Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   2   3   4   5   6   7   8   9   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

cərimələrə  (



Qisse  Fransaya  qarşı

)  və  iqtisadi,  maliyyə  və  rəqabət  haqqında  qanunvericilik 

sahəsində səlahiyyətli müəyyən inzibati orqanlara (

Lilly France S.A. Fransaya qarşı

 (qər.); 



Dubus S.A. Fransaya qarşı



A Menarini Diagnostics S.r.l İtaliyaya qarşı

) tətbiq edilə biləcəyi 

qəbul olunmuşdur. 



 

(3)  Siyasi məsələlər 

20.  6-cı maddənin cinayət hüququ aspekti seçki sanksiyaları (



Pyer - Blox Fransaya qarşı

§§  53-60),  siyasi  partiyaların  buraxılması  (



Refah  Partisi  )  və  başqaları   Türkiyəyə  qarşı

 

(qər.)); parlamentin tədqiqat komissiyaları (



Montera İtaliyaya qarşı

 (qər.)); Konstitusiyanın 

kobud surətdə pozulmasına görə ölkə prezidentinin impiçmenti (

Paksas Litvaya qarşı

 [BP], 


§§ 66-67) ilə əlaqədar məhkəmə icraatlarına tətbiq edilmir. 

21.  Lüstrasiya  icraatlarına  gəldikdə  isə,  Məhkəmə  müəyyən  etmişdir  ki,  cinayət 

konnotasiyalı  aspektlərin  üstünlük  təşkil  etməsi  (hüquq  pozuntusunun  xarakteri  -  həqiqətə 

uyğun olmayan lüstrasiya bəyanatı - və cəzanın xarakteri və ağırlıq dərəcəsi - uzun müddət 

müəyyən  peşə  ilə  məşğulluğun  qadağan  edilməsi)  bu  icraatları  Konvensiyanın  6-cı 

maddəsinin  cinayət  aspektinə  aid  edə  bilər  (



Matişek  Polşaya  qarşı

  (qər.);  əksi  üçün  bax: 



Sidabras və Dzyautas Litvaya qarşı

 (qər.)). 

 

(4)  Ölkədən çıxarılma və ekstradisiya 

22.  Əcnəbilərin  ölkədən  çıxarılması  prosedurları,  cinayət  mühakimə  icraatı  kontekstində 

həyata  keçirildikdə  belə,  6-cı  Maddənin  cinayət  hüququ  aspektinin  tətbiq  dairəsinə  düşmür 

(

Maauya Fransaya qarşı

 [BP], § 39). Eyni istisnaedici yanaşma ekstradisiya prosedurlarına 

(

Penyafiel Salqado İspaniyaya qarşı

 (qər.)) və ya Avropa həbs orderi ilə əlaqədar icraatlara 

(

Monedero Anqora İspaniyaya qarşı

 (qər.)) tətbiq edilir. 

23.  Lakin  həbs  cəzasının  deportasiya  və  on  il  ölkədən  çıxarılma  ilə  əvəz  edilməsi  ilkin 

hökmlə eyni əsaslarla təyin edilmiş cəza hesab oluna bilər (

Qurquçiani İspaniyaya qarşı

, §§ 


40 və 47-48 ). 

 

(5)  Cinayət  mühakimə  icraatının  müxtəlif  mərhələləri,  köməkçi  icraatlar  və 



müşayiət edici hüquqi müdafiə vasitələri 

24.  6-cı  Maddədə  müəyyən  edilən  təminatlar  asayişin  pozulmasının  və  ya  cinayətin 

qarşısının alınması üçün qəbul edilmiş tədbirləri əhatə etmir (polis tərəfindən xüsusi nəzarət - 

Raymondo İtaliyaya qarşı

, § 43; və  ya öz məktəbində qızlara qarşı nalayiq hərəkətlər edən 

yetkinlik yaşına çatmayan şəxsə polis tərəfindən verilən xəbərdarlıq - 

R. Birləşmiş Krallığa 

qarşı

 (qər )). 

25.  Məhkəməyə  qədərki  mərhələyə  gəldikdə  (dindirilmə,  istintaq),  Məhkəmə  cinayət 

mühakimə icraatlarına bir tam halında baxır. Buna görə də 6-cı Maddənin ağlabatan müddət 

tələbi və ya müdafiə hüququ kimi bəzi tələbləri icraatın bu mərhələsinə də müvafiqdir, belə 

ki, ilkin mərhələdə bu tələblərə əməl edilməməsi məhkəmənin ədalətliliyinə ciddi zərər vura 

bilər  (

İmbrioşia  İsveçrəyə  qarşı

,  §  36).  İstintaq  hakimləri  "cinayət  ittihamı"nı  müəyyən 

etməsələr  də,  onlar  tərəfindən  atılan  addımlar  mühakimə  prosesi  daxil  olmaqla,  sonrakı 

icraatların aparılmasına və ədalətliliyinə birbaşa təsir edir. Müvafiq olaraq, 6-cı Maddənin 1-

ci bəndinin istintaq hakiminin apardığı istintaq prosesinə tətbiq edilə biləcəyi qəbul edilsə də, 

6-cı Maddənin 1-ci bəndində nəzərdə tutulan prosessual təminatların bəziləri tətbiq edilməyə 

bilər (

Vera Fernandez-Uidobro İspaniyaya qarşı

, §§ 108-114 ). 

26.  6-cı Maddənin 1-ci bəndi hökmün çıxarılması prosesi daxil olmaqla, hər hansı "cinayət 

ittihamının" müəyyən edilməsi prosesinə bütövlükdə tətbiq edilir (məsələn, 

Fillips Birləşmiş 

Krallığa  qarşı

  işində  §  39,  milli  məhkəmələrə  müsadirə  qərarının  verilə  biləcəyi  məbləği 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 




6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

müəyyən etmək imkanı verən müsadirə prosedurları). 6-cı Maddənin cinayət hüququ aspekti 



həmçinin  tikinti  icazəsi  olmadan  inşa  edilmiş  evin  uçurulması  ilə  nəticələnən  məhkəmə 

icraatlarına tətbiq edilə bilər, çünki uçurulma "cəza" hesab oluna bilər (



Amer Belçikaya qarşı

§  60  ).  Lakin,  o,  ilkin  hökmün  yeni  Cinayət  Məcəlləsinin  şəxs  üçün  daha  əlverişli 

müddəalarına uyğunlaşdırılması ilə bağlı icraatlara tətbiq edilmir (

Nurməhəmmədov Rusiyaya 

qarşı

, § 50). 

27.  Amnistiyanın  tətbiqi  (

Monkorne  de  Komon  Fransaya  qarşı

  (qər.)),  vaxtından  əvvəl 

şərti azadlığa buraxılma (

A. Avstriyaya qarşı

 (qər.)), məhkum olunmuş şəxslərin köçürülməsi 

haqqında  Konvensiya  çərçivəsində  köçürülmə  icraatları  (

Sabo  İsveçə  qarşı

  (qər.)  əks 

qənaətlər üçün bax: 

Buyen Almaniyaya qarşı işi

, §§ 40-45, xüsusən işin xüsusi halları nəzərə 

alındıqda)  və  xarici  məhkəmə  tərəfindən  çıxarılmış  müsadirə  qərarının  icrası  ilə  əlaqədar 

ekzekvatur icraatlar kimi (

Sakkoçça Avstriyaya qarşı

 (qər.) cəzaların icrası üzrə icraatlara 6-cı 

maddənin cinayət aspekti tətbiq edilmir. 

28.  Prinsip  etibarilə,  üçüncü  tərəflərin  onlara  qarşı  cinayət  icraatının  başladılması 

təhlükəsi  mövcud  olmadığı  halda  mülkiyyət  hüququna  mənfi  təsir  edən  müsadirə  tədbirləri 

"cinayət ittihamının müəyyən edilməsi" deyildir (



Air Canada Birləşmiş Krallığa qarşı işində 

hava  gəmisinin  müsadirəsi, 

§  54; 

AGOSI  Birləşmiş  Krallığa  qarşı  işində  qızıl  sikkələrin 

müsadirəsi 

§§ 65-66). Əvəzində belə tədbirlər 6-cı Maddənin mülki hüquq aspektinə uyğun 

gəlir


 (Silikiene Litvaya qarşı

, §§ 45-46). 

29.  Prinsipcə  6-cı  Maddədə  nəzərdə  tutulan  təminatlar  müvafiq  cinayət  mühakimə 

icraatlarının  sonrakı  mərhələsini  təşkil  edən  və  ya  nəticələri  təqsirli  hesab  olunmuş  şəxslər 

üçün  həlledici  olan  hüquq  məsələləri  üzrə  apellyasiya  şikayətlərinə  (

Mefta  və  başqaları 

Fransaya  qarşı

,  [BP],  §  40)  və  Konstitusiya  məhkəməsi  icraatlarına  (



Qast  və  Popp 

Almaniyaya  qarşı

,  §§  65-66; 



Kaldas  Ramirez  de  Arreliano  İspaniyaya  qarşı

  (qər.))  tətbiq 

edilir. 

30.  Nəhayət,  6-cı  Maddə  məhkəmə  işinin  yenidən  açılması  icraatlarına  tətbiq  edilmir, 

çünki  haqqında  yekun  hökm  çıxarılmış,  işinin  yenidən  açılması  üçün  müraciət  edən  şəxs 

həmin Maddənin anlamı çərçivəsində "cinayət törətməkdə ittiham olunmur" (



Fişer Avstriyaya 

qarşı

  (qər.)).  Yalnız  məhkəmə  işinin  yenidən  açılması  üçün  qaldırılan  vəsatət  təmin 

edildikdən  sonra  yeni  icraatlar  cinayət  ittihamının  müəyyən  edilməsi  baxımından  nəzərdən 

keçirilə  bilər  (



Leffler  Avstriyaya  qarşı

,  §§  18-19).  Bənzər  qaydada  6-cı  Maddə  Məhkəmə 

pozuntu  müəyyən  etdikdən  sonra  cinayət  mühakimə  icraatının  yenidən  başladılması  üçün 

qaldırılan  vəsatətə  tətbiq  edilmir  (



Öcalan  Türkiyəyə  qarşı

  (qər.)).  Lakin  6-cı  Maddənin 

cinayət hüququ aspekti yekun hökmə düzəlişlərinin edilməsi ilə nəticələnən nəzarət yoxlama 

icraatlarını əhatə edir (



Vanyan Rusiyaya qarşı

, § 58). 

 

II.  ÜMUMİ TƏMİNATLAR 

Maddə 6 § 1 

Hər kəs, ... ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, ... qanun əsasında yaradılmış məhkəmə vasitəsi 

ilə ... ədalətli ... araşdırılması ... hüququna malikdir." 

 

A. Məhkəməyə çatımlılıq hüququ 

31.  Cinayət  məsələlərində  "məhkəməyə  çatımlılıq  hüququ"  mülki  hüquq  məsələlərilə 

müqayisədə daha mütləq deyil. Ona nəzərdə tutulmuş məhdudiyyətlər tətbiq olunur (



Devir 

Belçikaya qarşı

, § 49; həmçinin bax: 



Kart Türkiyəyə qarşı

 [BP], § 67). 

32.  Lakin məhdudiyyətlər bu hüququn icrasını onun əsl mahiyyətini zədələyəcək şəkildə 

və  miqyasda  məhdudlaşdırmamalıdır.  Onlar  qanuni  məqsəd  daşımalıdır  və  istifadə  edilən 

10

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə