Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   2   3   4   5   6   7   8   9   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

vasitələrlə  qarşıya  qoyulan  məqsəd  arasında  müvafiq  proporsionallıq  olmalıdır  (



Qeren 

Fransaya qarşı

, [BP], § 37 və 



Omar Fransaya qarşı

 [BP], § 34 mülki işlərə istinadlarla). 

33.  Məhkəməyə çatım hüququna qoyulan məhdudiyyətlər aşağıdakılardan irəli gələ bilər: 

Deputat  toxunulmazlığı:  Millət  vəkillərinin  toxunulmazlığının  (məsuliyyətdən  azad 

olunma  və  toxunulmazlıq)  hər  iki  növünün  təminatları  eyni  ehtiyaca  -  vəzifələrinin  yerinə 

yetirilməsində Parlamentin müstəqilliyinin təmin edilməsinə xidmət edir. Şübhəsiz ki, siyasi 

motivli cinayət mühakimə icraatlarının başladılması imkanının qarşısını almaqla və beləliklə 

müxalifəti çoxluğun təzyiqinə və hücumuna qarşı qorumaqla toxunulmazlıq Parlamentin tam 

müstəqilliyinə  nail  olmağa  kömək  edir  (



Kart  Türkiyəyə  qarşı

  [BP],  §  90,  mülki  işlərə 

istinadlarla). Bundan başqa, parlament üzvlərinə qarşı icraatların başladılması onların mənsub 

olduğu məclisin funksionallığına təsir edə və Parlamentin işini poza bilər. Buna görə də adi 

qanuna  istisna  təşkil  edən  bu  toxunulmazlıq  sistemi  qanuni  məqsədə  xidmət  edən  sistem 

hesab edilə bilər (eyni mənbə: § 91). 

34.  Lakin  işin  halları  nəzərdən  keçirilmədən  parlament  toxunulmazlığının  qanuniliyi 

haqqında  bu  fikrin  Konvensiyaya  uyğunluğu  haqqında  hər  hansı  qənaətə  gəlmək  olmaz. 

Parlament  toxunulmazlığının  məhkəməyə  çatımlılıq  hüququnu  bu  hüququn  əsl  mahiyyətini 

zədələyəcək şəkildə və miqyasda məhdudlaşdırmadığı müəyyən edilməlidir. Belə bir tədbirin 

proporsionallığının yoxlanması Parlamentin bütövlüyünün mühafizəsi ilə bağlı ümumi maraq 

və  ərizəçinin  ona  qarşı  yönəldilmiş  cinayət  ittihamlarına məhkəmədə  cavab verə  bilmək 

məqsədilə  parlament  toxunulmazlığının  aradan  qaldırılması  ilə  bağlı  fərdi  marağı  arasında 

ədalətli  balansın  nəzərə  alınması  deməkdir.  Məhkəmə  proporsionallıq  məsələsini  nəzərdən 

keçirən zaman baxdığı işdə sözügedən toxunulmazlığın miqyasına xüsusi diqqət yetirməlidir 

(eyni  mənbə:  §§  92-93).  Qoruyucu  tədbir  Parlamentin  bütövlüyünü  nə  qədər  az  qoruyarsa, 

onun tətbiqinin əsaslandırılması bir o qədər inandırıcı olmalıdır (eyni mənbə: § 95). Beləliklə, 

məsələn, Məhkəmə müəyyən etmişdir ki, parlament üzvünün toxunulmazlığından imtina edə 

bilməməsi  onun  məhkəməyə  çatımlılıq  hüququnu  pozmur,  çünki  toxunulmazlıq  sadəcə 

cinayət  mühakimə  icraatı  önündə  müvəqqəti  prosessual  maneədir  və  parlamentdəki  vəzifə 

müddəti ilə məhdudlaşır (eyni mənbə: §§ 111-113). 

35. Apellyasiya şikayəti üçün qəbuledilənlik tələbləri kimi prosessual normalar

36.  Lakin  apellyasiya  hüququ,  heç  şübhəsiz,  qanunvericilik  tələblərinə  tabe  olsa  da, 

prosessual  normaların  tətbiqi  zamanı  məhkəmələr  icraatların  ədalətliliyinə  mənfi  təsir  edə 

biləcək ifrat formallıqdan qaçınmalıdırlar (

Valçli Fransaya qarşı, 

§ 29). Prosessual normanın 

xüsusən ciddi tətbiqi bəzən məhkəməyə çatımlılıq hüququnun əsl mahiyyətini zədələyə bilər 

(

Laberger Fransaya qarşı

§ 23), xüsusən apellyasiyanın əhəmiyyəti və məhkəmə icraatının 

uzunmüddətli həbsə məhkum edilmiş ərizəçi üçün hansı nəticələrə səbəb ola biləcəyi nəzərə 

alınarsa (

Laberger Fransaya qarşı

§ 20). 


37.  Məhkəməyə çatımlılıq hüququna prosessual pozuntular da mənfi təsir edir, məsələn, 

cərimələrə  qarşı  apellyasiya  şikayətlərinin  və  ya  öhdəliklərdən  azad  olunma  haqqında 

ərizələrin  qəbuledilnliyini  yoxlayan  prokurorluq  əməkdaşı  şikayətinin  mahiyyəti  ilə  bağlı 

qərar  verməklə  və  beləliklə,  ərizəçini  sözügedən  "ittihamın"  hakim  tərəfindən  müəyyən 

edilməsi imkanından məhrum etməklə ultra vires (səlahiyyətlərini aşmaqla) hərəkət etdikdə. 

(

Jussom Fransaya qarşı

§ 32). 

38.  Apellyasiya şikayətini yanlış əsaslarla qəbuledilməz elan edən qərar standart cəriməyə 



bərabər məbləğdə  depozitin  tutulmasına  və  nəticədə  cərimənin  ödənmiş  hesab  olunmasına, 

cinayət  təqibinin  sonlandırılmasına  və  ərizəçinin  artıq  cəriməni  ödədiyi  üçün  "məhkəmə

qarşısında ittiham olunduğu  yol hərəkəti pozuntusu əleyhinə etiraz edə  bilməməsinə gətirib 

çıxardığı halda da eyni yanaşma tətbiq edilir (



Selis Fransaya qarşı

§ 34). 


39.  Daha  bir  nümunə:  hüquqi  normaların  düzgün  tətbiq  edilməməsi  ilə  bağlı  şikayəti 

qanunla  müəyyən  edilmiş  müddətə  riayət  şərtinin  ödənməməsi  əsası  ilə  qəbuledilməz  elan 

olunan  ərizəçi  məhkəməyə  çatımlılıq  hüququnun  həddən  artıq  məhdudlaşdırılmasından 

əziyyət çəkmişdi. Halbuki, həmin şərtə riayət edilməməsinin səbəbi hakimiyyət orqanlarının 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

11 



6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

birinci instansiya məhkəməsinin qərarını həbsdə olan və buna görə də yeri təyin edilə biləcək 



ərizəçiyə təqdim etmək öhdəliklərini yerinə yetirməməsi idi (

Davran Türkiyəyə qarşı

, §§ 40-


47). 

40.  Əvvəl çıxarılmış qərarın icra edilməsi tələbi: 

Həbs  orderinin  çıxarılmasına  baxmayaraq,  könüllü  təslim  olmayan  ərizəçilərin  hüquqi 

normaların  düzgün  tətbiq  edilməməsi  ilə  bağlı  ərizələrinin  avtomatik  olaraq  qəbuledilməz 

hesab olunmasına gəldikdə isə:  

–  demokratik  cəmiyyətdə  müdafiə  hüququnun  və  hüququn  aliliyi  prinsipinin  aşkar 

əhəmiyyəti  nəzərə  alındıqda,  hüquqi  normaların  düzgün  tətbiq  olunmaması  ilə  bağlı 

şikayətin  ərizəçinin  ədalət  mühakiməsindən  yayınması  səbəbindən  qəbul  olunmaz 

hesab  edilməsi  qeyri-proporsional  sanksiyadır  (

Pautrimol  Fransaya  qarşı

§  38; 


həmçinin bax: 

Qeren  Fransaya qarşı

, § 45; 


Omar Fransaya qarşı

, § 42). 

–  hüquqi  normaların  düzgün  tətbiq  edilməməsi  ilə  bağlı  şikayətin  yalnız  ərizəçi 

apellyasiya verdiyi məhkəmə qərarından sonra təslim olmadığı səbəbilə qəbul edilməz 

hesab  olunması  o  deməkdir  ki,  həmin  qərar  ərizəçini  etiraz  edilən  qərara  görə 

vaxtından  əvvəl  azadlığından  məhrum  olmağa  vadar  edir,  halbuki,  həmin  qərar 

apellyasiya  barədə  qərar  qəbul  edilənə  və  ya  apellyasiya  şikayəti  üçün  verilən  vaxt 

limiti  bitənə  qədər  yekun  hesab  edilə  bilməz.  Bu,  ərizəçi  üzərinə  qeyri-proporsional 

yük qoyur və məhkəmə qərarlarının icrasının təmin edilməsi ilə bağlı qanuni zərurətlə 

Kassasiya  Məhkəməsinə  çatımlılıq,  müdafiə  hüququnun  həyata  keçirilməsi  arasında 

ədalətli balansın pozulmasına gətirib çıxarır. (

Omar Fransaya qarşı

, §§ 40-41; 



Qeren 

Fransaya qarşı

, § 43). 

 

41.  Eyni  yanaşma  təslim  olmaq  öhdəliyinə  riayət  etmədiyi  üçün  ərizəçinin  hüquq 



məsələləri  ilə  bağlı  şikayət  hüququndan  məhrum  edilməsi  halına  da  tətbiq  edilir  (

Xalfaui 

Fransaya qarşı

, § 46; 


Papon Fransaya qarşı (№ 2)

, § 100). 

42.  Lakin  sürət  həddinin  aşılmasına  görə  təyin  edilən  cərimənin  əleyhinə  apellyasiya 

üçün  depozit  tələbi  -  bu  tələbin  məqsədi  yol  hərəkəti  qaydaları  pozuntuları  sahəsində 

gecikdirmə  məqsədli  və  əziyyətli  apellyasiya  şikayətlərinin  qarşısının  alınmasıdır  - 

məhkəməyə  çatımlılıq  hüququ  üzərində  qanuni  və  proporsional  məhdudiyyət  hesab  oluna 

bilər (

Şneyder Fransaya qarşı

 (qər.)). 

43. Məhkəməyə çatımlılıq hüququnu pozan başqa məhdudiyyətlər, məsələn, hakimiyyət 

orqanlarının birinci instansiya məhkəməsinin çıxardığı qərarı yumşaltmaq barədə yalançı vəd 

verməklə təqsirləndirilən şəxsi apellyasiya şikayətini geri çəkmək üçün dilə tutması halında 

(

Marpa  Zeeland  B.V.  və  Metal  Welding  B.V  Niderlanda  qarşı

,  §§  46-51);  yaxud  rəsmi 

qaydada  təyin  edilmiş  vəkili  yardım  göstərməkdən  imtina  etdikdən  sonra  apellyasiya 

məhkəməsi təqsirləndirilən şəxsə hüquq məsələləri ilə bağlı şikayətinin verilməsi üçün yeni 

vaxt limiti haqqında məlumat vermədikdə baş verə bilər (



Kulikovski Polşaya qarşı

, § 70). 

 

B.  İnstitusional tələblər 

Konvensiyanın 6 § 1-ci Maddəsi 

"Hər kəs ona qarşı hər hansı cinayət ittihamı ... irəli sürülərkən, qanun əsasında yaradılmışmüstəqil və qərəzsiz 

məhkəmə vasitəsi ilə işinin ... araşdırılması... hüququna malikdir..." 

 

(1) "Məhkəmə" anlayışı 

44.  İntizam  orqanı  və  ya  inzibati  orqan  milli  sistemdə  "tribunal" və  ya "məhkəmə" 

adlandırılmadıqda  belə,  6-cı  Maddənin  müstəqil  anlamı  çərçivəsində  "məhkəmə

xarakteristikasına  malik  ola  bilər.  Məhkəmənin  presedent  hüququnda  tribunal  bu  terminin 

12

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə