Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə11/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   7   8   9   10   11   12   13   14   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

99.  Qanunvericilikdə  cinayət  mühakimə  icraatının  qaydalarının  müəyyən  edilməməsi 



tərəflərin  bərabərliyini  poza  bilər,  çünki  onların  məqsədi  təqsirləndirilən  şəxsi  hər  hansı 

səlahiyyətin  aşılması  halından  qorumaqdır,  buna  görə  də  müdafiənin  belə  qaydaların 

olmamasından  və  ya  qeyri-müəyyənliyindən  əziyyət  çəkmək  ehtimalı  yüksəkdir  (

Koem  və 

başqaları Belçikaya qarşı

, § 102). 

100.  İttiham  və  müdafiə  tərəflərinin  şahidləri  ilə  bərabər rəftar  olunmalıdır;  lakin 

pozuntunun  müəyyən  olunması  şahidin  imtiyazlı  mövqedən,  doğrudan  da  yararlanıb-

yararlanmadığından asılıdır (

Boniş  Avstriyaya qarşı

, § 32 və əksinə 



Brandştetter Avstriyaya 

qarşı

, § 45).  

101.  Dəlillərin müdafiə  tərəfinə  açıqlanmaması tərəflərin bərabərliyi prinsipini (eləcə də 

çəkişməli  məhkəmə  hüququnu)  poza  bilər 



(Kuopila  Finlandiyaya  qarşı

,  §  38,  müdafiə 

tərəfinə əlavə polis hesabatı ilə bağlı şərh verməyə imkan verilməməsi ilə əlaqədar). 

102.  Tərəflərin bərabərliyini həmçinin təqsirləndirilən şəxsin ictimai maraqların müdafiəsi 

əsası ilə məhkəmə işinin materiallarına və digər sənədlərə çatımlılığının məhdudlaşdırılması 

da poza bilər (



Matişek Polşaya qarşı

, § 65). 

 

2.  Çəkişməli proses 

103.  Ədalətli  məhkəmə  araşdırması  hüququnun  fundamental  aspekti  cinayət  mühakimə 

icraatının,  o  cümlədən  bu  prosedurla  əlaqədar  prosessual  elementlərin  çəkişmə  səciyyəli 

olması, habelə ittiham və müdafiə tərəfləri arasında tərəflərin bərabərliyinin mövcudluğudur. 

Cinayət işində çəkişməli proses hüququ dedikdə, həm ittiham, həm də müdafiə tərəfinə qarşı 

tərəfin  təqdim  etdiyi  sübutlar və  fikirlərdən  xəbərdar  olmaq  və  onlarla  bağlı  şərh vermək 

imkanının  verilməsi  nəzərdə  tutulur.  Əlavə  olaraq,  6-cı  Maddənin  1-ci  bəndi  prokurorluq 

orqanlarından  təqsirləndirilən  şəxsin  lehinə  və  ya  əleyhinə  olan  bütün  maddi  sübutları 

müdafiə tərəfinə açıqlamaq tələb olunur (

Rou və Devis Birləşmiş Krallığa qarşı

, [BP], § 60). 

104.  Cinayət mühakimə icraatında 6-cı Maddənin 1-ci bəndi adətən 6-cı Maddənin 3-cü 

bəndi çərçivəsindəki müdafiə hüquqları, xüsusilə də şahidləri dindirmək hüququ ilə üst-üstə 

düşür. 

105.  Sübutun ictimai maraq naminə müdafiə tərəfinə açıqlanmaması hallarında Məhkəmə 



konkret  məhkəmə  işində  sübutun  açıqlanmamasına  icazə  verən  qərarın  əsasının  olub-

olmadığını  təhlil  etmir.  O,  daha  çox  çəkişməli  məhkəmə  icraatı  və  tərəflərin  bərabərliyi 

tələblərinin mümkün dərəcədə ödəndiyini və təqsirləndirilən şəxsin maraqlarının qorunması 

üçün adekvat təminatların verildiyini yəqin etmək məqsədilə, açıqlanmama qərarının qəbulu 

prosesini yoxlayır. 

106.  


Rou  və  Devis  Birləşmiş  Krallığa  qarşı  işində

  [BP]  Məhkəmə  6-cı  Maddənin  1-ci 

bəndinin  pozulduğunu  müəyyən  etmişdir,  çünki  ittiham  tərəfi  sözügedən  sübutu  birinci 

instansiya  məhkəməsinin  hakiminə  təqdim  etməmiş,  ona  sübutun  açıqlanması  məsələsi  ilə 

bağlı  qərar  qəbul  etmək  imkanı  verməmiş,  beləliklə  də,  ərizəçini  ədalətli  məhkəmə 

araşdırması hüququndan məhrum etmişdir. Lakin 



Casper Birləşmiş Krallığa qarşı

 [BP] (§ 58) 

işində Məhkəmə açıqlanmayan materialın ittiham materiallarının bir hissəsini təşkil etməməsi 

və  heç  vaxt  andlılara  təqdim  edilməməsi  faktına  əsaslanaraq,  6-cı  Maddənin  1-ci  bəndinin 

pozulmadığını qət etmişdir. 

107.  Lakin müvafiq sübutun açıqlanması hüququ mütləq hüquq deyil. Cinayət mühakimə 

icraatında milli təhlükəsizlik və ya qisas riski ilə üzləşən şahidlərin qorunması, yaxud polisin 

istifadə  etdiyi  cinayət  istintaqı  metodlarının  sirrinin  mühafizəsi  kimi  toqquşan  maraqlardan 

söhbət gedə bilər və bu maraqlar təqsirləndirilən şəxsin hüquqları ilə müqayisə olunmalıdır. 

Bəzi hallarda başqa şəxsin fundamental hüquqlarının qorunması və ya vacib ictimai marağın 

təmin edilməsi məqsədilə müəyyən sübutun müdafiə tərəfinə açıqlanmaması zəruri ola bilər. 

Lakin 6-cı Maddənin 1-ci bəndinə əsasən yalnız son dərəcə zəruri hallarda müdafiə tərəfinin 

hüquqlarını  məhdudlaşdıran  belə  tədbirlərə  icazə  verilir  (

Van  Mexelen  və  başqaları 

Niderlanda  qarşı

,  §  58).  Bundan  əlavə,  təqsirləndirilən  şəxsin  məhkəmə  araşdırmasının 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

21 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

ədalətli  olması  üçün  hüquqların  məhdudlaşdırılmasının  müdafiə  tərəfi  üçün  yaratdığı 



çətinliklər, məhkəmə orqanları tərəfindən riayət olunan prosedurlar vasitəsilə yetərli dərəcədə 

balanslaşdırılmalıdır (



Doorson Niderlanda qarşı

, § 72; 


Van Mexelen və başqaları Niderlanda 

qarşı

, § 54). 

108.  

Edvards  və  Lyuis  Birləşmiş  Krallığa  qarşı

  [BP]  işində  ərizəçilərin  sübuta 

çatımlılığının  təmin  edilməsindən  imtina  edilmişdi,  beləliklə,  onların  nümayəndələri  təhrik 

etmə  işi  üzrə  mövqelərini  məhkəmə  qarşısında  tam  əsaslandıra  bilməmişdilər.  Müvafiq 

olaraq,  Məhkəmə  6-cı  Maddənin  1-ci  bəndinin  pozulduğunu  qət  etmişdir,  çünki  sübutun 

açıqlanması və təhrik etmə məsələlərinin müəyyələnləşdirilməsi üçün istifadə edilən prosedur 

çəkişməli  məhkəmə  icraatı  və  tərəflərin  bərabərliyi  tələblərinə  cavab  vermir,  eyni  zamanda 

təqsirləndirilən şəxsin qorunması üçün adekvat təminatları ehtiva etmirdi. 

109.  Tərəflərin iclasdan əvvəl məruzəçi hakimin hesabatını almadığı, baş vəkilin isə aldığı 

və tərəflərin baş vəkilin bəyanatlarına cavab vermək imkanının olmadığı halda da çəkişməli 

məhkəmə  icraatı  hüququnun  pozulduğu  müəyyən  edilmişdir  (

Raynhard  və  Sliman-Kaid 

Fransaya qarşı

, §§ 105-106). 

 

(

B

)

 

Məhkəmə qərarlarının əsaslandırılması 

110.  Ədalət  mühakiməsinin  düzgün  həyata  keçirilməsi  ilə  bağlı  prinsipi  əks  etdirən, 

formalaşmış  presedent  hüququna  əsasən,  məhkəmələrin  və  tribunalların  qərarları 

əsaslandıqları səbəbləri adekvat şəkildə göstərməlidir (



Papon Fransaya qarşı

, (qər.)). 

111.  Əsaslandırılmış  qərarlar  tərəflərə  eşidildiklərini  nümayiş  etdirmək,  beləliklə  də 

onların  verilmiş  qərarı  qəbul  etməyə  daha  meyli  olmasına  töhfə  vermək məqsədi  daşıyır. 

Bundan əlavə, onlar hakimləri qərarlarını obyektiv arqumentlərlə əsaslandırmağa, həmçinin 

müdafiə tərəfinin hüquqlarını qorumağa vadar edir. Lakin, səbəblərin göstərilməsi öhdəliyinin 

həcmi qərarın xarakterindən asılı olaraq dəyişir və məhkəmə işinin halları nəzərə alınmaqla 

müəyyənləşdirilməlidir (



Ruiz Toriya İspaniyaya qarşı

, § 29). 

112.  Məhkəmələr  irəli  sürülmüş  hər  bir  arqumentə  cavab vermək məcburiyyətində 

olmasalar da (



Van de Hurk Niderlanda qarşı

, § 61), qərardan aydın olmalıdır ki, məhkəmə 

işinin əsas məsələlərinə baxılıb (bax: 

Boldea Rumıniyaya qarşı

, § 30). 

113.  Milli məhkəmələr qərarlarının nəyə əsaslandığını kifayət qədər aydın göstərməlidirlər 

ki,  məhkəmə  işinin  istənilən  tərəfi  mümkün  apellyasiya  hüququndan  effektiv  istifadə  edə 

bilsin (

Hadjianastassiu Yunanıstana qarşı



Boldea Rumıniyaya qarşı

). 

 

1.  Andlı iclasçılar tərəfindən qəbul edilmiş qərarların əsaslandırılması 

114.  Cinayət  işlərində  andlılar  nadir  hallarda  verdiktlərini  əsaslandırırlar  və  bunun 

ədalətliliyi  bir  sıra  işlərdə  əvvəl  Komissiya,  daha  sonra  Məhkəmə  tərəfindən  nəzərdən 

keçirilmişdir. 

115.  Konvensiya  andlılardan  qərarlarını  əsaslandırmağı  tələb  etmir  və  6-cı  Maddə 

verdiktin  əsaslandığı  səbəblər  göstərilməsə  belə,  təqsirləndirilən  şəxsin  andlılar  tərəfindən 

mühakimə olunmasına mane olmur (

Sariç Danimarkaya qarşı

, (qər.)). Bununla belə, ədalətli 

məhkəmə araşdırması tələbinin təmin edilməsi üçün təqsirləndirilən şəxs, eləcə də ictimaiyyət 

verilən  verdikti  başa  düşə  bilməlidir;  bu,  özbaşınalığa  qarşı  son  dərəcə  vacib  zəmanətdir 

(

Takske Belçikaya qarşı [BP]

, § 92; 


Legiyon Fransaya qarşı

, § 53). 

116.  Andlıların  iştirakı  ilə  ağır  cinayətlər  məhkəməsi  zamanı  andlılardan  şəxsi 

qənaətlərinin səbəblərini göstərmək tələb olunmadığından - və ya buna icazə verilmədiyindən 

-  hər  bir  xüsusi  prosessual  xüsusiyyət  nəzərə  alınmalıdır.  Belə  halda  6-cı  Maddə  hər  hansı 

özbaşınalıq riskindən yayınmaq və təqsirləndirilən şəxsin hökmün əsaslarını başa düşməsinə 

imkan  vermək məqsədilə  yetərli  təminatların  olub-olmadığının  qiymətləndirilməsini  tələb 

edir. Belə prosessual təminatlara, məsələn, sədrlik edən hakimin andlılara ortaya çıxan hüquq 

məsələləri və ya təqdim edilmiş sübutlarla bağlı istiqamət və ya təlimatlar verilməsi, andlılara 

22

 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə