əvvəl vacib ola bilər, belə ki, 

bu mərhələdə 6-cı Maddənin müddəalarına riayət edilməməsi nəticəsində ədalətli məhkəmə 

araşdırması  əsaslı  surətdə  pozula  bilər  (

Öcalan  Türkiyəyə  qarşı

  [BP],  §  131; 



İmbrioskia 

İsveçrəyə qarşı

, § 36; 


Magi Birləşmiş Krallığa qarşı

, § 41). 

278.  6-cı  Maddənin  3(b)  yarımbəndi  məhkəməyə  hazırlıqla  əlaqədar  məqamlarla  bağlı 

olsa da, 6-cı Maddənin 3(c) yarımbəndi təqsirləndirilən şəxsə daha ümumi yardım hüququ və 

bütün icraat müddətində hüquqşünas dəstəyi təmin edir (

Kan Avstriyaya qarşı

, § 54). 

279.  6-cı Maddənin 3(c) yarımbəndinin məhkəmədən əvvəlki mərhələdə, başqa sözlə ilkin 

istintaq  müddətində  tətbiq  edilmə  qaydası  məhkəmə  icraatının  xüsusiyyətlərindən  və 

məhkəmə  işinin  hallarından  asılıdır  (

Brennan  Birləşmiş  Krallığa  qarşı

,  §  45; 



Berlinski 

Polşaya qarşı

§ 75). 6-cı Maddə adətən təqsirləndirilən şəxsə polis tərəfindən dindirilmənin 

ilkin  mərhələsindən  etibarən  hüquqşünas  yardımından  yararlanmağa  icazə  verilməsini  tələb 

edir (


Con Murrey Birləşmiş Krallığa qarşı

, § 63; 


Öcalan Türkiyəyə qarşı

 [BP], § 131; 



Salduz 

Türkiyəyə qarşı

 [BP], § 54; 



Averill Birləşmiş Krallığa qarşı

, § 59; 


Brennan Birləşmiş Krallığa 

qarşı

,  §  45; 



Dayanan  Türkiyəyə  qarşı

§  31).  Lakin  bu  hüquq  ciddi  səbəblər  olduqda 



məhdudlaşdırıla bilər (

Con Murrey Birləşmiş Krallığa qarşı

, § 63; 


Magi Birləşmiş Krallığa 

qarşı

§  41).  Hər  bir  məhkəmə  işində  sual  bundan  ibarət  olur  ki,  məhkəmə  icraatına 

bütövlükdə baxıldıqda, məhdudiyyət təqsirləndirilən şəxsi ədalətli məhkəmə araşdırmasından 

məhrum  edibmi  (



Con  Murrey  Birləşmiş  Krallığa  qarşı

,  §  63; 



Brennan  Birləşmiş  Krallığa 

qarşı

, § 45). Hətta  ciddi səbəblər hüquqşünasa çıxış imkanının rədd edilməsinə müstəsna hal 

kimi  bəraət  qazandırdıqda  belə,  bu  məhdudiyyət  təqsirləndirilən  şəxsin  6-cı  maddə 

çərçivəsindəki hüquqlarına gərəksiz xələl gətirməməlidir (



Salduz Türkiyəyə qarşı

 [BP], § 55). 

280.  Bənzər  şəkildə  6-cı  Maddənin  3(c)  yarımbəndinin  apellyasiya  və  ya  kassasiya 

məhkəmələri  ilə  əlaqədar  tətbiq  edilmə  qaydası  məhkəmə  icraatının  xüsusiyyətlərindən 

asılıdır  (

Pakelli  Almaniyaya  qarşı

,  §  29;  və  müvafiq  dəyişikliklərlə 



Meftah  və  başqaları 

Fransaya  qarşı

[BP],  §  41).  Milli  hüquq  sistemində  həyata  keçirilmiş  məhkəmə  icraatı, 

apellyasiya  və  ya  kassasiya  məhkəməsinin  icraatdakı  rolu  bütövlükdə  nəzərə  alınmalıdır 

(

Monnel  və  Morris  Birləşmiş  Krallığa  qarşı

§  56;  və  müvafiq  dəyişikliklərlə 



Meftah  və 

başqaları Fransaya qarşı

 [BP], § 41). Bütövlükdə cinayət ittihamı kontekstində apellyasiyaya 

icazə  prosedurunun  xarakteri  və  onun  əhəmiyyəti,  apellyasiya  məhkəməsinin  səlahiyyət 

dairəsi  və  ərizəçinin  maraqlarının  apellyasiya  məhkəməsi  qarşısında  faktiki  olaraq  təqdim 

edilmə  və  müdafiə  olunma  qaydası  kimi  məsələlərin  nəzərə  alınması  zəruridir  (

Monnel  və 

Morris Birləşmiş Krallığa qarşı

§ 56). 



 

(

B

)

 

Şəxsən müdafiə 

281.  Konvensiyanın  6-cı  Maddəsi,  bütövlükdə  götürüldükdə,  cinayət  törətməkdə  ittiham 

olunan şəxsin dinləmədə iştirak hüququnun olduğunu nümayiş etdirir 

(Zana Türkiyəyə qarşı

[BP], § 68; 



Monnel və Morris Birləşmiş Krallığa qarşı

§ 58). 6-cı Maddənin bu hüquqla sıx 

əlaqəli olan § 3(c) bəndi təqsirləndirilən şəxsə özünü şəxsən müdafiə etmək imkanı təklif edir. 

Buna  görə  də  ədalət  mühakiməsinin  maraqları  əksini  tələb  etmədikdə,  təqsirləndirilən  şəxs 

özünü  öz  iradəsi  ilə  təmsil  etdiyi  təqdirdə,  o,  bir  qayda  olaraq,  6-cı  Maddənin  tələblərini 

pozmur (


Qalstyan Ermənistana qarşı

§ 91). 


282.  Bununla  belə,  özünü  şəxsən  müdafiə  etmək  hüququ  mütləq  səciyyəli  deyil. 

Təqsirləndirilən şəxsin özünü müdafiə etməsinə icazə verilməsi və ya onun üçün vəkilin təyin 

46

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə