Case-law guide on Article 6 (criminal) aze



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə3/33
tarix14.02.2018
ölçüsü1,37 Mb.
#26860
1   2   3   4   5   6   7   8   9   ...   33

6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

 

GİRİŞ 



6-cı Maddə -Ədalətli məhkəmə araşdırması hüququ 

1.  Hər  kəs,  ...  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli  sürülərkən,  qanun  əsasında  yaradılmış  müstəqil  və 

qərəzsiz  məhkəmə  vasitəsi  ilə,  ağlabatan  müddətdə  işinin  ədalətli  və  açıq  araşdırılması  hüququna  malikdir. 

Məhkəmə  qərarı  açıq  elan  edilir,  lakin  demokratik  cəmiyyətdə  əxlaq,  ictimai  qayda  və  ya  milli  təhlükəsizlik 

mülahizələrinə  görə,  həmçinin  yetkinlik  yaşına  çatmayanların  maraqları  və  ya  tərəflərin  şəxsi  həyatının 

müdafiəsi  bunu  tələb  etdikdə,  yaxud  məhkəmənin  fikrincə  aşkarlığın  ədalət  mühakiməsinin  maraqlarını  poza 

biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir 

hissəsində məhkəmə iclasına buraxılmaya bilər. 

 

2.  Cinayət  törətməkdə  ittiham  olunan  hər  kəs  onun  təqsiri  qanun  əsasında  sübut  edilənədək  təqsirsiz  hesab 

edilir. 

 

3. Cinayət törətməkdə ittiham olunan hər kəs, ən azı aşağıdakı hüquqlara malikdir: 

 

(a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və 

ətraflı məlumatlandırılmaq; 

 

(b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; 

 

(c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini 

ödəmək  üçün  vəsaiti  kifayət  etmədiyi  zaman,  ədalət  mühakiməsinin  maraqları  tələb  etdikdə,  belə 

müdafiədən pulsuz istifadə etmək; 

 

(d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun 

əleyhinə  ifadə  vermiş  şahidlərlə  eyni  olan  şərtlərlə  lehinə  olan  şahidlərin  çağırması  və  dindirməsi 

hüququna malik olmaq; 

 

(e)  məhkəmədə  istifadə  olunan  dili  başa  düşmürsə  və  ya  bu  dildə  danışa  bilmirsə,  tərcüməçinin  pulsuz 

köməyindən istifadə etmək. 

 

1.  Bu  təlimat  təsis  edildiyi  vaxtdan  bu  günə  qədər  mövzu  ilə  bağlı  Strasburq 



Məhkəməsinin çıxardığı ən vacib qərarlar barədə praktik hüquqşünaslara məlumatın təqdim 

edilməsi  üçün  nəzərdə  tutulub.  Beləliklə,  sənəddə  Məhkəmənin  presedent  hüququnun 

formalaşdırdığı  əsas  prinsiplər,  müvafiq  presedentlərlə  birlikdə  şərh  olunur.  İstinad  edilən 

presedent  hüququ  seçilib:  bunlar  aparıcı,  mühüm  və  yaxın  tarixə  aid  qərarlar  və 

qərardadlardır

1



2.  Əslində  Məhkəmənin  qərarları  yalnız  qarşısına  çıxarılan  işlərin  həllinə  xidmət  etmir, 

həm də daha ümumi mənada Konvensiya ilə müəyyən olunan normaların izah olunmasına, 

qorunmasına və inkişaf etdirilməsinə və beləliklə, Dövlətlərin İştirakçı Dövlət kimi üzərlərinə 

götürdükləri  öhdəliklərə  riayət  etməsinə  töhfə  verir  (



İrlandiya  Birləşmiş  Krallığa  qarşı, 

§ 154). Beləliklə, Konvensiya sisteminin missiyası məsələləri ümumi maraqlar çərçivəsində 

ictimai  siyasət  əsasında  həll  etməkdən,  bununla  da  Konvensiya  İştirakçısı  olan  Dövlətlərdə 

insan  hüquqları  sahəsində  məhkəmə  praktikasının  genişləndirilməsindən  və  insan 

hüquqlarının qorunması üçün ümumi standartların gücləndirilməsindən ibarətdir (

Konstantin 

Markin Rusiyaya qarşı

 

[BP], § 89). 



 

 

 



1

.  İstinad edilən qərar və qərardadların hiperlinkləri ingilis və ya fransız dilində (Məhkəmənin iki rəsmi dili) 

yazılan oriinal mətnlərə keçidi təmin edir. Oxucular ingilis və/və ya fransız dilində qərar və qərardadlara, eləcə 

də onların iyirmiyə yaxın başqa dilə tərcümələrə çıxışı təmin edən Məhkəmənin presedent hüququnun 

HUDOC

 

verilənlər bazasına müraciət edə bilərlər. 



© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi 2014 

                                                 




6-

CI MADDƏ ÜZRƏ TƏLIMAT 

-

 ƏDALƏTLI MƏHKƏMƏ ARAŞDIRMASI HÜQUQU 



(

CINAYƏT HÜQUQU ASPEKTI

)

 

I.  TƏTBİQ DAİRƏSI: "CINAYƏT ITTIHAMI" ANLAYIŞI 



Maddə 6 § 1 - Ədalətli məhkəmə araşdırması hüququ 

"1.    Hər  kəs,  ...  ona  qarşı  hər  hansı  cinayət  ittihamı  irəli  sürülərkən,  ...  məhkəmə  vasitəsi  ilə  ...  ədalətli  ... 



araşdırılma ... hüququna malikdir ....

 

A. Ümumi prinsiplər 

3.  "Cinayət  ittihamı"  konsepsiyası  üzv  Dövlətlərin  milli  hüquq  sistemlərində  istifadə 

edilən kateqoriyalardan asılı olmayan "avtonom" mənaya malikdir (



Adolf Avstriyaya qarşı

, § 


30). 

4.  "İttiham"  konsepsiyası  Konvensiyada  nəzərdə  tutulan  mənada  başa  düşülməlidir. 

Beləliklə, ona "səlahiyyətli orqan tərəfindən hər hansı fərdə cinayətə törətdiyi ilə bağlı iddia 

haqqında  rəsmi  məlumatın  verilməsi"  kimi  tərif  verilə  bilər,  bu  tərif  həm  də  "[şübhəlinin] 

vəziyyətinin əsaslı surətdə təsirə məruz qalıb-qalmaması" testinə da cavab verir (məsələn bax: 

Devir  Belçikaya  qarşı

,  §§  42  və  46  və 



Ekle  Almaniyaya  qarşı

§  73).  Məhkəmə  həmçinin 

müəyyən etmişdir ki, polis məntəqəsində həbs altında saxlanan, şahid kimi dindirilməmişdən 

əvvəl and içməsi tələb olunan hər hansı şəxs artıq "cinayət ittihamının" subyekti hesab olunur 

və susmaq hüququna malikdir (

Brüsko Fransaya qarşı

, §§ 46-50). 

5.  Avtonom  "cinayət"  anlayışına  gəldikdə  isə,  Konvensiya  İştirakçı  Dövlətlər  arasında 

"dekriminallaşdırma"  istiqamətində  fəaliyyətin  əleyhinə  deyil.  Lakin,  "qanunla  nəzərdə 



tutulan"  hüquq  pozuntusu  kimi  təsnif  olunan  pozuntular  dekriminallaşdırmadan  sonra 

avtonom "cinayət hüququ" pozuntusuna aid edilə bilər. Dövlətlərə bu hüquq pozuntularının 

istisna  edilməsinə  mülahizə  səlahiyyətinin  verilməsi  Konvensiyanın  məqsədlərinə  və 

vəzifələrinə uyğun olmayan nəticələrə gətirib çıxara bilər. (bax: 



Öztürk Almaniyaya qarşı

, § 


49). 

6.  Konvensiyanın  6-cı  maddəsinin  cinayət  hüququ  aspektinin  tətbiq  edilə  bilənliyinin 

qiymətləndirilməsi  üçün  başlanğıc  nöqtəsi 

Engel  və  başqaları  Niderlanda  qarşı

  (§§  82-83) 

məhkəmə işində təsvir edilən meyarlara əsaslanır: 

(1) milli qanunvericilikdəki təsnifat; 

(2) hüquq pozuntusunun xarakteri

(3) aidiyyəti şəxsin məruz qala biləcəyi cəzanın ağırlığı. 

 

7.  İlk  meyar  nisbi  çəkiyə  malikdir  və  yalnız  başlanğıc  nöqtəsi  rolunu  oynayır.  Ölkə 



qanunvericiliyi hər hansı hüquq pozuntusunu cinayət hüququ pozuntusu kimi təsnif edirsə, o 

halda  bu,  həlledici  əhəmiyyət  daşıyır.  Əks  halda,  Məhkəmə  milli  təsnifatı  diqqətə  almır  və 

sözügedən prosedurun faktiki məzmununu incələyir. 

8.  Daha  əhəmiyyətli  hesab  olunan  ikinci  meyarın  qiymətləndirilməsi  zamanı  (



Yussila 

Finlandiyaya qarşı

 [BP], § 38) aşağıdakı amillər nəzərə alına bilər: 

–  sözügedən  hüquqi  norma  yalnız  ayrıca  qrupa  ünvanlanır,  yoxsa  hamı  üçün  məcburi 

xarakter daşıyırmı (



Bendenun Fransaya qarşı

, § 47); 

–  icraat qanunla müəyyən edilmiş icranın məcburi təmin edilməsi səlahiyyəti olan dövlət 

orqanı tərəfindənmi başladılıbmı (



Benhem Birləşmiş Krallığa qarşı

, § 56); 

–  hüquqi  normanın  məqsədi  cəzalandırma,  yoxsa  cinayətin  törədilməsindən 

çəkindirmədirmi (



Öztürk Almaniyaya qarşı

§ 53; 


Bendenun Fransaya qarşı, § 

47); 


–  cəzanın  təyin  edilməsi  təqsirin  müəyyən  edilməsindən  asılıdırmı  (

Benhem  Birləşmiş 

Krallığa qarşı

, § 56); 

6

 

© Avropa Şurası / Avropa İnsan Hüquqları Məhkəməsi, 2014 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə