Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   20   21   22   23   24   25   26   27   28

 
109 
İnqilabın şəninə çox sağlıqlar deyildi, 
Ellərin məclisində halal çörək yeyildi. 
 
Qədir bilən xalqımın sevgisinə dönüb bax!.. 
Olan olub keçibdi, mətləb üstə qayıdaq. 
 
Tələsmirdi maşınlar, gedirdi aram-aram. 
İnqilab Nadirliyə bu da böyük ehtiram!!! 
 
Xəyalları uzaqda, fikirləri dərində. 
Sıldırım qayaların dayandı bir yerində. 
 
Sonsuz bir ehtiramla baxdı ənginliklərə. 
Gözlərinin önündən gəlib keçdi dağ, dərə. 
 
Qiymətli sərvət deyir, insan daşa daş demir
Bu torpaqda yaşayan heç vaxt yüzə yaş demir. 
 
Yamacda ağ buludlar xatırladır sürünü, 
Əl dəyməmiş kurqanlar didir təfəkkürünü. 
 
Yazılı qayalarda türk oğlunun səsi var, 
Hələ də oxunmamış Alban abidəsi var. 
 
Qulağına yüz dəfə səsi gəldi nalların, 
Yeri gizlicə qaldı yüz-yüz mineralların. 
 
Doğma bir övlad kimi könlüm səni hey arar, 
Qızıl mədənlərini öz əllərim çıxarar. 
 
Göylərin zirvəsində yaşıl tacdı Kəlbəcər. 
Hələ insan əzminə çox möhtacdı Kəlbəcər. 
 
Cüyürlərin oylağı, dərələrin dərini. 
Sərin edib yurdumu "Sarı yer"in sərini. 
 


 
110 
Laləsi tabaq-tabaq dağları baş-başadır, 
İnsanları qoynunda yüz ildən çox yaşadır. 
 
"İsti su"yun canında min xəstənin əlacı. 
Boynumdan əskik olmaz göy meşənin qulacı. 
 
Göylərə bax, buludlar pərən-pərən olubdur, 
Ağlamasa boşalmaz - gözləri bərk dolubdur. 
 
"Ceyranbulaq", Dəlidağ bəlkə qaldı uzaqda. 
Ayaqyalın gələrəm qarda, buzda, sazaqda. 
 
Ürəyinin içindən qopdu həzin bir "vida"! 
Yox, yox, Kəlbəcərə mən söyləmərəm "Əlvida!". 
 
Qəlbindəki diləklər alına bilməz saya. 
Min arzu, min həsrətlə baxdı "Laçın qaya"ya. 
 
Yaxın deyil, bir xeyli uzaqdan görünürdü. 
Yenə də döşlərində buludlar sürünürdü. 
 
Ona qovuşmaq üçün çox arzular sönmüşdü. 
Adı min illərdi ki, əfsanəyə dönmüşdü. 
 
İnsanların önündə qaya gətirmədi tab. 
Keçən həmin günləri yada saldı İnqilab!.. 
 
İnsan ayağı dəyməz o qaya təslim oldu, 
Azərbaycan bildi ki, ram eləyən kim oldu!.. 
 
Demirəm təkcə vardı orda gözəl örüşlər, 
Keçirildi qoynunda çox mənalı görüşlər. 
 
Öz işini görmüşdü, İnqilabın nə dərdi. 
Qayaları həsrətlə qucaqlaya bilərdi. 
 


 
111 
"Qaya"nın ram olması bəlkə də möcüzəydi. 
Bir ehtiram olaraq dağlar başını əydi... 
 
Həyatda iz qoymayan qara kömürə dəyməz. 
Möcüzəsiz bir ömür, inan, ömürə dəyməz. 
 
Şığıyan dağ kəlləri bir anlığa durdular. 
Etiraz harayıyla qartallar qıy vurdular. 
 
Bulaqlar yol tapsaydı qənşərində coşardı. 
O vüqarlı insanın gözü indi yaşardı... 
 
Aşıq Hacı dayanıb bu büsata baxırdı. 
Qəlbinin nəğmələri öz-özünə axırdı. 
 
EIə bu vaxt yamacdan Hacının səsi gəldi. 
Dinlədikcə hamının ona həvəsi gəldi: 
 
Sal qayalar par-pardılar, 
Ceyran, cüyür çapardılar, 
Qartallar qıy qopardılar 
Gah o dağda, gah bu dağda. 
 
Kişnəyən göy bir Qıratdı, 
Ayaqlarım şehə batdı. 
Nə arzum var kama çatdı 
Gah o dağda, gah bu dağda. 
 
Dağ keçisi dağdan endi, 
Sel kəssə də bərə-bəndi 
Ocağımız tüstüləndi 
Gah o dağda, gah bu dağda. 
 
Tər göbələk tapa-tapa 
Qalxdım döşə, endim tapa, 
Dolu gəldi çırpa-çırpa 


 
112 
Gah o dağdan, gah bu dağdan. 
 
 
Zirvələrə qalxdı yolaq, 
"Gəl, gəl" dedi, çəmən, bulaq, 
Xan çobana oldum qonaq
Gah o dağda, gah bu dağda. 
 
Söz içində söz axtardım, 
Dərə gəzib, düz axtardım. 
Bir sevimli iz axtardım 
Gah o dağda, gah bu dağda. 
 
Dolaylarda hərdən azdım, 
Çən getməsə yol tapmazdım, 
Nəğmə dedim, şeir yazdım 
Gah o dağda, gah bu dağda. 
 
Zirvələrə iz yox, çıxım, 
Arzularım çığım-çığım. 
Ağarıbdır alaçığım 
Gah o dağda, gah bu dağda. 
 
Külək olub burda əsim, 
Bir qayaya dönsəm, bəsim. 
İnqilabam, gələr səsim 
Gah o dağda, gah bu dağda. 
 
 
Bir qayaya söykənib elə oxuyur aşıq. 
Özü də səsi kimi dağlara bir yaraşıq. 
 
Ayrılığın əzabı onu boğsa da hərdən, 
Bax beləcə ayrıldı İnqilab Kəlbəcərdən... 
 
Yerlipərəstlər onun qəzəbidir, kinidir, 
Harda doğulubsa da, Kəlbəcər sakinidır. 


 
113 
 
Çox böyük işlər gördü ömrün cavan yaşında, 
Adına söz qoşuldu bulaqların başında. 
 
Əl çatmayan zirvələr saxlayacaq izini, 
Bu xalq elə xalqdır ki, unutmaz əzizini. 
 
Bircə an da dayanmaz yüz il ötsə də sazım, 
Kəlbəcərli ömürdən mən daha nələr yazım!.. 
 
Soruşuram bu xalqdan, soruşuram bu eldən, 
Kəlbəcərtək qalamız necə verildi əldən?! 
 
Taleyindən yazıram bu elin, bu millətin! 
Elə həqiqət var ki, onu gizlətmək çətin. 
 
Mənə inanın, qardaş, kimsədə qalmasın şəkk... 
Qayaların qaşına sözlərim edilsin həkk... 
 
İnqilab qalsa idi əvvəlki iş başında, 
Ruhu da inciməzdi balaca bir daşın da. 
 
İş başına gəlmişdi ağlı, idrakı sönük. 
Dar ayaqda, məqamda çıxdı dönükdən dönük. 
 
Arzuları sönüklər çox arzuya çatdılar, 
Həqarətə dözməyən xalqı da aldatdılar. 
 
SOVETLƏRİN SÜQUTU 
 
Bir binanın təməldən əyri qoyulsa daşı, 
Dağılacaqdır bir gün göyə çatsa da başı. 
 
Bir deyil, beş deyildi, nə qədərdi sübutu, 
Gəlib çıxdı Sovetlər ölkəsinin süqutu. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə