Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   12   13   14   15   16   17   18   19   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

dindirilməsini  zəruri  edən  mübahisəli  faktlar  və  ya  etibarlılıqla  bağlı  məsələlər  mövcud 



olmadıqda, yaxud təqsirləndirilən şəxsə öz mövqeyini  yazılı qaydada ifadə etmək və özünə 

qarşı  irəli  sürülmüş  sübutlara  etiraz  etmək  üçün  adekvat  imkan  verildikdə  şifahi  iclas  tələb 

olunmaya bilər (

Yussila Finlandiyaya qarşı

 [BP], §§ 41-42, 47-48). Bununla əlaqədar olaraq 

milli  orqanların  səmərəlilik  və  qənaət  tələblərinin  nəzərə  alması  legitimdir  (

Yussila 

Finlandiyaya  qarşı

[BP],  §§  41-43,  47-48,  əlavə  vergi  ilə  əlaqədar  məhkəmə  icraatı; 



Suhadolc Sloveniyaya qarşı

 (qər.), yol hərəkəti qaydalarının pozulması üzrə sadələrşdirilmiş 

məhkəmə icraatı ilə bağlı). 

 

(



C

)

 

Apellyasiya icraatları 

168.  Təqsirləndirilən  şəxsin  apellyasiya  icraatında  şəxsən  iştirakı  birinci  instansiya 

məhkəməsinə  olduğu  qədər  həlledici  əhəmiyyət  daşımır.  6-cı  Maddənin  apellyasiya 

instansiyasında  icraatlara  tətbiq  edilmə  qaydası  müəyyən  edilərkən  sözügedən  icraatın 

xüsusiyyətləri  və  milli  hüquqda  icraatın  bütövlüyü  və  apellyasiya  məhkəməsinin  buradakı 

rolu nəzərə alınmalıdır (



Ermi İtaliyaya qarşı

 [BP], § 60).  

169.  Apellyasiya  şikayəti  ilə  bağlı  icraat  və  fakt  məsələlərini  deyil,  hüquq  məsələlərini 

ehtiva edən icraatlar təqsirləndirilən şəxsə apellyasiya və ya kassasiya məhkəməsi tərəfindən 

şəxsən dinlənilmək imkanı verilmədikdə belə, 6-cı Maddənin tələblərinə uyğun ola bilər, bir 

şərtlə  ki,  birinci  instansiya  məhkəməsində  açıq  iclas  keçirilmiş  olsun  (



Monnell  və  Morris 

Birləşmiş Krallığa qarşı

, § 58, apellyasiya hüququ ilə bağlı və 



Satter İsveçrəyə qarşı

, § 30 


kassasiya məhkəməsi ilə bağlı). 

170.  Hətta  apellyasiya  məhkəməsi  həm  faktlarla  bağlı,  həm  də  hüquq  məsələlərinə 

baxmaq  səlahiyyətinə  malik  olsa  da,  6-cı  Maddə  açıq  məhkəmə  araşdırması  hüququnu  və 

şəxsən iştirak hüququnu (



Feyde İsveçə qarşı

, § 31) hər zaman tələb etmir. Bu məsələ ilə bağlı 

qərarın qəbul edilməsi üçün sözügedən icraatın xüsusiyyətləri, ərizəçinin maraqlarının faktiki 

olaraq  necə  təqdim  edildiyi  və  apellyasiya  məhkəməsi  qarşısında  necə  müdafiə  olunduğu- 

xüsusən məhkəmədə baxılan məsələlərin xarakteri kontekstində - nəzərə alınmalıdır (

Seliviak 

Polşaya qarşı

, § 54; 


Sibqalutin Rusiyaya qarşı

, § 36). 

171.  Lakin işə faktlar və hüquq nöqteyi-nəzərindən baxmalı və təqsir və təqsirsizliyi tam 

qiymətləndirməli  olduqda,  apellyasiya  məhkəməsi  məsələni,  təqsirləndirilən  şəxsin  cinayət 

olduğu  iddia  edilən  hərəkətə  yol  vermədiyini  sübuta  yetirmək  üçün  şəxsən  təqdim  etdiyi 

sübutu  birbaşa  qiymətləndirmədən,  həll  edə  bilməz  (



Popoviçi  Moldovaya  qarşı

,  §  68; 



Lakadena Kalero İspaniyaya qarşı

, § 38). Açıq məhkəmə araşdırması prinsipi təqsirləndirilən 

şəxsin  sübutu  apellyasiya  məhkəməsinə  şəxsən  təqdim  etmək  hüququnu  ehtiva  edir.  Bu 

baxımdan məhkəmənin açıqlığı prinsipi təqsirləndirilən şəxsin müdafiə hüquqlarına zəmanət 

verilməsi məqsədini daşıyır (

Tirs və başqaları San Marinoya qarşı

, § 95). 

 

(

D

)

 

Məhkəmə iclasının açıqlığı qaydasından istisnalar 

172.  Açıq  məhkəmə  araşdırması  tələbinə  istisnalar  da  var.  Bu,  6-cı  Maddənin  aşağıdakı 

müddəanın  daxil  olduğu  1-ci  bəndinin  mətnindən  də  görünür:  "...  yetkinlik  yaşına 

çatmayanların  maraqları  və  ya  tərəflərin  şəxsi  həyatının  müdafiəsi  tələb  etdikdə,  yaxud 

məhkəmənin fikrincə aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar 

zamanı  ciddi  zərurət  olduqda  mətbuat  və  ictimaiyyət  bütün  proses  boyu  və  ya  onun  bir 

hissəsində  məhkəmə  iclasına  buraxılmaya  bilər".  İcraatların  tam  və  ya  qismən  qapalı 

keçirilməsini  işin  halları  qəti  surətdə  tələb  etməlidir  (



Velke  və  Bialek  Polşaya  qarşı

,  §  74; 



Martinie Fransaya qarşı 

[BP], § 40). 

173.  Bu istisnaların bir və ya bir neçəsinin tətbiqi üçün əsas varsa, hakimiyyət orqanları 

belə  məhdudiyyət  üçün  əsasın  olduğunu  düşündükləri  təqdirdə,  iclasın  qapalı  keçirilməsi 

barədə qərar qəbul edə bilərlər, lakin buna məcbur deyillər (

Toeva  Bolqarıstana qarşı

 (qər.)). 

174.  Cinayət mühakimə icraatlarında açıq məhkəmə araşdırması ilə bağlı yüksək gözlənti 

olsa  da,  bəzən,  məsələn,  şahidlərin  təhülkəsizliyinin  və  ya  şəxsi  həyatlarının 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

31 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

toxunulmazlığının  qorunması  və  ya  ədalət  mühakiməsinin  həyata  keçirilməsi  üçün  sərbəst 



məlumat və fikir mübadiləsinə imkan yaratmaq məqsədilə 6-cı Maddə çərçivəsində icraatların 

açıq və ictimai xarakterinin məhdudlaşdırılması zəruri ola bilər (



B. və P. Birləşmiş Krallığa 

qarşı

, § 37). 

175.  Təhlükəsizlik  məsələləri  bir  çox  cinayət  mühakimə  icraatlarının  ümumi  cəhəti  olsa 

da,  yalnız  təhlükəsizlik  məsələsinin  məhkəmə  araşdırmasının  ictimaiyyətə  qapalı 

keçirilməsinə haqq qazandırdığı işlərə nadir hallarda rast gəlinir (

Ripan Avstriyaya qarşı

, § 


34).  Təhlükəsizlik  tədbirləri  ehtiyatla  düşünülməli  və  zərurət  prinsipinə  uyğun  olmalıdır. 

Məhkəmə  orqanları  məhkəmə  zalında  təhlükəsizliyi  təmin  etmək  üçün  bütün  mümkün 

alternativləri nəzərə almalı və eyni məqsədə cavab verən tədbirlər arasından daha mülayimini 

seçməlidirlər (



Krestovski Rusiyaya qarşı

§ 29). 


176.  İctimai  asayişin  nəzərə  alınması  və  təhlükəsizlik  məsələləri  ictimaiyyətin  məhkum 

edilmiş məhbuslara qarşı intizam icraatına buraxılmamasına haqq qazandıra bilər (



Kempbel və 

Fell Birləşmiş Krallığa qarşı

§ 87). 


177.  Adi məhkəmə baxışının həbsxanada keçirilməsi mütləq surətdə onun açıq olmadığnı 

bildirmir.  Lakin  məhkəmə  baxışının  məhkəmə  zalından  kənarda  keçirilməsinə  səbəb  olan 

maneələrlə  qarşılaşdıqda,  Dövlət  ictimaiyyət  və  KİV-in  dinləmənin  yeri  barədə  lazımınca 

məlumatlandırılmasının  və  iclasa  effektiv  çatımlılığa  malik  olmasının  təmin  edilməsi  üçün 

kompensasiya edici tədbirlər görməlidir (

Ripan Avstriyaya qarşı

, §§ 28-29). 

178.  İş  materiallarında  gizli  məlumatların  olması  öz-özlüyündə  məhkəmə  baxışının 

avtomatik  olaraq,  ictimaiyyətə  açıqlıq  və  milli  təhlükəsizliklə  bağlı  narahatlıqlar  arasında 

balans nəzərə alınmadan qapalı keçirilməsinin zəruri olduğunu göstərmir. Cinayət mühakimə 

icraatının  ictimaiyyətə  qapalı  keçirilməsindən  əvvəl,  məhkəmələr  qapalılığın  dövlətin  aşkar 

marağının qorunması üçün zəruri olduğu barədə konkret qənaətlər formalaşdırmalı və gizliliyi 

belə  marağın  qorunması  üçün  zəruri  olan  həddə  saxlamalıdırlar  (



Belaşev   Rusiyaya  qarşı

§ 83; 



Velke və Białek Polşaya qarşı

, § 77). 

 

(

E

)

 

Məhkəmə qərarlarının açıq elanı 

179.  Məhkəmə  "açıq  elan  edilir"  sözlərini  hərfi  təfsir  etmək  məcburiyyətində  olduğunu 

hesab etmir (

Satter İsveçrəyə qarşı

, § 33; 


Kempbel və Fell Birləşmiş Krallığa qarşı

, § 91).  

180.  Açıq məhkəmə iclasında elan olunmasını  nəzərdə tutduğu  görünən ifadə formasına 

baxmayaraq,  qərarın  ictimaiyyətə  açıqlanması  üçün  başqa  vasitələr  də  6-cı  Maddənin  1-ci 

bəndinə  uyğun  ola  bilər.  Bir  qayda  olaraq  cavabdeh  Dövlətin  milli  qanunvericiliyi 

çərçivəsində  "qərar"ın  nəşr  forması  sözügedən  məhkəmə  icraatının  xüsusiyyətləri  nəzərə 

alınmaqla  və  bu  kontekstdə  6-cı  Maddənin  1-ci  bəndənin  məqsədinə,  daha  dəqiq  desək, 

ədalətli  məhkəmə  araşdırması  hüququna  təminatın  verilməsi  məqsədilə  ictimaiyyətin 

məhkəmə  orqanlarına  nəzarətinin  təmin  edilməsi  vəzifəsinə  istinad  edilməklə 

qiymətləndirilməlidir.  Belə  qiymətləndirmə  aparılan  zaman  məhkəmə  icraatı  bütövlükdə 

nəzərə alınmalıdır (

Velke və Bialek Polşaya qarşı

, § 83, qapalı keçirilən məhkəmə icraatında 

hökmün  açıq  elanının  nəticə  hissəsiin  elanı  ilə  məhdudlaşdırılmasının  6-cı  Maddənin 

müddəalarını pozmaması). 

181.  Məhkəmə  qərarının  bütövlükdə  ictimaiyyətdən  gizlədilməsinə  bəraət  qazandırıla 

bilməz. Təhlükəsizliklə bağlı legitim narahatlıqlar məhkəmə qərarlarının yalnız açıqlanması 

milli  təhlükəsizliyə  və  ya  başqalarının  təhlükəsizliyinə  mənfi  təsir  edə  biləcək  hissələrinin 

gizlədilməsi kimi müəyyən üsullarla həll edilə bilər (



Raza Bolqarıstana qarşı

, § 53; 


Fazliyski 

Bolqarıstana qarşı

, §§ 6768). 

 

 

32



 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə