CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin


Xudadat bəy Rəfibəyli haqqına 2015-ci ildə



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

 
 
112 
Xudadat bəy Rəfibəyli haqqına 2015-ci ildə 
sənədli film çəkilmişdir 
 
Film  Azərbaycanın  ilk  cərrahı,  Cümhuriyyətin  səhiyyə  naziri, 
Yelizavetpol qubernatoru Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyovun həyat 
və fəaliyyətindən bəhs edir. 
 
Xudadat Rəfibəyli: 
Müstəqillik tariximizdə şərəfli iz qoyan siyasi xadim 
 
Azərbaycan  xalqının  düşmənlərinin  Rəfibəylilər  nəslini  yer  üzündən 
silmək  cəhdlərinə  baxmayaraq,  bu  şərəfli  nəslin  nümayəndələri  öz 
mübarizələrindən dönməilər. 
Bir vaxt atası gedər-gəlməzə göndəriləndə 7 yaşı olan Nigar xanım və 
digərləri  ata-babalarının  haqq  yolunu  davam  etdirdilər,  bu  nəslin  görkəmli 
davamçıları  olaraq  tarixdə  iz  buraxdılar.  Onların  yolunu  isə  Xalq  yazıçısı 
Anar davam etdirir. 
Xudadat  bəy  Rəfibəyli  Azərbaycan  milli  istiqlalının  beşiyi  olmuş 
Gəncədə  əmin-amanlığı  bərpa  etmək,  bolşevik  nökəri  olan  və  erməni 
daşnakları  ilə  birlikdə  ilk  cumhuriyyətimizə  arxadan  zərbə  vurmaq  istəyən 
yerli  satqınların  iç  üzünə  yaxşı  bələd  idi.  Ona  görə  də  bu  satqınlarla 
mübarizəni özünün əsaz vəzifələrindən birinə çevirmişdi. Bu məqsədlə də o 
yerli  əhali  arasında  təbliğatı  gücləndirən  tədbirlər  həyata  keçirir,  bütün 
təxribatların  qarşısını  bacarıqla  alırdı.  Ona  görə  də  Gəncədə  milli 
hökumətimizə inam, azadlıq, müstəqillik ruhu olduqca güclü idi. 
Amma  Xudadat  bəyin  milli  cümhuriyyəti  qoruyub  saxlamaq  üçün 
göstərdiyi  bütün  cəhdlərə  baxmayaraq,  Azərbaycanın  başı  üzərindən  qara 
yellər  əsməkdə  idi.  Həmişəki  kimi  Azərbaycana  təhlükə  yenə  də  şimaldan 
gəlməkdə  idi.  Bolşeviklər  Azərbaycana,  Bakı  neftinə  can  atırdılar.  Bu  işdə 
onlara  bələdçilik  edən  isə  bolşeviklərin  yağlı  vədlərinə  inanan  yerli 
satqınlarımız idi. Qırmızı ordu Türkiyəyə getmək adı ilə Azərbaycana gəlirdi 
və bu, çoxlarının əlini-qolunu bağlamışdı. Qardaş Türkiyəyə yardıma getmək 
istəyən  qırmızı  orduya  əhali  arasında  süni  bir  rəğbət  də  formalaşdırılmışdı. 
Xudadat bəy həmin dövrdə qırmızı ordunun əsl məqsədini anlamışdı. Ancaq 
qüvvələr qeyri-bərabər idi. Ona görə də o, Gəncədəki milli 
Azərbaycan ordusunın zabitləri ilə bir araya gələrək vəziyyəti onlarla 
müzakirə  etmiş,  indiki  məqamda  hadisələrin  gedişini  gözləməyi,  eyni 
zamanda sayıqlığı əldən verməməyi tapşırmışdı.               


 
 
113 
İşğal, istefa və həbs 
1920-ci  ilin  aprel  ayının  27-dən  28-nə  keçən  gecə  bolşeviklər  Azər-
baycanı  işğal  etdilər.  Bunun  ardınca,  aprelin  29-da  Qırmızı  ordu  hissələri 
ərazilərimizi  işğal  edə-edə  Gəncəyə  doğru  irəliləməyə  başladı.  Belə  bir 
vəziyyətdə  artıq  hiss  olunurdu  ki,  Gəncənin  taleyi  həll  olunub.  Dinc 
insanların qanının tökülməməsi və Qırmızı ordu əsgərlərinin əllərinə şəhərdə 
kütləvi qətliamlar törətməyə bəhanə verməmək üçün Xudadat bəy uzaqgörən 
bir  addım  atdı.  O,  aprel  ayının  30-da  tutduğu  vəzifəsindən  istefa  verdi. 
Xudadat  bəyin  qubernator  kimi  imzalamış  olduğu  axırıncı  sənəd  onunla 
birlikdə işləmiş adamların hamısına etdiyi müraciəti idi. Xudadat bəy bu mü-
raciətində yazırdı: “Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini icra 
edərkən  əmin  oldum  ki,  həm  quberniya  idarəsinin  və  qubernator 
dəftərxanasının  qulluqçuları,  həm  də  mənə  tabe  olan  polis  idarəsinin 
qulluqçuları  onlara  həvalə  olunmuş  vəzifələri  vicdanla  yerinə  yetirmiş  və 
quberniyada  asayiş,  sülh  və  əmin-amanlıq  yaratmaq  işində  mənə  kömək 
etmək  üçün  var  qüvvələrini  əsirgəməmişlər.  Ona  görə  də  qubernator 
vəzifəsini tərk edərkən adlarını saydığım idarələrin qulluqçularına çəkdikləri 
zəhmətlərə və qeyrətlə işlədiklərinə görə səmimi minnətdarlıq etməyi özümə 
mənəvi  borc  bilirəm  və  ümidvaram  ki,  onlar  Azərbaycan  Respublikasının 
tərəqqisi və çiçəklənməsi naminə öz vəzifələrini bundan sonra da vicdanla və 
səylə yerinə yetirəcəklər. Qubernator Rəfibəyov”. 
Lakin Xudadat bəy şəhəri tərk etmək fikrində deyildi və o, əvvəlki kimi 
həkimlik fəaliyyətini davam etdirmək niyyətində idi. Qırmızı ordu hissələri 
Gəncəyə  daxil  olandan  bir  neçə  gün  sonra  şəhərdəki  ermənilər 
azərbaycanlılara  qarşı  fəallaşmağa  başladılar.  Onlar  guya  şəhərdəki 
azərbaycanlıların  və  milli  ordu  hissələrinin  Qırmızı  orduya  qarşı  təxribata 
hazırlaşdığı  barədə  Bakıya  məlumat  verir,  eyni  zamanda  XI  Ordu 
komandanlığında  bu  işin  başında  Xudadat  bəyin  dayandığı  barədə  rəy 
formalaşdırırdılar.  Guya  Xudadat  bəy  general-qubernator  olduğu  vaxt 
bolşevik tərəfdarı olan insanlara qarşı sərt tədbirlər həyata keçirmiş, erməni 
qırğınında  iştirak  etmişdi.  Nəticədə  Gəncədəki  Qırmızı  ordu  komandanlığı 
Xudadat  bəyin  həbs  edilməsi  üçün  bəhanə  axtarmağa  başladı.  Nəhayət, 
ermənilərin Qırmızı ordu komandanlığına Xudadat bəyin bolşeviklərə qarşı 
üsyan  hazırlaması  barədə  verdiyi  məlumat  şəhərdəki  bolşevik  rejiminin 
səbrini daşdırdı. 1920-ci il may  ayının 12-dəbolşeviklər Xudadat bəyi  həbs 
etdilər.  Onu  silahlı  əsgərlərin  nəzarəti  altında  birbaşa  Gəncədən  Bakıya 
aparmaq qərarına gəldilər. Bu hadisə bütün Gəncəni ayağa qaldırmış və əhali 


 
 
114 
küçələrə axışmışdı. Dəmiryol stansiyasında minlərlə gəncəli vardı. Xudadat 
bəyüç  nəfər  silahlı  əsgərin  müşayiəti  iləqatara  minmək  üçün  dəmiryol 
vağzalına  gəlirdi;  həmişəki  kimi  belini  dik  tutmuş  və  qürurlu  görkəmini 
saxlamışdı. 
Şahidlərin sözlərinə görə, kimsə ona pul uzatmış, o isə əlləri ilə rədd 
etmişdi.  Həmin  vaxt  Xudadat  bəyi  azad  etmək  üçün  Şəmkirdən  500  nəfər 
silahlı dəstə Gəncəyə doğru gəlməkdə idi. Ancaq Xudadat bəy buna ehtiyac 
olmadığını  bildirmişdi.  O,  günahsız  olduğunu  bilirdi  və  haqqını  müdafiə 
edəcəyinə  əmin  idi...  Lakin  bolşevik  rejimi  ona  haqqını  müdafiə  etməyə 
imkan vermədi. 
Bolşeviklər  Xudadat  bəyi  erməni  kəndlərinin  yandırılması  və  yerli 
əhaliyə divan tutması iddiası ilə mühakimə etdilər. Xudadat bəy bu iftiranı 
rədd  etdi  və  bu  işdə  özünün  günahkar  olmadığını  bildirdi.  Amma  ona  nə 
özünü müdafiə etməyə, nə də son sözünü deməyə imkan vermədilər. Çünki 
bu işi düzüb-qoşan, əvvəlcə, daşnaklara xidmət edən, sonra isə bolşeviklərin 
tərəfinə keçən müstəntiq Sofikyanın məqsədi Azərbaycan xalqının görkəmli 
şəxsiyyətlərindən birini aradan götürtmək idi. Elə də oldu və saxta ittihamla 
Xudadat bəyi günahkar bildilər.  İyunun 1-də onu gizlicə Xəzər dənizindəki 
adalardan birinə apararaq güllələdilər. 
Gəncə  üsyanı  Xudadat  bəyə  görə  başladıXudadat  bəy  Rəfibəylinin 
həbsi Gəncədə üsyan üçün siqnal oldu. 
Bununla  əlaqədar  tarixçi  alim  N.Yaqublu  “Azərbaycan  legionerləri” 
adlı  kitabında  yazır:  “1920-ci  ilin  mayın  ortalarından  başlayaraq,  Gəncədə 
vəziyyət  kəskinləşmişdi  və  Qızıl  ordu  hissələri  ilə  əhali  arasında  toqquşma 
baş  verəcəyi  gözlənilirdi.  Vəziyyəti  gərginləşdirən  və  Gəncə  üsyanının 
başlamasına  səbəb  olan  amillərdən  biri  də  Xudadat  bəyin  bolşeviklər 
tərəfindən həbs edilməsi idi. X. Rəfibəylinin  istintaq işini burada ermənilər 
aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə 
üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun 
keçmiş 3-cü piyada Gəncə polkunun  komandiri, sonradan Polşa ordusunda 
xidmət  etmiş,  1955-ci  ilin  yanvarında  isə  sovet  KQB-sinin  göndərdiyi  bir 
xanım  tərəfindən  Almaniyada  zəhər  verilərək  öldürülən  məşhur  albay 
Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasına X. Rəfibəylinin 
həbsinin səbəb olduğunu göstərirdi”. 
Azərbaycan tarixinin bu görkəmli siması əbədiyyətə qovuşandan sonra 
arxasında gözləri yaşlı həyat yoldaşı Cəvahir ananı, 11 yaşlı oğlu Kamili, 9 
yağlı  oğlu  Rəşidi  və  bir  də  gələcəkdə  Azərbaycan  xalqının  böyük  şairəsi 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə