CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə31/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

 
 
97 
Biblioqrafiya 
 
Ordubadi, Məmməd Səid. Qılınc və qələm / M. S. Ordubadi. I hissə. - 
Bakı: Şərq-Qərb, 2005. - 344 s.; 22 sm. - (Müasir Azərbaycan ədəbiyyatı). - 
Kitab  Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  "Azərbaycan 
dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında"  12 
yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuşdur. 
Annotasiya:  Yazıçının  tarixi  romanlarından  sonuncu  olan  "Qılınc  və 
qələm"də böyük Azərbaycan sairi  və mütəfəkkiri Nizami Gəncəvinin  yaşa-
dığı dövrün geniş, hərtərəfli mənzərəsi yaradılmışdır. Tarixi sənədliliklə bədii 
təxəyyülün  ustalıqla  əlaqələndirildiyi  romanın  birinci  hissəsində  iki  qəh-
rəmana  daha  geniş  yer  verilmişdir.  Bunlardan  biri  Nizami,  digəri  isə 
Fəxrəddindir.  Kitabda  Nizaminin  fikri-bədii  təkamülündə  rol  oynayan  şəx-
siyyətlərin bədii surətləri də diqqəti cəlb edir. 
Ordubadi, Məmməd Səid. Qılınc və qələm / M.S. Ordubadi. II hissə. - II nəşri. 
- Bakı: Şərq-Qərb, 2005. - 416 s.- (Müasir Azərbaycan ədəbiyyatı). - Kitab 
Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  "Azərbaycan  dilində 
latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında"  12  yanvar 
2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuşdur. 
Annotasiya: Bütün əhvalat və şəxsiyyətləri, mürəkkəb hadisələri gərgin 
süjet  xətti  ətrafında  birləşdirən,  oxunaqlı  və  yığcam  quruluşlu  "Qılınc  və 
qələm",  şübhəsiz,  Ordubadi  yaradıcılığında  mühüm  yer  tutan,  Nizami  və 
dövrünü öyrənməyə böyük həvəs oyadan qiymətli tarixi romandır. 
Ordubadi,  Məmməd  Səid. Qanlı  illər:  1905-1906-cı  illərdə  Qafqazda 
baş verən erməni-müsəlman davasının tarixi / M. S. Ordubadi; ərəb dil. tərc. 
Ə. Bağırov ; Qafqazın Strateji Tədqiqatlar İnstitutu. - Bakı: Qafqaz, 2007. - 
184 s.- (Qafqazın klassikləri). 
Annotasiya:  M.  S.  Ordubadinin  1908-ci  ildə  "Qanlı  Sənələr"  adı  ilə 
yazıb başa çatdırdığı kitab ilk dəfə onun "Təzə həyat" qəzeti vasitəsilə mil-
lətin  sərvət  sahiblərinə  müraciətindən  sonra  Bakı  milyonçu-xeyriyyəçisi 
Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur. XX 
əsrin  əvvəllərində  baş  vermiş  erməni-müsəlman  davasının  müxtəlif  böl-
gələrdən gələn müxbir məktubları əsasında təsviri münaqişənin məzmunu və 
gedişi haqqında oxucuda tam təsəvvür yaradır. 
Ordubadi, Mehmed Said. Kanlı seneler / M. S. Ordubadi ; terc.: A. E. 
Aliyev,  A.  Ağayev  ;  red.  F.  Gedikli  ;  Kafkasya  Stratejik  Araştırmalar  Ens-
titüsü. - Bakü : Kafkas Yayınevi, 2007. - 177 s. - (Kafkasya'nın klasikleri). - 
türk dilində. 


 
 
98 
İbrahimov,  Sənan  Məmmədəli  oğlu.  Seyid  Əhməd  Hatif  İsfahani 
(Ordubadi) : monoqrafiya / S. M. İbrahimov ; elmi red. T. H. Kərimli [et al.]. 
- Bakı : MBM, 2008.  - 120 s. - (Şərq şeirinin korifeyləri). - Azərbaycan və 
fars dillərində. 
Annotasiya: Hatif İsfahani əslən Ordubaddan olsa da ömrü İsfahanda 
keçdiyinə görə "İsfahani" imzası ilə məşhurdur. Şair XVIII əsrdə yaşamışdır. 
Onu Şərq ədəbiyyatında tərcibənd janrının böyük ustadı hesab edirlər. Şair 
barəsində Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfədir ki, elmi monoqrafiya 
çıxır.  Kitaba  onun  bəzi  şeirlərinin  dilimizdə  olan  bədii  tərcümələri  də 
salınmışdır. 
Azərbaycan nəsri antologiyası : 5 cilddə / tərt. Z. Ş. Əsgərli ; ön sözün 
müəl. T. Əlişanoğlu ; bur. məsul Ə. Güləliyev. 
III cild : 1920-1930-cu illər / M. S. Ordubadi [et al.]. - Təkrar nəşr. - 
Bakı : Şərq-Qərb, 2006. - 416 s. - (Müasir Azərbaycan ədəbiyyatı). 
Annotasiya:  Kitabda  1920-1930-cu  illər  Azərbaycan  nəsrinin 
nümayəndələrindən Məmməd Səid Ordubadi, Seyid Hüseyn, Qantəmir, Tağı 
Şahbazi  Simurğ,  Hacıbaba  Nəzərli,  Böyükağa  Talıblı,  Əvəz  Sadıq,  Əli 
Vəliyev, Əbülhəsən Ələkbərzadə, Mir Cəlal, Mehdi Hüseyn, Sabit Rəhman, 
Mirzə  İbrahimov,  Ənvər  Məmmədxanlı  və  İlyas  Əfəndiyevin  nəsr 
əsərlərindən nümunələr verilmişdir. 
Ordubadi,  Məmməd  Səid.  Xatirələr  /  M.  S.  Ordubadi,  Ə. Əminzadə, 
Ə.Müznib;  tərt.  N.Ə.Səmədova;  red.  M.  Məmmədova;  AMEA  M.  Füzuli 
adına Əlyazmalar İnstitutu. - Bakı: Nurlan, 2008. - 104 s. 
Ordubadi,  Məmməd  Səid. Dumanlı  Təbriz:  roman  /  M.  S. Ordubadi; 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 
II kitab, III-IV hissə. - Bakı : Təhsil, 2012. - 720 s.: portr., il.; 22 sm. - 
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məmməd Səid 
Ordubadinin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında" 10 
aprel 2012-ci il tarixli sərəncamına əsasən çap olunmuşdur. 
Ordubadi,  Məmməd  Səid. Dumanlı  Təbriz  :  roman  /  M.S.  Ordubadi; 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. 
I  kitab,  I-II  hissə.  -  Bakı  :  Təhsil,  2012.  - 376  s.:  portr.,  il.;  22  sm.  - 
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məmməd Səid 
Ordubadinin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında" 10 
aprel 2012-ci il tarixli sərəncamına əsasən çap olunmuşdur. 
Annotasiya:  Əsrin  əvvəllərində  Cənubi  Azərbaycanda  cərəyan  edən 
hadisələr, ölkə daxilindəki iqtisadi və siyasi  ziddiyyətlər, birinci rus  inqila-
bının  İrandakı  milli  azadlıqhərəkatına  təsiri,  Zaqafqaziya  bolşeviklərinin 


 
 
99 
beynəlmiləlçilik köməyi, xalqlar dostluğu, el qəhrəmanı Səttar xanın başçılıq 
etdiyi  ümumxalq  mübarizəsi,  imperialist  casuslarına  və  yerli  hakimiyyət 
orqanlarına qarşı vətənpərvər qüvvələrin çıxışları romanın əsas məzmununu 
təşkil edir. 
Həbibbəyli, İsa Əkbər oğlu. Böyük ədəbiyyat nəhəngi Məmməd Səid 
Ordubadi / İ. Ə. Həbibbəyli ; elmi red. Y.İ. Axundlu. - Bakı : Elm və Təhsil, 
2012. - 92 s. 
Annotasiya: Kitabda görkəmli yazıçı və ictimai xadim Məmməd Səid 
Ordubadinin həyatı və yaradıcılığından bəhs olunur. 
Ordubadi,  Məmməd  Səid.  Birinci  min  günümüz  /  M.  S.  Ordubadi  ; 
tərt., ön sözün müəl. N. Səmədova, red. P.Kərimov; AMEA M. Füzuli adına 
Əlyazmalar İnstitutu. - Bakı : Elm və Təhsil, 2013. - 62 s. 
Ordubadi, Məmməd Səid. Həyatım və mühitim / M. S. Ordubadi; tərt. 
R.Yerfi; red. D.Əhməd. - Bakı : XAN nəşriyyatı, 2014. - 205 s.; 19,5 sm. - 
("XAN" Xatirə ədəbiyyatı ; II kitab). 
Məmməd  Səid  Ordubadi  arxivindəki  məktublar  /  AMEA  M.  Füzuli 
adına Əlyazmalar İnstitutu ; tərt. N. Ə. Səmədova ; red. P. Ə. Kərimov. - Bakı 
: Nurlan, 2002. - 100 s. 
Ордубади,  Мамед  Саид.  Кровавые  годы  /  М.  С.  Ордубади  ;  с 
Азерб. яз пер. М. Гусейнзаде. - Баку: Şərq-Qərb, 2010. - 184 с. 
Ордубады,  Мамед  Саид. Табриз туманный: роман / М. С. Орду-
бады. Ч. 1 / пер. с азерб.: М. Гиясбейли, С. Беглярбекова. - Баку : Азер-
нефтнешр, 1958. - 447 с. 
Ордубады,  Мамед  Саид. Табриз туманный:  роман  /  М.  С.  Орду-
бады.Ч. 2 / пер. с азерб.: С. Беглярбекова, А. Сабри. - Баку : Азернефт-
нешр, 1958. - 644 с. 
Ordubadi, Mammad Said. Years of Blood : A History of the Armenian-
Muslim Clashes in the Caucasus: 1905-1906 / M. S. Ordubadi; trans.: I. Peart, Q. 
Bayramov; ed. T. Heydarov. - Lebanon : Ithaca Press, 2011. 
 
M. S. Ordubadi haqqında 
 
Axundlu,Yavuz  İbrahimxəlil oğlu. Məmməd  Səid Ordubadi : həyatı, 
mühiti  və  yaradıcılığı:  monoqrafiya  /  Y.  İ.  Axundlu  ;  red.:  V.  Yusifli,  T. 
Kərimli. - Bakı : Sabah, 1997. - 350 s. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə