Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə17/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

 



(3)  Ağlabatan müddət 

Maddə 6 § 1 

"...hər kəs ağlabatan müddətdə ... işinin araşdırılması hüququna malikdir ". 

 

(



A

)

 

Məhkəmə baxışının müddətinin müəyyən edilməsi 

182.  Cinayət  işlərində  6-cı  Maddənin  hər kəsin  işinin  ağlabatan  müddətdə  araşdırılması 

hüququna malik olduğunu nəzərdə tutan 1-ci bəndinin məqsədi təqsirləndirilən şəxsin həddən 

artıq uzun müddət şübhəli qismində qalmamasının və ittihamın müəyyən olunmasının təmin 

edilməsidir (

Vemhoff Almaniyaya qarşı

, § 18; 


Kart Türkiyəyə qarşı

 [BP], § 68). 



1.  Nəzərə alınacaq müddətin başlama vaxtı 

183.  Nəzərə  alınmalı  olan  müddət  şəxsin  ittiham  olunduğu  gündən  başlayır  (



Neymeister 

Avstriyaya qarşı

, § 18). 

184.  "Ağlabatan müddət" iş birinci instansiya məhkəməsinə təqdim olunmamışdan əvvəl 

başlaya  bilər  (



Devir  Belçikaya  qarşı

,  §  42),  məsələn  həbs  anından  etibarən  (



Vemhoff 

Almaniyaya qarşı

, § 19), şəxsə qarşı ittihamın irəli sürüldüyü andan (



Neymester Avstriyaya 

qarşı

, § 18) və ya ilkin istintaqın başladıldığı andan (



Rinqayzen Avstriyaya qarşı

§ 110). 


185.  6-cı  Maddənin  1-ci  bəndinin  məqsədləri  çərçivəsində  "ittihama"  belə  tərif  verilə 

bilər: "səlahiyyətli orqan tərəfindən hər hansı şəxsə cinayət törətdiyi ilə bağlı iddia haqqında 



rəsmi  bildirişin  verilməsi"  (

Devir  Belçikaya  qarşı

§ 46),  bu  tərif  həm  də  şübhəlinin 

vəziyyətinin "əhəmiyyətli dərəcədə təsirə məruz qalıb-qalmaması" ilə bağlı yoxlama meyarına 

cavab verir (



Devir Belçikaya qarşı

, § 46; 


Neymester Almaniyaya qarşı

, § 13; 


Ekle Almaniyaya 

qarşı

 § 73; 


MakFarleyn İrlandiyaya qarşı

 [BP], § 143). 

 

2.  Müddətin sonu 

186.  Məhkəmə  qət  etmişdir  ki,  cinayət  işlərində  6-cı  Maddənin  tətbiq  edildiyi  müddət 

sözügedən  məhkəmə  baxışını  bütövlükdə  (

Keniq  Almaniyaya  qarşı

,  §  98),  apellyasiya 

icraatları daxil olmaqla (

Delkur Belçikaya qarşı

 §§ 25-26; 



Keniq Almaniyaya qarşı

, § 98; 


V. 

Birləşmiş Krallığa qarşı

 [BP], § 109) əhatə edir. Bundan əlavə, 6-cı Maddənin 1-ci bəndi son 

nöqtənin ittihamı müəyyən edən hökm olduğunu göstərir; bu, irəli sürülən ittihamın mahiyyəti 

üzrə hökm verən apellyasiya məhkəməsinin qərarı ola bilər. (



Neymester Avstriyaya qarşı

, § 


19). 

187.  Nəzərə alınacaq müddət azı bəraət alınana və ya ittiham hökmünə qədər davam edir 

(bu  qərar  apellyasiya  zamanı  verilmiş  olsa  belə).  Bundan  əlavə,  aidiyyəti  olan  şəxslərə 

məhkəmə baxışındakı gecikmələrə qarşı təmin edilmiş müdafiənin məhkəmədəki ilk dinləmə 

ilə yekunlaşması üçün heç bir səbəb yoxdur: məhkəmələr tərəfindən lazımsız təxirəsalmalar 

və uzun gecikmələrdən də ehtiyyat edilməlidir (



Vemhoff Almaniyaya qarşı

, § 18). 

188.  Məhkumluq  barədə  hökmün  verilməsi  halında  cəza  təsbit  edilmədikcə,  6-cı 

Maddənin 1-ci bəndinin mənası çərçivəsində "... hər hansı cinayət ittihamı" müəyyən edilmiş 

olmur (

Ekle Almaniyaya qarşı

, § 77; 


Rinqeyzen Avstriyaya qarşı

, § 110; 



V. Birləşmiş Krallığa 

qarşı

, [BP], § 109). 

189.  6-cı  Maddənin  məqsədləri  çərçivəsində  hər  hansı  məhkəmə  tərəfindən  verilmiş 

qərarın  icrasına  məhkəmə  baxışının  ayrılmaz  hissəsi  kimi  baxılmalıdır 

(

Assanidze   Gürcüstana  qarşı

  [BP],  § 181).  İştirakçı  Dövlətin  milli  qanunvericiliyi  və  ya 

inzibati sistemi bəraət barədə yekun, məcburi qüvvəyə malik məhkəmə qərarının bəraət alan 

şəxsin  ziyanına  icrasız  qalmasına  icazə  versəydi,  Konvensiyanın  6-cı  Maddəsində  nəzərdə 

tutulan təminatlar xəyali səciyyə daşıyardı. Cinayət icraatları bütöv bir proses təşkil edir və 6-

cı  Maddənin  təminatları  bəraət  qərarından  sonra  qüvvədən  düşmür  (eyni  mənbə,  §  182). 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

33 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

Dövlət inzibati orqanları təqsirləndirilən şəxsə bəraət verən hökmdən imtina edə və  ya ona 



riayət etməyə və hətta onun icrasını gecikdirə bilsəydi, 6-cı Maddədə nəzərdə tutulan, icraatın 

məhkəmə  mərhələsində  təqsirləndirilən  şəxsə  verilmiş  təminatlar  qismən  xəyali  səciyyə 

daşıyardı (eyni mənbə, § 183). 

 

(



B

)

 

Ağlabatan müddətin qiymətləndirilməsi 

1.  Prinsiplər 

190.  Məhkəmə  baxışının  müddətinin  ağlabatanlığı  məhkəmə  işinin  ümumi 



qiymətləndirmə  tələb  edən  halları  nəzərə  alınmaqla  müəyyən  olunmalıdır  (

Boddaert 

Belçikaya  qarşı

,  §  36).  Məhkəmə  icraatının  müəyyən  mərhələləri  ayrılıqda  məqbul  sürətlə 

həyata  keçirilsə  də,  icraatın  ümumi  müddəti  "ağlabatan  müddəti"  aşa  bilər 

(

Dobberten  Fransaya qarşı

, § 44).

 

191.  6-cı  Maddə  məhkəmə  icraatının  operativ  olmasını  tələb  edir,  lakin  eyni  zamanda 



ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün daha ümumi prinsip müəyyən edir. Bu 

fundamental  tələbin  müxtəlif  aspektləri  arasında  ədalətli  balans  təmin  olunmalıdır 

(

Boddaert Belçikaya qarşı

, § 39). 

 

2.  Meyarlar 

192.  Cinayət  mühakimə  icraatının  müddətinin  ağlabatan  olub-olmadığının  müəyyən 

edilməsi  zamanı  Məhkəmə  işin  mürəkkəbliyi,  ərizəçinin  davranışı,  müvafiq  inzibati  və 

məhkəmə orqanlarının davranışı kimi amilləri nəzərə almışdır (



Koniq Almaniyaya qarşı

, § 99; 


Neymester Avstriyaya qarşı

, § 21; 


Rinqeysen Avstriyaya qarşı

, § 110; həmçinin bax: 



Pelisye 

və Sassi Fransaya qarşı

 [BP], § 67; və 



Pedersen və Baadsqaard Danimarkaya qarşı

, § 45). 

193.  Məhkəmə  işinin  mürəkkəbliyi,  məsələn,  ittihamların  sayından,  təqsirləndirilən  və 

şahid kimi prosesə cəlb olunmuş şəxslərin sayından və  ya işin beynəlxalq aspektindən irəli 

gələ  bilər  (

Neymester  Avstriyaya  qarşı

,  §  20:  bu  işdə  sözügedən  sövdələşmələrin  nəticələri 

müxtəlif  ölkələri  əhatə  edirdi  və  İnterpolun  yardımını,  qarşılıqlı  hüquqi  yardım  haqqında 

sazişlərin icrasını tələb edirdi, habelə iyirmi iki şəxsə aid idi ki, onlardan bir neçəsi də xaricdə 

idi).  Şübhələr  "ağ  yaxalıq"  cinayəti,  yəni  istintaq  orqanlarının  araşdırmalarından  yayınmaq 

məqsədilə  nəzərdə  tutulmuş  mürəkkəb  sövdələşmələri  və  bir  neçə  şirkəti  ehtiva  edən, 

əhəmiyyətli  mühasibat  və  maliyyə  səriştəliliyi  tələb  edən  iri  miqyaslı  fırıldaqla  əlaqədar 

olduqda da məhkəmə işi həddən artıq mürəkkəb ola bilər (



K.P. və başqaları Fransaya qarşı

, § 


30). 

194.  Məhkəmə işi müəyyən mürəkkəbliyə malik olsa da, Məhkəmə izahsız uzunmüddətli 

qeyri-fəallıq  müddətlərini  "ağlabatan"  hesab  edə  bilməz  (

Adiletta  İtaliyaya  qarşı

,  §  17: 

burada  işin  istintaq  hakiminə  ötürülməsi  ilə  təqsirləndirilən  şəxs  və  şahidlərin  dindirilməsi 

arasında  beş  il  gecikmə  və  işin  istintaq  hakiminə  qaytarılması  ilə  ərizəçinin  yenidən 

məhkəməyə verilməsi arasında bir il doqquz aylıq yubanma daxil olmaqla, ümumi müddət on 

üç il və beş ay təşkil etmişdi). 

195.  Ərizəçinin  davranışı. 6-cı  Maddə  ərizəçilərdən  məhkəmə  orqanları  ilə  fəal 

əməkdaşlıq etməyi tələb etmir. Onları milli qanunvericiliyə əsasən mövcud hüquqi müdafiə 

vasitələrindən tam istifadə etdiklərinə görə də təqsirləndirmək olmaz. Lakin onların davranışı 

cavabdeh Dövlətə şamil edilə bilməyən və məhkəmə icraatının müddətinin ağlabatan həddi 

aşıb-aşmadığının müəyyən edilməsində nəzərə alınmalı olan obyektiv faktı təşkil edir (

Ekle 

Almaniyaya  qarşı

,  §  82:  bu  məhkəmə  işində  ərizəçilər  hakimlərdən  sistemli  imtina  kimi 

icraatı  ləngidəcək hərəkətlərə  getdikcə  daha  çox  müraciət  edirdilər;  bu  hərəkətlərin  bəziləri 

hətta bilərəkdən maneələrin yaradılmasını nəzərdə tuturdu). 

196.  Nəzərə  alınmalı  olan  davranış  nümunələrindən  biri  ərizəçinin  iş  materiallarından 

aydın görünən istintaqı ləngitmək niyyətidir (



İ.A. Fransaya qarşı

, § 121: bu məhkəmə işində 

ərizəçi, başqa amillərlə yanaşı, bir sıra əlavə istintaq tədbirləri barədə vəsatət qaldırmamışdan 

34

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə