Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə8/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   ...   4   5   6   7   8   9   10   11   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

 



 

(a) Müstəqil məhkəmə 

1.  Ümumi prinsiplər 

55.  Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi hakimiyyətin digər qollarından (yəni icra 

hakimiyyəti  və  qanunverici  hakimiyyətdən),  həmçinin  tərəflərdən  müstəqillik  tələb  edir 

(

Ninn-Hansen Danimarkaya qarşı

 (qər.)). 

56.  Dövlətin  siyasi  və  məhkəmə  orqanlarının  səlahiyyətlərinin  ayrılması  anlayışı 

Məhkəmənin presedent hüququnda getdikcə daha çox əhəmiyyət qazansa da, nə 6-cı Maddə, 

nə  də  Konvensiyanın  hər  hansı  başqa  müddəası  Dövlətlərdən  hakimiyyət  orqanlarının 

qarşılıqlı fəaliyyətində  yol verilən limitlə bağlı hər hansı nəzəri konstitusion anlayışa riayət 

etməyi  tələb  etmir.  Sual  hər  zaman  bundan  ibarət  olur  ki,  verilən  halda  Konvensiyanın 

tələblərinə əməl olunubmu (

Henrik Urban və Rişard Urban Polşaya qarşı

, § 46). 

 

2.  Müstəqilliyin qiymətləndirilməsi meyarları 

57.  Məhkəmə  hər  hansı  orqanın  "müstəqil"  hesab  oluna  bilib-bilməyəcəyinin  müəyyən 

olunması üçün aşağıdakı meyarlara nəzər salır (

Findli Birləşmiş Krallığa qarşı

, § 73): 

–  məhkəmənin üzvlərinin təyin olunma qaydası və onların vəzifədə qalma müddəti

–  kənar təzyiqlərə qarşı təminatların mövcudluğu

–  orqan müstəqillik görüntüsünı malikdirmi. 

 

(i) Orqanın üzvlərinin təyin edilmə qaydası 

58.  Hakimlərin  Parlament  tərəfindən  təyin  olunması  öz-özlüyündə  hakimlərin 

müstəqilliyini  şübhə  altına  ala  bilməz  (

Filippini  San  Marinoya  qarşı

,  (qər.); 



Ninn-Hansen 

Danimarkaya qarşı

 (qər.)) 

59.  Bənzər şəkildə, hakimlərin icra hakimiyyəti tərəfindən təyin edilməsi təyin edilənlərin 

məhkəmə  funksiyalarını  yerinə  yetirən  zaman  təsir  və  təzyiqdən  azad  olması  şərtilə  yol 

veriləndir (

Henrik Urban və Rişard Urban Polşaya qarşı

, § 49; 


Kempbell və Fell Birləşmiş 

Krallığa

 qarşı, 


§ 79). 

60.  Məhkəmə işinin konkret bir hakim və ya məhkəməyə həvalə edilməsi bu məsələlərlə 

məşğul  olan  milli  hakimiyyət  orqanlarının  mülahizə  səlahiyyəti  dairəsinə  daxil  olsa  da, 

Məhkəmə  bunun  6  §  1-ci  Maddəyə,  xüsusən  onun  müstəqillik  və  qərəzsizliklə  bağlı 

tələblərinə uyğun edildiyini yəqin etməlidir (

Moiseyev Rusiyaya qarşı

, § 176). 

 

(ii)  Orqanın üzvlərinin səlahiyyət müddəti 

61.  Mütləq  minimum  səlahiyyət  müddəti  müəyyən  edilməmişdir.  Hakimlərin  vəzifədə 

olduqları müddətdə kənarlaşdırıla bilməməsi ümumilikdə onların müstəqilliyinin əsası hesab 

olunmalıdır. Lakin bu kənarlaşdırılmama qaydasının qanunla rəsmi qaydada tanınmaması öz-

özlüyündə müstəqilliyin olmaması deyildir, bir şərtlə ki,  bu prinsip faktiki olaraq tanınmış 

olsun və digər zəruri təminatların mövcud olsun (



Kempbell və Fell Birləşmiş Krallığa qarşı

, § 


80). 

 

(iii) Kənar təzyiqlərə qarşı təminatlar 

62.  Məhkəmənin  müstəqilliyi  ayrı-ayrı  hakimlərin  məhkəmə  sistemi  daxilində  və 

xaricində  qanunsuz  təsirlərdən  azad  olmağı  tələb  edir.  Məhkəmənin  daxili  müstəqilliyi 

onlardan hakim həmkarlarının və ya məhkəmədə inzibati öhdəlikləri yerinə yetirən şəxslərin, 

məsələn,  məhkəmə  sədrinin  və  ya  kollegiyanın  sədrinin  təzyiqlərindən  və  göstərişlərindən 

azad  olmağı  tələb  edir.  Hakimlərin  məhkəmə  sistemi  daxilində,  xüsusən  tabe  olduqları 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

15 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

şəxslərə  münasibətdə  müstəqilliyini  təmin  edən  yetərli  təminatların  olmaması  Məhkəmənin 



ərizəçinin həmin məhkəmənin müstəqilliyi və qərəzsizliyi ilə bağlı şübhələrinin əsaslı olduğu 

qənaətinə  varmasına  gətirib  çıxara  bilər  (



Parlov-Tkalçiç  Xorvatiyaya  qarşı

,  §  86



Daktaras 

Litvaya qarşı

, § 36; 


Moiseyev Rusiyaya qarşı

, § 184). 

 

(iv) Müstəqillik görüntüsü 

63.  "Məhkəmənin" 6-cı Maddənin 1-ci bəndinə uyğun olaraq müstəqil hesab oluna bilib-

bilməyəcəyinin  müəyyən  edilməsi  üçün  zahiri  meyarlar  da  əhəmiyyətli  ola  bilər.  Məsələ 

demokratik  cəmiyyətdə  məhkəmələrin  əhaliyə  və  söhbət  cinayət  mühakimə  icraatından 

getdikdə, təqsirləndirilən şəxsə aşılamalı olduğu etimaddadır (

Şahiner Türkiyəyə qarşı

, § 44). 

64.  Müəyyən  bir  məhkəmənin  müstəqil  və  ya  qərəzsiz  olmaması  ilə  bağlı  narahatlığın 

qanuni  əsasının  olub-olmadığının  qərarlaşdırılmasında  təqsirləndirilən  şəxsin  mövqeyi 

əhəmiyyətli  olsa  da,  həlledici  deyil.  Həlledici  olan  onun  şübhələrinin  obyektiv  olaraq 

əsaslandırıla  bilinib-bilinməməsidir  (



İnkal  Türkiyəyə  qarşı

§  71).  Məhkəmə  "obyektiv 



müşahidəçi"nin baxılan məhkəmə işinin hallarında bu məsələ ilə bağlı narahatlıq üçün əsas 

görməyəcəyi  qənaətinə  vardıqda,  müstəqilliklə  bağlı  problem  olmayacaq  (



Klark  Birləşmiş 

Krallığa qarşı

, (qər.)). 

65.  "Məhkəmənin"  üzvlərin  tərkibinə  vəzifə  və  xidmətlərinin  təşkili  baxımındanişin 

tərəflərindən  birinin  tabeçiliyində  olan  şəxslər  daxil  olarsa,  təqsirləndirilən  şəxs  həmin 

şəxslərin müstəqilliyindən şübhəsi legitim olar (

Şahiner Türkiyəyə qarşı

, § 45). 

 

(b)  Qərəzsiz məhkəmə 

66.  Konvensiyanın 6-cı Maddəsinin 1-ci bəndi tətbiq dairəsinə daxil olan "məhkəmənin

qərəzsiz  olmasını  tələb  edir.  Qərəzsizlik,  bir  qayda  olaraq,  tərəfgir  fikir  və  ya  qeyri-

obyektivliyin  olmamasıdır  və  onun  mövcudluğu  və  ya  yoxluğu  müxtəlif  üsullarla  yoxlana 

bilər (

Kiprianu Kiprə qarşı

 [BP], § 118; 



Mikallef Maltaya qarşı

 [BP], § 93). 

 

1.  Qərəzsizliyin qiymətləndirilməsi meyarları 

67.  Məhkəmə aşağıdakıları bir-birindən fərqləndirir: 

–  subyektiv  yanaşma,  yəni  konkret  işdəki  hakimin  şəxsi  inam  və  ya  marağının 

olduğunun yəqin edilməyə çalışılması; 

–  obyektiv  yanaşma,  yəni  şəxsə  bu  baxımdan  hər  hansı  legitim  şübhəni  istisna  etmək 

üçün  yetərli  təminatınverilib-verilmədiyinin  müəyyələnləşdirilməsi  (



Kiprianu  Kiprə

 

qarşı, 

[BP], § 118; 



Piersak Belçikaya qarşı

, § 30; 


Qrivz Birləşmiş Krallığa qarşı

 [BP], 


§ 69). 

 

68.  Lakin bu iki anlayış arasında aşkar fərq yoxdur, belə ki, hər hansı hakimin davranışı 



nəinki kənar müşahidəçinin nöqteyi-nəzərindən qərəzsizliklə bağlı obyektiv şübhələr doğura 

bilər (obyektiv test), həm də onun şəxsi inancı (subyektiv test) ilə bağlı məsələni ortaya çıxara 

bilər.  Buna  görə  də  hər  hansı  məhkəmə  işinə  hansı  testin  və  ya  testlərin  tətbiq  ediləcəyi 

mübahisəli davranışın konkret faktlarından asılıdır (



Kiprianu Kiprə qarşı 

[BP], § 119 və 121). 

 

(i) Subyektiv yanaşma 

69.  Subyektiv  testin  tətbiqi  zaman  Məhkəmə  dəfələrlə  müəyyən  etmişdir  ki,  əksini 

göstərən sübut mövcud olmadıqca hakimin şəxsi qərəzsizliyi prezumpsiyası vardır (

Kiprianu 

Kiprə qarşı

, [BP], § 119; 



Hauşild Danimarkaya qarşı

, § 47). 

70.  Tələb olunan sübuta gəldikdə isə Məhkəmə, məsələn, hakimin ədavət və ya pis niyyət 

nümayiş  etdirmədiyini,  yaxud  şəxsi  səbəblərə  görə  işin  ona  həvalə  edilməsini  təşkil 

etmədiyini yəqin etməyə çalışmışdır (

De Kubber Belçikaya qarşı

, § 25). 

16

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə