CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə28/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   24   25   26   27   28   29   30   31   ...   85

 
 
88 
MƏMMƏD SƏİD 
ORDUBADİ 
1872-1950 
 
Həyatı 
 
Ordubadi Məmməd Səid24 mart 1872-ci ildə Ordubad şəhərində 
anadan olmuşdur. 
Məmməd  Səid  Ordubadi  görkəmli  azərbaycanlınasir,  şair,  dra-
maturq,  jurnalist,  publisist  və  tərcüməçidir.  Azərbaycanın  Əməkdar 
İncəsənət xadimidir. (1938). 
Şair Fəqir Ordubadinin oğludur. Fəqirin ailəsi həmişə çətinliklə 
dolanmışdır.  Sonralar  gözləri  tutulmuş  şairin  ömrünün  son  günləri 
xüsusilə ağır ehtiyac içərisində keçmişdir. Atasının ölümündən sonra 7 
yaşlı Məmmədi və bacısını bir müddət əmiləri saxlamış, lakin onun da 
imkanı  olmadığından  az  sonra  Ordubadi  iş  axtarmalı  olmuşdur.  O 
özünün ilk əmək fəaliyyəti haqqında belə yazır: 
"Mən Karapet Babayevin fabrikinə girdiyim vaxt on dörd yaşım 
var idi. Bir il ipək mövsümünü ayda manat yarım maaşla işlədim. Mən 
bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum". 
Ordubadi ilk təhsilini molla  yanında,  sonra isə Mirzə  Baxşı adlı 
bir  müəllimin  məktəbində  almışdır.  Şeir  və  ədəbiyyat  maraqlısı  olan 
Mirzə Baxşı Ordubadinin istedadını və oxumağa böyük həvəsi olduğunu 
görərək ona daha artıq diqqət verir, hətta ondan təhsil haqqı da almır. 
Lakin  əsil  təhsilini  Ordubadi  dövrünün  qabaqcıl  maarifpərvərlərindən 
olan  şair  Məmməd  Tağı  Sidqinin  açmış  olduğu  yeni  tipli  məktəbdə  - 
üsuli-cədid məktəbində alır. Öz dövrunə görə geniş məlumat və dərin 
bilik sahibi olan Sidqi Ordubadinin müasir dünyəvi elmlərin əsaslarına 
yiyələnməsində,  beynəlxalq  ədəbi  hadisələr,  elm  və  mədəniyyət 


 
 
89 
yenilikləri  ilə  tanış  olmasında,  onun  demokratizm  və  maarifçilik 
ruhunda tərbiyə almasında mühüm rol oynamışdır. 
Məktəbdən kənar vaxtlarını Ordubadi mədrəsəyə gedərək ərəb və 
fars dillərini, sərf-nəhv və məntiqi öyrənməyə sərf edirdi. 
Dördsinifli  şəhər  məktəbini  bitirdikdən  sonra  daha  oxumağa 
imkanı  olmayan  Ordubadi  biliyini  şəxsi  mütaliə  yolu  ilə  artırmaqda 
davam  etmiş,  eyni  zamanda  fabrik  və  zavodlarda  çalışaraq  ailəsini 
dolandırmışdır. Əvvəllər siyasi şüuru aydın olmadığındanistismarı və 
onun  səbəblərini  hələ  dərk  etmirsə  də,  getdikcə  istismarçı  quruluşun 
bütün  ağırlıqlarını  öz  üzərində  hiss  edərək  etiraz  səsini  qaldırmağa 
başlayır. Bu barədə xatirələrində yazır: 
"Sağlam bədənim var idi, yorğunluq nə olduğunu bilmirdim. Hər 
kəsdən  əvvəl  işə  gəlib,  hər  kəsdən  də  sonra  gedirdim.  Zavod  sahibi 
Karapet Babayev də "sağ ol" deyə hey fəaliyyətimi tərifləyirdi. Mən də 
bundan  xoşlanırdım,  çünki  istismarın  və  istismarçının  nə  olduğunu 
bilmirdim... Mən 1901-ci ildən Rzayevin zavodunda çalışırdım... Rzayev 
çox böyük istismarçı idi. İşi illik olduğundan bütün əziyyətlərə dözməyə 
məcbur olurduq... Bu barədə mən bir şeir də yazmışdım: 
 
Qorxuruq küləkdən, qorxuruq yeldən, 
Ruzumuz asılmış incə bir teldən. 
İşə çağırırlar ulduz batmamış, 
İşdən buraxmazlar şəhər yatmamış.” 
 
Sahibkarların zülm və haqsızlıqlarını fəhlələrə başa salıb etiraz 
çıxışları təşkil etdiyindən Ordubadi tez-tez işdən qovulur və yeni iş yeri 
axtarmağa məcbur olurdu. Bu vəziyyət 1907-ci ildə Culfaya köçdüyü 
zamana qədər davam edir. Culfaya köçməsinə isə onun ədəbi fəaliyyəti 
səbəb olur. 
Ordubadi ədəbi yaradıcılığa 14-15 yaşlarından başlamışdır. Müəl-
limləri  Mirzə  Baxşı  və  Sidqi  onda  şeirə,  yaradıcılığa  olan  meyil  və 
həvəsi daha da gücləndirmişdi. Bu barədə o öz xatirələrində deyir: 
"Mən şeir demək və yazıçı olmağa heç də həvəslənmirdim. Ata-
mın  yazdığı  şeirlərin  palçıq  içərisinə  atılması  heç  də  yadımdan  çıx-
mırdı. Bir çox zamanlar anam da buna mane olurdu. Çünki atamın şeir 


 
 
90 
sənətindən  nə  kimi  fəlakətlər  çəkdiyi  onun  gözünün  qabağında  idi. 
Lakin məktəb və şeirləşmə işi özüm də hiss etmədiyim bir surətdə məni 
şeir yazmağa öyrətdi". 
Aşiqanə parçalardan ibarət olan ilk şeirlərini Ordubadi Azərbay-
can və fars dillərində yazmışdır. Bu ilk şeirlərə nümunə kimi aşağıdakı 
parçanı göstərmək olar: 
 
Əzizim, hicri-qəmin aşiqə müsibət olur
O sərv qamətini kerməsəm qiyamət olur. 
Səfay-i-gülşənə çıxma, xəzanə görsənmə, 
O gül camalı qızıl gül görüb xəcalət olur. 
 
1903-çü  ildə  "Şərqi-Rus"  qəzetində  Ordubadinin  qəzetin  nəşrə 
başlanmasını alqışlayan şeri çap olunur. Bu, şairin mətbuatda çıxan ilk 
əsəri idi. Şerinin dərc olunması onu ardıcıl olaraq dövri mətbuatda çıxış 
etməyə həvəsləndirir. Xüsusilə 1905-ci il inqalabından sonra mətbuat 
səhifələrində onun imzasına tez-tez rast gəlmək olur. 
İnqilabdan ruhlanan şairin yaradıcılığında yeni dövr başlayır. O, 
azadlığa, mütləqiyyət üsuli-idarəsi ilə mübarizəyə çağıran əsərlər ya-
zır. Cəhalət və nadanlıq əleyhinə yazdığı "Ədəbiyyat" adlı ilk mətbu 
şeri Tbilisidə çıxan "Şərqi-Rus" qəzetinin 13 iyul 1903-cü il tarixli 31-
ci sayında dərc olunmuşdur. 1906-cı ildə Tbilisidə "Qəflət", 1907-ci 
ildə isə "Vətən və hürriyyət" adlı şer kitabları çap edilmişdir. 1906-cı 
ilin  aprelindən  nəşrə  başlayan  "Molla  Nəsrəddin"  jurnalı  gələcək 
ədibin  yaradıcılıq  inkişafına  böyük  təsir  göstərmişdir.  Ordubadinin 
"Politika aləmindən" adlı felyetonu jurnalın 2 iyun 1906-cı il tarixli 9-
cu sayında çap edilmiş, beləliklə, o, jurnalın əsas əməkdaşlarından biri 
olmuşdur. O, Bakıda çıxan "İrşad", "Səda", "Sədayi-həqq", "Tərəqqi", 
"Tazə həyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-Əmir" jurnallarında da 
yaxından iştirak edirdi. 
1906-cı ildə şairin "Qəflət", 1907-ci ildə isə "Vətən və hürriyyət" 
adlı  şeir  kitabçaları  çapdan  çıxır.  Hər  iki  kitabda  müəllifin  maarifçi 
fikirləri öz əksini tapmışdır. 
 
 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə